GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Nazirlərin arasında da nurçu var”

“Nazirlərin arasında da nurçu var”

Tarix: 24-03-2014, 14:47 Bölmə :Müsahibə Baxış: 2 238
“Nazirlərin arasında da nurçu var”
Mirmahmud Mirəlioğlu:
“Ən təhlükəlisi təriqətləri deyil, qanunun işləməməsidir”


Suallara KXCP sədri Mirmahmud Mirəlioğlu cavab verib. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü əsasən nurçu təriqətin Azərbaycanda hansı təhlükələr törətməsi, ümumiyyətlə islam təriqətlərinin Azərbaycan dövlətinə təhlükəli olub-olmaması, Krım böhranı, Türkiyədə siyasi mübarizənin kəskinləşməsi və bunun yaradacağı səbəblər haqda fikirlərini bölüşüb.

- Mirmahmud Ağa, son zamanlar ölkədə nurçu təriqətlə bağlı ciddi müzakirələr gedir, bu təriqət mənsublarının artıq dövlətçilik baxımından təhlükə yaratdığı iddia olunur. Sizcə, bu nə dərəcədə realdır?
- Mən buna sıradan bir müzakirə kimi baxıram.
- Nurçuluq Azərbaycanda varmı və nə dərəcədə güclüdür?
- Mən bu məsələ ilə maraqlanmamışam, bunun tədqiqatını aparmamışam. Amma bilirəm ki, müxtəlif zümrələrdə, hətta nazirlər arasında onlardan olanı var. Ancaq mənim bilgilərimin nə dərəcədə özünü təsdiq edəcəyini deyə bilmərəm. Buna görə də konkret ad çəkmirəm.
- Onda belə çıxır ki, nazirlər və yüksək dövlət adamları içərisində nurçular varsa, demək bu təhlükəlidir...
- Mən onda bir təhlükə görmürəm. Türkiyədə baş verənlərlə paralellik aparanda, onlarla müqayisə ediləndə ola bilsin ki, bu kiminsə üçün təhlükəli görünə bilər.
- Əgər onlar şəbəkələşirsə, son məqsəd hakimiyyəti götürməkdirsə və böyük sistem qura bilirlərsə, bunun təhlükə olduğunu necə istisna etmək olar?
- Bu mənim təhlil dairəmə daxil deyil. O mənada ki, bu mövzuda informasiyalarım geniş deyil.
- Azərbaycanda nurçulara aid olan orta və ali məktəblər var. Bu elm ocaqları ilə bağlı da müzakirələr aparılır, bəziləri deyirlər ki, bu ocaqlar bağlanmalıdır. Siz, bu haqda nə dşünürsünüz?
- Bu istiqamətdə olan məsələlərin hamısı dövlətin müvafiq strukturunun məsələsidir. Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və s. qurumlar bununla məşğul olmalıdır. Bu qurumlar hazırlıqlı olmalı idilər. İndi bu məsələ ictimai rəyə Türkiyədə baş verən proseslərin fonunda çıxarılır, amma Azərbaycan bunu öncədən gözaltı etməli idi. Ancaq hesab edirəm ki, bu Azərbaycan üçün təhlükəli məsələ deyil. Əgər istənilən bir qruplaşmanın müzakirəsi qorxu yaradırsa, deməli bu fərdlər üçündür. Həm də Azərbaycan Türkiyə deyil.
- Türkiyə timsalında görünür ki, onlar lazım gələndə səs yazıları, gizli video çəkilişləri ortaya qoya, ictimai rəydə müəyyən fikir formalaşdıra bilirlər...
- Bütün bunlar Türkiyədə daha çox seçkilərlə əlaqədar baş verir. Sizə deyim ki, Ərdoğan komandası Türkiyədə hakimiyyətə gələndə bizim ona dəqiq və dəyişməz qiymətimiz olub. Mən təşəkkür edirəm ki, onlar bizim proqnozlarımızı doğrultdular. Düzdür, nəticə bizə doğma olan millət və dövlət üçün heç də xoşa olmadı. Amma bu reallıqdır. Ədalət və İnkişaf Partiyasının embleminin lampa olmasına baxmayaraq, onlar hakimiyyətə gələn gündən biz qeyd edirdik ki,
Türkiyənin gələcəyi qaranlıqdır. Bu da baş verdi. Fikrimcə, 30 mart seçkiləri Ədalət və İnkişaf Partiyasının hakimiyyətdən getməsinin başlanğıcı olacaq.
- Son günlər Türkiyədə böyük aksiyalar keçirilir. Sizcə, bu millətin özünü ifadə etməsidir, yoxsa xaricdən yazılan və idarə olunan ssenaridir?
- Mən bu sualların yarana biləcəyini nəzərə alaraq qeyd etdim ki, Türkiyə Azərbaycan deyil. Orada məsələlər bir qədər fərqlidir. Türkiyə demokratik ənənəsi olan dövlətdir. Hesab edirəm ki, Ərdoğana qədər olan hökumətlər Ərdoğana olan təpkilərlə rastlaşsa idilər hər biri istefa verərdi. Amma görürsünüz ki, Ərdoğan qurbanlar verir, amma istefa vermir. Dünyada baş verənlərin hər bir prsesdən özü üçün nümunə də götürür və həm də bu təcrübədə nümunələrindən istifadə edir. Görürsünüz ki, Ergenokon əməliyyatı zamanı ömürlük həbs edilənləri həbsdən buraxır. Bunu da, bilərəkdən edir və bütün gedişlər 30 mart bələdiyyə seçkilərinə hesablanıb. Amma Türkiyə cəmiyyətini bu gedişlərlə aldatmaq mümkün deyil. Mən inanmıram ki, siz nəzərdə tutduğunuz aksiyaların arxasında kimsə dursun.
- Niyə inanmırsınız, müasir dövrdə belə ssenarilər çox olur?
- Türkiyəni az-çox tanıyan şəxs olaraq bilirəm ki, bu dövlətdə kimlərinsə belə aksiyaların arxasında durması, ssenarilər çəkməsi qanunla qadağandır. Bu qanuna da Türkiyədə böyük sayğı var.
- Deyirsiniz ki, Ərdoğanın generalları həbsdən azad etməsinin bir səbəbi də 30 mart seçkiləridir. Nədən özünün xeyr-duası ilə həbs olunan generalları Ərdoğan azad etdi?
- Ərdoğan buna məcburdur. Ona görə yox ki, kimsə onu təhdid edir. Sadəcə olaraq özünün yürütdüyü siyasət onu sıxır və boğur. Buna görə də, baş nazir məcburdur ki, 30 martda nəyəsə nail olsun. Məsələn desin ki, bu adamların həbsində mənim əlim yoxdur, 17 dekabr rüşvət əməliyyatını düzüb qoşanlar elə Ergenekon əməliyyatını da həyata keçiriblər. Bu həm də Ərdoğanın öz yaxasını kənara çəkməsidir. Əlbəttə, bu böyük siyasətdir. Açıq demək lazımdır ki, Ərdoğan böyük siyasətçidir və siyasətdə də böyük oynayır. Amma, məncə cəmiyyəti aldatmaq mümkün olmayacaq.
- Həbsdən çıxan generallar Ərdoğanın oyun oynadığını bilirmi?
- Əlbəttə bilir. Bu onların açıqlamalarından da sezilir. Burada mən bir daha vurğulayım ki, Ankara Bakı deyil. Orada tükü tükdən seçirlər.
- Ərdoğan bu yaxınlarda nurçularla şiələri müqayisə edərkən “nurçuların şiələrdən də pisdir” ifadəsini işlətdi...
- Mən bu haqda xəbərlərə baxdım. Amma mətndə hər hansı bir təhqir elementini görmədim. Məsələ belədir ki, Güney Azərbaycanda əliallahilər deyilən bir təriqət deyil. Türkiyədə əlivələr var. Fikrimcə, ələvilərlə şiələri eyniləşdirmək doğru deyil. Bunlar ayrı-ayrı məsələlərdir. Məncə, bu məsələdə Ərdoğan çaşmış, ələvilərlə şiələri sinonim kimi işlətmişdi. Amma hər halda bu uğursuz ifadə idi.
- Sizcə, 30 martdan sonra biz bir başqa Türkiyə görəcəyik, yoxsa indiki vəziyyət davam edəcək?
- Davamlı və gözəl bir Türkiyə olacaq. Təbii ki, seçkilərin nə şəraitdə keçməsindən asılı olmayaraq kimin kim olduğu bilindi. Xüsusilə, Gəzi Parkı olayları, son günlər baş verənlər ortadadır. Əlbəttə, Türkiyədə gözlənilməz bir şey olmayacaq, hər şey gözlənilən olacaq.
- Ərdoğan seçkini uduzacaq, yoxsa hələ uzun müddət hakimiyyətdə qalacaq?
- Ərdoğanın hakimiyyəti laxlayacaq.
- Əsas mübarizə avqustda keçiriləcək prezident seçkilərində olacaq?
- Niyə? Ona qədər də çox şeylər baş verə bilər. Yaşayıb görərik.
- Azərbaycanda mövcud olan dini təriqətlər ölkə siyasəti və dövlətçilik baxımından nə dərəcədə təhlükəlidir?
- Rəsmi olanların heç bir təhlükəsi yoxdur. Amma bura gəlib qeydiyyatdan keçən və missionerlik fəaliyyəti ilə məşğul olanlarla bağlı problem olacaqsa, bu da təhlükəsizlik qurumlarına aid olan məsələdir. Mən burada təhlükə görmürəm, amma başağrısı ola bilər.
- Şiəlik nə dərəcədə təhlükəlidir?
- Əsl şiəliyin və süniliyin heç bir yerdə dövlətə təhlükəsi yoxdur. İndi təriqətin başında Bəşər Əsəd və yaxud Səddam Hüseyn kimisi olacaqsa, bu zaman təhlükəli ola bilər. Bizdə məsələnin üstün tərəfi odur ki, bu gün təriqətlərin avanturist liderləri olmadığından bu təhlükə deyil. Əslində təhlükə qanunların işləməməsidir.
- Sələfilik nə dərəcədə təhlükəlidir?
- Bu mənim bildiyim geniş bir sahə deyil. Amma bütün dünyada “narahatçılıqla” islamafobiyadan danışılırsa, bu daha çox danışanların özlərinin yaratdığı yeni təriqətlərdir. Onların özləri və ya böyükləri bu təriqətləri yaradıblar. Belə təriqətlərin də təhlükəliliyini onlar müəyyənləşdirirlər. Əgər bu gün onu təhlükəli elan etmək lazım gəlirsə, onlar bunu edirlər. Bu məsələlər var. Amma bir fərdin kimisə hədələməsi təhlükə deyil. Əsas təhlükə qanunların işləməməsidir. Çünki təhdid edən, cinayət törədəcəyini deyən insanların özləri qanun qarşısında cavab verməlidirlər. Əgər qanun işləsə Əbu-Bəkir məscidi tikiləndə icazə verib, sonra onu bağlatdırmağa getməzlər. Və ya məscidlərin bünövrəsi qoyulanda iştirak edən şəxslər sonra onun sökülməsində də birinci iştirak edirlər. Məncə, əsas təhlükə burdadır. Bilmədən bünövrəsini qoyur, açılışını edirsən, sonra isə qapadırsan. Belə olmaz.
- Ağa, artıq Krım Ukraynanın deyil, Rusiyanındır...
- Bilirsinizmi, dünya heç insanların deyil, nə Putinin, nə də Obamanındır. Bu sadəcə bir oyundur və mən hesab edirəm ki, həm də Rusiyanın ziyanına olan bir oyundur. Bu ağıllı oyun deyil, fikrimcə, hansısa anda bumeranq effekt verəcək. İlkin ola bilər ki, biz narahat olacağıq, çünki Qarabağ kimi problemimiz var. Rusda rahat olacaq, kefli siyasət aparacaq. Amma bunun ən böyük və birinci ziyanı Rusiyanın özünədir. Jrinovskinin tribunadan dediyi fikirləri Putin həyata keçirirsə, bu məsələlərin özünün nə dərəcədə ağıllı olduğunun göstəricisidir. Bu gün Rusiyanın Krımla bağlı qəbul etdiyi qərarlar və təşkil etdiyi saxta terefendum 1980-cı illərin sonunda Qarabağda baş verənlərlə nə ilə fərqlənir? Mən deyərdim ki, əsaslı bir fərqlilik yoxdur, əksinə, eyni ssenaridir. Amma uğursuzdur.
- Bəs Krım türklərinin vəziyyəti necə olacaq, onlar artıq Kremlin nəzarəti altındadır?
- Krım türkləri öz mövqelərində möhkəm duracaqlar. Bir bayrağın endirilib digərinin qaldırılmasından asılı olmayaraq onlar öz mövqelərində qalacaqlar. Nəzərə almaq lazımdır ki, onlar 1940-cı ildən bu yana çoxlu bayraqlar, repressiyalar, hədələr, qərarlar görüblər. Fikrimcə, bu məsələlərin sabah ən böyük xeyri də onlara olacaq. Mən Krımın Rusiyaya getməsini nəzərdə tutmuram. Amma proseslər elə inkişaf edəcək ki, Krım türkləri burada uduzan tərəf olacaq.
- Krım böhranından və Rusiyanın hərbi aqressiyasından sonra keçmiş sovet respublikaları Kremlidən çəkinməyə başlayacaqlarmı?
- Bu hərəkətlər birinci olaraq Kremli və şəxsən Putinin özü üçün qorxuludur. Yəni onun sonunu sürətlə yaxınlaşdırır. Həm də bu son Putinin və ya Medvedevin hakimiyyətdən getməsi ilə bağlı deyil. Bu son Rusiyanın işğalçı və imperiya siyasətinin sonunu yaxınlaşdırır.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxdı

    Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxdı ...

    18-09-2014, 02:25

  • 
  • “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu

    “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu ...

    7-01-2014, 13:14

  • 
  • Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib

    Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu ...

    4-08-2015, 11:44

  • 
  • Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib

    Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib ...

    25-08-2013, 14:35

  • 
  • Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak edib

    Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak ...

    6-08-2014, 00:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (126)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu