GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Cəmiyyətin təşkilatlanması istiqamətində müəyyən tərpənişi hiss etməmək mümkün deyil”

“Cəmiyyətin təşkilatlanması istiqamətində müəyyən tərpənişi hiss etməmək mümkün deyil”

Tarix: 3-03-2014, 17:28 Bölmə :Müsahibə Baxış: 906
“Cəmiyyətin təşkilatlanması istiqamətində müəyyən tərpənişi hiss etməmək mümkün deyil”
Nurəddin Məmmədli:
“İnsanlarımız fəallaşsa, qısa müddətdə rejimin dəyişməsinə nail olmaq mümkündür”


Suallara Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, professor Nurəddin Məmmədli cavab verib. O, əsasən Ukrayna və Azərbaycandakı siyasi situasiyanı müqayisə edib.
- Nurəddin bəy, son zamanlar Ukraynadakı siyasi prosesləri, Yanukoviç hökumətinin atdığı addımları daha çox Azərbaycan hökumətinin hərəkətləri ilə müqayisə edirlər. Sizcə, Ukrayna və Azərbaycan arasında hansısa siyasi oxşarlıqlar varmı?
- Bu gün dünyada siyasi, iqtisadi və demokratiya sahəsində proeslər sürətlə inkişaf etməkdədir. Bu mənada istənilən bir regionda baş verən proseslər dünyanın hər bir nöqtəsinə təsir göstərə bilir. Xüsusilə, söhbət dünyada siyasi düzənin dəyişməsindən, diktatura rejimlərinin demokratikləşməsindən gedirsə, təbii ki, bu məsələnin aktuallığını daha da artır. Ukrayna məsələsi isə ümumiyyətlə SSRİ-nin tərkibində olmuş respublikalar üçün əhəmiyyət daşıyan məsələdir. Çünki bu ölkələr eyni rejimdən çıxıb, Rusiyanın siyasi və hərbi təzyiqi altındadır. Odur ki, Ukraynada baş verən proseslərin Azərbaycana bilavasitə təsir etdiyini deyə bilərik. Əlbəttə, yaxın gələcəkdə hər hansı bir dəyişiklik olmasa da, Ukrayna hadisələri Azərbaycan üçün demokl qılıncına çevriləcək, eləcə də Putinin Rusiyasının Avrasiya İttifaqı və Gömrük Birliyi ideyasına sarsıdıcı zərbə olacaq. Bu da, Rusiyanın regionda təzyiq imkanlarının məhdudlaşdırılması demək olacaq. Əgər söhbət demokratikləşmə prosesindən gedirsə, Ukraynada baş verən hadisələr də, ölkəmizin xeyrinədir. Siz təsəvvür edin ki, 10 il bundan əvvəl dünyada 43-dən çox avtoritar-totalitar rejimlər mövcud idi. Ancaq indi bu rejimlərin hökmranlıq etdiyi iyirmidən çox ölkədə vəziyyət dəyişib. Sözsüz ki, Ukraynada gedən proseslərin ölkəmizə ciddi təsiri olmalıdır. Bu gün mətbuatda Azərbaycan xalqının Ukraynada baş verən hadisələrlə əlaqədar eyforik məna daşıyan təsirləri hiss olunur. Amma baş verən proseslər, tarixin öyrənilməsi yalnız imtahandan beş almaq üçün deyil, eyni zamanda nəticə çıxarmaq üçün vacibdir. Ukraynada baş verən hadisələr göstərdi ki, xalq nə qədər fəal olsa da, işin əsas ağırlığı siyasi partiyaların üzərinə düşür. Maydanda baş verən hadisələr bir daha ortaya qoydu ki, əsas hərəkətverici qüvvə siyasi partiyalardır. Odur ki, indi Azərbaycanda əsas məsələ siyasi proseslərin intensivləşməsi, vətəndaşların fəallığının funksiyalaşdırılmasına ciddi ehtiyac var. Bunun da, yolu siyasi partiyalarda təmsilçilikdən keçir.
- Yanukoviç diktator adlandırılsa da, Ukraynada ciddi müxalifət, güclü azad mətbuat var idi, müxalifəti yüzlərlə üzvü Ali Radada təmsil olunurdu. Bu mənada Azərbaycan müxalifətini və mətbuatını Ukrayna ilə müqayisə etmək nə dərəcədə doğrudur?
- Şübhəsiz ki, birbaşa eyniyyət axtarmaq cəhdləri qüsurludur. Müqayisə çox yaramaz metoddur, amma bunun alternativi də yoxdur. Ukrayna həqiqətən də Azərbaycandan fərqli bir məkan idi. Birincisi, Yanukoviçi diktator kimi təqdim etmək, onun Azərbaycan rəhbərliyi ilə müqayisəsini aparmaq tamam yersizdir. Çünki Yanukoviç diktator deyildi. İkincisi, Yanukoviç azad seçkilər nəticəsində xalqın iradəsi ilə hakimiyyətə gəlmiş siyasətçi idi. Sadəcə olaraq prezident seçildikdən sonra Yanukoviç Rusiyanın təsirindən çıxa bilmədi, eləcə də Ukrayna xalqının mövqelərinə uyğun pozisiyadan çıxış edə bilmədi. Bunun da nəticəsi olaraq cəzalandırıldı. Üstəlik nəzərə alın ki, Ukraynada minlərlə biznes adamları var ki, müxalifət mövqeyini ifadə edirlər. Eyni zamanda Ukraynadakı repressiyalar Azərbaycanda aparılan repressiyalarla eyni səviyyədə deyildi. Bütün bunları nəzərə almalıyıq. Ancaq mən Azərbaycan müxalifətinin zəifliyi haqda fikirləri obyektiv hesab etmirəm.
- Hansı səbəblərdən?
- Çünki seçkilər ərəfəsində Azərbaycan müxalifəti 15 mindən çox insanı bir yerə toplayaraq mitinqlər təşkil etdi. 17 milyona yaxın insanın yaşadığı, iqtisadi-sosial vəziyyəti Bakıdan qat-qat yaxşı olan Moskvada isə müxalifətin aksiyasına 22 min adam çıxmışdı. Qərb ekspertləri həm bundan təəccüblənirdilər, həm də Azərbaycan müxalifətinin güclü olduğunu vurğulayırdılar. Sevindirici haldır ki, müxalifət 2004-2005-ci illərdə yaşadığı böhran vəziyyətini arxada qoyub, artıq Azərbaycan gənclərinin sürətli təşkilatlanma prosesinin getdiyini görməmək mümkün deyil. Mən bunu üzv olduğum AXCP-nin timsalında görürəm. Eyni zamanda cəmiyyətin təşkilatlanması istiqamətində müəyyən tərpənişi hiss etməmək mümkün deyil. Əgər söhbət siyasi situasiyanın müqayisəsindən gedirsə, hakimiyyətimiz nə qədər təm-təraqlı, möhtəşəm görünsə də, Ukrayna hakimiyyəti qədər güclü deyil. Çünki bu hakimiyyət nəinki xalqın iradəsi əsasında formalaşıb, əksinə, xalqın nifrət ediyi bir quruluşdur, bu hökumətin fəaliyyətində müsbət hal tapıb demək mümkün deyil. Biz ancaq korrupsioner və xalqa qənim kəsilən bir rejimdən danışa bilərik. Kütləvi şəkildə narazılıq mövcuddur və bu getdikcə böyüyür. Mən dünən bu haqda da, fikrimi dedim. Baxın, dünənə qədər prezident Yanukoviçin başına toplaşaraq ondan mandat alanlar sonradan problemsiz şəkildə Yanukoviçin impincment edilməsinə səs verdilər. Bu o deməkdir ki, diktatorlarla dostluq yalnız onların kresloda oturduğu dövrlə bağlı ola bilər. Heç kəs onlarla birlikdə olmaq, əbədi olaraq onların məsuliyyətini üzərinə götürmək istəmir. Odur ki, klassik politoloji yanaşma baxımından Azərbaycan hökuməti olduqca zəif rejimdir. Bu rejimin də çökməsi üçün başqa ölkələrdə olan kütləvi və aşırı reaksiyalara ehtiyac olmayacaq. Bu rejim mütləq dəyişəcək. Azərbaycan rəsmi şəkildə Avropanın geopolitik məkanına daxildir. Azərbaycanda dəyişikliklərin olması labüddür. Sadəcə olaraq bu gerçəkliyin həyata keçməsi üçün xalqın ortaya iradə qoyması, daha fəallıq nümayiş etdirməsi vacib şərtdir. Yeri gəlmişkən, deyim ki, biz uzun illər qərb dünyasının ikili standartlarından əziyyət çəkmişik, onları ittiham etmişik və qınamışıq. Amma bu gün Azərbaycanda rejimin dəyişməsinə yeganə mane olan faktor xalqımızın fəaliyyətsizliyidir. Əgər biz, bu məsələsini həll edə bilsək, qısa müddətdə rejimin dəyişməsinə nail olmaq mümkündür.
- Ukraynada Yanukoviçin sosial bazası, elektoratı var idi. Sizcə, Yeni Azərbaycan Partiyasının real elektoratı nə qədər ola bilər?

- Azərbaycanda klassik mənada, formalaşan ənənələrə uyğun olaraq baxanda görürük ki, Yeni Azərbaycan Partiyası adlı siyasi institut mövcud deyil. Partiyaçılıq ideyası, onun formalaşması dünyada yeni bir şey deyil. Bu məsələ ətrafında kifayət qədər təcrübələr toplanıb, partiyaların yeni modelləri yaranıb, müxtəlif ideoloji formalar təklif edilib. Bu gün bütün bu kriteriyaların əsasında baxanda Yeni Azərbaycan Partiyasını bir partiya kimi qəbul etmək mümkün deyil. Bu partiyanın rəsmiləri iddia edirlər ki, hakim partiyanın 600 mindən çox üzvü var. Əslində bu şişirdilən rəqəmdir. İkincisi, 600 min insanın 540 mini dövlət büdcəsindən maliyyələşən insanlardan ibarətdir. Partiyanın nəzarət təftiş komissiyası yoxdur, qərarverici orqanı mövcud deyil. Sadəcə olaraq Siyasi Şura deyilən bir formatı ortaya atıblar, bu qurumun üzvlərinin siyahısını açıqlayıblar. Bu siyahıda olanların bəziləri partiyadan qovulub, bəziləri isə həbs edilib. Bir sözlə, bu partiya deyil. Mən yüz faiz əminəm və konkret bildirirəm ki, hakimiyyət dəyişəndən sonra, ümumiyyətlə Azərbaycan siyasi səhnəsində Yeni Azərbaycan Partiyası adında bir qurum mövcud olmayacaq. Bu partiyanın taleyi kommunist partiyasının taleyindən də pis olacaq.
- YAP-ın 2013-cü il üçün büdcəsi 7 milyon manat olub. Bəs real müxalifət partiyalarının ümumi büdcəsi, eləcə də AXCP-nin büdcəsi nə qədər olub?
- Müxalifətin heç bir büdcəsi yoxdur. Azərbaycanda siyasi partiyaların maliyyələşməsi prosesi baş verməyib. Partiyaların dövlət büdcəsindən maliyyələşməsi haqqında qanun formal xarakter daşıyır. Vurğulayım ki, siyasi partiyaların maliyyələşməsi haqda qəbul edilən qərar indiyə qədər hakimiyyət ətrafı siyasi qrupların ayrı-ayrı maliyyələşdirilməsi prosesini hüququ müstəviyə keçirdi. Əvvəl ayrı-ayrı monopolistə deyirdilər ki, filan siyasi dərnəyi sən yemlə, maliyyələşdir. İndi isə bu pulu büdcədən ayırırlar. Reallıqda heç bir müxalifət partiyası dövlət büdcəsindən bir qəpik belə almır. Əgər almırsa, deməli onun maliyyə hesabı haqqında danışmaq da yersizdir.

- AXCP olaraq sizin cari xərcləriniz, qərargahın saxlanılması üçün maliyyə tələb olunur. Bəs bunu necə əldə edirsiniz?

- Biz bunu partiya üzvlərinin üzvülük haqqı və ianələri hesabına həyata keçiririk. Bu da çox kiçik məbləğdir. Gündəlik cari xərclərimizi ödəyəcək səviyyəyə də uyğun deyil. Məsələn, Azərbaycan hökuməti aksiyada iştirak edib öz hüquqlarını tələb edən şəxslərə qarşı yüksək maliyyə sanksiyasını nəzərdə tutan təklifi Milli Məclisdə səs çoxluğu ilə keçirdi. İndi bu mürtəce qanun işləyir, baxmayaraq ki, bu Azərbaycan reallığını ifadə etmir. Sizcə, müəllimi və həkimi 150-200 manat əmək haqqı alan ölkədə 3,4 və ya 5 min manat cərimə ola bilərmi? Təsəvvür edin ki, insan aksiyaya çıxaraq öz haqqını tələb edir və buna görə, iri məbləğdə cərimə olunur. Əlbəttə ki, biz belə cərimələri çox çətinliklə ödəyirik. Bəzən isə ödəyə bilmirik. Bu faktor da şübhəsiz ki, ümumi işimizin təşkilinə ciddi təsir göstərir. Bəzən görürsünüz ki, YAP-ın ayrı-ayrı ideoloqları uzağa gedən iddialarla çıxış edirlər, deyirlər ki, müxalifət özünün maliyyəsi haqda hesabat verməlidir. Əgər dövlət bu partiyanı siyasi mövqeyinə görə, maliyyələşmədən kənarda saxlayıbsa, bu halda hakim partiya ondan niyə maliyyə hesabatı tələb edir? Fikrimcə, bu cəfəng fikirlər siyasətə, əxlaqa və hüquqa uyğun olmayan iddiadır.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nürəddin Məmmədli: “Müxalifət bu ziyalıları üz-üzə qoymaqdan çəkinməlidir”

    Nürəddin Məmmədli: “Müxalifət bu ziyalıları ...

    18-11-2013, 12:36

  • 
  • “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzi

    “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzi ...

    25-02-2016, 15:58

  • 
  • “Azərbaycanda hakimiyyət Ukraynayla müqayisədə Rusiyaya daha yaxındır”

    “Azərbaycanda hakimiyyət Ukraynayla müqayisədə ...

    3-03-2014, 12:31

  • 
  • Putinin Obamadan komik Ukrayna xahişi

    Putinin Obamadan komik Ukrayna xahişi ...

    15-04-2014, 10:50

  • 
  • Ukrayna atəşkəsə gedir

    Ukrayna atəşkəsə gedir ...

    3-09-2014, 13:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (225)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu