Gundemxeber.az » Maraqlı » Cizgi serialı “ARB Günəş”də - "BALAŞ"
Azərbaycanın ilk və tək uşaq kanalı olan “ARB Günəş” daha bir yeniliyə imza atıb. Kanalın sifarişi ilə ölkənin ilk cizgi serialı çəkilib. “Balaş” adlı cizgi serialı “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə birgə 1 İyun - Uşaqların Beynəlxalq Müdafəsi Günü münasibətilə ilk dəfə həssas əhali qruplarından olan uşaq və yeniyetmələrə təqdim olunacaq. Maarifləndirici və əyləncəli məzmuna malik olan cizgi serialının artıq 28 seriyası çəkilib. Təqdimat mərasimi “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunacaq. Cizgi serialının ilk ictimai nümayişi 2 iyun saat 11:00-da baş tutacaq. Tədbirdə “ARB Günəş” televiziyasının direktoru Məhsim Məhsimov, Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev və “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari də iştirak edəcək.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 13. - “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
Əlaqə:
Vəli Şixverdiyev
+994502637879
Sizi bu təqdimatda görməkdən məmnun olarıq!
Hörmətlə,
Məhsim Məhsimov
“ARB Günəş” televiziyasının direktoru
24-09-2024, 10:55
26-10-2017, 18:51
1-04-2016, 12:07
22-10-2021, 15:16
16-12-2019, 11:57
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?