GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “İndi müharibənin başlaması üçün bəhanə deyil, böyük səbəblər var”

“İndi müharibənin başlaması üçün bəhanə deyil, böyük səbəblər var”

Tarix: 13-04-2014, 12:59 Bölmə :Müsahibə Baxış: 860
“İndi müharibənin başlaması üçün bəhanə deyil, böyük səbəblər var”
Sabir Rüstəmxanlı:
“Bu təslimçilik və təzim siyasəti olmalı deyil”


Müsahibimiz xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı olub. Millət vəkili əsasən Rusiyadan gələn təhdidlər, Sovet İttifaqının bərpası haqda çağırışlar, Krım türklərinin durumu və onlara türk dövlətlərinin dəstəyinin hansı həddə olması haqqında danışıb. Sabir Rüstəmxanlı həmçinin siyasətdən getməsi haqda fikirlərini də açıqlayıb.

- Sabir bəy, Azərbaycana şimaldan təhlükə varmı?
- Əslində bu narahatçılıq hər zaman olub. Yanında böyük və iddialı qonşular olanda, bizim kimi dövlətlər heç vaxt rahat nəfəs ala bilmir. Bu ciddi bir məsələdir. Bu mənim subyektiv fikrimdir və mübahisələr də doğura bilər. Azərbaycanla-Rusiyanın münasibətləri həssas mövzudur, burada tələm-tələsik və qeyri peşəkarlıqla hadisəyə müdaxilə etmək olmaz. Amma Rusiyanın Krımdakı addımlarını izlədik, Ukraynaya münasibətini gördük və birdən Vladimir Jrinovskinin çıxışları ilə rastlaşdıq. Bəziləri elə bilir ki, Jirinovski millətçi və bir qədər də başdanxarab adamdır. Ancaq mənə elə gəlir ki, Jirinovski Rusiyanın qonşulara gerçək baxışını ifadə edir. Digər siyasətçilər beynəlxalq hüquq və beynəlxalq münasibətlərə baxır, daha ehtiyatlı və sakit danışırlar, qonşularla bağlı açıq qıcıqlandırıcı ifadələr işlətmirlər və s. Ancaq Jirinovski ortada nə varsa onu da deyir. Özü də Rusiyanın birinci Pyoturdan başlayan üzü bu yana dövlət siyasətinin mahiyyətində olan genişlənmə, dənizlərə çıxış, qonşuları əzib keçmək, heç kimlə hesablaşmamaq, dünya ilə zor dilində danışmaq durub. Bu yoldan milyonlarla insan həyatını itirib. Jirinovskinin nifrət dolu danışıqları və istehza ilə yuxarıdan aşağı baxması bu siyasətin gerçək mahiyyətini ortaya qoyan çıxışlardır. Əslində bundan heç təəccüblənmək də lazım deyil. Əslində qonşuları Rusiyanın daxilində gedən prosesləri daha çox Jirinovskinin çıxışlarından izləyə bilərlər.
- Rusiyanın Şimali Qafqazda və Xəzərin şimal hissələrində hərbi təlimlərə başladığı artıq bəllidir. Siz hansısa təhdidlər görürsünüzmü?
- Fikrimcə, mətbuatda olan təlaşlı məqalələrə ehtiyac yoxdur. Biz XXI əsrdə yaşayırıq. Zorakı yolla bütün qonşuları əzib keçmək mümkün deyil. Əgər Moskva buna getsə, ilk növbədə Rusiya üçün böyük problemlər yarada bilər. Rusiyanın özünün durumu da kifayət qədər mürəkkəb və ağırdır. Amma rus siyasətçilərinin özlərinin çıxış və yazılarında bir xətt var. Onlar da açıq deyirlər ki, bunun sonu müharibə ola bilər. Böyük dövlətlərdə adətən öz problemlərini həll etmək məqsədilə savaşa atılırlar. Bu mümkündür. İndi Rusiya ilə Ukrayna arasında vəziyyət öz dövrünün ən mürəkkəb mərhələsini yaşayır. Biz nəzərə almalıyıq ki, birinci dünya müharibəsi çox kiçik bir bəhanə ilə başlamışdı. İndisə müharibənin başlaması üçün bəhanə deyil, böyük səbəblər var. Bu mənada hər şey ola bilər. Həm də nəzərə almaq lazımdır ki, dünyada silah alqı-satqısı ilə məşğul olan şirkətlər bu tipli müharibələrdə maraqlı olurlar. Əslində dünyanın müxtəlif yerlərdində savaşlar gedir. İndi bu savaşın Rusiya ətrafında baş verməsində də maraqlı qüvvələr var. Azərbaycana gəldikdə deyim ki, biz onsuz da müharibə içindəyik və münasibətlərin bir qədər də gərginləşməsini heç kim istəməz. NATO-nun üzvü olsaq, Avropanın bir hissəsinə çevrilsək belə Rusiya ilə normal münasibətləri qoruyub saxlamalıyıq. Amma bu təslimçilik və təzim siyasəti olmalı deyil. Rusiyanın bütün təkliflərinə gözüyumulu razılıq vermək lazım deyil. Əksinə, normal siyasət aparılmalı, münasibətlər də normal çərçivədə olmalıdır. Hesab edirəm ki, Azərbaycan indi bu yolla gedir.
- Putinin qərarı ilə SSRİ vətəndaşı hesab olan hər bir şəxs həm də Rusiya vətəndaşlığına qəbul ediləcək. Sizcə, bunun mahiyyətində nə durur?
- Bunun mahiyyətində Gürcüstan modeli, Krım məsələsi durur. Abxaz və osetinləri məhz bu yolla Rusiya vətəndaşlığına qəbul etdilər. Bundan sonra isə Moskva “Rusiya vətəndaşlarını müdafiə edirəm”adı altında Abxaziya və Osetiyanı tutdu, Gürcüstan torpaqlarını işğal etdi. Hesab edirəm ki, bu cür qərarların arxasında məhz dediyim məqam durur. Qeyd edim ki, çox zamanlar Osetiya ilə Abxaziya məsələsini Dağlıq Qarabağ münaqişəsi ilə eyniləşdirməyə çalışırlar. Bunlar ayrı-ayrı məsələdir. Dağlıq Qarabağda yaşayan ermənilərdir və Qarabağın yaxınlığında da bir erməni dövləti var. Yəni ermənilər xalq olaraq öz müqəddaratını təyin etmə hüququnu həyata keçiriblər. Azərbaycan ərazisində ikinci bir erməni dövləti qurmaq normal ağlın və düşüncənin kənarındadır. Abxaziyada isə abxazların bir dövləti və torpağı var. Onların hüquqları ilə ermənilərin hüquqlarını eyniləşdirmək yanlış olardı. Amma təəssüflər olsun ki, bunları eyniləşdirməyə çalışır, Dağlıq Qarabağ məsələsində Ermənistana daha çox yancıllıq edənlər olur.
- SSRİ-nin bərpa olunması ideyası nə qədər real görünür?
- Şəxsən mənə real görünmür. Geriyə yol yoxdur. Bu ölkələr müstəqillik yolunu seçiblər və bunda da haqlıdırlar. SSRİ-nin bərpası ancaq müharibə nəticəsində baş tuta bilər. Bu müharibə də Avrasiyanı tam olaraq bürüməlidir. Ən azından Rusiya-ABŞ və ya Rusiya-Avropa, NATO arasında böyük savaşın nəticəsində bu torpaqlar işğal edilə bilər. Normalda Rusiya bəhanəsiz Azərbaycan torpaqlarına niyə girməlidir?
- Amma Rusiya siyasətində imperiyanı bərpa etmək iddiası var və bu səsləndirilir. Hətta bir qrup deputat SSRİ-ni dağıtdığı üçün Qarbaçovu məhkəməyə verib...
- SSRİ Rusiyaya dədə və ya babasından qalmamışdı. SSRİ respublikaların könüllü birləşməsi idi. Bu SSRİ Konstitusiyasında açıq qeyd olunub. Ondan əvvəl isə bu torpaqlar işğal olunmuşdu. İşğal olunan torpaqlar həmişə işğalçıya məxsus olmur. Günün birində xalq ayağa qalxaraq öz taleyini həll etmək haqqında düşünür.
- Ukrayna hadisələri, Krımda baş verən proseslər zamanı siz türk dövlətlərinin Krım türklərinə verdiyi dəstəyi nə dərəcədə yetərli hesab etdiniz?
- Yetərli deyil. Heç mənəvi cəhətdən də yetərli deyil. Ən azından birlik olsaydı, beş türk dövləti birgə addım atardı. Heç olmasa Azərbaycan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Özbəkistan Rusiyaya özlərinin vahid mövqeyini bildirə bilərdi. Krım nə Ukraynanındır, nə də Rusiyanın. Krım ərazi olaraq krım türklərinindir və buranın Rusiyanın tərkibinə keçdiyi tarixdə bəllidir. Bu gün əlbəttə, tarixdə olan şeyləri bərpa etmək mümkün deyil. Amma hər halda Krımın sahibi var. Bunlar zülümlə üzləşən, repressiyalara məruz qalan, sürgün və deportasiya olunan, alçaldılan bir Krım türkləridir. XXI əsrin əvvəllərində bunu yoxdan saymaq mümkün deyil. Ona görə də, Rusiya Krım türkləri ilə bağlı siyasətinə bir qədər həssas yanaşır. Amma bunun nə dərəcədə səmimi olduğunu gələcək göstərəcək.
- Sizin “müxalifətdə əsas problem AXCP və Müsavatdır” fikriniz iradla qarşılanıb və sizə münasibətdə tənqidi fikirlər səsləndirib. Bunu gözləyirdinizmi?
- Mən obyektiv, sakit və qərəzdən uzaq formada danışmışam. Demişəm ki, onlar bir yerdə olsaydılar, Azərbaycan müxalifətinin mənzərəsi ayrı olardı. Buna etirazları varsa buyurub desinlər ki, siz niyə belə deyirsiniz. Hesab edirəm ki, AXCP və Müsavat bir yerdə olsaydı müxalifət bir qədər güclü, sabit olardı, eləcə də münaqişələr daha az olardı. Bunlar bir kökdən çıxan partiyalardır. Xalq Hərəkatının qanadında yetişib gəliblər. Bir vaxtlar müxalifətin koordinasiya mərkəzində on partiya təmsil olunurdu. Sonra səkkizi qaldı. Beləcə getdikcə azaldı. Əsl və daha radikal müxalifət axtarışına çıxıldı. Bu yolla müxalifət ixtisarlar olundu, qaldı dörd partiya. İndi onlar da tək-tək parçalanırlar. Bunun səbəkarı mən və ya başqa partiyalar deyil. Öz aralarında Milli Şura, bundan əvvəl İctimai Palata yaratdılar. Bütün bunlar bizim gözümüzün qarşısında qurulur və həm də dağılıb gedir. Bunun səbəbini ancaq müxalifətdə görmək istəmirəm, təbii ki, bunun üçün çalışan başqa qüvvələr də var. Amma hər halda bu gün onlar bir yerdə deyillər və mən də deyirəm ki, bir yerdə olsunlar. Burada məni niyə qınayırlar, buyurub özlərini qınasınlar.
- Siz doğurdan VHP sədri postundan gedirsiniz?
- Mənim fikrimdə dəyişiklik yoxdur. Amma hesab edirəm ki, partiyalarda da dəyişikliklər olmalıdır. Mən demişəm ki, imkan daxilində növbəti qurultay razılıq versə, mən çalışacağam ki, yerimə başqa şəxs seçilsin. - Siz hara gedirsiniz ki? - Mən heç hara getmirəm. Bakıdayam, öz işimdəyəm, Milli Məclisdəyəm, yazı masamın arxasındayam. Son 25 ilimin yarısını ədəbiyyatdan, kitablarımdan, şerlərimdən kəsib siyasətə vermişəm. 21 ildir vaxtımı Vətəndaş Həmrəyliyi Partiyasına vermişəm. Bu bəs deyilmi? Özümçün daha uzunömürlü görünən işlərlə məşğul olmaq haqqım da var. Mənim bir ayağım onsuz da kənddədir. Əlbəttə ki, burada işlərim az olanda kəndə daha tez-tez gedəcəm. Amma kənddən gəlib Bakıda yaşayan ziyalıların daimi özünü aldatmaq fikri var. Hamı deyir ki, yaşa dolum, təqaüdə çıxıb kəndə gedəcəyəm. Əslində indi kəndlə Bakı çox yaxındır, orda oturmaqla, burada oturmağın arasında böyük fərq yoxdur. Buradakı hava da kəndə gedib çatıb. Bu gün dünyada gedən proseslərin təsir göstərə bilmədiyi dinc yer tapıb özün-özünlə tək qalmaq mümkün deyil. Amma bu yazıçıların hər zaman düşündüyü məsələ olub. Amma indi real görünmür.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabir Rüstəmxanlı daha deputat olmaq istəmir - AÇIQLAMA

    Sabir Rüstəmxanlı daha deputat olmaq istəmir - ...

    28-11-2013, 13:08

  • 
  • "Bu, tərbiyəsizlik, həyasızlıqdır..." –Sabir Rüstəmxanlı

    "Bu, tərbiyəsizlik, həyasızlıqdır..." ...

    4-02-2016, 15:40

  • 
  • Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin sözlərindən nəticə çıxardı - BAŞ REDAKTORU KƏNARLAŞDIRDI

    Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin sözlərindən ...

    1-09-2014, 11:24

  • 
  • Sabir Rüstəmxanlı həyatının təhlükədə olduğunu açıqladı

    Sabir Rüstəmxanlı həyatının təhlükədə olduğunu ...

    30-12-2012, 11:53

  • 
  • Sabir Rüstəmxanlı partiya sədrliyindən gedir

    Sabir Rüstəmxanlı partiya sədrliyindən gedir ...

    21-05-2014, 10:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu