Gundemxeber.az » Maraqlı » Bu gün tam Günəş tutulması müşahidə olunacaq
Bu gün Yer kürəsinin sakinləri nadir təbiət hadisəsini - tam Günəş tutulmasını müşahidə edə biləcəklər.
GundemXeber.az xarici mediaya istinadla bildirir ki, tutulma pik nöqtəsinə Meksikada çatacaq. Orada Günəş diskinin qaralmasını təxminən 4,5 dəqiqə izləyə biləcəklər.
“Meksikanın şimalında Bakı vaxtı ilə saat 22:17-də tutulmanın ən böyük mərhələsi müşahidə olunacaq, 1,029-a bərabər və ümumi fazanın müddəti dörd dəqiqə 28 saniyə olacaq”, - deyə məlumatda bildirilir.
Meksikadan başqa, fenomen Şimali Amerikada, Atlantik və Sakit okeanlardakı bəzi adalarda görünəcək. Bu tutulma “Amerika” tutulması adlanır və tutulmanın müxtəlif mərhələləri bütün ABŞ-də görünəcək.
20-03-2015, 12:43
20-03-2015, 17:21
13-07-2018, 11:24
8-02-2016, 14:09
25-10-2022, 14:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?