GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Eksperiment eləməyə vaxtımız və haqqımız yoxdur

Eksperiment eləməyə vaxtımız və haqqımız yoxdur

Tarix: 29-12-2012, 11:11 Bölmə :Müsahibə Baxış: 851
Eksperiment eləməyə vaxtımız və haqqımız yoxdur
Adil Qeybulla: “Siyasi liderlər dərk eləməlidirlər ki, arxasınca minlərlə insan aparırlar və buna görə məsuliyyət daşıyırlar”

gundemxeber.az Son günlər İctimai Palata daxilində AXCP və Müsavat Partiyası arası münasibətlərdə fikir ayrılığı yaranıb, qarşılıqlı ittihamlara yol açılıb. Qarşıdan gələn prezident seçkiləri ilində müxalifətin aparıcı iki partiyası arasında problemlərin yaranması demokratik düşərgədə mənfi qarşılanır. Hər kəs bu iki partiyanın bir araya gələrək seçkilərə birlikdə getməsi və alternativ fikrin avanqardı rolunda çıxış etməsini gözləyir. Son günlər bu iki müxalifət partiyası arasında yaranan problem və bu problemin yoluna qoyulması haqqında professor, tanınmış ziyalı Adil Qeybulla fikirlərini açıqlayıb.

- Müxalifət düşərgəsində hazırkı durumu necə qiymətləndirirsiniz?
- Mən anlayıram ki, siz əsasən İctimai Palata daxilində baş verən hadisələri nəzərdə tutursunuz. Ancaq nəzərə alın ki, İctimai Palata 2010-cu il parlament seçkilərinin qeyri demokratik keçirilməsinə qarşı mübarizə aparmaq məqsədilə yaradılıb. İctimai Palata tam formalaşandan sonra bu hədəfi aşan daha ciddi məsələlər ortaya qoyuldu. Mən inqilab məsələsini, hakimiyyət dəyişikliyini nəzərdə tuturam. Əlbəttə, təzə bir təşkilat olaraq İctimai Palata bunun öhdəsində gələ bilməzdi. Sonrakı proseslər də göstərdi ki, burada mütəşəkkillik təəssüflər olsun ki, artan xətt üzrə getmədi. Əksinə, müxalifət daxilində gedən mənfi proseslər bu və ya digər şəkildə İctimai Palataya sirayət eləməyə başladı. Bu gün İctimai Palatanın özü, müttəfiqlik məsələsi sual altındadır. Baxmayaraq ki, bununla bağlı çabalar var. İctimai Palatada əsasən iki nəhəng partiya var. Oradakı hər bir partiyanın öz marağı var. Hər biri istəyir ki, öz lideri prezidentliyə vahid namizəd olsun. Baxmayaraq ki, vahid namizədlə bağlı başqa təkliflər də irəli sürülüb. Ancaq bütün hallarda vahid namizəd məsələsində xeyli narahatçılıqlar qalır. Amma mən hesab edirəm ki, indiki durumda müxalifət kəsimindən prezidentliyə namizədlərin sayı həddən artıq çox olacaq. Baş verən proseslər və aparılan müşahidə bunu deməyə əsas yaradır. Sözsüz ki, bu da faktiki olaraq səslərin parçalanması və hakimiyyət namizədinin qələbəsinin asanlaşdırılması baxımından əlavə resurs və şans deməkdir.

- Namizəd, vahid namizəd, əsas namizəd kimi ideyalar ortaya atılır. Sizin bu məsələlərə münasibətiniz necədir?
- Bilirsinizmi, mən ağ atlı oğlan axtarmağın tərəfdarı deyiləm. Mənim fikrimcə, xüsusi statusda olan adam axtarmaqdan daha çox müxalifəti təşkilatlandırmaq, mütəşəkkilliyi artırmaq, mərkəzdən qaçma meyllərinin qarşısını almaq lazımdır. Bundan sonra zamana uyğun şəkildə hansısa namizədin üzərində dayanmaq olar, eləcə də bunu ümumi şəkildə müzakirə etmək mümkündür. Lap siyasi baxımdan mənsubiyyəti olmayan bir ziyalının üzərində dayanmaq olardı. Yəni hansısa bir variant seçilə bilərdi. Hesab edirəm ki, həmin anda istənilən formatı seçib müzakirə aparmaq olardı və bu da problem yaratmazdı. Amma görürsünüz ki, proseslər daha çox siyasi partiyaların maraqları çərçivəsində getdiyi üçün bizlər bu gün fakt qarşısında qalmışıq.

- Sizcə nədən proseslər milli maraqlar konteksindən çıxaraq cılız firqə maraqları istiqamətində inkişaf elədi?
- Bunun çoxsaylı səbəbləri var. Mən düşünürəm ki, 2013-cü il prezident seçkiləri ilə bağlı bəzi şəxslər müxtəlif iddialar irəli sürürlər. Bir çox şəxslər bu seçkiləri müxalifətin son şansı adlandırır. Şəxsən mən bu cür düşünmürəm. Çünki demokratik mübarizənin sonu yoxdur. İkinci tərəfdən də, hər halda proseslərin bu cür getməsi mənim üçün proqnozlaşdırılan idi. Çünki mən AXCP və Müsavat Partiyası arasında indiyə qədər səmimi ittifaq görməmişəm. Bunu tam səmimi olaraq deyirəm. Yəni bu iki partiyanın arasında bloklar olsa da, son anda iflasa uğrayıb. İndiyə qədər dəfn olunan və siyasi arxivə yazılan çoxlu sayda siyasi blokların adını çəkmək olar. Bu bloklar yaranıb, bir xeyli işlər görüb və məqsədinə çatmadan iflasa uğrayıb. Mən istəməsəm də, deməliyəm ki, İctimai Palatanı da belə tale gözləyə bilər. Əgər proseslər belə davam etsə biz dediyimiz reallaşacaq. Mən bir şeyi xüsusilə qeyd etmək istəyirəm. Müxalifət liderləri ciddi düşünməlidirlər ki, onlar öz arxalarınca minlərlə cəbhəçi, müsavatçı və hərəkatçıları aparırlar. Bu insanların da taleyini düşünmək lazımdır. Hər hansı bir qərar verilərkən düşünmək lazımdır ki, bu qərar əsasında uğura nail ola bilərikmi. Yəni qərarın özünün optimallığı, rasionallığı, situasiyaya uyğun praqmatikliyi olmalıdır. Bu baxımdan mən indiki mərhələdə verilən qərarlarda praqmatiklik görmürəm.

- Siz Müsavat Partiyasının üzvü olsanız da, obyektiv, milli maraqları önə çəkən ziyalı sayılırsınız. Siz dediyiniz mənfi tendensiyaların qarşısını almaq ehtimalları nə dərəcədə mümkündür?
- Hesab edirəm ki, mənfi tendensiyaların qarşısını almaq üçün yenə də, masa arxasında oturmaq lazımdır. Yəni bütün iddiaları bir kənara qoymaq, birlikdə məsələləri müzakirə edərək situasiyaya uyğun hərəkət edilməlidir. Hesab edirəm ki, mart ayında vəziyyət necə olacaqsa ona uyğun, apreldə isə ona uyğun siyasət aparılmalıdır. Bununla bərabər müxalifətin təşkilatlanması və mütəşəkkil olması istiqamətində aramsız işlər həyat keçirilməlidir. Ancaq bu gün hökm sürən hallar prosesə neqativ təsir edir. Bu hallar hər şeydən öncə əvvəla protest elektoratını parçalayır, onlar arasında bir ümidsizlik yaradır, inamsızlığı inkişaf etdirir. Şübhəsiz ki, bu da ümumi işə zərbə vurur. 1990-cı illərdə müxalifətin yüksək reytinqinin xülyası ilə yaşamaq lazım deyil. Bu gün olan reallığı düşünmək lazımdır. Ona görə də, mən hesab edirəm ki, hər bir şəxs, xüsusilə siyasi liderlər bu proseslərə ciddi yanaşmalıdırlar. Çünki onların siyasi iradəsindən çox şey asılıdır.

- Siz həm AXCP sədrini, həm də Müsavat başqanını yaxından tanıyırsınız. Bu xadimlərin birlikdə qərarlar vermək, partiya maraqlarından imtina etmək və etimad mühitində birgə addımlamaq imkanları varmı?
- Mən sizə bir şeyi deyə bilərəm ki, adını çəkdiyiniz siyasi liderlərin demokratik seçkilərdə hər zaman şansları var. Ancaq bu proseslər göstərir ki, onların ortaq məxrəcə gəlmək şansları elə də yüksək deyil. Bunun səbəblərini, çoxsaylı köklərini araşdırmaq olar. Amma mən bir həqiqəti tam dərk etmişəm ki, bu münasibətlər heç vaxt səmimi olmayıb.

- Aparıcı müxalifət partiyalarının heç vaxt səmimi olmaması ilə paralel hakimiyyətin mövqeyini necə qiymətləndirirsiniz?
- Hakimiyyət rəsmən namizədini irəli sürməyib. Təbii ki, namizəd irəli sürsəydi, bu haqda daha çox və dəqiq rəy vermək olardı. Hər halda hakimiyyətin əlində ciddi adminstrativ resurslar var. Müxalifətin indiki qərarsızlığı və parçalanmış durumunda hakimiyyətin şansları daha üstün görünür. Odur ki, biz bu situasiyaya çox məsuliyyətli yanaşmalıyıq.

- AXCP sədrinin müavini Asəf Quliyev deyir ki, İsa Qəmbərin namizədliyi zorən irəli sürülür...
- Həm İsa Qəmbər, həm də Əli Kərimli partiya lideridir. Partiyanın sıravi üzvləri və funksionerləri hər iki şəxsə təzyiq edirlər. Bu təzyiqlər onların hər birinin vahid namizəd olması üçündür. Bu başa düşüləndir. Yəni hər bir partiyanın üzvü istəyir ki, onun lideri prezidentliyə namizəd olsun. Burada həm partiya marağı var, həm də sıravi insanlar 20 ildir ki, öz liderlərinin arxasınca gedirlər. Amma bizim elə bir zamanımız yoxdur ki, təcrübə keçirək. Biz situasiyaya uyğun, qələbəyə şərait yaradacaq və şans verəcək qərarlar qəbul etməliyik. Bunu sıravilər də, siyasi fəallar da, partiya liderləri də başa düşməlidirlər. Bizim kimi partiya rəhbərliyində olan insanlar birmənalı dərk eləməlidirlər ki, onlar arxasınca minlərlə insan aparırlar. Bu insanların taleyinə görə də, onlar məsuliyyət daşıyırlar. Ona görə də, əgər biz praqmatik siyasət irəli sürürüksə hansısa uğura nail olmağı bacarmalıyıq. Mənim fikrimcə, hökm deyil ki, prezident seçkilərində hökmən qələbə çalınsın. Amma seçkidən bir nəticə ilə çıxmağın özü də nəticədir. Bu baxımdan hesab edirəm ki, yuxarıda dediyimiz məsələlər götür-qoy edilməlidir. Əgər bu olmasa, artıq parçalanmanın ciddi əsasları qoyulub. Siz yəqin ki, Rəsul Quliyevin də İctimai Palata ilə bağlı ifadələrindən məlumatlısınız, eləcədə İctimai Palatanın içində bu çatların meydana gəlməsi, müxalifət düşərgəsinin seçkilərə çoxsaylı namizədlərlə getməsi ürək açan mənzərə deyil.

- Azərbaycanda siyasi olmayan bir şəxs varmı ki, onun namizədliyi üzərində dayanılsın, müxalifət liderləri də milli maraqlar naminə öz ambisiya və hikkələrindən imtina etsin...
- Söhbət ondan gedir ki, konkret bir ziyalının üzərində dayanmaq mümkündür. Məsələn, bir müddət hörmətli alim Rafiq Əliyevin namizədliyinin üzərində dayanılmışdı. Cəmiyyətdə reputasiyası korlanmayan, təmiz insanların, ziyalıların, siyasi-ictimai fiqurların üzərində dayanmaq mümkündür. Söhbət ondan gedir ki, lider ambisiyası, partiya marağı buna mane ola bilməyəck. Bu gün bizim üçün qələbəyə şans verə biləcək formula budursa onu qəbul etməliyik. Yox əgər, hər şeyə bir prizmadan baxacağıqsa, fikrimcə, biz öz siyasi həyatımızı mənasız işlərə sərf edən kimi görünə biləcəyik.

- Siz hansı formulanın uğur gətirəcəyini düşünürsünüz?
- Mən hesab edirəm ki, hələlik real formula yoxdur. Əgər hər partiya öz namizədini irəli sürəcəksə bu pis durum olacaq. Ən yaxşı formulanı mən mütəşəkkillikdə görürəm. Yəni müxalifət partiyaları bu illər ərzində aparılan siyasətin nəticəsində zəifləyiblər, sayları azalıb. Həm də bunların ayrı-ayrılıqda həm dövləti idarə etmək imkanı yoxdur, həm də qələbəyə şansları zəifdir. Bu partiyaların gücü və imkanları birləşdirilməlidir. Zərdüşt Əlizadə də deyir ki, indiki vəziyyətlə perspektiv görünmür. Məncə, o haqlıdır. Biz mümkün qədər qüvvələri birləşdirməliyik və səmimi olmalıyıq.

- Dəyişiklik imkanları nə qədərdir?
- Mən düşünürəm ki, hakimiyyət siyasi dəyişikliklərə getməlidir və bu zamanın tələbidir. Hakimiyyətin tərkibində dəyişikliklər baş verməlidir. Mən hadisələrin islahatlar yolu ilə inkişafının tərəfdarıyam. Yəni dağıdıcı inqilabların tərəfdarı deyiləm. Afrika prosesləri göstərdi ki, inqilabın olması heç də demokratik cəmiyyətin qurulması demək deyil. Azərbaycana xarici investisiyalar qoyulub. Eləcə də Azərbaycan qonşuluqda İran, Ermənistan və Rusiya kimi dövlətlərin əhatəsindədir. Bu situasiyada məmləkətdə siyasi qarışıqlığın düşməsi yolverilməzdir. Amma siyasi hakimiyyət məsuliyyətini dərk etməli, siyasi dəyişikliyə getməli, ölkədə barış atmosferi yaratmalı, sivil vətəndaş cəmiyyətinin yaradılması uğrunda ciddi addımlar atılmalıdır.

- Hakimiyyətin demokratik seçki keçirmək iradəsi varmı?
- Mən sizə deyim ki, hətta demokratik seçki keçirilsə belə, indiki dağınıq vəziyyətdə olan müxalifət düşərgəsinin birmənalı qalib gəlməsini gözləmək də doğru olmazdı. Amma hakimiyyətin demokratik seçki keçirmək iradəsinin olub-olmayacağı siyasi proseslərin inkişafından və vəziyyətdən asılı olacaq. Seçkinin demokratikliyi real vəziyyətdən və həm də müxalifətin birliyindən, mütəşəkkilliyindən asılı olacaq.
HÜSEYN ABBASOĞLU


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AXCP: “İctimai Palata fəaliyyətini davam etdirəcək” -AÇIQLAMA

    AXCP: “İctimai Palata fəaliyyətini davam ...

    4-06-2013, 15:14

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • İctimai Palata buraxılası olmadı - Açıqlama

    İctimai Palata buraxılası olmadı - Açıqlama ...

    14-11-2013, 12:27

  • 
  • Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti tapıldı

    Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti ...

    23-07-2016, 21:12

  • 
  • “Müsavata qarşı böyük ictimai qınaq var” – Fuad Qəhrəmanlı

    “Müsavata qarşı böyük ictimai qınaq var” – Fuad ...

    9-01-2014, 13:12


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (214)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu