Ukrayna mediası xəbər verir ki, çərşənbə axşamı Luqanska Rusiya hərbi karvanı girib. «İnformasiya müqaviməti» qrupunun rəhbəri Dmitry Tymchuk-un yazdığına görə, karvanın tərkibinə 40 ədəd ağır zirehli texnika – tank və qrad qurğuları daxildir.
«İctimai televiziya» müxbiri xəbər verib ki, karvana 150 ədəd hərbi texnika və 1200-ə yaxın hərbçi daxildir. Şahidlərin sözlərinə görə, əsgərlər yerli sakinlərlə könülsüz danışıblar, ancaq Rusiyadan olduqlarını etiraf ediblər.
«Luqansk son günlər blokpostlar və Ukrayna hökumət qüvvələrinin məntəqələri ilə mühasirəyə alınıb. Karvanın bu mühasirə xəttini necə yardığı aydın deyil», Dmitry Tymchuk facebook-da yazıb.
Luqanskda xüsusi əməliyyatlara rəhbərlik edən İqor Voronchenko telekanala təsdiqləyib ki, 3 gün əvvəl Rusiya hərbçiləri Ukrayna sərhədini keçib. Rusiya müdafiə nazirliyi hələlik son xəbərə şərh verməyib. Öncə Moskva dəfələrlə Ukrayna şərqində separatçılara Rusiyanın hərbi yardım göstərməsini yalanlayıb.
Luqansk sakinləri BBC-nin Ukrayna xidmətinə bildirib ki, şəhərə Ukrayna ordusunun hərbçiləri daxil olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?