GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bazardan reportaj: Bircə boranı bahalaşmayıb...

Bazardan reportaj: Bircə boranı bahalaşmayıb...

Tarix: 19-12-2013, 17:57 Bölmə :Maraqlı Baxış: 924
Bazardan reportaj: Bircə boranı bahalaşmayıb...
Satıcıların bəziləri qiymət artımının səbəbini benzində, bəziləri də İrandan gələn məhsulların azalmasında görür

Benzinin qiyməti qalxandan sonra bazarda meyvə-tərəvəz məhsulları da bahalaşıb. Xüsusən, qarın yağmasından, havanın pisləşməsindən sonra bir sıra kənd təsərrüfatı məhsullarının, eləcə də kartofun qiymətində ciddi sıçrayış müşahidə olunur.

Dünən Nəsimi adı ilə tanınan bazara baş çəkərkən bunu gözlərimizlə gördük. Doğrudan da, kartofun bir kiloqramının qiyməti 1 manatdan 1 manat 50 qəpiyədək artıb.

Satıcı Gülgəz Məmmədovanın sözlərinə görə, bahalaşma təkcə yanacağın qiymətinin artması ilə əlaqədar deyil: "Hamı deyir ki, yanacaq qalxdığı üçün kartofun da qiyməti qalxıb. Qiymətlər niyə başqa məhsullara yox, məhz kartofa təsir etdi? Çünki şaxtalı-qarlı hava məhsulları zay elədi. Kartofu don vurdu. Bu il kartof qıtlığı yaşanacaq. Ona görə də qiymətlər birdən belə kəskin artdı. Olanı demək lazımdır. Səbəbi təkcə benzinin qiymətinin qalxmasında axtarmaq lazım deyil".

Gülgəz Məmmədova kartofun qiymətinin qalxmasının əsas səbəbini şaxtalı-qarlı hava ilə əlaqələndirsə də, satıcıların əksəriyyəti yanacağın qiymətinin qalxmasını səbəb gətirirdilər. Maraqlısı ondadır ki, Səmayə adlı satıcı hazırda kartofun Rusiya və Gürcüstandan gətirildiyin deyir: "Kartof əsasən İrandan gətirilirdi. İndi ünvan dəyişib. Üstəlik, özümüzdə kartof bu il qıt olub. İrandan kartof gətirilməsi kəsilən kimi burada qiymətlər iki dəfə qalxdı. Yalandan şaxta vurdu, benzin bahalaşdı deməklə deyil. Reallıq budur ki, İrandan kartof gətirilməsi dayanan kimi qiymətlər qalxdı".

Satıcı İran kartofunun azalmasını sərhəd keçidindəki problemlərlə əlaqələndirir. Onun sözlərinə görə, benzinin qiymətinin qalxması da burada öz rolunu oynayıb.

Nar 12 manata...

Bazarda təkcə kartofun qiyməti qalxmayıb. Demək olar ki, bütün məhsullarda qiymət artımı müşahidə olunur. Kartofdan fərqli olaraq digər məhsullarda 20-30 qəpik artım var. Nar da kəskin bahalaşıb - 50 faiz! Yaxın vaxta kimi kilosu 6-7 manata satılan nar indi 12 manatadır.

Satıcıların sözlərinə görə, narın qiyməti son iki gündə qalxıb: "Göyçay narıdır. Rayondan gətirilən qiymətin üzərinə cəmi 50 qəpik qoyuruq. Bizdən asılı olmayan səbəblərdən qiymət artıb. İstəmərik, belə bahalıq olsun. Bəzən alıcılar acıq edib başqa bazara gedirlər, buradan alver etmirlər. Ancaq başa düşmürlər ki, başqa bazarlarda da qiymət təxminən eynidir. Çünki qiymətlər bir yerdən idarə olunur. Məhsulu bölgədən gətirən deyir ki, benzinin qiyməti qalxıb, xərclərimi ödəyə bilmirəm. Heç onda da günah yoxdur, vallah".

Bazarın nəzarət tərəzisi də işləmir...

Bazarda olarkən diqqətimizi çəkən məqamlardan biri də nəzarət tərəzisi oldu. Bazarın ortasında elektron tərəzi var idi ki, satıcıların sözlərinə görə, bu nəzarət tərəzisidir. Ancaq alıcılardan biri tərəzinin düzgün işləmədiyini sübut etdi.

Qiymət artımı ilə bağlı söhbət edərkən kənarda səs-küy diqqətimizi çəkdi. Alıcı ilə satıcı çəkinin düzgün olması üstündə mübahisə edirdilər. Satıcı çəkini yoxlamaq üçün nəzarət tərəzisinə üz tutmağı məsləhət görürdü. Alıcı isə nəzarət tərəzisinin də düzgün işləmədiyini yüksək səslə deyir, aldığı məhsulun geri qaytarılmasını tələb edirdi.
Tərəflərin nə üstündə mübahisə etdiyini öyrənmək istəyəndə satıcı jurnalist olduğumuzu görüb satdığı məhsulu geri qaytardı. Ancaq mübahisənin hansı səbəbdən baş verdiyi haqda heç nə danışmadı.

Adının Nüşabə olduğunu deyən alıcı isə onu çəkidə aldatmaq istədiklərini söylədi: "Deyirəm ki, 5 kilo alma ver. Çəkib verdi. Sonra öz əl tərəzimlə çəkəndə görürəm ki, əskik gəlir. Sonra qayıtdı ki, verin sizin tərəzinizlə çəkim. Tərəzimi alıb əlinin altında işarə yerini əydi. Mən də gördüm. Sonra da deyir ki, mən sizin tərəzinizə bir şey etmədim.

Almanı da aparıb nəzarət tərəzisində yoxladı. Amma nəzarət tərəzisi onun dediyi ilə üst-üstə düşdü. Bu tərəzi də elektrondur. Allah bilir başına nə oyun açıblar. Bunların tərəzilərinin hamısı səhvdir, işləmir. Hər dəfə yarım kilo çəkidə aldadırlar. Haqqını da tələb edəndə səslərini başlarına atırlar, qışqır-bağır salırlar. Ancaq bunlara göstərmək lazımdır ki, qarşınızdakı qoyun deyil".

Mübahisə sülh yolu ilə qaydasına düşdükdən sonra bazardakı araşdırmamızı davam etdirdik. Qiymətlərin digər bazarlara nisbətən bu bazarda baha olduğunu deyənlər də çox idi. Məhz buna görə, alıcıların əksəriyyəti "Vasmoy" adlanan bazara üz tuturlar. Bazarda olarkən alıcıların sayının az olmasını da müşahidə etdik. Bütün bunlar da deyilənlərin bir sübutu idi.

Bazarda əksər yerdə narların kilosu 11-12 manata olsa da, bəzi yerlərdə qiymət 8-9 manat idi. Satıcı Nicat deyir ki, ucuz satılan Göyçay narı deyil:
- Siz narın kilosunu 12 manata verirsiz, amma girişdə kilosunu 8 manatdan satırlar. Həmin narla bu narın fərqi nədir ki?
- Həmin narların çoxu iki həftə bundan qabaq Bakıya gətirilib. Çoxu da Göyçay narı deyil. Mən 5 ildir ki, bu işin içindəyəm. Nara baxan kimi bilinir. Onlar Göyçay narı deyil. Amma gəl sənə şirin Göyçay narı verim.
- İstəmirəm, çox sağ olun.
- Gəl bax, bu narın gilələri, 8 manatlığın giləsindən balaca olsa, pulsuz verərəm.
- Mən almırdım, sadəcə qiymətləri soruşurdum.
- Gəl kilosunu 10 manatdan götür. Görürəm tələbəyə oxşayırsan, aşağı verərəm.

Bazarın maraqlı mənzərələrindən biri də budur ki, hansı satıcının malına kənardan baxırsansa, səni dərhal yanına çağırır və nə isə satmağa çalışır. Xüsusən də qiymət soruşan alıcılara bu formada psixoloji təsirlər etməyə çalışırlar.

Bazarda portağalın bir kilosunun qiyməti 4-5 manata, alma 3 manatdan başlayan qiymətə, armud 4 manatadır. Satıcılarının dediyinə görə, kələmin qiyməti 10 qəpik bahalaşıb. Bircə boranının qiyməti olduğu kimi qalıb ki, onun da kilosu 1 manatadır.

Bütün bu məsələlərlə bağlı sonda bazar rəhbərliyini də danışdırmaq istədik. Satıcılar bildirdilər ki, rəhbərlik yalnız gündüz saat 12-yə kimi buralarda olur. Ancaq onun Nadir adlı köməkçisinin bazarın giriş hissəsində olduğunu dedilər. Həmin şəxs isə bazar rəhbərliyinin köməkçisi olduğunu təkzib edərək qiymət artımı ilə bağlı danışmaq istəmədi.

Elmin Bədəlov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kənd təsərrüfatı məhsullarının qiyməti yenə artacaq

    Kənd təsərrüfatı məhsullarının qiyməti yenə ...

    11-12-2013, 12:41

  • 
  • İran Astarası gömrüyündən kartof qadağası

    İran Astarası gömrüyündən kartof qadağası ...

    17-02-2014, 17:22

  • 
  • Benzinin “od vurduğu“ qiymətlər- Bazardan REPORTAJ

    Benzinin “od vurduğu“ qiymətlər- Bazardan REPORTAJ ...

    22-12-2013, 14:47

  • 
  • Bölgələrdə Yeni il öncəsi “qış möcüzəsi” (FOTO)

    Bölgələrdə Yeni il öncəsi “qış möcüzəsi” (FOTO) ...

    25-12-2013, 15:28

  • 
  • Maaşlar artmamış qiymətlər qalxdı

    Maaşlar artmamış qiymətlər qalxdı ...

    23-08-2013, 18:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu