GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Ukraynanın itirilməsi Rusiya imperiyasının sonunun başlanğıcıdır”

“Ukraynanın itirilməsi Rusiya imperiyasının sonunun başlanğıcıdır”

Tarix: 28-03-2014, 09:00 Bölmə :Müsahibə Baxış: 748
“Ukraynanın itirilməsi Rusiya imperiyasının sonunun başlanğıcıdır”
İlqar Altay:
“Qarabağın işğalının əsas səbəbkarının Moskva olduğunu açıq bəyan etməliyik”


“Ukrayna məsələsində Moskva Qərbə iyirminin birə nisbətində uduzub”
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünqs-tədqiqatçı İlqar Altay son dövrlər vüsət almış Rusiya-Ukrayna konflikti ilə bağlı müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- İlqar bəy, Rusiya ilə qonşu Ukrayna arasında konflikt artıq təhlükəli savaş həddinə çatmaqdadır. Bir araşdırmaçı kimi bu problemin səbəbləri və doğura biləcək nəticələri barədə fikirlərinizi bilmək istədik.
- SSRİ dağılandan bəri onsuz da zəifləmiş rus imperiyası ilbəil mövqelərini itirir, onun rəqibi Qərb isə, heç bir qələbə hüdudunda dayanmır, irəliləyir. Bu, əslində demokratiyanın diktatura üzərinə yürüşüdür, həyatın, dünyanın tələbidir. Demokratik Qərb Moskvanın özünə bufer zonası hesab etdiyi postsovet ölkələrini bir-bir onun təsir zonasından çıxarır. Ən vacib strateji bufer olan Ukraynanı itirmək görünür, Moskvanı bərk narahat edib, həm də qəzəbləndirib. Ancaq bundan da vacib səbəb Ukrayna və Rusiya xalqları arasındakı milli-mənəvi tarixi problemdir. Bu iki slavyan xalqı arasında müəyyən köklü ziddiyyət olmasaydı, bu xalqlar heç imkan verməzdilər nə Qərb, nə Şərq, nə də hansısa qüvvə onları qarşı-qarşıya qoya bilsin.
- Maraqlıdır iki qonşu, oxşar və qardaş xalq arasında bu qədər dərin, mental ziddiyyətin olmasını qeyd edirsiniz. Məsələn, hər hansı iki qonşu türk və ya ərəb dövləti arasında belə qarşıdurma yoxdur. Bir az təəccüblü görünür.
- Bəli, maddi, ərazi problemindən də çətini milli-mental mahiyyət daşıyan ziddiyyətdir. Türkdilli dovlətlər arasında şükür ki, bu yoxdur, olmayıb. Məsələ nədədir? Təsəvvür edin ki, oğul böyüyüb atasından soyuqluqla ayrılıb. Bu azmış kimi, onu boyüdüb başa çatdıran atanı saymır, hörmətsiz edir, üzünə qayıdır. Bu da azmış kimi, üstəlik atasını öz təsiri, hegemonluğu altına salıb, öz köləsi etmək istəyir. Bu artıq dəhşətdir, deyilmi!? Rusiya əslən Ukraynadan törəyən millətdir, yəni onun övladı sayılır. Qədim Rusiyanın paytaxtı Kiyev olub. Monqollar qədim, möhtəşəm Kiyevi aylarla mühasirə hesabına çətinliklə alan vaxt Moskva çay kənarında bir qəsəbə olub. O qədər kiçik olub ki, monqol qoşunu əhəmiyyət verməyib böyründən keçib yuxarı Novqorod şəhərinə doğru gedib. Bunlar danılmaz tarixdir. Ümumrusiya provaslav kilsəsi, yəni baş keşiş Kiyevdə yerləşib. Neftin, qazın əhəmiyyət daşımadığı dövrlərdə varlı qara torpaq Ukraynada olub və moskovitləri yedirdib, təmin edib. Zaman keçib, Moskva rusları nicat tapıb inkişaf edib, Şərqə doğru irəliləyib müxtəlif millətləri, türk tayfalarını əsarətinə salıb, imperiya yaradıb. Üstəlik, öz törəndiyi slavyan Ukrayna ata xalqını da hörmətsiz edərək öz kölə sferasına qatıb. Özünü velikorus-möhtəşəm, ukrainləri isə malorus-kiçik adlandırıb. Rus şovinizmi qədim Kiyevi, Ukraynanı “okrain” yəni, Rusiyanın bir qırağı, kənarı, ukrainləri isə istehzalı “xoxol” adlandırıb kiçik yad millətlər sırasına qatıb, əsrlərlə ruhən incik salıb. Bu hegemonçu aşağılama siyasəti illərlə rus xalqına aşılanıb. Ruslarda bu üstün hegemon tendensiya, ukrainlərdə isə daxili etiraz, yəni mental dərin ədavət bu gün də qalır. Ona görə də bu gün rus başbilən alimləri təəccüb qalıb bildirirlər ki, Rusiya ukrainlərə doğru neft, qaz, sənaye və s. baxımdan nə qədər addım atsa da, ukrainlər onları sevmir ki, sevmir. Yəni, iki xalq arasında ədavətin,dönməz barışmazlığın, mental ziddiyyətin dərin kökü burdadır.
- Söylədiyinizdən belə çıxır ki, Kiyevdə Maydan hərəkatı əslində Rusiyaya etiraz imiş...
- Elədir ki, var. Maydan hərəkatında Ukrayna xalqının baslıca məqsədi Putindən, Moskvadan, rus şovinizmindən qurtulmaq idi. Zəif və özünü itirmiş Yanukoviçin hakimiyyət bandasından qurtulmaq ikinci, həm də çətin olmayan məsələ idi.
- Bəs Ukraynanın daxili işi sayılan Kiyevdəki inqilabi proseslərə Moskvanın belə sərt reaksiyası nədən oldu? Nə üçün iki ölkə arasındakı münasibət qısa müddətdə bu cür kəskinləşdi?
- Ukrayna xalqının demokratiya, Avropa yönlü qətiyyəti, Qərbin güclü fəaliyyəti və dəstəyi, Kremlin arxayınçılığı, Yanukoviçin zəif qeyri-stabil durumu prosesləri nəzarətdən çıxarıb təbii yöndəmə saldı. Başı Soçi olimpiadasına qarışan Kremldə ayılıb gördülər ki, Kiyev, neçə ildi ipi Putinin əlində olan Yanukoviç hakimiyyəti əldən çıxıb. Artıq xalq hakimiyyəti tamamilə götürüb. Ukraynanın itirilməsi təbii ki, Rusiya imperiyasının sonunun başlanğıcıdır. Putin bunu gözəl bilir və onu dəhşət bürüyür. Onun kimi, psixoloji baxımdan paranoya patalogiyalı insanlar əslində qorxaq və vahimələnən olurlar. Yaxşı bilir ki, rus xalqını yalnız özünü güclü, qətiyyətli göstərib qorxu yaratmaq hesabına idarə edə bilər. Xalq onun qorxaq və zəif olduğunu, zəiflədiyini bilsə, dərhal aşırar. Beləliklə, şokdan çıxan kimi dərhal cürətli və qəti addımlar atmağa başladı. Heç olmasa görüntü xatirinə, Krım variantından istifadə etməyə. Xalqa göstərsin ki, baxın, mənim əlimdən Ukraynanı aldılar, amma mən də son anda cürət göstərib Krımı qopartdım və rus xalqı yayda Krım çimərliklərində özünü rahat günə verə bilər.
- Bu saat Krımın Rusiyaya birləşdirilməsi prosesləri bütün dünyanı silkələyir. Rusiya və Krımda bununla bağlı bayram edilir. Ukrayna tərəfdarlarını isə sanki bədbinlik bürüyüb. Bəziləri Krım məsələsinin rus imperiyasında yeni Putin erasının, yeni-yeni qələbələrin başlanğıcı hesab edir. Bəziləri isə əksinə, bunu Rusiya Federasiyasının sonunun başlanğıcı kimi qələmə verir. Sizcə həqiqət haradadır?
- Bilirsiniz, insan toplumu bəzən şüursuz olaraq, çalıb-oynayaraq uçuruma, faciəyə doğru gedir. Bu gün Putin bütün gücü ilə, təbliğat vasitələrini işə salmaqla Krımın alınması ətrafında ritorika yaradıb. Rus xalqının böyük sadəlöhv hissəsini süni eyforik vəziyyətə salıb. Guya möhtəşəm bir tarixi qələbə əldə olunub. Əslində, bir qədər dərin analiz qabiliyyətli insanlar bilir ki, Ukrayna məsələsində Moskva Qərbə artıq uduzub. Özü də böyük hesabla, iyirminin birə nisbətində. Yəni Rusiya Ukraynanı əldən verib, əvəzində Krımı götürüb. Krım isə Ukraynanın 20-də 1-i qədərdir. Bu hesabla, sabah Belarusiyada da demokratik qərbyönlü çevriliş ola bilər, Lukaşenko qovular. Belarusiya əldən çıxar və Rusiya onun hansısa bir vilayətini əlində saxlayar. Bu nədir, qələbədir? Qəribədir, sən böyük bir müttəfiq qonşu və həm də qardaş ölkəni itir, onun kiçicik bir hissəsini böyük risq və biabırçılıq hesabına götür və sevin. Bu komik haldır. Bunlar nəyə sevinirlər, vallah təəccüb qalmışam. İndiyədək Rusiya Azərbaycanı verib Qarabağı, Gürcüstanı verib Abxaziya və Cənubi Osetiyanı, Moldovanı verib Dnestryanını götürüb. Bunun nə xeyri olub? Bunlar onsuz da imkanı zəif olan Rusiya xalqı üçün bir siyasi və iqtisadi yükdür. Həmin o Qarabağ kimi bölgələr özlərini himayə qucağına verib arxayınlaşır, işləyib çalışmırlar, Rusiyadan daima hazır yardım gözləyirlər.
- Bəs bu halda, xeyri yoxdursa, sizcə Putin niyə Krımı götürmək addımını atdı və Qərb də sanki bununla razılaşır.
- Putinin başqa yolu qalmamışdı. Kiyevdəki hakimiyyət dəyişikliyindən, Ukraynanı uduzandan sonra dərhal ayılıb coşdu və hətta könlündən hərbi yolla bütün Ukraynanı götürmək də keçdi. Amma qorxdu, gücünü hesabladı, cəsarət etmədi. Təsəlli üçün Krıma əl atdı. Heç olmasa Krımı götürməsəydi, onun öz xalqının qarşısında cılız və zəif mahiyyəti ortaya çıxacaqdı və bununla xalq dərhal onu bitirəcəkdi. Rusiyanın Krımı anneksiyası Qərbə əslində xeyir verir. Qərb liderləri Ukrayna kimi həyati vacib bölgəni Moskvanın əlindən çıxara bildikləri üçün daxilən sevinirlər, üzdə isə guya incik və qəzəblidirlər. Dünyaya bu əhvalı aşılayırlar. Dünya ictimaiyyəti qarşısında Rusiya nifrət qazanma dərəcəsində hörmətdən düşür. Qərb Rusiyanın beynəlxalq normalara zidd siyasətindən istifadə edib onu müxtəlif sanksiyalarla boğur. Moskva bütün dünyada təcridə düşür, mövqeyi zəifləyir, biabır olur. İkincisi, Qərb bilir ki, Krım Rusiya üçün bir ağır iqtisadi yükdür və bu saat Moskva heç öz regionlarını, xalqını təmin edə bilmir. Bilir ki, bu gün sabah RF dağılacaq, Krım da daxil olmaqla bütün işğal zonaları geri alınacaq. O cümlədən, bizim Qarabağımız.
- Qarabağdan söz açdınız. Rusiyanın Ukraynaya müdaxiləsi və Krımı zəbt etməsilə əlaqədar Qərb liderləri Rusiyanı qınayır. Krıma müdaxiləni işğal adlandırıb, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı Respublikası separatizmini birbaşa Rusiyanın işğalı kimi önə çəkirlər. Amma Azərbaycandakı Qarabağ işğalı barədə heç bir səs-soraq yoxdur. Nə ilə bağlıdır bu?
- Rusiyanın açıq və gizli dəstəyi, müdaxiləsi olmasaydı, böyük türk toplumunun tam əhatəsində olan cırtdan Ermənistan Azərbaycan türkünün ərazisini işğal etməyə cürət etməzdi. Beynəlxalq normalara sayqısızlıq edib 20 faiz ərazimizi illərlə işğal altında saxlamazdı. Mən düşünürəm ki, Ukrayna, Krım hadisələrindən sonra Qarabağ probleminin həllində yeni dövr başlayır. Artıq biz də bundan sonra digər işğalçı-separatizmə məruz qalmış postsovet ölkələri kimi, işğalımızın əsas səbəbkarını açıq və birbaşa Moskvanı, Kremli göstərməliyik. Dövlət və cəmiyyət birliyində bunu çalışıb fakt, sübutlarla ortaya qoymalıyıq. O zaman dünya birliyi də görər ki, biz konkret hədəfi göstəririk ki, Azərbaycan əslində nahəng Rusiyanın işğalına məruz qalıb. Görərlər ki, ermənilərə uduzmamışıq, zorla uduzdurulmuşuq. Daha deməzlər ki, Ermənistanla iki qonşu respublikasınız, gedin öz məsələnizi özünüz dil tapıb həll edin. 20 ildən çoxdur belə olub, dəyişməliyik bunu.
Vüsal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qərb Rusiya enerjisindən tam imtina edə bilər

    Qərb Rusiya enerjisindən tam imtina edə bilər ...

    1-10-2014, 13:10

  • 
  • Avropa İttifaqı Rusiya üzərindəki sanksiyaları saxladı

    Avropa İttifaqı Rusiya üzərindəki sanksiyaları ...

    1-10-2014, 12:00

  • 
  • Ukrayna hadisələri Azərbaycana necə təsir edəcək?

    Ukrayna hadisələri Azərbaycana necə təsir edəcək? ...

    15-05-2014, 11:12

  • 
  • Müharibə başladı: Rus tankları Ukraynaya girdi

    Müharibə başladı: Rus tankları Ukraynaya girdi ...

    23-11-2014, 01:00

  • 
  • Luqanska rus hərbi karvanı girib

    Luqanska rus hərbi karvanı girib ...

    20-08-2014, 13:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (126)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu