GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Kartlar açılandan sonra kimin nəyə qulluq etdiyi də bəlli oldu”

“Kartlar açılandan sonra kimin nəyə qulluq etdiyi də bəlli oldu”

Tarix: 2-04-2014, 11:19 Bölmə :Müsahibə Baxış: 808
“Kartlar açılandan sonra kimin nəyə qulluq etdiyi də bəlli oldu”
Mahmud Hacıyev:
“Milli Şura güclənməsə də, fəaliyyətini davam etdirir”


Suallara Milli Şuranın üzvü, sabiq polis rəisi Mahmud Hacıyev cavab verib. Müsahibimiz əsasən Milli Şuradan, bu qurumun fəaliyyətindən danışıb, bəzi məsələlərlə bağlı səmimi narahatçılığını ifadə edib, eləcə də Rusiya-Ukrayna münasibətləri, qərbin buna reaksiyası haqqında qənaətlərini bölüşüb.
- Mahmud bəy, ötən həftənin sonu Milli Şuranın növbəti sessiyası keçirilib. Hansı məsələlər müzakirə olundu, hansı qərarlar verdiniz?
- Siz də bilirsiniz ki, hazırda beynəlxalq aləmdə vəziyyət olduqca gərgindir. Bizim son sessiyada da əsasən beynəlxalq aləmdə baş verən proseslər, ələlxüsus Ukraynada yaşanan hadisələr diqqətə gətirildi, əsasən bu haqda danışıldı. Hamı bilir ki, Ukraynada baş verənlərə görə, azad dünyada vəziyyət olduqca gərgin və mürəkkəbdir. Hazırda Rusiyanın tutduğu mövqe ilə əlaqədar ABŞ və Avropa eyni pozisiyadan çıxış etməyə çalışır. Yeri gəlmişkən, bizim hökumət BMT-də Ukraynanı açıq formada müdafiə etdi. Açığını deyim ki, şəxsən mən bunu gözləmirdim. Hesab edirəm ki, Azərbaycanın özündə təpər taparaq Rusiyanın təcavüzünü pisləməsi və Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi çox doğru addım idi. Milli Şuranın son sessiyasında da əsasən bu istiqamətlərdə müzakirələr aparıldı. Fikrimcə, maraqlı və yerində olan müzakirələr keçirildi.
- Yalnız Ukrayna hadisələri müzakirə edildi?
- Əlbəttə, sessiya zamanı cari məsələlər də müzakirə edildi. Sülhəddin Əkbərin təklifləri, Gültəkin Hacıbəylinin, Əli Kərimlinin maraqlı çıxışları oldu. Hesab edirəm ki, irəli sürülən təkliflər olduqca əhəmiyyətli idi. Sülhəddin Əkbər Milli Şuranı gücləndirmək, daxildə müəyyən dəyişikliklər etməklə bağlı konkret təkliflər verdi. Milli Şura sədri Cəmil Həsənli də bu təkliflərin nəzərə alınacağını ifadə etdi.
- Bu saat ölkəmizdə siyasi aktivlik yox dərəcəsindədir. Bu mənada Milli Şuranın sessiyasında bir canlanma oldumu, Milli Şura üzvlərinin hamısı sessiyaya qatılırmı?
- Mən belə bir sualla qarşılaşacağımı gözləyirdim. Hesab edirəm ki, reallıqdan qaçmaq olmaz. Aktivliyi götürəndə müəyyən qədər zəiflik hiss edilir. Elə S.Əkbərin də təklifləri də bununla əlaqədar idi. Səmimi olaraq demək olar ki, coşğunluq, aktivlik əvvəlki kimi deyildi. İstər üzvlərin iştirakı, istərsə də cari məsələlərin müzakirəsi zamanı çıxışlar baxımından əvvəlki aktivlik yoxdur. Məncə, bunu etiraf etmək lazımdır.
- Milli Şura güclənir, yoxsa zəifləmə prosesi gedir?
- Zəifləmə prosesinin getdiyini demək doğru olmazdı. Elə əvvəlki vəziyyətdədir. Son sessiyada da coşğu yox idi və siyasi xadimlərdə çıxışları zamanı bunu qeyd etdilər. Amma Milli Şuranın zəiflədiyini və ya gücləndiyini də demək doğru olmazdı. Deyə bilərik ki, Milli Şura fəaliyyətini davam etdirir.
- Mahmud bəy, bəzən Milli Şuranın sessiyaları zamanı bəzi üzvlərin bayıra çıxdığı, səsvermə prosesində iştirak etmədiyi, iclaslara xüsusi maraq göstərmədiyi, hətta bir-birinin sözünü kəsməsi kimi hallar müşahidə olunur. Sizcə, buna səbəb nədir, ümumiyyətlə iclas zaman bu kimi halların qarşısını almaq məqsədilə sərt qayda tətbiq edilməlidirmi?
- Mən səmimi deyim. Söhbət ancaq Milli Şuradan getmir. Elə keçirilən digər tədbirlər zamanı da, sizin dediyiniz hallar müşahidə olunur. Hesab edirəm ki, iclaslara diqqətli olmaq lazımdır. Fikrimcə, iclas mədəniyyətini daha çox əxz etmək lazımdır. Mən Milli Şuranın və digər təşkilatların da iclaslarına, tədbirlərinə diqqət edirəm. Biz zamanında kommunist rejiminə qarşı çıxmışıq, kommunist rejiminin bir çox şeylərini pisləmişik. Ancaq hesab edirəm ki, biz hər şeyin yaxşısını götürməli, pisini isə atmalıyıq. Bu qanunauyğunluqdur. Kommunist rejimi zamanı kommunistlərin keçirdiyi iclas və tədbirləri təqdirəlayiq sayıram. Çünki orada iclas mədəniyyəti çox yüksək olurdu. Bizdə isə iclas başlayandan 15-20 dəqiqə keçməmiş görürsən ki, bir neçə nəfər salondan bayıra siqaret çəkmək üçün çıxır. Bu siqaret ağrıkəsici deyil ki, siz ağrılara dözə bilməyəsiniz. Siqaretə dözmək olar. İclasa gəlmisənsə, buyur otur sessiyada iştirak elə, deyilənlərə diqqət elə, çıxışları dinlə. Yox əgər, iclasda dediklərimi dinləmək üçün həvəs və ya maraq yoxdursa, bu zaman iclasa gəlmə. Elə hallar olur ki, iclas başlayandan az sonra bir neçə nəfər tədbiri tərk edir. Məncə, belə hallar aradan qaldırılmalıdır. Mən də, belə hallara diqqət edən insanam. Belə hallar da mənə pis gəlir. Çünki bu həmdə iclası aparan siyasi xadimə qarşı da yaxşı hərəkət deyil. Bu cür hallar məni üzür. Mən, əlbəttə istərdim və xahiş edirəm ki, bu haqda düşünsünlər və müəyyən qaydalara əməl etsinlər.
- Siz indi müxalifətçiliyin perspektivliyini necə görürsünüz?
- Müxalifətçilik davam edir. Perspektivi necə görməyi əvvəlcədən demək bir az münəccimlik kimi çıxır. Müxalifət, demokratik proseslərdə iştirak edən aktiv insanlar var. Onlar da fəaliyyətlərini davam etdirir. Fikrimcə, iki-üç ayı qabaqlayaraq nəyisə demək doğru olmazdı. Amma hesab edirəm ki, son 5-6 ayda kimin kim olmağı bəlli oldu, müəyyən kartlar açıldı. Bizdə ana müxalifət, dədə müxalifət deyilən sözlər var. Amma son aylar kimin əsl müxalifət partiyası olduğu, kimsə hansı ələ oynadığı, kimin ikili standartlara əməl edərək ikili oyunlar oynamağı açıldı. Hər halda əsas müxalifət partiyaları öz fəaliyyətlərini davam etdirirlər. Gələcək perspektivin necə olacağını demək isə bir qədər çətindir. Həm də dünyanın işini Allahdan başqa heç kim deyə bilməz. Bir neçə ay əvvəl heç kimin ağlına gəlməzdi ki, Ukraynada belə hadisələr baş verə bilər. Rusiya təcavüz edərək Krımı alacağını heç kim təsəvvürünə gətirməzdi. 5-6 ay əvvəl bunu desəydik heç kəs bizə inanmazdı, deyərdilər ki, siz nə danışırsınız, beynəlxalq aləm var, dünyanı idarə edən hegomon dövlət buna imkan verməz və s. Kimin ağlına gələrdi ki, Yanukoviç ölkəsini qoyaraq Rusiyaya qaçacaq. Belə şeylər var. Azərbaycanda da müxalifət fəaliyyətini davam etdirir. Kartlar açılandan sonra kimin nəyə qulluq etdiyi də bəlli oldu.
- Ukraynada proseslər davam edir, siz bu ölkədə daha hansı proseslərin baş verə biləcəyini güman edirsiniz?
- İnanmıram ki, Rusiya Krımdan əl çəksin. Fikrimcə, bu mümkün deyil. Artıq Krımda Cənubi Osetiya və Dağlıq Qarabağ məsələsi kimi bir problemli region oldu. Hiss olundu ki, beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı təpkisi biz gözlədiyimiz qədər olmadı. Bunu da, açıq demək lazımdır. Əvvəl qeyd olunurdu ki, beynəlxalq güclər imkan verməz ki, Rusiya Ukrayna ərazilərinə soxulsun.
- Sizcə, qərbin Rusiyaya qarşı təzyiq və reaksiyaları niyə gözlənildiyi kimi olmadı?
- Mənim subyektiv fikirimə görə, Avropa və Amerika daha çox Ukraynada mayın sonlarında keçiriləcək prezident seçkilərini gözləyirlər. Ola bilsin ki, qərb tərəfindən qətiliyin olmaması mayda keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Onlar seçkilərin necə keçiriləcəyini, azad seçkilərin olacaqmı, kim prezident seçiləcək kimi məsələləri gözləyirlər. Mümkündür ki, mayda keçiriləcək seçkilər zamanı elə şəxs hakimiyyətə gələ bilər ki, həm Qərb, həm də Rusiya ilə danışıqlara getsin.Yəni hər şey ola bilər. Qənaətimcə, qərbin tərəddütləri mayda keçiriləcək seçkilərlə əlaqədardır. Ancaq deyə bilərik ki, zamanında qərb ciddi reaksiyalar göstərmədi, adekvat münasibət sərgiləmədi. Rusiyada gəlib Ukrayna ərazisini tutdu, artıq Ukrayna hərbi qoşunları Krımı tərk edib. Zənn etmirəm ki, qərbin təpkisi ilə Rusiya bu hərəkətlərindən əl çəksin. Bu inandırıcı görünmür. Hər halda mürəkkəb vəziyyət yaranıb. Mən inanmıram ki, bu məsələ tezliklə həll edilsin.
- Rusiyanın Ukraynanın digər ərazilərini tutması, bu ölkəni parçalaması ehtimalı varmı?
- Şəxsən mən buna qətiyyən inanmıram. Krımın tutulması qeyri qanuni olsa da, Moskva bunu “əsaslandırmağa” çalışdı. Bildirdi ki, bura vaxtı ilə Rusiya ərazisi olub, Xuruşov zamanı Ukraynaya verilib və s. Demək istəyirəm ki, Krımın Rusiyaya ilhaq edilməsi beynəlxalq hüquqa və konvensiyalara, eləcədə Cenevrə razılaşmasına zidd olsa da, ruslar öz aləmlərində bunu “əsaslandırmağa” çalışır, ortaya arqumentlər qoyur. Bəs ruslar Ukraynanın digər ərazilərinə daxil olsalar bunu necə əsaslandıracaqlar? Şəxsən mən inanmıram ki, Rusiya Ukraynanın şərq vilayətlərinə daxil olsun. Rusiyanın Krıma daxil olmasını BMT-də dəstəkləyən dövlətlər nümayş etdirirlər ki, Kremlin Ukraynanın digər region və şəhərlərinə daxil olmasının əleyhinədir. Məsələn, Belarus prezidenti Rusiya xarici işlər nazirinin bir çıxışına sərt reaksya verdi, bunu “idiotizm” adlandırdı. Mənə belə gəlir ki, bu gün Moskvanın Krım siyasətini dəstəkləyən dövlətlər Rusiya Ukraynanın digər ərazilərini daxil olsa, bunu dəstəkləməyəcəklər. Kremlidə bunu yaxşı bilir. Rusiya hesab edir ki, Xarkov, Donetski və Luqanski istiqamətə daxil ola bilər. Mən bu prosesin baş verəcəyini gözləmirəm.
- Rusiya bundan sonra özünü Qafqazda necə aparacaq?
- Öncə deyim ki, Rusiyanın Ukraynaya münasibətdə atdığı addımlar MDB-yə daxil olan bir çox ölkələrdə ciddi qorxu hissi yaradıb. MDB məkanında açıq qorxu hissi var və bu hiss edilir. Qərb Krım hadisəsindən sonra Rusiyanı yerində oturtmaq üçün ciddi tədbirlər görmədi. İndiyə qədər hesab olunurdu ki, dünyanı ABŞ idarə edir. Ancaq indi sanki Rusiya özünü hegomon dövlət kimi aparır və hətta kiçik ölkələrin gözündə dünya liderinə çevrilir. Fikrimcə, bunun nəticəsi çox pis ola bilər. Unutmaq olmaz ki, bu hadisələrdən sonra Rusiyanın iştahı bir qədər də güclənə bilər. MDB-nin digər ölkələri artıq qorxu hissini büruzə verir. Rusiya özünü inamlı aparır, heç kimdən çəkinmədiyini nümayiş etdirir.
- Azərbaycana Rusiyadan təhlükə varmı?
- Şəxsən mən bunu gözləmirəm. Amma BMT-də ki, səsvermədən dərhal sonra Tovuz istiqamətində Əlibəyli kəndini güclü atəşə tutdular. Ancaq mən gözləmirəm ki, Rusiya açıq formada Azərbaycana qarşı nəsə etsin. Amma aydındır ki, Azərbaycana təcavüz etmək istəsə bunu özü deyil, ermənilərin əli ilə həyata keçirəcək. Amma mən bunu gözləmirəm. Cəbhədə ermənilər vasitəsilə atəşkəsi pozmaq süni manevrlərdir və bizi qorxutmaq məqsədi güdür. İkincisi, Dağıstanda da hərbi qüvvələr manevr keçirir. Dağıstan da bizim qonşumuzdur. Azərbaycan haqlı olaraq BMT-də Rusiyanın işğalçı hərəkətlərinə qarşı çıxdı.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxdı

    Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxdı ...

    18-09-2014, 02:25

  • 
  • İbrahimbəyovdan Müsavatın Milli Şuradan çıxmasına münasibət

    İbrahimbəyovdan Müsavatın Milli Şuradan çıxmasına ...

    8-01-2014, 15:16

  • 
  • Mehriban Vəzir Milli Şuradan çıxarıldı

    Mehriban Vəzir Milli Şuradan çıxarıldı ...

    5-05-2016, 15:09

  • 
  • Milli Şuranın sessiyasının keçiriləcəyi yer açıqlandı

    Milli Şuranın sessiyasının keçiriləcəyi yer ...

    19-08-2013, 00:05

  • 
  • Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri sədr isə İbrahimbəyov oldu - Yenilənib

    Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri ...

    3-12-2013, 22:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu