GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Mixail Zabelin Rusiyanın emisarıdır”

“Mixail Zabelin Rusiyanın emisarıdır”

Tarix: 11-04-2014, 10:36 Bölmə :Müsahibə Baxış: 866
“Mixail Zabelin Rusiyanın emisarıdır”
Fəzail Ağamalı:
“Şərqi Ukrayna əldən getsə, Rusiya caynaqlarını Cənubi Qafqaza tərəf çevirəcək”


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Ukrayna krizisi, Rusiyanın addımları, ehtimal olunan təhdidlər haqqında danışıb.
- Fəzail bəy, Milli Məclisin deputatı, həmkarınız Mixail Zabelin bəyan edib ki, Krım Rusiyanın ərazisidir və Rusiya bu ərazini öz sərhədlərinə qatmaqla doğru iş görüb. Bunu necə qiymətləndirirsiniz?
- Bu adam Rusiyanın buradakı emisarıdır. O, başqa söz deyə bilməz. Əgər başqa söz desə, Rusiyanın başı üzərində olan çətirindən mərhum ola bilər.
- Rusiyanın emisarı Azərbaycanda deputatdır?
- Mən fikrimi dedim. Siz özünüz nəticə çıxarın. Əgər o Rusiyanın Ukraynada etdiyi hərəkətlərə haqq qazandırırsa, bu zaman hansı nəticələr çıxarmaq olar? Mixail Zabelinlə Rusiyadakı bir rusun nə fərqi var? İndi Ukraynanın bayraqlarını endirib Rusiyanın bayrağını qaldıran, dünya birliyi tərəfindən tanınan bir ölkənin sərhədlərini dəyişdirməyə haqq qazandırmaq nə deməkdir?
- Siz tarixçisiniz, uzun illərdir ki, siyasətlə məşğulsunuz. Sizcə, bu nə deməkdir?
- Mən sözümü dedim. Bu adam Rusiyanın sözünü deməlidir. Əgər Rusiyanın sözünü deməsə, çətiri üzərindən götürə bilərlər. Bu zaman da onu hansı taleyin gözlədiyini Allah bilir.
- Bizdə bu cür adamlar çoxdurmu?
- Mən bunun təsnifatını aparmamışam. Ancaq düşünürəm ki, bu cür adamlar Azərbaycanda çox deyil.
- Ukrayna ictimai-siyasi şüurunda Rusiyaya meyl etmək düşüncəsi hər zaman olub və indi də Şərqi Ukraynada bu özünü büruzə verir. Bəs Azərbaycanda ictimai-siyasi fikir hansı yöndədir?
- Azərbaycanda ictimai-siyasi fikir birmənalı olaraq dövlət müstəqilliyinin qorunub saxlanılması, suverenliyimizin təminatı, Azərbaycanın bölünməzliyi, sərhəd bütövlüyü istiqamətindədir. Xalqımızın mütləq əksəriyyəti, əhalimizin 90 faizindən çoxunun bu fikirdə olduğuna qəti əminəm.
- Rusiyadan gələn təhdidlərlə bağlı olaraq Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar arasında eyni mövqedən çıxış etmək üçün memorondum imzalanmasına ehtiyac varmı?
- Ola bilsin ki, indi buna ehtiyac yoxdur. Lakin gələcəkdə mən bunu istisna etmirəm. Yaxın gələcəkdə hadisələr elə cərəyan edə bilər ki, Azərbaycandakı bütün siyasi qüvvələr dövlət müstəqilliyimizi qoruyub saxlanmasını özündə ehtiva edən belə bir sənədi hazırlayaraq imzalaya bilərlər. Və mən hesab edirəm ki, belə təhlükə yaranarsa, bu tip sənədi imzalamalıdırlar.
- Azərbaycan Silahlı Qüvvələrinin vəziyyətini necə qiymətləndirirsiniz, ölkəyə olan müdaxilənin qarşısını almaq imkanındadırmı?
- Azərbaycanın Silahlı Qüvvələrinin vəziyyəti müsbətdir. Azərbaycan Cənubi Qafqaz ölkələri arasında həm də hərbi baxımdan lider dövlətdir. Bizim silahlı qüvvələrimizin mənəvi, fiziki və döyüş hazırlığı, eyni zamanda hərbi sənayemizin durumu nikbin fikirlər işlətməyimiz üçün əsaslar yaradır. Digər tərəfdən, ölkə prezidenti Müdafiə Nazirliyində rəhbərliyi dəyişməklə, Zakir Həsənovu nazir təyin etməklə Müdafiə Nazirliyində böyük döyüş hazırlığı, böyük əhval-ruhiyyə və müdafiə sistemimizin güclənməsi üçün mühüm addım atdı. Məndə olan informasiyalara görə, yeni müdafiə naziri ciddi islahatlar aparmaqda son dərəcədə qərarlıdır və bu prosesi sona qədər aparmaqla Azərbaycanın silahlı qüvvələrinin döyüş qabiliyyətini, hərbi gücümüzün daha da artmasına çalışacaq. Lakin yaddan çıxarmayaq ki, Azərbaycanın potensialı kifayət qədər güclüdür. Ukrayna həm insan potensialına görə, həm də SSRİ zamanı hərbi sənaye kompleksinin orada yerləşdirilməsi və hazırda bu komplekslərin Ukraynada qalmasını rəğmən Kiyevin Rusiya ilə müharibədən qaçması, hərbi toqquşmaya getməməsi açıq görünür. Rusiya Krıma 14 min ordu yeritdi, bir güllə belə atılmadı. Ukrayna çox təmkinli siyasət aparırdı və hazırda da bunu davam etdirir. Çünki, Ukrayna öz gücünü müəyyənləşdirərək belə nəticəyə gəlib ki, onun Rusiya ilə açıq hərbi münaqişəyə getməsi Ukrayna üçün fəlakətlərə səbəb ola bilər. Bu mənada bizdə sona qədər çalışmalıyıq ki, əgər gələcəkdə Rusiya Azərbaycanın dövlət müstəqilliyinə qarşı hansısa təhdidlərə başlasa, onda mən demirəm ki, Azərbaycan ağ bayrağını qadırmalıdır. Əksinə, Azərbaycan silahlı qüvvələri sona qədər vuruşmalıdır. Ancaq bizim hərbi potensialımızın Rusiya hərbi potensialı ilə müqayisə edilməsi və bərabərləşdirilməsi də düzgün olmazdı. Əlbəttə, mənim bu fikirlərim sadəcə nəzəri baxımdan nəzərə alınmalıdır.
- Avropa və Amerika Rusiyanın bu aqressiv davranışlarını dayandırmağa müvəffəq olacaqmı?
- Bunu demək çətindir. ABŞ və Avropa Rusiyadan çəkinir. Prezident Obamanın bir fikri var idi: mən Nyu-Yorka atılan atom bombasından qorxuram. Bu ifadə Obamaya məxsusdur. İndi Avropanı da, Amerikanı da qorxudan Rusiyanın atom silahıdır. Onlar qorxurlar ki, Rusiya buna gedə bilər. Təsadüfü deyil ki, onlar son vaxtlar Rusiyaya qarşı sanksiyaları həyata keçirirlər. Məsələn, NATO Rusiya ilə əməkdaşlığa son qoydu, Avropa Şurası da buna uyğun mövqe sərgilədi. Ancaq qeyd edim ki, Avropa Şurası və NATO-nun Rusiya ilə əməkdaşlığını dayandırması heç bir əhəmiyyət daşımır, bu heç Rusiyanın vecinə də deyil. Moskva Avropa Şurasına 10-15 deputatını göndərməsə, Rusiya dövləti nə itirəcək? Və yaxud NATO ilə əməkdaşlıq kifayət qədər qarşıdurma müstəvisində idi. Rusiya BMT Təhlükəsizlik Şurasının üzvüdür və söz sahibidir. Qalan şeylər onu az maraqlandırır. Amma iqtisadi sanksiyalar Rusiyanı çökdürə bilər. Avropa və Amerika isə hələlik iqtisadi sanksiyaların tətbiqi üçün ciddi addımlar atmır. Bu da Rusiyanı Ukrayna ərazilərini özünə ilhaq etməsi üçün şirnikləndirir.
- Mütəmadi olaraq Azərbaycana Rusiya və Türkiyə rəsmiləri gəlir. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəhbərinin ardınca Ərdoğan Bakıya gəldi. Hazırda Rusiya Müdafiə Nazirliyinin baş qərargah rəisi Bakıdadır. ABŞ dövlət katibi Con Kerrinin də Cənubi Qafqaza səfər edəcəyi bildirilir. Bu səfərlərin bir-birilə əlaqəsi varmı?
- Mən bu səfərlərin bir-birilə əlaqəli olmasına şübhə eləmirəm. Bu gün Qafqaz üzərində ən müxtəlif ildırımlar çaxmaqdadır. Təbii ki, Rusiyanın Cənubi Qafqazda böyük maraqları var. Moskva Azərbaycanın Gömrük İttifaqına və Avrasiya Birliyinə daxil olmasını arzu edir və bunu gizlətmir. Bu isə Azərbaycanın milli maraqlarına, suverenliyinə, dövlət müstəqilliyinə zidd olduğundan Azərbaycan bu layihədə iştirak etmək istəmir. İndiyə qədər Azərbaycan duruş gətirib. Mən əminəm ki, cənab prezidentimiz sona qədər bu iradəsini ortaya qoyacaq. Lakin bununla bərabər qeyd etmək lazımdır ki, Azərbaycan hərbi potensialı baxımından Rusiya ilə üz-üzə gəlmək imkanında deyil. Azərbaycan prezidenti ölkəmizi təhlükələrdən sığortalamaq və qorumaq üçün çox gedişli diplomatik addımlar atır. İndiyə qədər bu addımlar Azərbaycana yetərincə ciddi üstünlüklər verib, onu bəlalardan və xarici müdaxilələrdən qoruyub. Mən əminəm ki, bundan sonra da belə olacaq. Ona görə də, məhz Rusiyanın Dağıstan ərazisində hərbi təlimlərinin keçirdiyi zaman kəsiyində bu ölkənin baş qərargah rəisinin, istərsə də, cənab Ərdoğanın Bakı səfəri təsadüfi hesab olunmamalıdır. Bu həm də o deməkdir ki, Azərbaycana qarşı hansısa hərbi müdaxilə olarsa, Türkiyə bizim yanımızda olacaq. Fikrimcə, Ərdoğanın səfəri, burada verilən mesajlar məhz bununla əlaqədar idi. Rusiya baş qərargah rəisinin ölkəmizə səfəri isə ilk növbədə MDB ölkələrinin baş qərargah rəislərinin Bakıda keçirilən toplantısı ilə bağlıdır. Əlbəttə, Rusiya ilə Azərbaycan hərbi əməkdaşlıq sahəsində kifayət qədər yaxından əməkdaşlıq edirlər. Bu əməkdaşlıq sadəcə olaraq Azərbaycanın hərbi qüdrətinin artırılmasına xidmət edir və bundan da o tərəfə keçmir. Yəni Azərbaycan Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü deyil. Odur ki, iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığın başqa aspektləri yoxdur. Sadəcə olaraq Rusiya silahlarını satır, Azərbaycan isə bu silahları alır. İndi Rusiya baş qərargah rəisinin Azərbaycana səfəri, bizim müdafiə nazirimizlə görüşü, burada aparılan danışıqlar fikrimcə, həm də ona yönəlib ki, əgər Ukraynada NATO ilə Rusiya arasında hərbi qarşıdurma baş versə, NATO üzvü olan Türkiyənin Azərbaycandakı davranışları Rusiyaya ziyan gətirməsin.
Əlbəttə, bu mənim zəif bir gümanımdır. Amma mən bunu istisna etmirəm. Ola bilsin ki, Rusiyanın yüksək rütbəli zabitinin ölkəmizə gəlişində məqsəd həm də təminat almaqdır. Hesab edirəm ki, hazırda Ukraynada vəziyyət olduqca ciddidir və mən orada hərbi qarşıdurmanı istisna etmirəm. Ukrayna üzərində NATO ilə Rusiyanın hərbi qarşıdurması bir addımlıqdadır. Çünki, Rusiya öz planlarından əl çəkmir. Ukraynanın şərqində və cənub şərqində gedən proseslər bunu birmənalı ifadə edir. Onlar məhz bu hissələri Ukraynadan qoparmaq planını ortaya qoyub. Donetski artıq özünün xalq “respublikası” elan edib, digər vilayətlərdə də buna oxşar proses gedir və hamısı da Rusiyaya birləşmək haqda danışırlar. Bu cür əsəb və informasiya müharibəsinin nə qədər davam edəcəyini demək çətindir. İndi Rusiya bir tərəfdən qeyd edir ki, Ukraynaya qarşı ərazi iddiası yoxdur. O biri tərəfdən isə, Ukraynanın konstitusiyasının dəyişdirilməsini və onun federallaşmasını tələb edir. Bununla da, Ukraynaya ağır zərbə vurur. Çünki, belə olacağı təqdirdə həmin federal subyektlər öz “müstəqilliyini” elan edərək Rusiyaya birləşə bilərlər. Nəzərə alın ki, Krım Muxtar Respublika olduğundan Rusiya bunu edə bilib, şərq hissədə isə ancaq vilayətlərdir. Orada referendumun keçirilməsi hüquq sisteminə ziddir. Əgər Donetski, Luqanski, Xarkov muxtar subyekt olsaydı, ola bilsin ki, hüquq sisteminə tüpürüb orada referendum keçirə bilərdilər. Amma bu reallıq olmadığından Rusiya çoxtərəfli ssenari ilə öz oyunlarını davam etdirir. İndi baxaq görək, Avropa və Qərb buna nə qədər dözəcək və sonda hansı nəticələr çıxaracaq. Əgər qərb Krım hadisəsi zamanı ancaq bəyanatlarla kifayətlənəcəksə, bu zaman Şərqi Ukrayna əldən gedəcək. Bu halda Rusiya caynaqlarını Cənubi Qafqaza tərəf çevirəcək, Azərbaycan və Gürcüstana təhdidlər olacaq.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mixail Zabelin YAPkursuna qarşı

    Mixail Zabelin YAPkursuna qarşı ...

    13-06-2013, 16:20

  • 
  • Ukrayna Mixail Qarbaçova qadağa qoydu

    Ukrayna Mixail Qarbaçova qadağa qoydu ...

    26-05-2016, 22:33

  • 
  • Putin Lenini ittiham etdi: "Rusiyanın altına bomba qoyub"

    Putin Lenini ittiham etdi: "Rusiyanın altına ...

    21-01-2016, 22:13

  • 
  • Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə verildi

    Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə ...

    1-03-2014, 21:11

  • 
  • Rusiyanın məhv olacağı tarix açıqlandı

    Rusiyanın məhv olacağı tarix açıqlandı ...

    20-04-2015, 23:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu