"Apple" 2024-cü ildə "iPhone 16" seriyasında debüt edən "Camera Control" düyməsini ləğv edəcək.
Bu barədə Çin insayderinə istinadən "GSMArena" məlumat yayıb.
Keçən ilki "iPhone 16" seriyasının əsas yeniliklərindən birinə çevrilən kamera idarəetmə düyməsi iddialara görə istifadəçilər arasında geniş tətbiq tapmayıb.
İnsayder iddia edir ki, "Apple" artıq təchizatçıları "Camera Control" komponentləri üçün sifarişlərin dayandırıldığı barədə xəbərdar edib. Məlumat təsdiqlənərsə, qarşıdan gələn "iPhone 17" seriyası bu xüsusiyyətlə sonuncu olacaq və "iPhone 18" onu qəbul etməyəcək.
Beləliklə, "Camera Control"ün istifadə müddəti yalnız iki nəsil smartfonla məhdudlaşacaq: "iPhone 16" və "iPhone 17".
“GSMArena” xəbər verir ki, “Apple” hələlik bu məsələ ilə bağlı rəsmi şərh verməyib və insayderin etibarlılığı şübhə doğurur – ekspertlər “Apple”ın düyməni saxlayacağını istisna etmirlər. Şayiələrə görə, "iPhone 17" smartfonlarının təqdimatı sentyabrın 9-da baş tutacaq. Tədbir çərçivəsində "Apple" dörd modeli - əsas "iPhone 17", "iPhone 17 Pro" və "iPhone Pro Max", həmçinin "iPhone Plus" versiyalarını əvəz edəcək ultra nazik "iPhone 17 Air" təqdim edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?