GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Azərbaycanda hakimiyyət Ukraynayla müqayisədə Rusiyaya daha yaxındır”

“Azərbaycanda hakimiyyət Ukraynayla müqayisədə Rusiyaya daha yaxındır”

Tarix: 3-03-2014, 12:31 Bölmə :Müsahibə Baxış: 807
“Azərbaycanda hakimiyyət Ukraynayla müqayisədə Rusiyaya daha yaxındır”
Ərəstun Oruclu:
“Hakimiyyətin son aylar tutduğu mövqe ABŞ
və Avropa ilə münasibətləri korlamaq xəttidir”


Sullara “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu cavab verib. Oruclu əsasən Ukraynada baş verən inqilabi proseslər haqda danışıb, bu prosesin digər MDB ölkələrinə təsiri haqda fikirlərini bölüşüb, eləcə də Azərbaycan hakimiyyətinin Brüssel, Vaşintqon və Moskva arasında manevr imkanlarına toxunaraq meyl etdiyi əsas güc mərkəzi barədə qənaətlərini bölüşüb.

- Ərəstun bəy, Ukraynada baş verən proseslər tədricən aydınlaşır. Bu ölkə ilə bağlı ən müxtəlif versiyalar irəli sürürdülər.Hadisələrin üzərindən bir neçə gün keçib. Sizcə, Ukraynada gedən proseslər hansı baxımdan əhəmiyyətlidir?
- Ümumiyyətlə istənilən proseslər haqda dərhal şərh verən zaman çox vaxt mütəxəssislər həmin hadisələrin təsiri altında olur, bir qədər emossional duruma düşür. Mənə elə gəlir ki, indi-indi Ukraynada gedən proseslərlə bağlı nisbətən soyuqqanlı şərhlər başlayır. Konkret olaraq sualın əsas hissəsinə gəldikdə deyim ki, Ukraynada baş verənlər bir neçə aspekt üzrə çox əhəmiyyətli proseslərdir. Birinci aspekt budur ki, xalqın gücünün ictimai-siyasi proseslərdə həlledici faktor olması sübut olundu, bir daha göründü ki, mübarizə əzmi olan, bu istiqamətdə israr nümayiş etdirən, qarşısına konkret hədəf və məqsəd qoyan xalq təşkilatlana və bu prosesi məntiqi sonluğa çatdıra bilər. Proseslərin birinci əhəmiyəti bundan ibarətdir.
İkinci əhəmiyyət odur ki, istənilən mübarizə və belə qələbə siyasətçilərə ciddi mesajdır. O mənada ki, heç kəs hakimiyyətə gəldikdən sonra iqtidarı əlində cəmləşdirmək, ölkənin resurslarını tam nəzarətə götürmək, xalqın rəyini tam nəzərə almamağı və s kimi istəklərdən imtina etməlidir. Əks təqdirdə həmin siyasətçi gec-tez öz xalqının təpkisi ilə üzləşməli olacaq.
Üçüncü əhəmiyyətli məqam kimi qeyd edim ki, postsovet məkanında Gürcüstan və baltikyanı ölkələr istisna olmaqla digər müstəqil dövlətlərdə xalq siyasi mübarizədən kənarda saxlanılıb. Yəni MDB-nin əksər ölkələrində xalq sanki heç tərəf də deyil. Bu baxımdan Ukrayna inqilabi bu modelin tamamilə darmadağın edilməsidir. Bu artıq yeni nümunədir. Biz diqqətlə baxsaq görərik ki, postsovet məkanında sonuncu dəfə inqilab məhz Ukraynada olub. Son on ildə bir çoxları inqilabların baş verə biləcəyini tamamilə yaddan çıxarmışdılar, bunu real hesab etmirdilər. Ukrayna prezidenti Yanukoviç və onun komandası da Ukraynada inqilabın baş verə biləcəyini heç zaman ağlına gətirmirdi. Amma problemli cəmiyyətlərdə bu prosesin hər an baş verə biləcəyi ortaya qoyuldu.
Nəhayət bunun geosiyasi əhəmiyyəti də var. Amerikada Demokratlar Partiyası hakimiyyətə gəldikdən sonra uzun illər idi ki, həm ABŞ, həm də Avropa Birliyi Rusiya ilə tərəfdaşlıq siyasəti həyata keçirməyə cəhd edirdilər. Amma ötən ildən başlayaraq Rusiyanın bir qədər iddialarla çıxış etməsi vəziyyəti kəskinləşdirdi.
- Siz hansı iddiaları nəzərdə tutursunuz?
- Fikrimcə, rəsmi Moskvanın Gömrük İttifaqı və Avrasiya Birliyi ideyasını irəli sürməsi və az sonra bu ideyanı reallaşdırmaq istiqamətində ciddi addımları ABŞ və Avropa Birliyinin Moskvaya yönəlik siyasətinin kəskin dəyişməsinə səbəb oldu. Beləliklə geosiyasi mübarizə yenidən ikiqütblü müstəviyə keçmiş oldu. Əlbəttə, bu proses Ukraynadan başlamadı. Ərəb baharı baş verən zaman Moskvanın tutduğu mövqe ortada idi. Daha sonra Suriya məsələsində tərəflərin vəziyyətə fərqli baxışları ortaya çıxdı. Demək olar ki, Suriya məsələsində rəsmi Moskva açıq şəkildə dişlərini göstərdi. Buna qədər demokratik dünyanın güc mərkəzləri Rusiya ilə əməkdaşlıq etmək yolu ilə bu ölkəni modern dövlətə çevrilməsinə, sağlam iqtisadiyyat, azad cəmiyyət və hüquqi dövlət qurulmasına çalışırdı. Lakin Rusiyanın siyasi hakimiyyətinin daxili və xarici siyasətdə atdığı addımlar göstərdi ki, bu ölkənin dövlət siyasətinin əsas prioritetləri imperiyanı bərpa etmək, bunu reallaşdırmaqdır. Yəni ölkədə azad cəmiyyətin qurulması, iqtisadiyyatın liberallaşdırılması, hüquqi dövlətin qurulması deyil, ordunun modernləşdirilməsi haqqında düşünür. Məsələn, Rusiya ordunun modernləşdirilməsi haqda xüsusi dövlət proqramı qəbul edib. Bu proqrama əsasən, 2020-ci ilə qədər ildə 70 milyard dollardan çox maliyyə bu proqrama xərclənməlidir. Silahın hansı məqsədlə modernləşdirildiyi, ordunun hansı məqsədlə gücləndirildiyi son dərəcə bəllidir. Yəni burada tapmaca tapmağa əsla ehtiyac yoxdur. Bu geosiyasi reallıq Qərbin Ukrayna inqilabında bir tərəf kimi meydana çıxmağa məcbur etdi. Biz gördük ki, ruspərəst mövqedə olan prezident Yanukoviç insanlara qarşı silah işlətsə belə hakimiyyətini qoruya bilmədi. Geosiyasi baxımdan da Rusiya Ukraynada məğlub oldu. Nəzərə alsaq ki, Ukrayna Rusiya üçün olduqca əhəmiyyətlidir və Kiyevdə baş verənlər Moskva üçün zəruru hal daşıyır. Şübhəsiz ki, bütün bunları da baş verənlərin əhəmiyyəti kimi qeyd etmək olar.
- Ukrayna hadisələrində götürüləcək dərslər varmı, kimlər və nəyə görə dərs götürməlidir?
- Siz olduqca ciddi məsələyə toxundunuz. Ukrayna hadisələrindən ilk əvvəl Ukrayna tipli və bəzi hallarda ondan da sərt rejimlər olan bütün postsovet ölkələri dərs çıxarmalıdırlar. Burada xüsusilə qeyd edim ki, söhbət bu ölkələrdə mövcud olan iqtidarlarla yanaşı həm də müxalifət qüvvələrindən gedir.
- Siz konkret olaraq nəyi nəzərdə tutursunuz?
- Tutalım ki, Ukraynada üç ay davam edən aramsız mübarizə sonda inqilabla başa çatdı, xalq şəhidlər versə də, demokratiyaya sadiqliyini nümayiş etdirdi. Amma burada durub qəzet səhifələrində “Ukraynadan sonra növbədə bizik” bəyanatları ilə çıxış etmək fikrimcə, ölkənin gələcəyi baxımından tarixi məsuliyyəti boynundan atmaqdır, əhalidə çaşqınlıq və yanlış təsəvvürlər yaratmaqdır. Hesab edirəm ki, bunun da heç bir səmərəsi yoxdur. Əksinə, bu ölkədə siyasi sistemin inkişafına, demokratik ənənələrin formalaşmasına ciddi maneə yaradır. Ən azından belə yanaşmalar insanları ruhdan salır.
- MDB dövlətlərində uzun illərdir ki, diktatura qurmaq istəyən və buna müəyyən qədər nail olan rejimlər hansı dərsləri götürməlidirlər?
- Hakimiyyətlərə gəldikdə deyim ki, onlar böyük-böyük iddialarından imtina etməlidirlər. Anlamalıdır ki, xalqla əvvəlki kimi davranmalı deyillər və bu indi mümkün də deyil. Çünki xalqla onun istəmədiyi şəkildə davranmağın fəsadları ola bilər. Bu fəsadları Ukrayna timsalında müşahidə etdik. Fikrimcə, sərt rejimlər bir qədər idarəçilik sistemlərini, iqtisadi modellərini təkmilləşdirməlidirlər.
- Bəs bu sərt rejimlər dərslər götürüb daxili siyasətlərində dəyişikliklər edəcəklərmi?
- Mən hesab edirəm ki, dərs götürülməyəcək. Çünki atılan ilkin addımlar da göstərir ki, Yanukoviç rejiminin taleyindən ciddi nəticələr götürüb öz siyasətlərində dəyişiklik etməli olan rejimlər bunun əksinə addım atırlar. Onlar cəmiyyətə siyasi təzyiqi artırır, siyasi rəqiblərini, vətəndaş cəmiyyəti üzvlərini sıxışdırırlar, azad mətbuatı məhdudlaşdırmaq yolunda davam edirlər. Bununla da, cəmiyyət-hakimiyyət münasibətlərində böhranı dərinləşdirirlər. Mən deyərdim ki, onlar faktiki olaraq Yanukoviçin getdiyi bu yolu bir qədər də sürətləndirirlər.
- İddia edilir ki, Rusiya Ukrayna ilə müqayisədə Azərbaycandan daha güclüdür. Arqument kimi Rusiyada milyonlarla azərbaycanlı miqrantların işləməsini, azərbaycanlı milyarderlərin məhz Putinin ətrafında toplaşmasını, hakimiyyət nümayəndələri arasında sıx bağlılığın olmasını göstərirlər. Sizcə, bu nə dərəcədə real qiymətləndirmədir?
- Mən müəyyən mənada bu qiymətləndirmə ilə razıyam. Ona görə ki, sözün həqiqi mənasında Rusiyanın Azərbaycana təsiri az deyil. Bunu unutmamalıyıq. Ukrayna daha güclü ölkədir. Üstəlik Ukraynada anti Rusiya millətçi əhval-ruhiyyəsi var. Bu əhval-ruhiyə hələ SSRİ zamanı mövcud olub. Azərbaycanda isə açıq anti Rusiya mövqeyi heç cəmiyyətin özündə də yoxdur. Qarabağ problemi və onun Rusiya tərəfindən yaradılması, torpaqlarımızın işğal edən Ermənistanın Moskva tərəfindən dəstəklənməsinə, tarixi Azərbaycan ərazilərində Ermənistan adlı dövlətin yaradılmasına baxmayaraq bizim cəmiyyətdə Rusiya imperializminə qarşı dayanıqlı mövqeyi olan, barışmaz kəsim demək olar ki, yoxdur. Yəni bu vəziyyəti Ukrayna ilə müqayisə etmək belə mümkün deyil.
İkinci tərəfdən, Azərbaycanda olan hakim siyasi elita Ukrayna ilə müqayisədə Rusiyaya daha yaxındır. Mənim buna şübhəm belə yoxdur. Yanukoviç hökuməti daha çox çalışırdı ki, Qərblə Rusiya arasında manevr etsin. Azərbaycan hakimiyyətinin son aylar tutduğu mövqedə isə ancaq bir çalar görürük. Bu, məqsədli şəkildə ABŞ və Avropa ilə münasibətləri korlamaq xəttidir.
- Bu nədə hiss edilir?
-Deyək ki, saxta “casus” qalmaqalı yaratmaq, ABŞ-ın ölkəmizdəki səfirini ittiham etmək və digər addımları nəzərdə tuturam. Təbii ki, bunu hakimiyyətin daxilində olan ruspərəstlər törədirlər. Hesab edirəm ki, bu sistemli fəaliyyətdir. Digər tərəfdən, Ukrayna müxalifətinin daxilində Rusiyanın dayaqları bir o qədər də yoxdur. Faktiki olaraq Ukrayna müxalifətinin aparıcısı hissəsi qərpərəstdir. Azərbaycan müxalifətindən isə baş açmaq məlum deyil. Ümumiyyətlə bilinmir ki, bu müxalifət hara baxır, kimdən dəstək umur. Bu mənada fikir söyləmək çox çətindir.
Nəhayət Azərbaycan balaca ölkədir, onun Rusiyadan asılı olan Qarabağ problemi var. Azərbaycanın real əhalisinin 30 faizə qədəri Rusiyada əmək miqrantı kimi yaşayır. Bu amil də nəzərə alınmalıdır.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərəstun Oruclu “a-13”ə daxil olan fəallarin adlarini açiqladi

    Ərəstun Oruclu “a-13”ə daxil olan fəallarin ...

    19-02-2013, 11:19

  • 
  • “Azərbaycanın müqavimət potensialı Ukraynada hadisələrin nəticəsindən asılı olacaq”

    “Azərbaycanın müqavimət potensialı Ukraynada ...

    3-03-2014, 17:15

  • 
  • “Azərbaycan Qərb münasibətlərini bir qədər də korlamaq niyyəti güdülür”

    “Azərbaycan Qərb münasibətlərini bir qədər də ...

    6-05-2014, 09:35

  • 
  • «2 ÖLKƏDƏ MAHMUDOVLARIN YARIM MİLYARDLIQ ƏMLAKI VAR» - Keçmiş MTN-çidən açıqlama

    «2 ÖLKƏDƏ MAHMUDOVLARIN YARIM MİLYARDLIQ ƏMLAKI ...

    10-12-2015, 19:17

  • 
  • “Sarkisiyan daha çox baş nazir Medvedevə, Robert Köçəriyan isə prezident Putinə bağlı şəxsdir”

    “Sarkisiyan daha çox baş nazir Medvedevə, Robert ...

    21-04-2016, 22:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (225)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu