Salyanda hüquq müdafiəçisinin həbsini yuxarı ilə razılaşdırmaq son anda mümkün olub
Salyanın icra başçısı Tahir Kərimov hüquq müdafiəçisi Emil Məmmədovun həbsindən məmnun qalıb. Rayondakı mənbədən daxil olan məlumata görə, icra başçısı ilə QHT rəhbəri arasında həmişə konflikt olub. T.Kərimov rayonda başçı gəldiyi vaxtdan etibarən E.Məmmədov ona “gün verib, işıq verməyib”. Bu da icra hakiminin heç də xoşuna gəlməyib. Onun əməlləri, rayonda baş verənlər, o cümlədən müəyyən maliyyə işlərində informasiyalı olan hüquq müdafiəçisi mətbuatı xəbərlə təmin edirdi. İcra başçısı ilə bağlı xəbərlərin əsas təminatçısı olmasından xəbər tutan T.Kərimov bundan qəzəblənib. İcra başçısı onu çoxdan həbs etdirmək istəyirdi. Amma bunu razılaşdırmaq mümkün olmurdu. Lakin yuxarı ilə məsələni razılaşdıran icra başçısı həbsinə qərar verib. Artıq icra başçısını Salyanda narahat edən kimsə qalmayıb. Ən böyük baş bəlası zərərsizləşdirilib və sifarişli həbs qərarı olduğu üçün onun tezliklə azadlığa buraxılacağı gözlənilmir. İcra başçısı isə bu işdən qətiyyən narahat deyil. E.Məmmədov da həbs olunacağını bilirdi. Amma geriyə addım atmaq alınmayıb. QHT rəhbərinin sifarişlə həbs olunmasını ailəsi də iddia edir. Həbs olunan hüquq müdafiəçisinin ailəsi prezidentə və birinci xanıma müraciət edib. Salyan rayon Məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs qərarı çıxarılan “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Emil Məmmədovun ailəsi prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevadan kömək istəyib. Ailəsi hüquq müdafiəçisinin həbs olunmasında Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovu günahlandırır. Emil Məmmədovun həyat yoldaşı Sənubər Məmmədova əmindir ki, ərinin həbsi konkret olaraq icra başçısının sifarişi ilə həyata keçirilib. Rafiq Qara
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?