GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “200 əsgərlə Kəlbəcəri işğaldan azad edərəm”

“200 əsgərlə Kəlbəcəri işğaldan azad edərəm”

Tarix: 4-04-2014, 10:30 Bölmə :Müsahibə Baxış: 1 030
“200 əsgərlə Kəlbəcəri işğaldan azad edərəm”
İsgəndər Həmidov:
“Bizim hakimiyyət bu haqda düşünmür, daha çox qazan üçün işləyir”


Suallara sabiq daxili işlər naziri, Millətçi Demokrat Partiyasının Təşkilat Komitəsinin sədri İsgəndər Həmidov cavab verir.

- İsgəndər bəy, son zamanlar belə xəbərlər yayılıb ki, Millətçi Demokrat Partiyasını öz qərargahından çıxarıblar. Bu məlumat doğrudurmu?
- Sizə deyim ki, indiyə qədər bizim cəmi bir dəfə qərargahımız olub. O zaman qərargahımız Kubinkada yerləşirdi. Ancaq iqtidar bizi həmin ofisdən çıxardı. Hakimiyyətin evi az olduğundan qərargahımızı əlimizdən aldılar ki, küçədə qalmasınlar, burada yaşasınlar. Bundan sonra bizim qərargahımız olmayıb. İclaslarımızı müxtəlif yerlərdə təşkil edirik. Daha çox Müsavat Partiyasının qərargahından istifadə edirik.
-Partiya quruculuğu istiqamətində hansı işlər görülür?
- Bildiyiniz kimi bir müddət əvvəl Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Hazırda Təşkilat Komitəsi fəaliyyətini göstərir, rayonlarda və bölgələrdə görüşlər keçirir. Biz sentiyabr ayında partiyanın qurultayını keçirməyə hazılaşırıq. Amma burada incə bir məqam var. İş ondadır ki, hazırda Rusiya millətçilərin aktivliyini əlində bəhanə edərək başqa ölkələrin ərazisinə müdaxilə edirlər. Bizdə bu amili nəzərə alırıq. Bu mənada mümkündür ki, qurultayın keçiriləcəyi tarixi önə və ya əvvələ çəkə bilərik. Əlbəttə, bu haqda mən özbaşına qərar verə bilmərəm. Bununla bağlı partiyadaşlarımla müzakirə aparıb birgə qərar verəcəyik. Hazırda Rusiya azğınlaşıb və həyasızlaşıb. Krıma açıq müdaxilə etdi, bu ərazini özünə birləşirdi. İndi isə Ukraynanın şərq əyalətlərini qarışdırır, Moldoviyanı sıxışdırmaq məqsədilə Dnestiryanı bölgəni müdafiə edir. Bu arada qeyd edim ki, Qusarın bəzi kəndlərindən Rusiya prezidentinə müəyyən müraciətlər olub. Onlar Rusiya vətəndaşlığına qəbul olunmaq istədiklərini qeyd edib. Biz bu kimi məsələləri görə-görə gəlmişik. Biz bu məsələləri görür və təhlil edirik. Yeri gəlmişkən, biz hakimiyyətə qarşı müxalifətdəyik və onun apardığı siyasətlə də əsla razı deyilik. Amma bu gün BMT-nin iclasında Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrin siyahısında oldu. Mənim baxışım millətçi baxışıdır. Biz istəyirik ki, ilk əvvəl milləti düşünsünlər, sonra isə gəlirləri haqqında düşünsünlər. Bu mənada biz millətimizin maraqlarına uyğun olaraq atılan hər bir addımı dəstəkləyirik. Hesab edirik ki, Azərbaycan hökumətinin BMT-də Ukraynanın torpaq bütövlüyünü müdafiə etməsi çox yaxşı haldı.
- İsgəndər bəy, siz rayonlara gedərək qurultaya hazırlıq işləri ilə məşğul olur, yerlərdə üzvlərinizlə görüşürsünüz. Bəs yerli hakimiyyət orqanları buna maneçilik törətmirlərmi?
- Hazırda mən Zərdabdayam və dediyiniz məsələlərlə bağlı bura gəlmişik. Ancaq biz indiyə qədər problem yaşamırıq. Bunun da səbəbi var. Şəraiti bildiyimizə görə, Lənkarana gedəcəyimizi deyib Zərdaba gəlirik. Hələ ki, problem olmur. Əgər problem yaradılsa bu haqda mətbuata məlumat verəcəyik.
- Hazırda ölkədə mövcud olan durumu necə qiymətləndirirsiniz?
- Azərbaycanda durum varmı ki, ona da qiymət verəsən? Azərbaycanda bir dəstə korrupsiya, rüşvət, qohumbazlığa uyan təbəqə var və millətin var-dövlətini soğan qabığı kimi soyur. Əgər diqqətlə fikir versəniz görərsiniz ki, son zamanlar hakimiyyət daxilində qohumluq əlaqələri də artır. Az qala hər gün məmurların bir-birilə qohum olduğu haqda xəbərlər eşidirik. Bu sanki adama keçmişdə olan sultanlığı, xanlğı xatırladır. Odur ki, Azərbaycanda elə bir vəziyyət yoxdur ki, bu haqda müzakirə aparaq.
- Sizcə, nədən bu vəziyyətə müqavimət edəcək cəmiyyət yoxdur?
- Bu proses yüz minlərlə insanın küçələrə çıxmayacağı günə qədər davam edəcək. Müqavimət olmayan yerdə monopoliya, oliqarxiya, korrupsiya davam edəcək.
- İnsanlar küçələrə niyə çıxmırlar, bəlkə vəziyyət onları qane edir?
- Mən hesab edirəm ki, biz müxalifət olaraq ortaya fərqli fikir, yeni ideologiya qoymalıyıq. Yoxa indi biz seçki öncəsi aktivləşir, seçkidən sonra isə passivləşirik. Əslində aktivləşmə, müqavimət hər gün olmalıdır. Biz də bu amil uğrunda çalışırıq.
- İndi müxalifət böhran yaşayırmı?
- Siz özünüz məndən də yaxşı bilirsiniz ki, bu vəziyyət nə ilə bağlıdır. İndi müxalifət düşərgəsi 2015-ci il Milli Məclis seçkilərinə hazırlaşır. Çoxları inanır ki, seçkilər buna qədər olan seçkilərdən fərqli olacaq. Amma biz bilirik ki, həm quyruq doğan ay var, həm də quyruq qonan ay var. Quyruq doğan ayda it daima qoçun arxasınca gedir ki, onun üzə çıxan ətini yesin. Milyon il keçib, amma it bu artıq əti yeyə bilməyib.
- Demək istəyirsiniz ki, müxaifət düşərgəsi mandate almaq üçün seçkilərə hazırlaşır?
- Yox. Mənə elə gəlir ki, müxalifətin indi zəif olmasına baxmayaraq gələcək seçkilərə hazırlaşması daha çox mandate almaq deyil, ciddi şəkildə seçkiləri udmağa hesablanıb. Həm də seçki udulmasa heç nəyə nail olmaq mümkün deyil. Hətta beş-on nəfərə mandatın verilməsinin mənası yoxdur.
- Sizin Müsavat Partiyasına yaxın olduğunuz, keçmiş üzvünüz Qələndər Muxtarlının isə AXCP-yə yaxın olduğu haqda xəbərlər yayılıb. Bu nə dərəcədə doğrudur?
- Qələndər Muxtarlı bizim partiyanın üzvü olub, bizim qardaşımızdır. Biz onun haqqında hər hansı bir neqativ ifadə işlətməmişik. O zaman da, onun özü elədi və Səfər Hümbətov da onun cavabını verdi. İkincisi, sizə deyim ki, bizim bütün partiyalarla münasibətlərimiz normaldır. Bizi Müsavatı dəstəkləməkdə ittiham edənlər səhv edirlər. Bizim KXCP, AXCP və digər sağlam müxalifətlə yaxşı münasibətlərimiz var. Biz əlbəttə, bütün qüvvələrlə sağlam və paritet əsasda əməkdaşlıq etməyə hazırıq. Ancaq biz heç kəsin arxasınca düşəsi deyilik. Biz millətçiliyik və millətçi ideologiyasına sadiq qalan insanlar və qurumlarla da əməkdaşlıq edəcəyik.
- Müsavatın növbəti başqanı qismində kimi görürsünüz?
- Müsavat Partiyasının məramnaməsinə hörmətlə yanaşıram. Bu partiyanın nizamnaməsinə görə, bir şəxs iki müddətdə başqan seçilə bilər. İsa Qəmbərdə ağıllı siyasətçidir və bu kimi məsələlərə prinsipial yanaşır. Odur ki, Müsavatın qurultayında İsa bəy namizədliyini irəli sürməyəcək. Bununla da partiyanın yeni başqanı seçiləcək. Ancaq mən elə bilirəm ki, İsa Qəmbər siyasətdən getməyəcək, Müsavatın ağsaqqalı və aparıcı şəxsi kimi öz yerində olacaq. İsa Qəmbər bizim dostumuzdur, biz pis-yaxşı son 30 ildə birgə yol keçmişik və keçdiyimiz yola da hörmət qoyuruq. AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, Pənah Hüseyn və digərləri də mənə bu qədər yaxındır.
- Kim başqan olsa yaxşı olar?
- Mən bilmirəm ki, namizədlər kimlərdir. Amma Müsavat Partiyası böyük təşkilatdır, yüzdən çox yaşı var. Bu partiya açıq və gizli şəkildə siyasi fəaliyyətdə olub. Orada kifayət qədər ağıllı və yetkin siyasətçilər var. Müsavat üzvlərinin seçəcəyi yeni başqana biz hörmətlə yanaşacağıq.
- Hər gün Suriyada azərbaycanlılar öldürülür. Doğurdanmı, yüzlərlə azərbaycanlı vuruşmaq məqsədilə Suriyaya gedib?
- Azərbaycanda bir dini boşluq var və hazırda bu boşluğu hansısa məzhəblər doldurur. Bu səbəbdəndir ki, Azərbaycana çoxlu sayda dini cərəyanların axını var. Vəhhabilər, nurçular və digərləri fəaliyyət göstərir. Əvvəl ölkədə ancaq şiələr və sünnülər var idi. Son zamanlar yaranan dini cərəyanların bir dəstəsi İran, bir qrupu Səudiyyə Ərəbistanı, bir dəstəsi Pensilvaniyada otran hoca əfəndi tərəfindən maliyyələşir. Komanda gələndə isə bu təriqətlərə bağlı insanlar vuruşmaq məqsədilə Suriyaya gedirlər. Ancaq mən gedib Suriyada vuruşmağın qəti əleyhinəyəm. Bizim vuruşmağa da, şəhid olmağa da yerimiz var. Bizim Qarabağımız düşmən əlindədir. Bunu qoyub gedib Suriyada dini müharibədə iştirak etmək heç doğru deyil.
- İsgəndər bəy, dünən Kəlbəcərin erməni silahlı qüvvələri tərəfindən işğalından 21 il ötür. Bu günü necə qarşılayırsınız?
- Mənim həyatımda çox ağır günlər olub. Amma ən ağır günüm Kəlbəcərin işğalıdır. Kəlbəcər strateji mövqeyə malik idi. Üstəlik Kəlbəcərin yerüstü və yeraltı sərvətləri kifayət edirdi ki, Azərbaycanımızın yarısı xoşbəxt yaşasın. Kəlbəcərin işğalından sonra mənim içimdə bir sarsıntı yaranıb. Hesab edirəm ki, Kəlbəcərin işğalı mənim həyatımda namusuma vurulan ən böyük ləkədir.
- Kəlbəcər işğal edildikdən sonra siz ora getmisinizmi?
- Mən həbsdən çıxdıqdan sonra Kəlbəcərə üç dəfə getmişəm. Haçan istəsəniz kasetləri baxmaq üçün sizə təqdim edə bilərəm. Amma təəssüflə deyim ki, biz Kəlbəcərə məxfi şəkildə gedib-gəlmişik.
- Demək Kəlbəcər işğalda olsa belə ora gedib-gəlmək mümkündür?
- Əlbəttə mümkündür. Mən 200 nəfər əsgərlə gedib Kəlbəcəri götürə bilərəm. Amma bundan sonra arxadan bizə kömək gəlməlidir. Qeyd edim ki, Kəlbəcərdə erməni yoxdur. Sadəcə olaraq bir neçə erməni orada araq içib yatırlar. Hesab edirəm ki, Kəlbəcəri işğaldan azad etmək bir günün işidir. Ancaq rayonu götürdükdən sonra arxadan kömək hökmən olmalıdır. Çünki, rayonun Ermənistanla böyük sərhəddi var. Rayon Ağdara, Göyçə və Sisiyan tərəfindən ermənilərlə sərhəddir. Odur ki, 200 nəfərlə rayonu götürüb saxlamaq mümkün deyil. Amma arxadan dəstək gəlsə bunu həll edə bilərik. Ancaq bizim hakimiyyət bu haqda düşünmür, daha çox qazan üçün işləyir.
- Kəlbəcər dağlıq rayon idi, sakinləri uzun ömürlü hesab olunurdu. Bu gün rayonun işğalı kəlbəcərlilər üçün hansı problemlər yaradır?
- Kəlbəcərlilər üçün Kəlbəcər bir namus məsələsidir. Əslində bu hər bir azərbaycanlı üçün bu qeyrət davasıdır. Kəlbəcəri görən adam heç İsveçirədə belə yaşaya bilmir. Kəlbəcər Allahın yaratdığı bir möcüzə idi. İndi mən kəlbəcərlilərlə söhbət edirəm, deyirlər ki, artıq təpəyə dağ, qara suya bulaq deyirik. Amma Kəlbəcər başdan-ayağa dağlar və soyuq bulaqlardan ibarət idi. Mən əlbəttə, Bakıda və rayonda doğulan kəlbəcərliləri nəzərdə tutmuram. Beş yaşına qədər Kəlbəcərdə yaşayan insanın ürəyindən Kəlbəcər dağlarını silinə bilməz. Çünki, Kəlbəcərdə bütün iqlimlər və gözəlliklər mövcud idi. Hazırda kəlbəcərlilərin yaşam həyatına gəldikdə deyim ki, 36 rayonda kəlbəcərlilərin məzarlığı var. Əvvəl insanlarımız Kəlbəcərdə 80-90 il yaşayırdı. İndi eşidirsən ki, bəs 35-40 yaşında cavan insanlar rəhmətə gedib. Özü də, birinin 40 mərasimi çıxmamış bir başqasının vəfatı haqda informasiya alırsan. 36 rayonda qəbiristanlığı olan kəlbəcərlilər necə Kəlbəcər həsrəti çəkməyə bilər? Bu əsla mümkün deyil. Bu dəhşətdir. Dünyada ən ağır şey vətənsiz yaşamaqdır. Biz böyük Azərbaycanda özümüzü qərib kimi hiss edirik. Bu təkcə kəlbəcərlilərə deyil, zəngilanlılara, qubadlılara, şuşalılara, ağdamlılara, laçınlılara və digər işğal olunan rayonlarımızın sakinlərinə aiddir.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsgəndər Həmidov da Milli Şuradan imtina etdi

    İsgəndər Həmidov da Milli Şuradan imtina etdi ...

    10-01-2014, 18:15

  • 
  • İsgəndər Həmidov sərbəst buraxıldı

    İsgəndər Həmidov sərbəst buraxıldı ...

    29-05-2013, 19:08

  • 
  • İsgəndər Həmidov seçim qarşısında - özəl

    İsgəndər Həmidov seçim qarşısında - özəl ...

    29-10-2015, 16:49

  • 
  • İsgəndər Həmidov: "Üstümə tapança çəkdilər"

    İsgəndər Həmidov: "Üstümə tapança ...

    29-05-2013, 20:03

  • 
  • İsgəndər Həmidov Müsavat partiyasının Milli Şuradan çıxmasını qısaca olaraq belə dəyərləndirdi-VİDEO

    İsgəndər Həmidov Müsavat partiyasının Milli ...

    14-01-2014, 22:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu