GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda internet evliliyi: yaxşı, yoxsa pis?

Azərbaycanda internet evliliyi: yaxşı, yoxsa pis?

Tarix: 3-01-2014, 00:48 Bölmə :Maraqlı Baxış: 1 069
Azərbaycanda internet evliliyi: yaxşı, yoxsa pis?
Son zamanlar gənclərin böyük faizi bir çox işlərini oturduqları yerdən internet vasitəsilə həll etdikləri kimi, ailə quracağı insanı da internet vasitəsilə tapırlar.

Əvvəllər internetdən istifadə edilməsinə mənfi düşüncə ilə baxan gənclərin bir çoxu, artıq, internetdə qız və ya oğlan tanışı olmayan yoldaşlarına təəccüblə baxırlar. Araşdırmalar nəticəsində məlum olub ki, hər il dünyada bir milyon insan internet vasitəsilə tapdığı partnyorla ailə həyatı qurur. Bu tendensiyanın geniş yayıldığı ölkələr siyahısına ABŞ, İsveçrə və bir neçə Avropa ölkəsi başçılıq edir. Çox təəccüblü olsa da, qeyd edək ki, İran da bu siyahıda öndə gedən dövlətlər içərisindədir. Azərbaycan hələ ki, bu mövzuda öndəgedən ölkələr içərisində yer almasa da, internet vasitəsilə qurulan ailələr də yox deyil. Bu ailələrdən birini qəzetimiz vasitəsilə sizinlə də tanış etmək istədik.

“İlk günki kimi, hər şey gözəldir”

Arzu Şiriyeva adlı vətəndaşımız internet vasitəsilə tanışlıq nəticəsində ailə qurub. Onun hal-hazırda evli olduğu Elvin Şiriyevlə tanışlığı belə olub: “Biz 2010-cu ildə tanış olduq. Bir il müddətində aramızdakı məsafə uzaq olduğu üçün sadəcə internet vasitəsilə əlaqə saxlaya bildik və bu müddətdə də sevgili olduq. 2012-ci ildə isə evləndik. Hal-hazırda qızımız var və ilk günki kimi hər şey gözəldir”. Arzu xanım internetdə hər adama inanmağın doğru olmadığını bildirdi: “Biz bir-birimizlə əlaqə saxladığımız zaman ilk vaxtlar sadəcə vaxt keçirmək üçün əlaqə saxlayırdıq. Amma sonralar fikrimiz ciddiləşdi. Əsas olaraq həyatdakı hədəflərimiz və qarşı tərəfdən nə gözlədiyimizlə bağlı düşüncələrimizi öyrəndik və bir-birimizin əskiklərini tamamlamağa çalışdıq”. Ailə narazılığına gəlincə, gənclərin heç birinin valideyni bu evliliyə mane olmayıb. Gənc ailənin bu yolla evlənmək istəyən gənclərə də nəsihətləri oldu: “Biz interneti gözümüzdə o qədər böyütmüşük ki, elə bilirik internetdən istifadə edənlər yanlış yoldadırlar. O qədər real həyatda tanış olub aldananlar var ki... Ancaq gənclər düşünməsinlər ki, hər tanışlıq belə müsbət sonluqla bitər. Gərək diqqətli olsunlar. Xüsusilə də, gənc qızlar, atacaqları addımda diqqətli olsunlar. Kor-koranə atdıqları addım, həyatları bahasına başa gəlməsin”.

Gənclər bu məsələyə necə baxırlar?

Bir neçə gənc arasında keçirdiyim sorğu, nəticə etibarilə internet vasitəsilə həyat yoldaşı tapmağın normal olduğu qənaətini verdi. Xuraman Yusifli adlı gənc müsahibimiz internetin hər kəsin düşündüyü qədər də təhlükəli olmadığını dedi: “İndi hər kəs internet istifadəçisidir. Xüsusilə də, gənclər. Elə internetdən yanlış şeylər üçün istifadə edən gənclər də beyinlərdə “internet insanı yanlış yola sürükləyir” damğasını vururlar. Xeyir, məncə elə deyil. Bu yolla tanış olub evlənmək yanlış deyil. O halda ki, hər iki tərəf ciddi fikirdə olsunlar. Ancaq, bu da hər zaman alınmır. Çünki bəzən vaxt öldürmək üçün bu yola əl atan insanlar da olur. Düşünürəm ki, əgər ciddi fikirdə olan belə cütlüklər vaxtı uzatmadan görüş təyin edib, ailələrə fikirlərini bildirməlidirlər”.

Adının çəkilməsini istəməyən həmsöhbətlərimizdən biri də bu yolla tanış olub ailə həyatı quran gənclərin bu addımına çox normal münasibət bəslədiyini bildirdi: “İnternet vasitəsilə tanış olmaq pis addım deyil. Burada əsas olan görüş zamanından sonrakı müddətdir. Belə ki, qarşı tərəfin bu məsələdə nə dərəcədə ciddi olub-olmadığı, onunla görüşdüyünüz zaman ortaya çıxacaq. Ona görə də, bir müddət sonra, vaxtı uzatmadan qarşı tərəflə görüş təyin edib, onu tanımaq doğru addım olardı”. “Niyə insanlar tanışlıq vasitəsilə mümkün olduğu halda, virtuala daha meyilli olurlar” sualımıza müsahibimizdən maraqlı cavab aldıq: “Ola bilsin ki, kompleksli olduğu üçün üz-üzə gələndə özünü ifadə edə bilmir və gizlənməyə çalışır. Tanışlığın müəyyən səviyyəsindən sonra görüşmək üçün hazır olur və düşüncələrini üz-üzə belə bölüşə bilirlər. Ona görə də bu çox normaldır. Təbii ki, bu həqiqətən də, evlilik niyyəti ilə əlaqə saxlayan gənclərə aiddir”.

“Əvvəllər qurulan ailələrin təməli güclü olardı”

İnternet tanışlığı nəticəsində evliliyə müxalif fikirlə çıxış edənlər də oldu. Adının çəkilməsini istəməyən digər bir internet istifadəçisi gününün böyük hissəsini internet qarşısında keçirsə də, internetlə evliliyə müsbət yanaşmadığını dedi: “Evlənmək üçün biz insanlar niyə internetə baş vuraq ki? Bunun üçün bütün yollar bağlanıb ki? Necə ola bilər ki, bir insan hər gün gördüyü insanları qoyub, görmədikləri arasından özü yar axtarır? Əvvəllər qurulan ailələrin təməli güclü olardı. Çünki, gənclər həm ailənin rızası ilə evlənirdi, həm də onların məsləhəti ilə seçdikləri insanla ailə qururdular. Ona görə də, indi qurulan ailələrin təməli zəif olur və müəyyən müddət sonra boşanmaya qədər gəlib çıxır”. Qeyd edək ki, yaşlı nəsil də gənclərin duyğu və düşüncələrini virtual deyil, bir-birinin gözünə baxıb, səslərini eşidərək etiraf etmələrinin tərəfdarıdır.

“Ailəm” jurnalının redaktoru Aydın Ucal da internet tanışlığının bəzən gənclər arasında ruh düşkünlüyünə səbəb olma ehtimalının olduğunu bildirdi: “Təbii ki, hər bir evlilik tanışlıqdan başlayır. İnternetlə tanışlıqda isə “real tanışlıq” yox, “virtual tanışlıq” əsas yer tutur. Belə ki, virtual tanışlıqda tərəflər təbii olaraq bir-biriləri haqqında müəyyən təsəvvür formalaşdırırlar. Ancaq sonra bu təsəvvürlər arasında hər hansı uyğunsuzluq olduqda ruh düşkünlüyünə məruz qalırlar. Bunu, xüsusilə, internet evliliyinin ilk ayları üçün demək olar. Digər tərəfdən, bu tanışlıq prosesinin hansı səpgidə getməsi də çox vacibdir. Çünki digər evliliklərdə olduğu kimi, burada da hiss məntiqin qarşısına keçməməlidir”. Bu evliliklərdən hansına daha çox üstünlük vermək məsələsinə gəlincə, Aydın müəllim real tanışlıq nəticəsində qurulan evliliklərə virtual tanışlıq əsasında qurulan evliliklərdən daha çox üstünlük verməyin doğru olduğunu ifadə etdi: “Çünki risk ikincidə birincidən daha çoxdur. Ən azı ona görə ki, ikincidə ancaq sözlər ön planda olduğu halda, birincidə hərəkətlər də ön plana çəkilir. (Məsələn, bədən dili kimi hallar). Bəlkə də, internet evliliklərinin uzunömürlü olmamasının bir səbəbi də elə bununla bağlıdır”.

Yeni Nəsil Hüquqçular Assosiasiyasının Baş Katibi Elməddin Mehralıyev son zamanlar boşanmaların bir çoxuna qloballaşmaya təkan verən səbəblərdən sayılan internetin səbəb olduğunu bildirdi: “Bu vasitə ailələrin dağılmasında çox mahirdir. Ən çox boşanma halları arasında göstərdiyimiz səbəblərin 60%-ni internet tanışlıqları təşkil edir ki, bu vasitə ilə qurulan ailələrin ortalama ömrü çox qısa olub, ailə qavramını belə doğrultmur. Boşanmaların digər bir səbəbi də, evləndikdən sonra belə, tərəflərin sosial mediadan əlaqəni kəsməmələridir. Bu da tərəflərdə güvənsizliyə səbəb olur”.

Azərbaycan Yeni Nəsil Hüquqçular Assosiasiyasının İdarə Heyətinin üzvlərindən aldığımız məlumat isə daha təəssüfləndiricidir. Belə ki, onların sözlərinə görə, bu günə qədər internet vasitəsilə evlənmiş və sonradan boşanma üçün müraciət etmiş gənclərlə söhbət zamanı məlum olub ki, ən uzun ömürlü evlilik müddətləri 3 ay olub.

Bu isə xeyli düşündürücüdür.

Elməddin Mehralıyev bütün bunları, ailələrin uşaqlarına göstərmədikləri münasibəti onları fərqli məkanlarda axtarması ilə əlaqələndirdi. Buna görə də, müsahibim ailələri bu mövzuda həssas olmağa və ailə qurma ərəfəsində olan övladları ilə daha səmimi və yol göstərici olmağa səslədi. Bir sözlə, həyatımızın açılmamış səhifələrini, boş zamanlarımızı dolduran internetlə qaralamayaq və doğru mənzilə yanlış yolla getməyək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çağırışçılar təyin olunduqları hərbi hissələri internet vasitəsilə öyrənəcəklər

    Çağırışçılar təyin olunduqları hərbi hissələri ...

    25-06-2013, 13:43

  • 
  • Prezident  internet vasitəsilə nazirliyi ləğv etdi

    Prezident internet vasitəsilə nazirliyi ləğv etdi ...

    27-05-2013, 17:20

  • 
  • İnternet-asılılıq

    İnternet-asılılıq ...

    4-02-2016, 22:00

  • 
  • Azərbaycanda internet Gürcüstan və Rusiyadan dəfələrlə bahadır

    Azərbaycanda internet Gürcüstan və Rusiyadan ...

    31-01-2014, 17:27

  • 
  • Zəngin internet sahibi oldu

    Zəngin internet sahibi oldu ...

    20-05-2013, 22:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu