Şəmkirin sabiq icra hakimiyyəti başçısı Aslan Aslanovun oğlunun qətlində günahkar bilinərək ömürlük azadlıqdan məhrum edilmiş məhkum Vüqar Əliyevin anası Məlahət İsmayılova sensasion müraciət ünvanlayıb. Sözügedən müraciət dövlət başçısı İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, ombudusman Elmira Süleymanoya, milli təhülkəsizlik naziri Eldar Mahmudovaya və ATƏT-ə ünvanlanıb. Müraciətdə qeyd olunur ki, Vüqar Əliyev keçmiş icra başçısının sifarişi və təzyiqi ilə 2003-cü ilin mayın 8-də ömürlük azadlıqdan məhrum edilib. Ananın yazdıqlarına görə, oğlunu həbsxanada təxribata çəkib, barəsində əlavə cinayət işi açmaq istəyiblər: “Oğlum təxribata getməyib. Bu taktikanın alınmadığını gördükdə Vüqara apardığım pendirin arasına zəhər qoyaraq öldürmək istədilər. Oğlum zəhərləndi, ancaq təcili edilən dərmanlar vasitəsi ilə onu həyatda saxlamaq mümkün oldu. Ancaq onun həyatına təhlükə davam edir”. Məlahət İsmayılova bildirir ki, oğlu ilə bağlı məsələ Avropa Məhkəməsinə göndərilib: “Aslan Aslanov bundan narahat olub, ona görə də bütün imkanlarını səfərbər edib oğlumu həbsxanada öldürtmək istəyir. O həbsxana rəisinin müavini Qasım Səfərəliyevlə əlaqəli şəxsdir. Mən narahatam. Müraciət etdiyim şəxslərdən xahiş edirəm müraciəti aldıqdan sonra sifarişlə məhkum olan oğlumun həyatını qorumaq üçün təhlükəsizlik tədbiri görəsiniz. Pul gücünə oğluma haqsızlıq davam edir”. Qeyd edək ki, Aslan Aslanovun oğlu Ruslan Aslanov 2003-cü ilin mayında qətlə yetirilib. Prezident İlham Əliyevin 11 aprel 2005-ci il tarixli sərəncamı ilə A.Aslanov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hazırda o kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışır (bizimyolinfo.com).
Sorğu
Yeni dizaynımız necədir?