GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Sevgilisini milyonçuya çevirən şahzadə

Sevgilisini milyonçuya çevirən şahzadə

Tarix: 27-06-2024, 20:37 Bölmə :Maraqlı Baxış: 417

Sevgilisini milyonçuya çevirən şahzadə


Ölümündən 20 il keçməsinə baxmayaraq, şahzadə Diananın həyatındakı müəmmaların, gizlinlərin üstü hələ də tam açılmayıb.

Uels şahzadəsi Diana 1961-ci il iyulun 1-də Norfolk qraflığında, məşhur zadəgan ailəsində anadan olub. Diananın ən böyük arzusu professional balerina olmaq olub. Lakin o, balerina olmaq üçün çox hündür boylu olub (178 sm).
Ətraflı
Diana təhsilini İsveçrədə alır və İngiltərəyə qayıdanda imtiyazlı uşaq bağçasında tərbiyəçi işləyir. O, Çarlzla hələ 16 yaşında atası evində tanış olur. Dianaya qədər şahzadə Çarlzın onun bacısı Sara Spenser ilə qısa eşq hekayəsi olub. Lakin çox danışqan olan qız kral ailəsi barədə məlumatları mətbuata sızdırıb. Bundan sonra Çarlz Sara ilə münasibətləri kəsib.

Belə bir fikir var ki, Çarlz onu tərk etmiş sevgilisinin (Kamillanın) məsləhətlərinə əməl edərək, Diana ilə evlənmişdi. Başqa mənbələr iddia edir ki, Diana ilə nigaha Çarlzın atası, şahzadə Filipp təkid etmişdi. O zaman şahzadə Çarlzın 33 yaşı var idi və o, Böyük Britaniyada ən həsəd aparılacaq bəy olaraq qadın düşkünü imici qazanmışdı. Dianaya gəldikdə isə, o, Çarlzı sevir və onunla xoşbəxt olacağına ümid edirdi.

1981-ci il iyulun 29-da Diana Spenser dəbdəbəli gəlinlikdə (8 metrlik şleyflə) Britaniya kral ailəsinin daha bir üzvü olmaqdan ötrü mehraba girdi. Toy mərasiminə az vaxt qalmış Diana toy andında "ərinin itaətilə" sözünü deməmək qərarına gəlib və bu hissəni anddan çıxarıb. Əvəzində Diana onu "sevmək, dəstəkləmək, şərəfini gözləmək və qorumaq" barədə söz verib. İllər sonra onun bu sözlərini Keyt Midlton da təkrarlayıb.

Diana toydan sonra Çarlzın əlini onun belinə qoyaraq "hə, biz bir az dolu bədənliyik?" sözlərini həyatının sonuna kimi xatırlayıb və kök olması barədə fikirlər onu heç vaxt tərk etməyib. Diana küsür, özünə qapanır, damarlarını kəsir, həblər qəbul edirdi. 1990-cı ildə onda bulimiya (yemək pozuntusu) olduğu məlum olub.

Şahzadə Çarlz hesab edirdi ki, gözəl xanımının yanında həmişə "ikinci rolda" olacaq. Məhz bu hiss onu evindən bir az aralıda yaşayan məşuqəsi Kamillaya daha da yaxınlaşdırırdı. Hətta oğlanları dünyaya gələndən sonra belə Kamilla ilə görüşməyi dayandırmırdı. Çarlzın etinasızlığı Diananı başqa kişilərin qoynuna atır. 1989-cu ildə Diana avtomaşın taciri Ceyms Cibli ilə eşq macərası yaşamağa başlayır. Süit yeganə kişi idi ki, Diana onunla eşq macərası yaşadığını gizlətmirdi. Ehtiraslı roman beş il davam edir.

1994-cü ildə Süit səmimi xatirələrini yazdığı kitabı çıxarmaqla Dianaya xəyanət etmiş oldu. Sayılı dəqiqələr içində milyonçuya çevrilən Süit şəhərdən kənarda ev aldı və at idmanı məktəbi açdı. Bundan çox məyus olan Diana təskinliyi incəsənət əsərlərinin taciri, milyonçu Oliver Hordda tapdı. Onların münasibətinə evli Oliverə Diananın qısqanclığı ucbatından gələn anonim telefon zəngləri son qoydu. 300 zəngi hesablayan Oliver Diananı tərk elədi.

1995-ci ildə Diana Çarlzla rəsmi surətdə boşandı. Elə həmin ildə Diana milli reqbi komandasının kapitanı Uill Karlinqlə görüşməyə başladı. İşçi təbəqəsindən olan Karlinqlə Diananın əlaqəsi bir göz qırpımında bitdi. Oxşar sevgi macərası əmlak taciri Kristofer Vell, aristokrat Filipp Dann, Devid Uoterhauzla da yaşandı.

1997-ci ilin avqustunda bir fotoqraf Diananı sevgilisi Dodi Al-Fayedin ağuşunda çəkdi. Fotoqraf bu şəklə görə 3 milyon dollar qazandı. Dodi Misir milyarderi Məhəmməd əl-Fayedin oğlu idi. O, Hollivud filmlərinin prodüserliyilə məşğul idi. Afrika filmləri barədə çəkiləcək filmdə baş rola Diananı çəkmək istəyirdi. Avqustda onların nişanlanması və tez bir zamanda nikah bağlamaları haqda xəbərlər yayıldı. Həmin ayın 31-də Dodi və Diana "Rits" otelinə (Paris) şam yeməyinə gedərkən, tuneldə avtomobil qəzasına düşdülər, cangüdəni çıxmaq şərtilə Diana, sevgilisi və sürücüsü həlak oldu.

Məhəmməd əl-Fayed qəzanın planlaşdırıldığını, sui-qəsd olduğunu bildirdi. İlkin təhqiqatlar isə qəzanın sürücünün içkili olması və idarəetməni itirməsi səbəbindən baş verdiyini irəl sürdü. Versiyalar arasında paparatsilərin təqibindən yayınmağa çalışan avtomobilin qəza törətməsi də var.

Diana krallıq ailəsinin digər nümayəndələrinin yanında dəfn edilməli olsa da, son anda qardaşı Erl onun Spensor nəslinin ailə qəbiristanlığında - Ortorp adasında basdırılması barədə qərara gəlir.

Ailədəki problemlərə baxmayaraq, Diana xalqın sosial problemləri ilə dərindən maraqlanır və dünyada sürətlə yayılan QİÇS xəstəliyinin qarşısını almaq üçün müəyyən tədbirlər görürdü. Məhz Diana ilk olaraq cəmiyyətə QİÇS xəstəliyinin hava, damcı yolu ilə keçmədiyini təbliğ etməyə başlayır. Diana QİÇS xəstələri ilə birgə şəkil çəkdirərək, onlara mənəvi dəstək olur. O, həm də müharibə və aclıq əleyhinə bir çox aksiyalar keçirir.
Diananın oğulları Şahzadə Uilyam və Harri digər uşaqlar kimi Disneyland və McDonalds-da da olublar. Hətta onların uşaq yaşdan mərhəmət hissini qavraması üçün Diana oğlanlarını evsizlər üçün sığınacağa, virus daşıyıcılarının müalicə aldığı klinikalara aparıb.

Aytən Novruzova / Metbuat.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Diana barədə həqiqət heç vaxt bilinməyəcək

    Diana barədə həqiqət heç vaxt bilinməyəcək ...

    4-12-2013, 09:34

  • 
  • Şahzadə Diana haqqında yeni faktlar aşkarlanıb

    Şahzadə Diana haqqında yeni faktlar aşkarlanıb ...

    19-08-2013, 00:07

  • 
  • Britaniya şahzadəsi Çarlz koronavirusa yoluxub

    Britaniya şahzadəsi Çarlz koronavirusa yoluxub ...

    25-03-2020, 22:31

  • 
  • Şahzadə sevgilisini öpərkən - fotolar

    Şahzadə sevgilisini öpərkən - fotolar ...

    1-10-2017, 22:02

  • 
  • Bakirəliyini necə itirdi və ya 17 yaşında narkotiklə flörtləri necə oldu?

    Bakirəliyini necə itirdi və ya 17 yaşında ...

    9-01-2023, 18:21


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (268)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu