Bir aydan artıqdır ki, Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunun qatilli, Lamiyənin həbsxanada uşaq dünyaya gətirməsi mövzusu gündəmi zəbt edib. Onun hansı şəraitdə hamilə qalması və atasının kim olması haqqında aparılan diskusiyalara, cəmiyyətin nüfuzlu simalarının da qoşulması, olayın aktuallığını daha da artırıb. Maraqlı burasıdır ki, dünənə qədər mövzu ətrafında danışmaqdan yayınan, Lamiyə və onun keçmiş nişanlısına verilmiş ağır cəzalarda rolunun olmasına münasibət bildirməyən Aslan Aslanov, bu dəfə də «dolayı yollar»la meydana çıxıb. “Gündəm Xəbər”i məlumatlandıran informasiyalı şəxsin sözlərinə görə, Aslan Aslanov susqunluğunu oğlunun cinayət işi ilə bağlı materialı dövriyyəyə buraxması ilə pozub: «Belə demək mümkündürsə, Aslan Aslanov əks hücuma keçdi. O, bir neçə aydır ki, «Lamiyə işi»ndə adının qabarıq formada hallandırılması və türmədə iki dəfə cəzasının artırılmasında onun rolunun olmasına aydınlıq gətirməsə də, oğlunun qətli ilə bağlı cinayət işinin materiallarını yaydı. Bununla da o, cəmiyyətdə Lamiyəni təmizə çıxarmaq istəyən və onu bu məsələdə ittiham edənlərə sanki cavab vermək istədi. Ancaq sabiq icra başçısının cinayət işinin sənədlərini yaymaqla, üzərinə yönələn hücumlardan qurtula biləcəyi çox çətin görünür. Xüsusən bu açıqlamadan sonra Lamiyənin keçmiş nişanlısı, ömürlük həbs olunmuş Vüqarın vəkilinin yeni ittihamlar səsləndirməsi, prezidentə yeni müraciətinin hazırlanması və sair proseslər də, belə düşünməyə əsas verir». Məlumatda o da bildirilir ki, Aslan Aslanov bunu göz ardına alıb və o səbəbdən də, oğlunun cinayət işi ilə bağlı materiallar tam yayımlandıqdan sonra, əvvəlcədən müəyyən etdiyi mətbu orqanlardan birinə müsahibə verməyə hazırlaşır: «Aslan Aslanov razılaşdırılmış müsahibə verərək, orada ona yönəlik ittihamlara müəyyən qədər aydınlıq gətirməyi planlayıb. Amma o, hələ ki, müsahibənin zamanının yetişmədiyini deyir. Yəni, oğlunun cinayət işi materiallarına cəmiyyətin və müəyyən təbəqənin reaksiyasını gözləyir və buna uyğun olaraq, müsahibə verməyi düşünür. Onun Bununla onun üzərinə yönələn ittihamlardan hansı səviyyədə yayına biləcəyini isə, zaman göstərəcək».
Sorğu
Yeni dizaynımız necədir?