GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Qərb siyasətşünaslığı Rusiyanın parçalanması planları üzərində işləyir”

“Qərb siyasətşünaslığı Rusiyanın parçalanması planları üzərində işləyir”

Tarix: 13-04-2014, 12:57 Bölmə :Müsahibə Baxış: 846
“Qərb siyasətşünaslığı Rusiyanın parçalanması planları üzərində işləyir”
Zərdüşt Əlizadə:
“Bu qarmaqlar qabırğamızın altına möhkəm girib və çıxmır”


Suallara politoloq Zərdüş Əlizadə cavab verib. Siyasi şərhçi əsasən Ukrayna-Rusiya münasibətləri, bunun yaradacağı nəticələr, eləcə də Rusiyanın Azərbaycana təhdidləri haqqında deyilənləri şərh edib.

- Zərdüşt bəy, Ukraynada baş verən proseslər ikinci fazaya daxil olur. Rusiya Şərqi Ukraynaya sahib çıxmaq üçün bütün imkanlarını işə salıb və bu əraziləri də özünə ilhaq etmək niyyətindədir. Hazırda real durumu necə qiymətləndirirsiniz?
- Bir neçə tarixi amil hadisələrin belə inkişafına təkan verib. Birinci amil odur ki, 1988-1991-ci illərdə SSRİ-nin hakim zümrəsi yanlış qərarlar verdilər. SSRİ-ni demokratikləşdirmək, müasirləşdirmək, respublikaların hüquqlarını artırmaq əvəzinə ittifaqı dağıtdılar. Hansı ki, SSRİ tarixi nailyyət idi, böyük ərazi, vahid hüququ sistem, vahid standartlar, vahid dil və mədəniyyət, vahid hərbi, vahid iqtisadiyyat, nəhəng təbii sərvətlər, böyük elmi texnoloji potensial ortada idi. Səmərəsiz ictimai-siyasi qurumu demokratikləşdirmək, bazar iqtisadiyyatı prinsiplərini tətbiq etmək əvəzinə ölkəni dağıtdılar. Bundan sonra hər bir müstəqil ölkənin hakim zümrəsi öz xalqını və dövlətini qarət etəməyə başladı. Nəticədə Belarusu çıxmaq şərti ilə sənaye öldü, dağıldı. Sovet Azərbaycanı 67 ölkəyə cihaz və texnika satırdı. Müstəqil Azərbaycan isə xaricə neft məhsulundan başqa heç nə satmır. Azərbaycanın elmi-tədqiqat institutları, konstruktor büroları, yüksək səviyyəli alimləri var idi. İndi 2 alan tələbə 150 bal yığaraq universitetə daxil ola bilir. Bütün bunlar yanlış qərarların nəticəsi idi. Rusiya, Ukrayna, Azərbaycan və digər MDB ölkələrində indi dərin daxili böhran prosesi gedir. Bu ölkədə zəngin milyarderlər və dəhşətli kasıblar sinfi yaranıb. İşsizlik, bərabərsizlik hökm sürür. Hələ dövlət hakimiyyəti uğrunda da dəhşətli mübarizə gedir. Dövlət vəzifəsində olan həm də milyoner və ya milyarder olur. Sözümün mənası odur ki, SSRİ-nin dağılmasından sonra ziddiyyətlər indi üzə çıxmağa başlayıb.
Ukraynada isə bir neçə milyarder var. Rinat Axmedovun 15 milyard pulu var, Paroşenkanın da bir neçə milyardı var. Bunlar nə dahidir, nə də Bill Qeytsdir. Onlar xalq mülkiyyətini fırıldaq yolla ələ keçirən dələduzlardır. Yanukoviçdə bunlardan biridir. Ukraynada dövləti ələ keçirmək davası gedirdi. Bizim cəbhəçilərin bir tayı olan Yatsenyuk, Kliçko və başqaları ortaya düşərək camaatı mənasız şüarlarla ayağa qaldırdı. Hansı ki, Avropada Ukraynanı heç kəs gözləmir, çünki Ukraynada siyasi, ideoloji və iqtisadi böhran var. Amma müxalifətçilər camaatı aldatdılar ki, bəs Avropaya gedirik, siz əla yaşayasdınız. İnsanlarda ortaya töküldülər, oliqarxlardan bəzisi də buna pul ayırdı.
- Demək istəyirsiniz ki, bütün günah Ukrayna xalqında və müxalifətində idi?
-Xeyr. Ukraynada rüşvətxorluq, korrupsiya mövcud idi. Amma bir tərəfdən də Qərb insanları qızışdırır və Ukraynanı Rusiyadan qoparmağa çalışırdı. Belə şəraitdə müxalifət dövlət çevrilişi həyata keçirdi və Yanukoviç qaçmalı oldu. Rusiyada buna reaksiya verərək Krımı tutdu. Krımın işğalı və ilhaqı Ukrayna siyasətçilərinin günahıdır. Bu ilin fevralında Krımın işğal ediləcəyini Kremli də heç kim düşünmürdü. Amma Ukrayna müxalifətçilərinin səriştəsizliyinin nəticəsində bunlar baş verdi. Rusiya Krımı tutdu, indi Putin Ukraynanın Avropa Birliyinə və NATO-ya qoşulmamasına zəmanət almaq üçün tələb edir ki, Krımsız Ukrayna feddarallaşmalıdır. Rusiyameylli, yüksək sənayesi və təbii sərvəti olan Şərqi Ukrayna federal subyekt olmalıdır və Konstitusiyada yazılmalıdır ki, Şərqi Ukrayna razı olmasa Ukrayna dövləti heç bir beynəlxalq təşkilata qoşula bilməz. Rusiya NATO-nun ordusunun öz sərhədlərinə qədər gəlib çıxmasını istəmir və bunu anlamaq olar. Real vəziyyət bundan ibarətdir. Bir sözlə, dava yorğan davasıdır. Baş verənlər geosiyasi davadır və Ukrayna xalqı da bunun qurbanı olub.
- Şərqi Ukraynada deyildiyi kimi ruspərəstlər, ukraynapərəstlər çoxdurmu?
- Məsələ ondadır ki, Ukraynanın acgöz, tamahkar müxalifət liderləri Ukrayna dövlətini məhv etdilər. Onlar üç aparıcı Avropa dövlətinin xarici işlər nazirlərinin iştirakı ilə Yanukoviçlə müqavilə imzalamışdılar. Müqavilyə görə, bu ilin dekabrında seçkilər keçirilməli idi. Amma müxalifətin bu acgöz siyasi liderləri tələsdilər, hakimiyyəti devirdilər və nəticədə Krım əldən getdi, indi isə Şərqi Ukrayna ayağa qalxıb. Düzdür, müxalifətçilər hakimiyyətə gəldi, amma ərazisinin bir hissəsi Qarabağın taleyini yaşadı. Oljas Süleymanovun məşhur kəlamı var: millətçilərin hakimiyətə gəldiyi ölkələrdə millətin başına daş düşür. Kiyevdə millətçilər hakimiyyətə gəlib, hakimiyyəti tutdular. İndi bunlar ilk olaraq neyləməlidir? Əlbəttə, cəmiyyəti toparlamalı, mövcud olan ziddiyyətləri həll etməyə çalışmalıdır. Bunlar isə gələn kimi rus dilini haqda danışmağı qadağan etdilər. Bu da Rusiyaya imkan verdi ki, Şərqi Ukraynada camaatı ayağa qaldırsın. Az sonra bəyan etdilər ki, NATO-ya, Avropa İttifaqına gedirlər. Bu da, vəziyyəti kəskinləşdirdi. Nəzərə alın ki, ukraynalıların bir hissəsi NATO-nu istəsə də, bir hissəsi istəmir. Bu isə Rusiyaya imkan verir ki, müəyyən işləri görsün.
- Ukraynada nə qədər rus var?
- Haradasa 8-10 milyon civarında rus var. Hazırda Ukrayna millətçiləri onların hüquqlarını tapdalayırlar. Donetski vilayətində 4 milyon insan yaşayır. Onun heç olmasa 2 milyonu rusdur və öz hüquqlarını tələb edirlər. Xarkovda, Luqanskidə isə 40 faiz rus var. Əlbəttə ki, onların hamısı ruspərəst deyil. Amma görəndə ki, burada rusların hüququ pozulur, dərhal uyurlar Rusiyanın təbliğatına. Kiyev hakimiyyəti isə ağıl işlətmək əvəzinə zor işlədir. Amma unudurlar ki, Putinin zor imkanı daha çoxdur.
- Bu proseslər hansı nəticələr ortaya qoyacaq, proqnozlarınız varmı?
- Mən yüz faizlik heç nə deyə bilmərəm. Amma bir neçə variant var. Variantlardan biri odur ki, hakimiyyətə gələn adamlar seçki keçirib hakimiyyətlərini legitimləşdirsinlər. Onlara seçkini keçirmək lazımdır. Rusiya da anlayır ki, bu adamlar Rusiyanın düşmənləridir. Ona görə də, çalışırlar ki, bu seçki baş tutmasın. Bunun üçündə vəziyyət kəskinləşməli, sabitlik pozulmalıdır. Buna da obyektiv zəmin var. Çünki Ukraynada hakimiyyətə gələnlərin siyasəti bizim cəbhəçilərin siyasəti kimi balqabaq siyasətdir. Onlar cəmiyyətlə hesablaşmırlar, əsassız olaraq qərbə ümid edirlər. Qərb Ukraynaya görə Rusiya ilə nüvə-raket müharibəsinə qalxıb bəşəriyyətə son verəcək? Bunu axmaqlar anlaya bilər. Əgər Ukrayna hakimiyyətinin ağlı olsa, referenduma gedər. Bu referendumda beynəlxalq təşkilatların nəzarəti altında olmalıdır. Belə olan halda Ukraynanı federallaşdırmaq tərəfdarları olanların məğlubiyyəti yüz faizlik olacaq. Rusiya Krımı götürəndən sonra hətta Ukrayna əhalisinin Rusiyaya simpatiya bəsləyən hissəsi də, artıq bu ölkəyə nifrət edir. Amma Kiyevin siyasi rəhbərliyi buna getməkdən çəkinir. Onlar ehtimallardan belə çəkinirlər. Onlar niyə hakimiyyətə gəliblər? Əlbəttə, Ukraynanı inkişaf etdirmək üçün deyil, varlanmaq məqsədilə. Ukraynada oğurlanmalı yer isə ancaq Şərqi Ukraynadadır. Sənaye, iqtisadiyyat, şaxtalar, metallurgiya hamısı burdadır. Odur ki, hakimiyyətə gələnlər Şərqi Ukraynanı itirmək istəmirlər. Beləcə didişmə gedir. Bu necə bitəcək, qərb bu proseslərdə hansı səviyyədə iştirak edəcək, Putin geri çəkilib-çəkilməyəcəyini demək olduqca çətindir. Hələlik Putin anlayır ki, onu alçaldırlar. Bilir ki, bu dəfə də geri çəkilsə, qərb yenə üzərinə gələcək, ondan növbəti güzəştlər tələb edəcək. Rusiyada düşünür ki, Şərqi Avropanı, Pribaltikanı verib, sərvətlərin bir hissəsini güzəştə gedib. Ancaq Qərb deyir ki, yenə ver. Həm də sirr deyil ki, qərb siyasətşünaslığı Rusiyanın parçalanması planları üzərində işləyir. Rusiya isə bunu bilir və çalışır ki, bütün cəbhə boyu ABŞ-a müqavimət göstərsinlər.
- Zərdüşt bəy, Azərbaycana Rusiyadan şimal küləklərinin əsməsi haqqında mətbuatda çoxlu sayda məqalələr, təhlillər yer alır, politoloqlar bu haqda fikirlər səsləndirir. Siz Rusiyadan Azərbaycana qarşı təhdidlər görürsünüzmü?
- Xəzri şimal küləyidir və əsəndə Bakının havasını dəyişir. Şimal küləyindən qorxmaq lazım deyil. Siyasi mənaya gəldikdə isə, siz müstəqil ölkənin vətəndaşısınız. Bəs siz azadsınızmı, rihafınız yüksəkdirmi, özünün gələcəyini görürsənmi, pulun, evin varmı? Yox. Bəs bu müstəqillikdən kim qazanıb, milyoner olubsa, bu müstəqillik daha çox onlara əl verir. Ona görə müstəqilliyi Məmmədə sıramaq istəyəndə, Məmməd deyəcək ki, bu müstəqillik mənə nə verib? Üstəlik dövlət müstəqil olsa da sənayesini, elmini, intellektual potensialını itirib. Üzə çıxan kimlər olub? Milli Məclisə baxın, nazirlərimizə və məmurlarımıza diqqət edin. Biz onlarla fəxr edə bilərikmi? Sual budur. Müstəqillik xalqa əziz bir şey kimi sırınır, amma bu əslində Moskvanın mərkəzi prokurorluğunun nəzarətindən xilas olan oğruların azadlığı deməkdir.
İkincisi, məncə, Moskva bütün dünya ilə müharibə eləmək fikrində deyil. Kremli hazırda Krım problemi ilə məşğuldur, fedarallaşma qarmağı ilə Ukraynanı Kremlin divarlarından asır. Bundan əvvəl isə Moldovanı Dnestryanı respublika qarmağı, Gürcüstanı Osetiya və Abxaziya qarmağı, Azərbaycan və Ermənistanı isə Dağlıq Qarabağ qarmağı ilə asıb. Bu qarmaqlar qabırğamızın altına möhkəm girib və çıxmır. İndi Moskva işləyən mexanizmi niyə dəyişsin? Gül kimi asılı ölkələrik də. Müstəqil olsaq da, əslində biz asılı ölkəyik. Maliyyə siyasəti, iqtisadi siyasət, hərbi siyasət, xarici və daxili siyasət xarici ölkələrdən asılıdır. Mən inanmıram ki, Rusiya yaxşı işləyən mexanizmi pozaraq yeni əməliyyat keçirsin. Hələ mətbuat yazır ki, Putin SSRİ-ni bərpa etmək istəyir. Bu onun nəyinə lazımdır? Putinin quruluşu oğru dəstəsidir və Rusiyanı qarət edirlər. Onlar milyarderlərdir. Onların nəyinə lazımdır ki, SSRİ-ni bərpa etsinlər. Onlar sadəcə olaraq oğurlamaq istəyir və qərbə deyirlər ki, bizim bostanımıza girməyin. Məncə, şimal küləyi haqda yazılanlar əsassızdır. Hələlik mən görmürəm ki, Rusiya Ukrayna hadisələrindən sonra başqa MDB ölkəsinə girsin. Bu ölkələrin hamısı itaət edir.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rus deputat əsl niyyəti açıqladı: “Keçmiş respublikaları ələ keçirək, “Böyük Rusiya”nı bərpa edək” - VİDEO

    Rus deputat əsl niyyəti açıqladı: “Keçmiş ...

    27-11-2015, 19:39

  • 
  • “Biz SSRİ-ni bərpa etmək istəmirik”

    “Biz SSRİ-ni bərpa etmək istəmirik” ...

    25-05-2014, 13:14

  • 
  • Rusiya Azərbaycana qarşı hibrid müharibəsi taktikasından istifadə edə bilərmi?

    Rusiya Azərbaycana qarşı hibrid müharibəsi ...

    6-04-2016, 12:36

  • 
  • Vahid Ələkbərovdan Rusiyanın neft sahəsi haqda bədbin açıqlamalar

    Vahid Ələkbərovdan Rusiyanın neft sahəsi haqda ...

    23-01-2015, 23:52

  • 
  • Vahid Ələkbərov “Milyarderlər İttifaqı” heç kəsin əleyhinə yaradılmayıb”

    Vahid Ələkbərov “Milyarderlər İttifaqı” heç kəsin ...

    14-06-2013, 12:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu