GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Peraşkinin ətrinə aldanmayın: Real təhlükə var

Peraşkinin ətrinə aldanmayın: Real təhlükə var

Tarix: 12-02-2024, 14:23 Bölmə :Maraqlı Baxış: 356


Bakıda yol kənarlarında, köşklərin yanında, insanların sıx olduğu küçələrdə peraşki satılan yerləri tez-tez görürük. Nəinki yerlər, şəhərin küçələrində bu yağlı qidanı plastik qablarda satanlara da rast gəlmək olur...

Peraşki bir çox insanların ayaqüstü yediyi ucuz və doyumlu qida növüdür. Satılma şəraitinə baxmayaraq, bəh-bəhlə tərifləyənlər, dadından doymayanlar az deyil.

Bəs küçələrdə, toz-torpaqlı yerlərdə satılan peraşkilərin insan sağlamlığı üçün hansı riskləri var? Ümumiyyətlə, ziyanlıdırmı? Ən əsası, onlara nəzarət varmı?

"Kaspi" qəzetinin növbəti məqaləsi sözügedən problemə həsr olunub.

Peraşkilər boyat məhsullardan hazırlanır

Adının açıqlanmasını istəməyən aşpaz deyir ki, əksər yerlərdə peraşkilər boyat, köhnə məhsullardan hazırlanır: "Məsələn, əgər kartof peraşkisi bişirilirsə, hər gün yeni kartof qaynadılmır, kartoflar əvvəlcədən soyulur, qaynadılır, soyuduculara yığılır. Alver kütləvi olmadığı üçün həmin kartoflar günlərlə soyuducuda qalır. Peraşkinin xəmiri də eyni qaydada hazırlanır, boyat olur. Eyni yağdan dəfələrlə istifadə edilməsi isə, hər kəsə məlumdur".

Malın baş ətini çəkir, qiymə hazırlayırlar

Aşpaz deyir ki, ət peraşkisi kartofdan təhlükəlidir: "Qoca mal əti ucuz olur. Bununla yanaşı, adətən satılmayan ətlər dəyərindən ucuz verilir. Ən çox alınan isə, malın baş əti olur. Malın baş ətini çəkir, qiymə hazırlayırlar. Məsələn, ətin qiyməti 10 manatdırsa, keyfiyyətsiz, satılmayan əti beş manata verirlər. Müəyyən yerlər var ki, qalmış ciyərlər satılır, onu alıb sirkəyə yatızdırır və istifadə edirlər. Ona görə də yol qırağında satılan peraşkilər keyfiyyətsiz və zərərli olur. Peraşkinin ətri elədir ki, hər kəsi özünə cəlb edir. Amma yedikdən sonra çox insan mədəsində o ağırlığı hiss edir. Barmaqla sayılacaq qədər az yerlər var ki, keyfiyyətli peraşki bişirirlər. Ona görə də insanlara peraşki alarkən satılan məkana, təmizliyinə baxıb almalarını məsləhət görürəm".

Hansı qidalar təhlükəlidir?

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, yol kənarlarında, açıq havada satılan əksər qidaların bişirilməsində keyfiyyətli məhsullardan istifadə olunmur: "Belə qidalar insan sağlamlığı üçün yararsız olan və ciddi fəsadlar törədən yağlarla bişirilir. Bu təhlükə daha çox peraşki, blinçik, ponçik kimi qızartma məhsullarda var. Çünki bu məhsullar qızardılarkən istifadə olunan yağlar atılmır, təkrar istifadə olunur. Hətta bişirilən qablar təmizlənmədən növbəti günün məhsulları da o qabda hazırlanır. Tərkibi pozulan yağ və təmizlənməyən qabda bişən qidalar insanlar tərəfindən bəh-bəhlə tükədilir".

Mütəxəssis deyir ki, belə məhsulların açıq havada, açıq şəkildə satılması ikinci problemdir: "Çünki açıq satılan məhsullar külək vasitəsilə fiziki çirklənməyə məruz qalırlar. Ona görə də bu kimi qidaların qəbulu çox təhlükəlidir".

Ətri ilə insanları cəlb edir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, peraşkilər açıq havada əvvəlki kimi, kütləvi şəkildə satılmır: "Əsasən, avtobus dayanacaqlarında tez-tez satılırdı. Ən çox da avtobus sürücülərinin sevimli qidası idi. Peraşki elə bir qida növüdür ki, ətri ilə insanları cəlb edir. Uzun müddət idi ki, peraşki biznesi ölkədə məşhur idi. Amma getdikcə, sayı azalır. Bu, çox yaxşı haldır. Hazırda şəhər mərkəzindən kənarda, rayonlarda peraşkilər yol kənarında satılır".

Tester kağızlardan istifadə olunmalıdır

Birlik sədri də vurğulayır ki, yol qırağında satılan peraşkilər insanların sağlamlığı üçün kifayət qədər zərərlidir: "Bu peraşkilər eyni yağın içində dəfələrlə qızardıldığı üçün, o yağların tərkibi dəyişir və trans yağlara çevrilir. Bu yağlar da insanda xərçəng, mədə-bağırsaq, ürək-damar xəstəliklərini yaradır və inkişaf etdirir. Bu bizneslə məşğul olanlar yağın tərkibini müəyyən etmək üçün xüsusi tester kağzılarından istifadə etməlidirlər. Əgər yağın tərkibi dəyişibsə, həmin tester kağızlarını yağa batırdıqda rəngini dəyişir. Bu zaman o yağdan istifadə etmək olmaz. Amma Azərbaycanda hansı peraşki satılan yerlərdə bu kağızlardan istifadə olunur? Bu qidanı bişirib əhaliyə satmaq, əlbəttə ki, insanların sağlamlığında ciddi izlər qoyur".

Nəzarət də aşağı səviyyədədir

Həmsöhbətimiz iddia edir ki, yol qırağında satılan peraşkilərə nəzarət də aşağı səviyyədədir: "Bu bizneslə məşğul olanlar Azərbaycan hökumətinin biznes qurmaq üçün yaratdığı rahat şəraitdən sui-istifadə edirlər. İnsanlar tədricən zəhərlənir, xəstəliklərə yoluxurlar. İnsanlara səslənirəm ki, əgər canlarının qədrini bilirlərsə, belə yerlərdən mal alıb istehlak etməsinlər".

ÜST bu məhsulların ləğv olunmasını tövsiyə edir

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il yarım milyon insanın vaxtından əvvəl ölümünə səbəb olan toksik süni kimyəvi maddələr - trans yağlardan hazırlanmış qablaşdırılmış yeməklər, çörək məhsulları və kulinariya yağları kimi tez-tez rast gəlinən məhsulların tamamilə ləğvinə çağırıb. ÜST-dən bildirilib ki, trans yağların istehlakı nəticəsində ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı 16 ölkədən doqquzunda profilaktika siyasəti düzgün həyata keçirilmir. Bu ölkələrə Avstraliya, Azərbaycan, Butan, Ekvador, Misir, İran, Nepal, Pakistan və Cənubi Koreya daxildir.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda satılan "ölüm kolbasaları"

    Paytaxtda satılan "ölüm kolbasaları" ...

    31-03-2017, 13:44

  • 
  • Bakıda cibgir qızların paltarından gileyləndi: “ÇOX DAR GEYİNİRLƏR”

    Bakıda cibgir qızların paltarından gileyləndi: ...

    19-10-2018, 21:45

  • 
  • Heydər Babayevin biznesi iflas etdi

    Heydər Babayevin biznesi iflas etdi ...

    13-04-2015, 22:28

  • 
  • Çirkin piştaxtalar xəstəlik mənbəyidir

    Çirkin piştaxtalar xəstəlik mənbəyidir ...

    20-02-2015, 01:01

  • 
  • Kafe və restoranların müştərilərdən gizlətdiyi 10 maraqlı fakt

    Kafe və restoranların müştərilərdən gizlətdiyi 10 ...

    15-07-2017, 11:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu