GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Aslan Aslanovu 29 dəfə güllələyənlər kimlərdir?

Aslan Aslanovu 29 dəfə güllələyənlər kimlərdir?

Tarix: 2-04-2014, 11:06 Bölmə :Müsahibə Baxış: 845
Aslan Aslanovu 29 dəfə güllələyənlər kimlərdir?
“Oğlumun qətlinin təşkilatçıları başqa adamlardır”

Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Humanitar məsələlər komissiyasının 31 mart azərbaycanlılara qarşı soyqırımla bağlı keçirdiyi tədbirdə Milli Məclisin bir qrup deputatı, tarixçi alimlər və YAP Siyasi Şurasının üzvü, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov iştirak ediblər.
Tədbirin sonunda Aslan Aslanov jurnalistlərin bir neçə sualını cavablandırıb. O, müsahibəsində hələ Şəmkir rayon İcra Hakimiyyətinin başçısı işləyərkən Azərbaycanda və Gürcüstanda üzləşdiyi sui-qəsd hallarından, OMON dəstələri ilə mübarizəsindən, Gürcüstanda gördüyü işlərdən və son vaxtlar haqqında yazılan yazılardan danışıb.
Həmin müsahibədən bəzi məqamları öz oxucularımıza təqdim edirik:
-Bayaq dediniz ki, 90-cı illərin əvvəllərində ermənilər Gürcüstanda da azərbaycanlılara qarşı soyqırımlar törədəcəkdi, ancaq buna imkan vermədiniz. Mümkünsə bu barədə ətraflı danışardınız.
-Ermənilər 1993-cü ildə Gürcüstanda da azərbaycanlılara qarşı böyük soyqırımlar törədəcəkdi. O vaxt mən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı idim. O dövrdə ermənilər Gürcüstanda Xüsusi Polis Dəstəsinin (OMON) rəisi olmuş Mixi Droni adlı bir şəxslə birgə Dmanisidən başlayaraq azərbaycanlıları çıxarırdılar. Mərhum atam gəlib mənə dedi ki, Şəmkirin Çinarlı kəndinə Gürcüstandan adamlar köçürülür. Mən dərhal bu barədə ulu öndərimiz Heydər Əliyevə məlumat verdim. O vaxt mənim 31 yaşım var idi, ən cavan icra başçısı idim. Ulu öndərin də mənə cavabı o oldu ki, sən durma, elə bu dəqiqə hazırlaşıb yardımlar topla və gedin Dmanisiyə. Mən də qışın o çağında Gürcüstanın Dmanisi rayonuna getdim və gördüm ki, orada azərbaycanlıların hamısı yüklərini yığıb hazırlaşıb və köç başlayır. 1993-cü ildə Gürcüstana getmək çox çətin idi. Marneulidən Bolnisiyə, Bolnisidən isə Dmanisiyə getmək üçün yanında mütləq silahlı dəstə olmalı idi. Çünki o vaxt adamları heç nədən tutub girov götürürdülər, təhqir edirdilər və s. Bütün bunlara görə də mən o vaxt Gürcüstana silahlı dəstə ilə getmişdim. Rəhmətlik Heydər Əliyevin tapşırığı ilə mən ora getdim və 2 böyük yük maşını ilə ərzaq yardımları apardım. Biz Gürcüstana gedəndə oradakı soydaşlarımız bizi görüb çox sevindilər. Hətta o vaxt orada yaşayan azərbaycanlılardan biri Dmanisi rayon başçısının müavinini vurdu və dedi ki, indi gördünüz ki, biz yiyəsiz deyilik, arxamızda Heydər Əliyev var.
İnanın ki, o vaxt əgər biz 2 gün gec getsəydik, Dmanisidən azərbaycanlıların deportasiyası başlanacaqdı. Hətta o vaxt biz ora gedəndə bir hadisə ilə da rastlaşdıq. Deməli, biz gedib gördük ki, Azərbaycan kəndlərinin birində bəy və gəlini toydan oğurlayıb girov götürüblər. Onun qaytarılması üçün oğrular o vaxtı 17 min dollar pul tələb edirdilər. Mən gedib oranın icra başçısı və polis rəisi ilə danışdım, çox çətinliklə də olsa bəy və gəlini geri qaytardıq. Bundan sonra Gürcüstanda olan azərbaycanlılar rahat oldular.
O vaxt özümüzlə ulu öndər Heydər Əliyevin bir şəkilini də aparmışdıq. Gürcüstan azərbaycanlıları həmin şəkili yerə qoymurdular, həmin şəkili öpürdülər, Heydər Əliyevə dua edirdilər.
Daha sonra mən Dmanisidən Azərbaycana qayıdıb baş verənləri Heydər Əliyevə məruzə etdim. Sonralar isə Heydər Əliyev Eduard Şevardnadzeyə zəng edib danışdı. Biz daha sonra qayıdanda gördük ki, Dmanisidə ermənipərəst icra başçısı, polis rəisi və prokuroru vəzifədən çıxarılıb. Biz bir həftədən sonra yenə Dmanisiyə getdik. Geri qaydanda yolda Mixi Droninin qara maskalı adamları bizə silahlı hücum etdilər. Onların sayı çox idi və hamısının da əllərində avtomat silahlar var idi. Mixi Droninin adamları silahlarını mənə tuşlamışdılar. Fikirləri də o idi ki, bizi tutub Ermənistana aparsınlar. Ancaq mən tez xəbər verdim ki, bizim avtomobildəki silahlı adamlarımız gəlsinlər. Bizim silahlı olduğumuzu görən kimi Droninin adamları qorxuya düşdülər və başladılar bizə yaltaqlanmağa.
-Bəs o dövrdə Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze sizə dəstək vermirdi?
-O dövrdə Eduard Şevardnadzenin vəziyyəti yaxşı deyildi. Onun əleyhinə olan müxalif güclər var idi. Ancaq buna baxmayaraq, Eduard Şevardnadze bizə dəstək verirdi.
-Ola bilərmi ki, mərhum oğlunuz Ruslan Aslanovun qətlinin sifarişçiləri məhz Gürcüstan OMON-çuları olsun?
-Yox, bu ola bilməz. Oğlumun qətlinin təşkilatçıları başqa adamlardır. Onlar indi də yaşayırlar və məndən heyf çıxmaq üçün bunu ediblər. Oğlumun qatilləri mənim həyatıma da 3 dəfə sui-qəsd ediblər. Rəhmətlik Afiyəddin Cəlilov və Şəmsi Rəhimov öldürülən gün, ayın 29-da həmin saatda və həmin dəqiqədə mənə 29 güllə atıldı, sürücüm və mühafizəçim ağır yaralandı, sürücüm bir ildən sonra rəhmətə getdi. O vaxtı mən müdafiə naziri olmuş Məmmədrəfi Məmmədova rəsmi formada müraciət etmişdim ki, mənə mühafizəçi versin. O da mənə 4 nəfər mühafizəçi vermişdi. Bilirsiniz ki, o vaxt Gəncə hadisələrinin qarşısının alınmasında Şəmkir böyük rol oynayırdı. O dövrdə Heydər Əliyevin mənə verdiyi ən ağır, çətin və məsuliyyəti tapşırıqların öhdəsindən gəldim. Həmin oktyabr gecəsi heç kəs Gəncədən OMON-u çıxara bilməzdi, ancaq mən ətrafımda olan dostlarımın sayəsində Gəncədən OMON-u çıxartdım, hökumət binaları azad olundu. O vaxtı mənə bu işdə ətrafımda olan nüfuzlu adamlar kömək etdi. O vaxtı Gəncədə “Banditizm İdarəsi” yeni yaradılmışdı və Mədət Quliyev də “Banditim İdarəsi”nin rəisi idi. Baş verənləri o da təsdiq edə bilər. O dövrdə OMON-un komandiri isə Tahir adlı şəxs idi, o əslən Şəmkirdən idi... Sonradan Tahiri şərlədilər. Mən bütün bu işləri ulu öndər Heydər Əliyevin tapşırığı ilə icra edirdim. Ovaxtkı hadisələrlə bağlı AzTV-də bir kadr yayımlanır, orada ulu öndər Heydər Əliyev deyir ki, mən Gəncə OMON-unun komandiri ilə danışdım. O kadrlarda səsləndirmə düzgün deyilməyib. Əslində həmin gecə ulu öndər Heydər Əliyev Tahirlə Şəmkirdə mənim yanımda telefonla danışıb. Hətta, həmin telefon danışığı zamanı ulu öndər Heydər Əliyev onlara dedi ki, Aslan Aslanov nə deyirsə, onu da edin.
-Sizin vəzifədən çıxarılmağınız mətbuatda birmənalı qarşılanmadı. Haqqınızda yazılanlara münasibətiniz necədir?
-Mən 1992-ci ildən bəri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüyəm. Şəmkir zonasında YAP-ın yaradılmasında rəhmətlik atamın rolu böyük olub. Bizim rayondakı evimiz YAP-ın Şəmkir qərargahı olub. Mən ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin tapşırıqlarını necə lazımdırsa yerinə yetirmişəm.
Mən kənd təsərrüfatı nazirinin müavini təyin olunanda da şəxsən cənab prezidentlə danışmışam. Bu vəzifəyə gələndən sonra da, gördüyünüz kimi, istehsal hər il artıb. Mən namusla, qeyrətlə xidmət etmişəm. Kənd Təsərrüfatı Nazirliyində öz kurasiyama aid olan işlərin öhdəsindən layiqincə gəlmişəm. Kənd Təsərrüfatı Nazirliyində nazir müavini tək mən olmamışam, orada nazir müavinləri çox olub. Ancaq mən nazir müavini olmağıma baxmayaraq digər nazirlərlə danışıqlar aparıb kurasiyama aid olan bitkiçilik və heyvandarlıqla bağlı məsələləri həll edirdim. Nazirlikdə nə isə problem olanda çox narahat olurdum, çalışırdım ki, həmin problemlər həllini tapsın. Hər zaman kənd təsərrüfatının inkişafı üçün çalışmışam.
O ki qaldı subsidiyaların yeyintisi ilə bağlı yazılanlara, deyə bilərəm ki, Kənd Təsərrüfatı Nazirliyində subsidiyalar mənim kurasiyama aid olmayıb. Subsidiyalar digər müavin İlham Quliyevin səlahiyyətlərinə aid olub.
Cənab prezident məni hamıdan yaxşı tanıyır və mənim barəmdə hansı qərar qəbul edibsə, bu onun səlahiyyətlərinə aid olan məsələdir.
Digər tərəfdən isə kimsə mənim barəmdə prezidentə yalandan nə isə çatdırıbsa, mən həmin adamı şərəfsiz sayıram. Çünki bizim ailəmiz 1964-cü ildən bəri ulu öndər Heydər Əliyevlə tanışdır. Rəhmətlik atam da o vaxtı Heydər Əliyevin vaxtında vəzifədə işləyib. Ona görə də vəzifəsindən asılı olmayaraq kimsə gedib mənim haqqımda cənab prezidentə yalandan məlumat veribsə, o adam şərəfsizdir. Mən bu cür adamları şərəfsiz sayıram. Digər tərəfdən isə cənab prezident heç zaman həmin adamların yalan sözlərinə inanmaz.
-Ümumiyyətlə, nazir müavini vəzifəsindən çıxarılandan sonra prezidentlə hər hansı görüşünüz olub?
-Görüşümüz olmasa da, ancaq mən YAP-ın tədbirlərində fəal iştirak edirəm, mütəmadi olaraq dövlətçiliklə bağlı məqalələrim olur və s. Mənim haqqımda yalandan danışanlara demək istəyirəm ki, məni bütün Azərbaycan tanıyır. Mənim bir əqidəm var... Mən bir insana xidmət etmişəm - Heydər Əliyevə. İndi də onun oğlu cənab İlham Əliyevə.
Səlim
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aslan Aslanov yeni vəzifəyə gətirilir

    Aslan Aslanov yeni vəzifəyə gətirilir ...

    23-12-2013, 14:54

  • 
  • Nazir müavini sui-qəsddə itiiham olunur

    Nazir müavini sui-qəsddə itiiham olunur ...

    20-08-2013, 19:50

  • 
  • Aslan Aslanov əks hücuma keçdi

    Aslan Aslanov əks hücuma keçdi ...

    5-02-2015, 15:17

  • 
  • Moskva bazarında azərbaycanlılara hucum

    Moskva bazarında azərbaycanlılara hucum ...

    4-07-2013, 13:27

  • 
  • Aslan İlyasovun dəfn xərclərini İH çəkəcək

    Aslan İlyasovun dəfn xərclərini İH çəkəcək ...

    20-12-2013, 14:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu