Pənah Hüseyn: “Arvtoritar rejimdən azad olan mühitə keçmək uğrunda mübarizə gedir”
Müsavat Partiyasının başqanı İsa Qəmbərə Lənkəranda təşkil olunan hücum, gənclərin Azərbaycan Ordusunda baş verən müəmmalı əsgər ölümlərinə qarşı təşkil etdikləri aksiya, bua ksiyada həbs edilənlər və ilk dəfə olaraq yüksək məbləğdə cərimələrin kəsilməsi, İlham Əliyevin 2012-ci ilin yekunları haqqında keçirdiyi müşavirə və müxalifət cəbhəsindəki son durum haqqında İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq baş nazirPənah Hüseyn danışıb. - Pənah bəy, bəlli olduğu kimi yanvarın 13-də Müsavat başqanı İsa Qəmbərə Lənkəran şəhərinin girəcəyində hücum olub və bu yolla partiya liderinin şəhərə girişi əngəllənib. Baş verən bu hadisəni necə qiymətləndirirsiniz? - 2000-ci illərdən başlayaraq müxalifətə qarşı bu cür metoddan istifadə olunur. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, belə bir əmrin verilməsi hakimiyyətin siyasi resurslarının tükəndiyini göstərir, siyasi mənada zəifliyini nümayiş etdirir. Çünki özünə arxayın olan iqtidar belə metodlara əl atmaz. İkincisi isə heç bir şübhə doğurmur ki, bu Bakıda ali hakimiyyət orqanlarının sanksiyası ilə təşkil edilib. Həm buna uzun müddət hazırlaşmaq lazımdır ki, bu qədər adam ora cəlb edilsin. İsa Qəmbər dövlət qeydiyyatına alınan və kifayət qədər nüfuzu olan bir partiyanın sədridir. Onun ölkənin rayonlardından birinə etdiyi səfərə belə amansız reaksiyanın verilməsi yuxarıdan gələn göstərişlə bağlı idi. Hazırda bununla bağlı müxtəlif versiya səslənir. Mən bu versiyaların hər birində müəyyən qədər həqiqətin detalının görməyinin tərəfdarıyam. Hakimiyyət son hadisələrdən, xüsusilə, Elşad Abdullayevin vide ifşalarından, beynəlxalq aləmin Azərbaycanda olan münasibətindən, gənclərin sonuncu aksiyası kimi hadisədən əlbəttə ki, çaşğın bir vəziyyətə düşüb. Mən hakimiyyətin bu addımını əslində vəziyyətdən çıxış yolu tapmamağın bir əlaməti hesab edirəm. - Hakimiyyət İsa Qəmbərə hücum təşkil etməklə mesaj vermirmi ki, bizə rəqib olanı əzərik, hakimiyyəti vermərik, seçki boş şeydir və əsas güc bizik? - Ola bilsin ki, hakimiyyətdə ki, bəzi qüvvələr özlərinin lazımlı olduğunu nümayiş etdirmək istəyirlər. Məsələn, onlar bunu təşkil etməklə birinci şəxsin qarşısında özlərini nümayiş etdirirlər. Amma ola bilsin ki, elə birinci şəxsin özü tərəfindən belə bir sanksiya verilib. Amma istənilən halda bu hadisəyə reaksiyalar göstərdi ki, baş verənlər hakimiyyətin zərərinə işlədi. Hətta normal və sınaqdan çıxan metodlar belə hakimiyyətin zərərinə olan nəticələrə gətirirsə, bunun üzərində düşünmək lazımdır. Fikrimcə, son insdenti kimlərin hansı motivlə etməsindən asılı olmayaraq iqtidarın zərərinə, müxalifətin isə xeyrinə işlədi. Bu hadisədən dərhal sonra müxalifət düşərgəsində mehribanlıq, həmrəylik yarandı, beynəlxalq aləmin məsələyə ciddi reaksiyaları oldu. Bu baxımdan bu cür addım atmaq hakimiyyətin strateji baxımdan yanlış addımlar atdığının bir əlamətidir. - Ancaq iddia edilir ki, İsa Qəmbərə hücumu yerli icra hakimiyyəti və ya Prezidentin Administrasiyası təşkil etməyib. Əksinə, hücumçular şəhid ailələri və az təminatlı təbəqənin nümayəndələri olublar... - Əlbəttə gülünc və bir qədər də hakimiyyəti ifşa edəcək məsələdir. Çünki bu hücumu edən şəxslərin bəzilərinin kimlər olması artıq aydınlaşdırılıb. Mətbuatda bu məsələdə xüsusilə fəal olanların kimliyi nümayiş etdirilib. Burada şübhəsiz ki, hakimiyyətin kimlərin ümidinə qaldığı da, açıq görünür. İkincisi, artıq belə nağılları heç kəs ciddiyə almır. Yeri gəlmişkən, hadisədən az sonra Lənkəran icra hakimiyyəti başçısının müavininin “bu hadisəni kasıb-kusub edib” deməsi də maraqlıdır. Çünki Müsavat Partiyası rəhbəliyinin qarşısının məhz “Ceep” markalı avtomobillərlə kəsilməsi və təqib etməsi reallığı da var. Bu da aksiyanın əvvəlcədən hazırlandığının bir əlamətidir. Yeri gəlmişkən, qeyd edim ki, bu hadisə ilə bağlı yeni təfərrüatlar da meydana çıxıb. Ümumiyyətlə Müsavat Partiyası tərəfindən bu işin təhqiqatı aparılır. Hətta qonşu rayonlarda da, bu istiqamətdə hazırlıqlar görülübmüş. Sadəcə olaraq bəziləri xahiş ediblər ki, burada dayanmayın və bizi məcbur edilər ki, sizə müdaxilə edək. Yəni sübut edilmiş şəkildə aydındır ki, bu hadisə yerli icra hakimiyyətlərinin rəhbərliyi səviyyəsində deyil, yuxarıdan gələn göstəriş əsasında olub. Yerli icra orqanı isə göstərişi bu şəkildə həyata keçirib. Sizə deyim ki, bu məsələ haqqında əlavə məlumatlar da var, ancaq hələlik mətbuata ötürülmür. Baş verən hadisə ilə bağlı olaraq müvafiq qurumlara müraciət edilib. Və rəsmi araşdıraların nəticəsinə əsasən başqa sübutlarda ortaya qoyulacaq. - Daxili İşlər Nazirliyi bəyan edib ki, bu istiqamətdə araşdırmalara başlayıb. Əgər bu aksiya siyasi hakimiyyətin ən yüksək səviyyəsində verilən göstəriş əsasında düzənlənibsə, araşdırmanən nəticəsi obyektiv ola bilərmi? - Hadisə öz-özlüyündə açıq və aydındır. Hadisə baş verən günü Daxili İşlər Nazirliyi bəyan etdi ki, bu hadisədən məlumatları yoxdur. Daha sonra əcayib bir ifadə işlədildi ki, İsa Qəmbər qəflətən və dəvət edilmədən Lənkərana gedirmiş ki, yerli sakinlərdə bundan narazı qalıblar. Bu sözlərin özü xeyli dərəcədə ifşaedicidir. Çünki bir ölkədə qeydə alınan partiyanın sədri özünün yerli təşkilatının tədbirinə gedir və bu zaman onun qarşısı hücumla, daşlama əməliyyatı ilə alınır. Görün ölkədə hansı vəziyyət yaranıb ki, artıq qanunlar deyil, hansısa kriminal qaydalar hökm sürürı. Bu baxımdan ilkin araşdırmanın necə aparılacağı, nəticəsinin nə cür olacağı əlbəttə görünəcək. Ortada hücum edənlərin fotoları, video çəkilişlər var, yerli icra orqanının nümayəndələri bəyan ediblər ki, bu insanlar şəhid ailələri, az təminatlı şəxslər olub. İndi bu işi araşdıranlar bu “kasıb-kusubu” tapıb cəmiyyətə göstərməlidirlər. Açığı, mənim buna inamım yoxdur. Amma araşdırma olsun və bizdə vəziyyətə baxarıq. Hər halda nazirliyin məsələyə göstərdiyi şərhlər qərəzdən xəbər verir və bu mənim şəxsi qənaətimdir. Hər halda baxıb görəcəyik ki, necə araşdırma aparılıb. - Bəs bu cür hallar başqa rayonlarda təkrarlana bilərmi? - Rayonlara gediləcək. Bu cür məsələlərlə kimlərisə qorxutmaq iddiasına düşənlər səhv edirlər. Mən bilmirəm ki, bunu edənlər nə düşünürlər. Amma hər yerə gediləcək. Artıq Müsavat Partiyasının rəhbərliyi bir qrup Lənkaran ziyalısı tərəfindən bu şəhərə dəvət edilib və yaxın günlərdə orada gediləcək. Bu cür əməliyyatlarla siyasi proseslərin və fəallığın qarşısını almaq anormal zehniyyətin məhsulu ola bilər. - Orduda baş verən əsgər ölümü halları və vətəndaşların ona münasibətini necə qiymətləndirirsiniz? - Hər halda sayından asılı olmayaraq hər bir əsgərin ölümü bir hadisə və faciədir. Buna da, doğru və ciddi şəkildə münasibət bildirilməlidir.Konkret əsgər Qubadovun ölümünə gəldikdə isə deyim ki, burada ortaya konkret faktlar çıxmışdı. Əgər xalqımızın belə reaksiyası olmasaydı bu həbslərdə, ciddi təhqiqatda olmazdı. Bunu nəzərə almaq lazımdır. Belə görünür ki, cəmiyyət reaksiya verməlidir ki, hökumət belə addımlar atsın. Dövlət mexanizmlərinin işləmədiyi meydana çıxır. Orduda vəziyyət ciddi narahatlıq yaradır. Doğrudur, biz bütövlükdə bunun mahiyyətini ölkənin idarəetmə üslunda olduğu qənaətindəyik. Amma konkret faktlar və məsuliyyət daşıyan şəxslərdə aşkar edilib cəzalandırılmalıdır. Amma mən o fikirlə razıyam ki, əsas məsuliyyət ali baş komandan, müdafiə naziri və ordu rəhbərliyinin üzərindədir. Heç bir tədbirin görülməməsi, qabiliyyətindən asılı olmayaraq bir şəxsin vəzifədə on illərlə işləməsi, hüquqi nəzarət mexanizminin olmaması, klan tipli təşkilatlanmalar sonda bu cür vəziyyətə gətirib çıxarır. Necəki hazırda biz bunu həssas bir sahədə müşahidə edirik. - 12 yanvar aksiyasına görə, 21 fəal cərimə edilib. Söhbət böyük məbləğdə cərimələnmədən gedir. Bu pullar necə ödəniləcək? - Bu məsələdə biz siyasi ayrıseçkiliyin bariz nümunəsini görürük. Çünki həmin aksiyada minlərlə gənc iştirak edib. Amma əsasən müxalifət partiyalarından olan gənclər məhkəmə yolu ilə cəzalandırılıb. Bu İnsan Haqları və Azadlığı Haqqında Konvensiyanın ayrıseçkilik tərkibini yaradır. Bununla bağlı məhkəməyə müraciət ediləcək. Necə ola bilər ki, aksiyada minlərlə gənc iştirak etsin, amma cərimə olunanlar yalnız siyasiləən gənclər olsun. Bu işin bir tərəfidir. İkinci tərəfdən, aksiyada hər hansı bir insdent baş verməyib, toqquşma olmayıb. Bu halda orta aylıq əmək haqqından iki dəfə artıq cərimələrin edilməsi hakimiyyətin başını itirməsi və özünü gülünc vəziyyətə qoymasını göstərir. İndi bəzi ölkələrin yerişini yerimək istəyirlər. Məncə, bu yanlışdır. Əlbəttə bu qanunsuz məhkəmə hökmləri və cərimələrdir. Apelyasiya şikayəti ediləcək və bundan dərhal sonra Avropa Məhkəməsinə müraciət ediləcək. Cərimələrin hansı şəkildə verilib-verilməyəcəyi məsələsinə də baxılacaq. Çünki bu gənclərin əksəriyyəti işsizdir. İşsiz olan insana qarşı orta aylıq əmək haqqından iki dəfə artıq cərimənin tətbiqi artıq ölkədəki vəziyyət haqqında təsəvvür yaradır. - Bu cür cərimələrlə siyasi partiyalarda olan gəncləri maliyyə problemi girdabına salıb siyasi fəallığı boğmaq mümkündürmü? -Mənim qənaətimə görə, bu qanun işləməyəcək. Çünki bu doğru olan məsələ deyil və onun tətbiqi də, ilk dəfədən motivini göstərdi. Yəni bunun yalnız siyasiləşən gənclərə və fəallara qarşı edilməsi motivi aşkar sürətdə ortaya qoydu. Əgər siyasi və fəal gəncləri deyil, aksiyaya qoşulan bitərəf gəncləri cərimələsələr bu zaman siyasiləşən gənclərin sayı artacaq. Hakimiyyət nə etsə də, bu onun ziyanına işləyir. Ona görə də, belə repressiv tədbirləri bir kənara qoyaraq islahatlar haqqında düşünməlidir. - Prezident 2012-ci ilin yekunlarına dair Nazirlər Kabinetində müşavirə keçirdi və ölkəmizdə bütün sahələr üzrə inkişafın getdiyini bəyan etdi. Siz bu fikirlərlə razısınızmı? - Buna “no komment” deməkdən savayı bir söz qalmır. Diqqət etsəniz görərsiniz ki, 1993-cü ildən sonra ilin əvvəlinin belə fəallıqla başlaması müşahidə edilməyib. Hətta 2003 və 2005-ci il seçki illərində belə, indiki fəallıq yay və payız fəslində müşahidə olunub. Ona görə də, vəziyyətin ciddi sürətdə dəyişdiyini anlamaq lazımdır. Mənim fikrimcə, normal və anoloqu olan, eləcədə ağıllı təfəkkürlə siyasət yürütmək lazımdır. Anoloqsuz inkişaf üsulları haqqında danışmaq nəinki fiksiya, həm də təhlükəlidir. - Müxalifəti seçki hazırlığını necə qiymətləndirmək olar? - Seçki hazırlığı və ölkədə ədalət, qanunçuluq, azadlıqlar uğrunda mübarizə üst-üstə düşü. Arvtoritar rejimdən azad olan mühitə keçmək uğrunda mübarizə gedir. O baxımdan bütün bu hadisələr həmdə seçkiyə işləyir. Həm də bilirsiniz ki, artıq müxalifət düşərgəsindən konkret namizədlərin irəli sürülməsi prosesinə başlanılıb. İsa Qəmbərin namizədliyi açıqlanıb. Rüstəm İbrahimbəyovun çıxışları göstərir ki, yaxın dövrdə daha bir namizəd irəli sürüləcək və bu böyük ehtimalla Eldar Namazov olacaq. Digər partiyaların yaxın aylarda qərarlar qəbul edəcəyi haqqında məlumatlar var. İctimai Palata vahid seçki qərargahının yaradılması və seçki platformasının hazırlanması istiqamətində konkret işlər görür. Fikrimcə, 20 yanvardan sonra bu istiqamətdə addımlarınatılması sürətlənəcək. Demokratik düşərgəinin inteqrasiyası istiqamətində də, müəyyən hərəkətlər gözlənilir. Beləki hüquqşünasların hazırladığı seçkilər haqqında memorandumun imzalanacağı gözlənilir. Bu baxımdan onsuzda görünməyən bir şəkildə siyasi fəallığın intensivlik dərəcəsi getdikcə artacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?