GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Həyat yoldaşımı İlham Əliyevə müraciət etdiyi üçün tutublar”

“Həyat yoldaşımı İlham Əliyevə müraciət etdiyi üçün tutublar”

Tarix: 15-05-2014, 21:50 Bölmə :Müsahibə Baxış: 0
“Həyat yoldaşımı İlham Əliyevə müraciət etdiyi üçün tutublar”
Həbs olunan hüquq müdafiəçisinin ailəsi prezidentə və birinci xanıma müraciət etdi

Salyan Rayon Məhkəməsi tərəfindən dünən barəsində 3 aylıq həbs qərarı çıxarılan “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Emil Məmmədovun ailəsi prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edib.
Ailəsi hüquq müdafiəçisinin həbs olunmasında Salyan Rayon İcra Hakimiyyətinin baççısı Tahir Kərimovu günahlandırır.
Emil Məmmədovun həyat yoldaşı Sənubər Məmmədova əmindir ki, ərinin həbsi konkret olaraq icra başçısının sifarişi ilə həyata keçirilib. O, baş verənlərlə bağlı virtualaz.org saytının suallarını cavablandırıb.
-Emil bəyin həbsinin arxasında Tahir Kərimovun dayandığını deyirsiniz. Onların arasında narazılığa səbəb nədir?
-Emil bəy Salyanda baş verən qanunsuzluqlardan, iş adamlarının sıxışdırılmasından, büdcə vəsaitinin mənimsənilməsindən ölkə başçısı İlham Əliyevə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdi. Orada Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov haqqında da yazılıb. Bilirsiniz, Emil ölkə başçısına çox inanır, ondan daim yardım gözləyir. Emil bəy ölkə başçısına müraciətində bildirmişdi ki, Tahir Kərimov prezidentin inamını doğrultmadı. Salyanda baş verən bütün qanunsuzluqlar icra başçısının himayədarlığı ilə edilir. Bu müraciətlər də Tahir Kərimovun qəzəbinə səbəb oldu. Həyat yoldaşımı prezident İlham Əliyevə müraciət etdiyi üçün tutdular.
Daha bir məsələ isə iş adamı İlqar Əliyevlə bağlı oldu. Uzun illərdir büdcə təşkilatlarına çörək alınması ilə məşğul olan İlqarın əlindən bu sahə alınırdı. Salyan rayon maliyyə şöbəsinin əli ilə tenderdə başqa birini qalib etdilər. İlqar Əliyev isə hüquqlarının müdafiəsi üçün Emilə müraciət etmişdi. Emil onu həm hüquqları pozulmuş sahibkar, həm də bir dostu kimi müdafiə edirdi.
“Həyat yoldaşımı İlham Əliyevə müraciət etdiyi üçün tutublar”
-Həyat yoldaşınızın bunlara görə həbs olunacağını gözləyirdiniz?
-Keçən ilin dekabrında “Demokratiyaya Yardım” İctimai Birliyinə Tofiq Qasımov adında bir nəfər müraciət etdi. O, Emilə bildirmişdi ki, bu təşkilatla çox maraqlanıb, haqqı müdafiə etdiklərinə inanır. Emil də Tofiqi üzvlüyə qəbul etdi. Amma Tofiq Emilə heç bir işdə kömək etməyib. Mən hərdən Emildən soruşurdum ki, bəlkə Tofiq öyrədilmiş adamdır. Amma o, buna inanmırdı. Qeyd edim ki, Salyanda daha bir təşkilat, regional mərkəz var. Onun rəhbəri Elçin Əzizov və rayon kommunikasiya qovşağının sədri Faiq Nəcəfov icra başçısının himayəsi ilə Salyanda reketlik edirlər. Elçin Əzizov Tofiq Qasımovun qohumu haqqında tənqidi yazı yazmışdı. Tofiq buna görə Elçin Əzizovla mübahisə edib. Elçin Əzizovun oğlu da Tofiqi döyüb. Buna görə Tofiqi xuliqanlıq maddəsi ilə 10 sutka həbs etdilər. Sonradan Tofiqə qarşı irəli sürülən ittiham dəyişdi və Emilin həbs olunması üçün ondan istifadə etdilər.
-Tofiq Qasımov Emil Məmmədovun üzünə durdu?
-Tahir Kərimov haradansa eşidib ki, Tofiq Emilin təşkilatının üzvüdür. Elçin Əzizovun üzərində cinayət işi olan oğlu azadlığa çıxdı. Tofiq isə Emilin üzünə dayandı. Hətta Emilə deyib ki, bağışla, mənə çox təzyiq edirlər, ona görə də sənin üzünə dayanacam. Emil deyib ki, sən namaz qılırsan, Allah qarşısında necə cavab verəcəksən. Deyib ki, artıq namazı dayandırmışam. Tofiq guya ki, Emilin tapşırığı ilə idarə və təşkilatlardan pul aldığını deyib. Salyan Rayon Polis Şöbəsində Tofiqə təzyiq edilib. Onun yaxınları da qorxdular. Eşitdiyimə görə, Tofiqin qohumları Tahir Kərimovun qəbulunda olublar. İcra başçısı da onlara deyib ki, Emili tutandan sonra Tofiqi buraxdıracam. Tofiqin yaxınları Emilin tutduğu vəkildən imtina etdilər. Bir günün içində bütün idarə rəhbərlərini tökdülər ora ki, Tofiq Qasımov Emilin tapşırığı ilə bizi şantaj edib. Tofiq Bakıya köçürüləndən sonra qohumlarına sifariş göndərib ki, məni Salyanda döydülər, mənə vəkil tutun.
-Emil bəyə qarşı Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham irəli sürülüb?
-Məhkəmə keçirildi. Təsəvvür edin, ətrafı elə mühasirəyə almışdılar ki, kimsə içəri keçə bilməsin. Salyanda hamı Emili çox istəyir. Məhkəmə qapalı oldu. Məhkəmənin qərarında göstərilir ki, “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov ötən il dekabrın əvvəllərində Salyan telekommunikasiya qovşağının rəhbəri Faiq Nəcəfova yaxınlaşaraq ondan hər ay 200 manat verməsini tələb edib. Bundan başqa, guya maliyyə idarəsinə gedərək büdcə təşkilatlarına çörək alınması ilə bağlı tenderin İlqar Əliyevə verilməsini tələb edib. Guya ki, internetdə rüsvayedici məlumatlar yayacağı ilə qorxudaraq maliyyə idarəsinin rəisindən ayda 200 manat verməsini istəyib. İttihamnamədə bir neçə idarə və təşkilatların adı çəkilir. Deyim ki, Emil polis şöbəsinə çağırılarkən dindirilmə üçün getmişdi, amma orada onu həbs etdilər. Emilə qarşı Cinayət Məcəlləsinin 182.2.2 və 32, 182.2.2-ci maddələri ilə ittiham irəli sürülüb. Oun barəsində 3 ay azadlıqdan məhrumetmə qərarı çıxarıldı. Emil hazırda Kürdəxanı həbsxanasında saxlanılır. Onun vəkillə görüşməsinə imkan yaradılmır.
-Emil bəyin həbsindən sonra hansısa hüquq müdafiəçisi sizə müraciət edibmi?
-Yalnız Eynulla Fətullayev və Mirvari Qəhrəmanlı bizimlə maraqlanıb. Ombudsman Elmira Süleymanova mənimlə danışdı. Elmira xanım Tahir Kərimovla da danışıb. Amma Tahir Kərimov ombudsmanın sözünə əməl etməyib. Ombudsman Aparatının Emilin günahsız olduğuna dair bizə ünvanladığı məktub 2 gün gecikdirilib, məktub bizə onu həbs edəndən sonra çatıb. Dünən Emilin müdafiəsi ilə bağlı 10-a yaxın adam Salyan Rayon İcra Hakimiyyətində başçının müavini Etibar Hüseynovun qəbulunda olub. Etibar Hüseynov deyib ki, Emil ABŞ səfirliyi ilə iş görür, Amerikanın dostudur, agentdir. İcra başçısının müavini Azərbaycanla Amerikanın düşmən olduğunu deyib. Hətta Tahir Kərimov da dəfələrlə Amerikanı düşmən adlandırıb və Emili düşmənə işləməkdə suçlayıb. Dünən səfirliklərdən birinin nümayəndəsi Emilin məhkəməsində iştirak etmək istəyirdi, amma məhkəmə tələm-tələsik oldu. Emilin fəaliyyətində siyasi heç nə olmayıb, o, ömür boyu siyasətə qarışmayıb.
-Evinizdə axtarış aparılıbmı?
-Yox, bizim evimizdə axtarış olmayıb. Amma biz ailəmizin adından ölkə başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya müraciət edirik. Emil ölkəmizin prezidentinə çox inanır. Biz də yalnız ona güvənirik. Salyandan olan deputat Əlağa Hüseynov, Salyandan olan iş adamları Tahir Kərimovla bacara bilmirlər. Hamısı deyirlər ki, biz onunla bacarmırıq. Bizim öhdəmizdə 3 uşaq, qoca ana, ruhi xəstə olan baldızım və himayəyə götürdüyümüz azyaşlı var. Bu ailə yalnız və yalnız İlham Əliyevdən kömək gözləyir.

* * *

S.Məmmədovanın müsahibəsində dediklərinə inanmamaq çətindir. Axı fakt budur ki, Emil Məmmədov ictimai fəaliyyətlə təzəcə məşğul olmağa başlamayıb. Onun bu fəaliyyətinə də heç vaxt irad, illah da fırıldaqçılıq, dələduzluq, reketliklə bağlı şikayət olmayıb. Bəs necə olur ki, hüquq müdafiəçisi birdən-birə dönüb dələduz və rüşvətxor olur?
Görünür, məsələ doğrudan da hüquq müdafiəçisinin prezidentə ünvanlanan və “Salyan çarı”nın və ətrafının əməllərini açıb göstərən həmin o məktubundadır. Yeri gəlmişkən, həmin açıq məktub virtualaz.org saytında da dərc edilmişdi. Bundan dərhal sonra rayon rəhbərliyi qanunsuzluqlarla barışmayaraq birbaşa dövlət başçısına müraciət etmiş bu adamı hədəfə almağa və şərləməyə başladı.
İndi ortada dayanan ən əsas sual budur: icra başçıları doğrudanmı o qədər geniş və qeyri-məhdud səlahiyyətlərə malikdirlər ki, hətta hüquq müdafiəçilərinin də həbsini sifariş edə bilirlər?
Buna inanmaq istəməzdik. Ümid edirik ki, müvafiq dövlət orqanları bu qalmaqallı olayı diqqətlə izləyəcək və ədalətin bərpa olunmasına çalışacaqlar. Bir hüquq müdafiəçisinin, bir vətəndaşın öz dövlətinin başçısına açıq məktubla müraciət etməsindən sonra həbs edilməsi hər halda nonsensdir.

Ülviyyə
Fotolar Vüsalə Abdullayevanındır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı “muradına” necə çatdı?

    İcra başçısı “muradına” necə çatdı? ...

    20-05-2014, 10:38

  • 
  • Salyanda siyasi fəallara qarşı “səlib yürüşü”

    Salyanda siyasi fəallara qarşı “səlib yürüşü” ...

    13-06-2014, 13:53

  • 
  • “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs verilib

    “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs ...

    11-12-2013, 16:42

  • 
  • Zakir Qaralovun qardaşına cinayət işi açıldı - İLGİNC

    Zakir Qaralovun qardaşına cinayət işi açıldı - ...

    3-06-2020, 11:24

  • 
  • İşdən çıxarılan icra başçısı haqda şok xəbər

    İşdən çıxarılan icra başçısı haqda şok xəbər ...

    17-09-2014, 10:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu