Çeçenistan prezidenti Ramzan Kadırov sosial şəbəkədə daha bir yenilk edib.
Rusiya mətbuatına istinadən məlumata görə, prezident iki ay öncə yaradılmış Vətəndaş Cəmiyyəti ilə Əlaqələr üzrə Respublika Nazirliyini ləğv edib. Nazirliyin rəhbəri Arbi Tamayev Prezident Administrasiyasının əməkdaşı təyin olunub. Bu barədə Kadırov “İnstagram” səhifəsində yazıb. Vətəndaş Cəmiyyəti ilə Əlaqələr üzrə Respublika Nazirliyi yeni yaradılacaq nazirliyin tərkibinə daxil ediləcək. Onun tərkibində eyni zamanda, tikinti, milli siyasət, çap və informasiya nazirliyi fəaliyyət göstərəcək. Qeyd edək ki, Ramzan Kadırov “İnstagram”da aktiv fəaliyyət göstərir. Onun 150 mindən artıq izləyicisi var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?