GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Azərbaycanda bəzi intiharlar hüququ işləməməsi ilə bağlı olduğundan təhlükəlidir”

“Azərbaycanda bəzi intiharlar hüququ işləməməsi ilə bağlı olduğundan təhlükəlidir”

Tarix: 19-02-2014, 23:28 Bölmə :Müsahibə Baxış: 789
“Azərbaycanda bəzi intiharlar hüququ işləməməsi ilə bağlı olduğundan təhlükəlidir”
Fazil Qəzənfəroğlu: “Xalqın marağını təmsil edən insan xalqdan necə üzr istəyə bilər?”

Ölkənin ictimai-siyasi gündəmi ilə bağlı suallara Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu cavab verib.

- Fazil bəy, “Adamyeyənlər” məqaləsinə görə, sizə qarşı müəyyən hücumlar var. Siyavuş Novruzov sizi ciddi tənqid edib, bildirib ki, sizinlə yazıçı Əkrəm Əylislinin ermənipərəst fikirləri arasında ciddi bir fərq yoxdur. Bu fikirləri qəbul edirsinizmi?

- Mən bu haqda Milli Məclisdə izahatımı verdim. Hər kəsin zövqü var və anladığı şəkildə məsələlərə yanaşır. Əlbəttə, mənim yazıma münasibət birmənalı deyil. Hər kəs anladığı formada buna şərh verə bilər. Hesab edirəm ki, Siyavuş Novruzovun yanaşması doğru olmadı. Mən də fikrimi elə parlamentdə dedim. Sizə deyim ki, mən bu mübahisəni genişləndirmək istəmirəm. Çünki mən hər halda müəyyən şeyləri gözləyirəm. Xüsusilə, deputat həmkarların bir-birinə münasibətdə belə xətti seçməsini də doğru hesab etmirəm. Ona görə də, Milli Məclis auditoriyasından kənarda bunun müzakirəsini açmadım. Hər halda mən öz fikirlərimi bundan sonra da bədii üslubda ifadə etmək düşüncəsindəyəm. Əgər, bu kiməsə xoş və aydın olmursa, fikirlərini deyə bilərlər. Bu halda kimin haqlı olduğunu cəmiyyət qiymətləndirməlidir.

- Siyavuş Novruzov sizdən tələb edir ki, təkzib verib xalqdan üzr istəyəsiniz. Bu tələbi yerinə yetirəcəksinizmi?

- Ümumiyyətlə bu üslub və davranış texnologiyasına zidd yanaşmadır. Azərbaycan xalqı deyəndə kimi nəzərdə tuturlar? Mən məqaləmdə bir sıra adamyeyənlərin olduğunu söyləmişəm və Azərbaycan xalqını da həmin adamlar yeməklə məşğuldurlar. Bu halda mən Azərbaycan xalqından niyə üzr istəməliyəm? Əksinə, mən Azərbaycan xalqının maraqlarını ifadə etdiyim üçün bu məqalə ilə çıxış etmişəm. Bildirmişəm ki, bu qədər israfçılıq etmək, büdcə vəsaitini dağıtmaq olmaz. Xalqın marağını təmsil edən insan xalqdan necə üzr istəyə bilər? Bəzən kimlərsə deyir ki, bizi başqası ilə müqayisə etməyin. Bəs onda neyləyək? Biz müqayisə şəraitində özümüzün yaxşılığa doğru inkişafını təmin edə bilərik. Biz özümüzü erməni, lap elə gürcü ilə də müqayisə edirik. Durub özümüzünü şişirtməliyik? Biz müqayisəni doğru hesab edirik. Ona görə də, özümüzü ermənilərlə də, avropalılarla da müqayisə fonunda nöqsanları görməli və həm də çalışıb düzətlməliyik.

- Sizi konkret razı salmayan məqam nədir?

- Söhbət məni razı salan və ya salmayan məqamdan getmir. Mən mənəvi ehtiyac duyuram ki, ölkəmizin həyatında olan boşluqlar, neqativ hallar, eləcə də müsbət məsələlərlə bağlı görüşlərimi bildirim. Mən onsuz da Azərbaycanın daha bir fərqli modeldə olmasını istəyən bir siyasi dünyagörüşə sahibəm, ona görə də indiki Azərbaycanın müsbət və yaxşı məqamlarını qeyd edirəm. Amma eyni zamanda israfçılıq, gələcəyi düşünmədən və proqnozlaşdırmadan siyasi kurs aparmaq narahatedici məqamlardır. Qarabağ məsələsində hazırlığın olmamasını da narahatedici məqam sayıram. Məsələlər bundan ibarətdir. Bir sözlə, bu bir mənəvi ehtiyacla bağlıdır. Ona görə də, məsələyə münasibətimizi bu formada ifadə edirik.

- Sizin fikirlərinizə qarşı ciddi basqılar hiss olunur. Bu sizin bir qədər geri çəkilməyinizə səbəb ola bilərmi?

- Mənim indiki üslubum belədir ki, əslində öz fikirlərimi o qədər də sərt formada ifadə etmirəm. Mən Azərbaycan və onun gələcəyi ilə bağlı baxışlarımı bu və ya digər formada diqqətə çatdırmağı borc hesab edirəm. Ona görə də, hansı təzyiqin olması məni bir o qədər də düşündürmür. Yenə qeyd edirəm ki, mən sözlərimi inkiraçı üslubda demirəm. Yaxışını qeyd etməklə, amma nöqsanları da göstərirəm. Həm də nöqsanları göstərərkən başqalarını zərbə altında qoyacaq, qərəzli formada ittiham edəcək yanaşmalardan kənarda dururam. Ona görə də, belə hallar olur. Əslində mən bəzən bu münasibəti sosial məkanda da, başqa yerlərdə də görürəm. Ona görə də, buna çox vaxt sərf etməyinə dəyməz. İndi mən Azərbaycan futbolu ilə bağlı məqalə ilə çıxış edəcəyəm. Orda da bəzi problemlərə toxunmuşam. Hansı ki, biz daha fərqli şeyləri ortaya qoya bilərik. Ermənilərlə müqayisə aparmışam. Biz, özümüzü bizə yaxın məsafədə olan ölkələrlə müqayisə etməliyik. Bizim bu müqayisə zəmnində özümüzü qəbul etdirməyimiz önəmlidir. Odur ki, bu məsələlərdə bir o qədər də narahat olmağa dəyməz. Biz öz yolumuzu getməliyik. Kimin nə deməsinə vaxtımızı ayırsaq, onda gərək heç bir iş görməyək.

- Necə düşünürsünüz, sizin üslubunuzda yazılan məqalələrin, verilən bəyanatların təsiri olurmu?

- Əlbəttə olur. Cəmiyyətin müəyyən təbəqəsi var ki, onlar qışqırıqdan və səs-küydən uzaq, daha düşünərək problemlərə baxışı ortaya qoymağın tərəfdarıdır. Bu həm də çoxluqdur. Bu çoxluq radikal müxalifət çevrəsində olmayan, düşünmək üçün vəsait təqdim etməyən, ancaq hakimiyyət olan ümumi narazılıq və nifrət fonunda mövcudluğunu qoruyan kiçik marjinal çevrədən fərqlidir. Onlar cəmiyyət həyatında çox şeyləri dəqiq görən və bunu deməkdən qorxan, amma eyni zamanda cəmiyyətdə proseslərin tədricən dəyişməsində maraqlı olan böyük toplumdur. Əslində biz, bu topluma yönəlik olaraq öz fikirlərimizi bölüşürük. Daha soyuqqanlı düşünərək Azərbaycanda təlatümsüz bir dəyişiklik etməyi arzulayan kəsimə özümüzün müxtəlif məsələlərlə bağlı mövqeyimizi təqdim edirik. Əslində bu bir boşluqdur. Fikrimcə, bunu ziyalılar, intellektuallar etməlidir. Ancaq bu sanki siyasətçilərin boynuna yıxılan missiya kimi qalır. Çoxları həm də özünü bundan yayındırır. Ancaq mənim zənnimcə, biz bundan yayınmamalıyıq. Hətta bu bizə nə qədər rahat olmasa, mənfi hücumları təkan verəsə də, bu yolu davam etdirməliyik. Çünki cəmiyyət, xalq və dövlət bizimdir. Onun yaxşı gələcəyinin ideoloji bazasında tutmuş doğru istiqamətə yönləndirilməsi işinə qədər hər birimiz məsuliyyət daşıyırıq.

- Köhnə “Sovetski” deyilən yaşayış massivində dövlətin insanların mülkünə əl qoymasını, bazar qiymətinə uyğun konpensasiya verməməsini necə qiymətləndirirsiniz?

- Təbii ki, yaşayış yerini dəyişmək asan məsələ deyil. Amma digər tərəfdən də, müəyyən abadlıq işlərinin aparılması, küçələrin genişləndirilməsi şəhər üçün vacibdir. Bu iki məqam ziddiyyət təşkil edir. Hamını razı salacaq ideal variantı tapmaq da çətindir. Məncə, dövlət bu işləri daha aşkar prinsiplərlə görməlidir. Fikrimcə, verilən konpensasiyanın miqdarı, bunun bazar qiymətinə uyğun olub-olmamasını ictimaiyyətlə müzakirə edərək ortaya qoysa daha yaxşı olar. İndi sanki bir tərəf qiymət diktə edir, digər tərəf isə onu qəbul etmək zorundadır. Bu əlbəttə uyğun deyil. Yəni daha uyğun yol taparaq vətəndaşları razı salacaq vasitə ilə bu quruculuq işlərini həyata keçirmək lazımdır.

- Siz hüquqşünassınız. Mənim şəhərdə 10 kvadratmetr mülküm var və bunu satmaq istəmirəm. Siz zorla deyə bilərsinizmi ki, sizə bu qədər məbləğ veririk, buranı dərhal tərk edin?

- Əgər söhbət dövlət ehtiyacından gedirsə, Konstutisiya buna imkan verir. Ona görə də deyirəm ki, bütün bunlar qanuna salınmalıdır. Ancaq bu həm də vətəndaşın razılığı ilə həll olunmalıdır. Vətəndaşa da ədalətli variantlar təklif edilməlidir. Əgər variantlar ədalətsizdirsə, burada problemlər daima qalacaq. Odur ki, bunu etmək mümkündür və bu konstitusiyaya da uyğundur. Amma vətəndaşı razı salmamaq, bunu mülkiyyət hüququna basqı formasında diktə etmək yolverilməzdir.

- Sizcə, abadlıq işlərinin aparılması dövlət ehtiyacı siyahısına daxildirmi, sizə elə gəlmirmi ki, dövlət ehtiyacı deyəndə daha çox sərhəd boyu zolaqda dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi və müdafiə məqsədilə təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi üçün torpaqlar dövlət ehtiyacları üçün alına bilər?

- Burada söhbət həm də yolların salınmasından gedə bilər. Bakı Şəhərinin Planı təsdiq edilir və bu müzakirə edilməkdədir. Ancaq ilk olaraq vətəndaşın təminatı həll edildikdən sonra bu məsələ həll edilə bilər. Burada hər iki tərəfin atmalı olduğu addımlar var. Vətəndaş mülkiyyətinin ədalətli şəkildə qiymətləndirilməsini, dövlət isə infrastrukturla bağlı problemləri həll etmək istəyir. Bunlar ziddiyyət təşkil etsə də, şəffaflıq olarsa insanları razı salmaq mümkündür.

- Sosial problemlərdən biri də intiharlardır. Mətbuatda aparılan monitorinqin nəticələri göstərir ki, intihar halları durmadan artır. Sizcə, dövlət hansı addımlar atmalıdır və atırmı?

- İntihar halları əksər ölkələrdə var. Mən bu mövzuda xüsusi məqalə ilə də çıxış etdim. Bu dövlətin hüquq mexanizminin tıxanmasından irəli gələn intiharlardırsa, deməli bu çox təhlükəli tendensiyadır. Dövlət hər bir vətəndaşın intihar etməməsi üçün yanına polis qoymayacaq. Dövlət hüquq, məhkəmə sistemini ədalət müstəvisinə gətirməlidir. Əks təqdirdə bu insanlar hüquqdan əllərini üzəndə özlərini asırlarsa, bu təhlükəlidir. Bir var insanı kimsə aldadıbsa, kiməsə borcu varsa və ya psixoloji problemlər səbəbindən intihar edir. Bir də, var insan açıq məhkəmə sisteminə ümidini itirdikdən sonra özünü asır. Bu tam başqa şeydir. Avropada daha çox intihar halları var, amma bu daha çox psixoloji amillərlə bağlıdır. Azərbaycanda bəzi intiharlar məhz hüququ işləməməsi ilə bağlı olduğundan təhlükəlidir. Dövlət bu sahədə ədalətli mexanizmi qurulmasına çalışmalıdır. Əks halda bu intiharların sayı artacaq.

- Milli Şurada baş verən prosesləri necə qiymətləndirirsiniz?

- Hər halda Milli Şurada baş verənlər daha çox insanların özlərinin konkret dövrün və situasiyanın düzgün şərh edilməməsindən irəli gəlir. Başqa sözlə, qarşıya böyük hədəflər qoyursan. Onu yerinə yetirə bilməyəndə problem yaranır. Müxalifət gərək hədəflərini doğru müəyyən etsin. Məğlub olanda, ideal məqsədlərə çata bilməyəndən sonra bir-birini qınama yolu tutulmamalıdır. Budur əsas problem. Fikrimcə, bunu aşmaq lazımdır. Əgər, bu aşılmasa, belə ittihamlar hər zaman olacaq. Çünki başqa iş yoxdur. Hakimiyyətə qarşı güc yoxdursa, nə etməlisən? Müxalifətin öz içində bu prosesi işləyirəm deyə mübarizə formasına çevirməlisən. Bu partiya onunla, o, bununla savaşır. Amma dərinə varanda görürsən ki, bu heç bir nəticə verməyən proseslərdir.

- Siz Milli Şuranın gələcək perspektivini necə görürsünüz?

- Mən açığını deyim ki, onun perspektivini görmürəm. İdeyasız qurumların perspektivi ola bilməz.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəhim Qazıyev Siyavuş Novruzovu adam saymır

    Rəhim Qazıyev Siyavuş Novruzovu adam saymır ...

    23-07-2013, 12:53

  • 
  • Fazil Mustafa kürd partiya liderinin cavabını belə verdi - STATUS

    Fazil Mustafa kürd partiya liderinin cavabını ...

    10-10-2014, 09:26

  • 
  • “AZƏRBAYCANDA HOMOSEKSUAL VƏZİFƏLİLƏR VAR” - Deputat

    “AZƏRBAYCANDA HOMOSEKSUAL VƏZİFƏLİLƏR VAR” - ...

    27-06-2015, 06:18

  • 
  • Siyavuş Novruzov nazir müavini təyin ediləcək?

    Siyavuş Novruzov nazir müavini təyin ediləcək? ...

    30-08-2014, 11:18

  • 
  • İsgəndər Həmidovun qardaşı YAP-a "razborka"ya gedib

    İsgəndər Həmidovun qardaşı YAP-a ...

    24-09-2013, 15:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu