GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Türkiyədə insan haqları, söz azadlığı, demokratiya Allah Əkbər şüarından arxa plana keçir”

“Türkiyədə insan haqları, söz azadlığı, demokratiya Allah Əkbər şüarından arxa plana keçir”

Tarix: 3-04-2014, 12:11 Bölmə :Müsahibə Baxış: 746
“Türkiyədə insan haqları, söz azadlığı, demokratiya Allah Əkbər şüarından arxa plana keçir”
Ərəstun Oruclu:
“30 mart bələdiyyə seçkiləri deyil, parlament seçkiləri
olsaydı, müxalifət koalisiyon hökumət yarada bilərdi”


Suallara “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavab verib. Müsahibimiz Türkiyədə keçirilən son bələdiyyə seçkiləri, onun nəticələri, müxalifətin durumu və bundan sonra baş verə biləcək proseslər haqqında danışıb.

- Ərəstun bəy, Azərbaycan və Türkiyənin tənqidi mediası 30 mart bələdiyyə seçkilərində Ərdoğanın uduzacağı və siyasi səhnəni tədricən tərk edəcəyi haqqında proqnozlar irəli sürürdü. Amma bunun əksinə olaraq, 30 mart seçkilərində Ədalət və İnkişaf Partiyası qalib gəldi. Bunu nə ilə izah etmək olar?
- Şəxsən mənim üçün xüsusi bir yenilik olmadı. Mən bu seçkilərdə surpriz gözləmirdim. İş ondadır ki, seçki öncəsi Ərdoğana, onun partiyasına, hakimiyyətdə olan nazirlərə və onların övladları haqqında korrupsiya əməliyyatı, gizli lent yazılarından Ərdoğan öz məqsədləri üçün məharətlə istifadə edə bildi. Fikrimcə, seçkilərdə Ərdoğan üç siyasi texnologiyadan açıq şəkildə istifadə etdi. Bunu görən mütəxəssislər heç zaman seçkidə Ərdoğan komandasının uduzacağı haqqında proqnozlar verə bilməzdilər. Birinci məqam bu idi ki, Ərdoğanın özünə, onun komandasına və ailə üzvlərinə qarşı başlanan kompaniya xarici təsir kimi qiymətləndirilirdi. Türk cəmiyyətində isə xarici təsirlərin ölkəyə müdaxiləsi çox neqativ qarşılanır. Ərdoğan başda olmaqla komandası bu kimi halları xarici təsirin fəsadları kimi təqdim edirdilər. Bununla da, Ərdoğan türk cəmiyyətini xarici təsirlər fonunda öz ətrafında birləşdirməyə nail ola bildi. Bundan başqa, ikinci bir məqam isə Gülən camaatının qədərindən artıq şəkildə şişirdilməsi idi. Ərdoğan özü şəxsən bu kampaniyaya qoşuldu, Fətulla Gülənlə mübarizəni imitasiya edərək və ya gerçəkdən vuruşaraq göstərdi ki, ortada ciddi bir konflikit var və camaat dövlətin strukturların sirayət edərək dövlət daxilində dövlət yaratmağa çalışır. O cümlədən, camaatın lideri Fətullah Gülən xaricdə yaşayır. Ərdoğan da seçki kompaniyası zamanı tez-tez Pensilvaniya ifadəsini vurğulamaqla xaricdən təhlükə düşüncəsini seçicilərin şüuruna yeridə bildi. Bununla da, cəmiyyətin əhəmiyyətli hissəsinin dəstəyini qazana bildi. Üçüncü amil isə Türkiyə müxalifəti ilə bağlıdır. İş ondadır ki, bu gün Türkiyə müxalifətində xarizmatik və parlaq liderlər yoxdur. Bu da şübhəsiz ki, Ədalət və İnkişaf Partiyasına böyük şanslar verir. Əgər biz sonuncu bələdiyyə seçkiləri ilə 30 martda keçirilən bələdiyyə seçkiləri arasında müqayisə aparsaq, bəlli olar ki, Ədalət və İnkişaf Partiyasının indi topladığı səs faizi əvvəlki seçkidən də yüksək olub. Məhz bu amillər səbəbindən cənab Ərdoğan bələdiyyə seçkilərində öz partiyasının qələbəsini təmin etdi. Bundan kənarda müxtəlif izahat və proqnozların irəli sürülməsinə, habelə, guya Türkiyə cəmiyyətinin savadsız olması, bu qələbənin məhz savadsız insanlar hesabına əldə olunması kimi iddialar zənnimcə, Türkiyə siyasətini bilməməkdən irəli gələ bilər. Məsələ burasındadır ki, Ədalət və İnkişaf Partiyasının Türkiyənin iki böyük şəhərdə qələbə çalması göstərir ki, mən yuxarıda qeyd etdiyim amillərdən məharətlə istifadə edilib. Mən Ankara və İstanbulu nəzərdə tuturam.
- Seçkidən əvvəl Ərdoğanın özünün, eləcə də oğlu və qızının telefon danışığı yayılmışdı. Hansı ki, bu danışıqlarda söhbət böyük miqdarda çirkli pullardan gedirdi. Doğurdanmı, türk cəmiyyəti baş nazirin ailəsini mənbəyi bəlli olmayan pullara sahib olmasını bağışladı və ya bunun üzərindən sükutla keçdi?
- Mən deyərdim ki, bu telefon danışıqlarının yayılması ilkin mərhələdə cəmiyyətə ciddi təsir etdi. Deyərdim ki, ötən ayın ortalarından başlayaraq görünürdü ki, Ədalət və İnkişaf Partiyasının reytinqində aşağılama var. Hətta sosioloji sorğularda hakim partiyanın 35-36 faiz səs ala biləcəyi göstərilirdi. Amma sonradan məhz bu amillərin xaricdən qaynaqlanması tezisini ortaya atmaqla Ərdoğan bu amildən öz xeyrinə istifadə edərək vəziyyəti dəyişə bildi.
- Bu seçkilərdə məğlub olan Cümhuriyyət Xalq Partiyasının və Millətçi Hərəkat Partiyasının durumunu və perspektivini necə qiymətləndirmək olar, sizcə, müxalifət sıralarından istefalar gözlənilirmi?
- Mən istefaların olub-olmayacağını deyə bilmərəm. Çünki bu həm çətin məsələdir, həm də insanların mövqeləri ilə bağlıdır. Ancaq hər halda nəzərə almaq lazımdır ki, müxalifət səs toplaya bilib. Zənnimcə, məsələyə birtərəfli yanaşmaq obyektivlikdən uzaq olardı. Məsələn, hakim partiya Ankarada Cümhuriyyət Xalq Partiyasından bir qədər çox səs toplaya bilib. Ümumilikdə götürdükdə müxalifət partiyalarının səsləri hakim partiyanın topladığı səsdən heç də az deyil. Digər bir neçə böyük şəhərdə isə seçkini müxalifət udub. Məsələn, Adana və İzmirdə hakim partiya məğlub olub. Antaliyada isə son nəticələr hələ bilinmir. Elə yerlər var ki, orada Millətçi Hərəkat Partiyası yüksək səs toplayıb. Bir sözlə, müxalifətin acınacaqlı bir vəziyyətdə olduğunu iddia etmək yersiz olardı.
- Bəs seçkidən sonra müxalifətin durumu haqda nə demək olar?
- Görünən budur ki, Türkiyənin əsas müxalifət partiyaları hakim partiyanı təqib edir. Biz bunu seçkilərin nəticəsinə baxaraq deyə bilərik. Bu real mənzərədir. İkincisi, əgər 30 mart bələdiyyə seçkiləri deyil, parlament seçkiləri olsaydı müxalifətin faktiki olaraq koalisiyon hökumət formalaşdırmaq şansı yaranardı. Odur ki, məsələlərə birmənalı yanaşmaq olmaz.
- Biz gördük ki, seçkidən bir il əvvəl ciddi mitinqlər, aksiyalar, qarşıdurmalar baş verdi, hətta bir gənc aksiyada vəfat etdi. Bundan sonra Türkiyədə təlatümlər gözlənilirmi?
- Fikrimcə, hər şey ölkə daxilində siyasi qüvvələrin əldə edəcəyi anlaşmadan asılıdır. Bilirik ki, Ərdoğan hökuməti Türkiyənin demokratikləşməsində, siyasi gücləşməsində neqativ rol oynayıb. Yəni onlarla generala qarşı əsassız ittihamlar irəli sürülüb, ölkədə tənqidi mediaların bəziləri sıxışdırılıb, jurnalistlər şərlənərək həbsə atılıb. Bu gün Türkiyə həbsdə olan jurnalistlərin sayına görə, dünyada ilk beşlikdə yer alır. Bu artıq Türkiyənin hakimiyyəti üçün neqativ nəticədir. Əgər cənab Ərdoğan hökuməti bu cür iddialarından imtina edəcəksə, siyasətini düzgün quracaqsa, bu zaman ölkə daxilində bir anlaşma əldə olunacaq. Bu isə o deməkdir ki, Türkiyədə təlatümlər baş verməyəcək, ölkə irəliyə gedəcək. Ancaq çox təəssüflə deyim ki, seçkidən sonra verilən ilkin mesajlardan bu görünmür. Məsələn, baş nazir Ərdoğanın seçkidən sonra Ankarada hakim partiyanın eyvanında etdiyi çıxışı izlədim. Deməliyəm ki, Ərdoğan çıxışı zamanı Türkiyənin ənənəvi siyasətinə uyğun olmayan mesajlar verdi. Təsəvvür edin ki, Türkiyə siyasəti ənənəvi olaraq türkçülük və milli mənsubiyyətlik məsələsini qabardıb, önə çəkib. Və ilk növbədə tərəfdaş olaraq türk dövlətlərini və millətlərini görüb. Bu Türkiyə üçün hər zaman prioritet istiqamət olub. İkincisi, Türkiyə hökumətləri üçün prioritet məsələlərdən biri Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi olub, onlar az qala bu məsələni Türkiyənin öz problemi kimi baxıblar. Amma martın 30-u axşam saatlarında Rəcəb Tayyib Ərdoğanın verdiyi mesajların hamısı təəssüflər olsun ki, radikal islamçılığa yaxın mesajlar idi. Baş nazir çıxışında daha çox Fələstin Muxtariyyəti, Misirdə həbsdən devrilən Müsəlman Qardaşları və həbs edilən keçmiş prezident Nursi, Suriyada Bəşər Əsədlə vuruşan müxalifətçilər, Kosova və s. ifadələr işlətdi. Başqa sözlə, baş nazirin çıxışı açıq göstərirdi ki, müsəlman faktoru onun siyasətində əməlli-başlı rol oynayır. Fikrimcə, bu olduqca pis mesajlardır. Əgər həqiqətən Ərdoğanın xarici siyasəti bunun üzərində qurulacaqsa, onda bu Türkiyəni fəlakətə doğru sürükləyəcək. Mənim buna zərrə qədər şübhəm yoxdur.
- Ərdoğanın qələbə nitqi zamanı diqqəti cəlb edən başqa bir məqam da var idi. Məsələn, mitinq iştirakçıları “qələbə”, “Ərdoğan”, “Demokratiya” deyil, “Allahu Əkbər” şüarları səsləndirirdi. Sizcə, bu nə dərəcədə təhlükəlidir?
- Əslində mən bu məsələyə xüsusi diqqət elədim. Hesab edirəm ki, bu Ərdoğanın apardığı siyasətin fəsadlarıdır. Artıq Türkiyədə insan haqları, söz azadlığı, media özgürlüyü, demokratiya Allah Əkbər şüarından arxa plana keçir. Bu Ərdoğan hakimiyyətinin Türkiyənin ənənəvi düzənini dəyişdirməyə müvəffəq olduğunun göstəricisidir. Mən şəxsən bunu təhlükəli tendensiya hesab edirəm. Çünki Türkiyədə oturuşmuş dünyəvi kəsim də var. Artıq cəmiyyətin qütbləşməsini Ədalət və İnkişaf Partiyası həyata keçirə bilib. Ölkədə qütbləşmə varsa, nəzərə almaq lazımdır ki, MHP və CHP-nin birgə topladığı səs heçdə hakim partiyanın topladığı səsdən az deyil. Bu halda Türkiyədə dini və dünyəvi müstəvidə parçalanmanın olacağı istisna edilmir. Bu da olduqca təhlükəli tendensiyadır. Görünən budur ki, cənab Ərdoğan çox iddialıdır. Baş nazir geri çəkilmək haqqında belə dşünmür. Əksinə, Türkiyənin ənənəvi düzənini, ictimai-siyasi münasibətlər sistemini kökündən dəyişmək istiqamətində davam etməkdə israrlıdır. Zənnimcə, bu fəsadlar verə bilər.
- Avqustda Türkiyə tarixində ilk dəfə olaraq prezident seçkiləri keçiriləcək. Belə iddialar var idi ki, Ərdoğan ona görə, bələdiyyə seçkilərini udmaqda israrlıdır ki, avqustda prezident seçilməsində problem yaranmasın. Sizcə, avqustda keçiriləcək prezident seçkilərinə qədər vəziyyət əks istiqamətdə dəyişə bilərmi?
- Əgər avqusta qədər bir-iki dəfə 17 fevral əməliyyatları olsa və ya lent yazıları meydana çıxsa, şübhəsiz ki, vəziyyət dəyişə bilər. Bir şeyi nəzərdən qaçırmayaq ki, məhz bu seçkilərdən əvvəl korrupsiya və rüşvət əməliyyatları zamanı Ərdoğan meydanda tək buraxıldı. Partiya və dövlət rəhbərliyi səviyyəsində Ərdoğanın müdafiəsi yox idi. Əgər belə kompaniya davam edəcəksə, vəziyyət dəyişə bilər. Ən əsası biz hələ bilmirik ki, bu münaqişənin kökü hardadır. Doğurdanmı, baş verənlər Fətullah Gülən Ərdoğan mübarizəsidir? Yoxsa bu, Ərdoğan Qərb, Ərdoğan İsrail və ya Ərdoğanla AKP daxili münaqişədir. Biz hələ bunu dəqiq bilmirik. Qarşıdan gələn prezident seçkilərinin müqəddaratı bu məsələlərin hər birindən asılı ola bilər.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərəstun Oruclu “a-13”ə daxil olan fəallarin adlarini açiqladi

    Ərəstun Oruclu “a-13”ə daxil olan fəallarin ...

    19-02-2013, 11:19

  • 
  • Ərdoğan özünə səs verdi

    Ərdoğan özünə səs verdi ...

    10-08-2014, 18:17

  • 
  • Ərdoğanın nurçularla savaşı davam edəcək

    Ərdoğanın nurçularla savaşı davam edəcək ...

    25-04-2014, 11:18

  • 
  • Niyaməddin Orduxanlı bələdiyyə seçkilərində namizədliyini irəli sürdü

    Niyaməddin Orduxanlı bələdiyyə seçkilərində ...

    11-11-2014, 23:21

  • 
  • Prezident seçkilərində Ərdoğanın əsas rəqibləri kimlər olacaq?

    Prezident seçkilərində Ərdoğanın əsas rəqibləri ...

    15-04-2014, 10:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu