“İctimai Palatanın Koordinasiya Şurasının iclasında bir sıra vacib məsələlər müzakirə olundu. Amma müzakirə zamanı İctimai Palatanın buraxılması ilə bağlı heç bir fikir səsləndirilmədi”.
Bunu AzNews.az-a İctimai Palatanın Koordinasıya Şurasının üzvü Qələndər Muxtarlı deyib.
O deyib ki, əsas müzakirə gələcək planlarla bağlı olub: “Əsas müzakirə edilən məsələlər keçən dövrə siyasi-hüquqi qiymət vermək, yeni situasiyaya uyğun fəaliyyət proqramının hazırlanması oldu”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?