Ukraynanın təhlükəsizlik xidməti keçmiş SSSR prezidenti Mixail Qarbaçovun ölkəyə girişinə 5 il qadağa qoyub.
Bu barədə “Ukrainskaya Pravda” qəzeti mayın 26-da təhlükəsizlik xidmətinin nümayəndəsi Elena Gitlyanskaya istinadla məlumat yayıb.
O, bunun ölkənin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən Mixail Qarbaçovun Krımın hərbi ilhaqını açıq şəkildə dəstəkləməsi ilə bağlı olduğunu deyir.
Ali Radanın deputatı Anton Gerashenko bundan əvvəl təhlükəsizlik xidməti və Ukraynanın Xarici İşlər Nazirliyi-dən onun ölkəyə girişinə qadağa qoyulmasını tələb etmişdi.
Mixail Qarbaçov 2016-cı il mayın 22-də “Sunday Times” qəzetinə müsahibəsində Rusiyanın Krımı ilhaq eləməsinin düzgün qərar olduğunu deyib.
Sorğu
Yeni dizaynımız necədir?