GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ukrayna hadisələri Azərbaycana necə təsir edəcək?

Ukrayna hadisələri Azərbaycana necə təsir edəcək?

Tarix: 15-05-2014, 11:12 Bölmə :Manşet Baxış: 0
Ukrayna hadisələri Azərbaycana necə təsir edəcək?
Bəybala Əbil:
"Ukraynada cərəyan edən hadisələr Rusiyanın xeyrinə və onun maraqlarına
uyğun istiqamət alacaqsa, növbəti bu kimi addımlar Azərbaycanda da atıla bilər"

Gülağa Aslanlı:
"Azərbaycan hökuməti AB-yə daxil olduqdan sonra Ukraynanın çoxsaylı problemlərini həll etdiyini
görəcək və beləcə proses ölkəmizdə də müsbət dəyişikliklərin olmasına gətirib çıxaracaq"


Ukraynada vəziyyət günü-gündən daha kritik xarakter almaqdadır. Bu ölkənin Şərq vilayətlərində, Donetsk və Luqanskda separatçı qüvvələrin müstəqillik istiqamətində mayın 11-də keçirdikləri referendumdan sonra durumun daha da ağırlaşacağı labüddür. Eyni zamanda, gözləniləndir ki, güc strukturları yenidən hərbi əməliyyatların aktiv fazasına keçsin. Artıq vəziyyət bu cür də davam edir. Lakin hər şey referendumdan sonra Moskvanın tutacağı mövqedən də asılı olacaq. Bir sözlə, artıq Ukrayna Krımın ardınca daha bir ağır və çətin sınaq qarşısında qalıb. Görəsən, referendumdan sonra Ukraynada vəziyyət hansı istiqamətdə cərəyan edəcək? Krım olayından fərqli olaraq bu dəfə Moskvanın prosesə birbaşa müdaxiləsindən sonra Ukrayna ilə Rusiya arasında müharibə başlaya bilərmi? Baş vermiş bu olayın, Rusiyanın imperiyasayağı fəaliyyətinin Azərbaycana da təsiri ola bilərmi?
KXCP Ali Məclisinin sədri Bəybala Əbil düşünmür ki, Ukraynada cərəyan edən hadisələr bu ölkə ilə Rusiya arasınsa açıq hərbi toqquşmaya gətirib çıxaracaq: "Ukraynada hazırda cərəyan edən hadisələr, keçmiş SSRİ məkanı, Avropa və Asiyaya, bütövlükdə dünyaya təsir göstərə biləcək bir hadisədir. İkinci mərhələsinə isə indi start verilib. Hazırda Rusiya imperiyasının yaşamasının şərtləri Ukraynadan asılıdır. Bu mübarizədə Avropa Birliyi, Amerika, bütün dünya Ukraynanın yanında olmalıdır. Amma sözdə deyil, əməldə. Son hadisələrdən sonra Ukrayna ilə Rusiya arasında açıq müharibənin başlaya biləcəyi ehtimalını qəbul etmirəm. Avropa ölkələri və ABŞ-ın müqaviməti fonunda çətin ki, Rusiya açıq şəkildə separatçılara qarşı mübarizə aparan mərkəzi Ukrayna hakimiyyətinə qarşı müharibəyə getsin. Digər tərəfdən, Qərb də Rusiya ilə müharibə aparmaq səviyyəsində deyil, buna baxmayaraq NATO öz hazırlıq işlərini aparır. Hesab edirəm ki, Rusiya ilə müharibəyə cəlb olunmaq dünyaya sərf etməz. Hələlik fakt odur ki, Qərb Rusiyaya qarşı heç də bütün imkanlardan istifadə etmir. Bütün imkanlardan, xüsusən də ciddi iqtisadi sanksiyalardan istifadə olunsa, yaxın gələcəyə, 1-2 ilə Rusiyanı diz çökdürmək mümkündür. Ona qarşı mübarizənin ən optimal yolu da məhz budur. Rusiya bildiyimiz kimi, nüvə silahına malik əxlaqi dəyərlərdən uzaq olan bir imperiyadır. Belə bir imperiya ilə müharibə aparmaq çətin məsələdir. Qərb də buna gedən deyil». Sözügedən hadisənin Azərbaycana təsirinə gəldikdə, həmsöhbətimiz bu qənaətdədir ki, onun nəinki ölkəmizə, ümumiyyətlə postsovet məkanına ciddi təsirləri ola bilər: "Ukraynada cərəyan edən hadisələr Rusiyanın xeyrinə və onun maraqlarına uyğun istiqamət alacaqsa, növbəti bu kimi addımlar Azərbaycanda da atıla bilər. Azərbaycan da ağır və çətin vəziyyətdədir. Azərbaycanın Rusiya tərəfindən əsas narahatlığı işğal olunmuş torpaqlarımızla bağlıdır. Ermənistan burada heç bir rol oynamır, o Rusiyanın bir əyaləti kimi fəaliyyət göstərir. Azərbaycan hakimiyyəti sözün həqiqi mənasında soyuqqanlı olmalı, cəmiyyəti toparlamalıdır. Hökumət Azərbaycan cəmiyyətinə qarşı repressiya və basqılara son qoymalıdır. Çünki sözügedən təhlükədən ancaq Azərbaycanın bütün qüvvələrinin bütövlüyünə nail olmaqla çıxmaq olar. Cəmiyyətdə qarşıdurma yaratmaqla isə hazırki həssas dövrdə ölkəmizi daha çətin duruma sala bilərlər. Azərbaycan hakimiyyəti bu ağır vəziyyəti düzgün qiymətləndirərək, cəmiyyətin bütövlüyünü qorumalıdır, nəinki parçalanmaya gedərək təbəqələşdirməni dərinləşdirmək".
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı vurğuladı ki, Rusiya Ukrayna ilə açıq müharibəyə getməklə özünün məhvinə səbəb olacaq: "İndiki şəraitdə Rusiyanın Ukrayna ilə müharibəyə gedə biləcəyi qədər yanlış mövqe tutacağına inanmıram. Bu təkcə ona görə deyil ki, Rusiya ordusu güclü, Ukrayna ordusu isə ona nisbətən zəifdir. Həm də belə bir addımın Moskva tərəfindən atılması Rusiyanın Avropa İttifaqına müharibə elan etməsi kimi qəbul oluna bilər.
Ona görə də şərqdəki separatçıların son özfəaliyyətindən sonra da, Rusiyanın Ukraynaya qarşı müharibə edəcəyinə inanmıram. Onlar bu addımı atacaqlarsa, onda özlərinin məhvinə qol çəkmiş olacaqlar. Ukraynada cərəyan edən hadisələrin sonunun Azərbaycana da müsbət təsir edəcəyini gözləyirəm. Artıq Ukrayna xalqı Qərbə inteqrasiya qərarını verib. Bu ölkə tezliklə Avropa Birliyinin üzvü olacaq. Azərbaycan hökuməti də Avropa Birliyinə daxil olduqdan sonra Ukraynanın çoxsaylı problemlərini həll etdiyini görəcək. Belədə proses Azərbaycanda da müsbət dəyişikliklərin olmasına gətirib çıxaracaq. Buna yüzdə-yüz əminəm".
Rüfət SULTAN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ukraynanın parçalanması prosesi davam etdirilir

    Ukraynanın parçalanması prosesi davam etdirilir ...

    14-05-2014, 10:26

  • 
  • Ukrayna atəşkəsə gedir

    Ukrayna atəşkəsə gedir ...

    3-09-2014, 13:43

  • 
  • Ukraynanı seçkilərdən sonra nə gözləyir?

    Ukraynanı seçkilərdən sonra nə gözləyir? ...

    27-05-2014, 10:30

  • 
  • Rusiya Ukraynadan nə istəyir?

    Rusiya Ukraynadan nə istəyir? ...

    19-05-2014, 10:53

  • 
  • Bjezinski Ukraynanın gələcəyi haqqında proqnoz verib

    Bjezinski Ukraynanın gələcəyi haqqında proqnoz ...

    11-12-2013, 15:47


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (339)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu