Mirmahmud Mirəlioğlu: “Hakimiyyətdə korrupsioner və korrupsiya başının olması siyasi gündəmdən arxa plana keçdi”
Ölkəmizin gündəmini məşğul edən məsələlərlə bağlı yaranan suallara Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu cavab verib.
- Mirmahmud Ağa, hazırda ölkədə yaşanan prosesləri necə qiymətləndirirsiniz, hakimiyyətin xalq arasında dayağı hansı həddədir? - Yürüdülən siyasətin məntiqi nəticəsi olaraq xalq arasında hakimiyyətin dayaqları tükənmək üzrədir. İndi daxildə bir narahatçılıq var. Bu narahatçılığı özü də, boy göstərməkdədir. Son dövrlər baş verənlərlə bağlı müəyyən ehtimallar irəli sürülür. Bir ehtimal da budur ki, bu proses daxildən qaynadılır. - Demək istəyirsiniz ki, İsmayıllıda baş verənlər təbii proses deyil? - Təbii prosesdir, amma həm də buna daxildən xeyr-dua verən və dəstək göstərən ola bilər. - Daxildən deyərkən siz hökumətin içində mövcud olan hansısa şəxsi və ya qrupu nəzərdə tutursunuz? - Bəli. Öncədən baş verənləri ört-basdır etməkdən-Elşad Abdullayevin qaldırdığı məsələləri yaddan çıxarmaqdan ötrü “Binə” Ticarət Mərkəzində işlər görüldü, bunun arxasınca İsmayıllıda hadisələr baş verdi, hətta Zaqatalada evlərin tikilməsi prosesi gedirdi, amma hansısa əl problem yaradaraq cammatı küçəyə çıxarmağa çalışır. Bunlar sıradan məsələ ola bilməz. Yəni bu xarici faktor və doğal haqlar uğrunda mübarizə deyil. Məsələn, bu proses əslində hər yerdə olmalıdır, çünki hər yerdə eyni hallar yaşanır. Amma niyə belə hal Bakıda baş vermir? Hakimiyyət daxilində olan qruplaşmaların da bir-birilə öz haqq-hesabı var. - İstənilən rayonda problem olmasa , bu halların ssenaristləri minlərlə insanı küçələrə tökə bilərmi? - Problem göründüyündən də çoxdur. Problemlər o qədər çoxdur ki, baş verənlər, etirazlar bu problemlərə adekvat deyil. - Gəlin konkretləşdirək! İsmayıllıda baş verənlərlə bağlı sizə aydın olan və olmayan təfərrüatlar nədən ibarətdir? - İsmayıllı məsələsində bizim bildiklərimizlə yanaşı bilmədiklərimiz də var. Bilmədiklərimiz budur ki, İsmayıllıda da insanların haqları yeyilir, onlar işsizdir,ciddi sosial problemlər var, siyasi hüquqlardan mərhum olunublar. Bunun əvəzində bir qrup insan isə harındır. Bu məsələdə iki nəfərin adı çəkilir. Məsələn, əmək və əhalinin sosial müdafiə naziri Füzili Ələkbərovla, icra başçısı olan qardaşına xalq arasında bir cür qiymətverilir. Deyilir ki, icra başçısı nazir qardaşı ilə müqayisədə daha ədalətlidir. Bunların özü göstərir ki, Azərbaycanda hər yer bir anda “Binə”, İsmayıllı və Quba ola bilər. Belə vəziyyət var. Amma bundan necə istifadə olunur məsələsi də var. Bizim bildiklərimizin içərisində o da var ki, otelin əxlaqsız yuvaya çevrilməsinə yerli camaatdan etiraz olub və onlar icra başçısına dəfələrlə xəbərdarlıq ediblər. Bu xəbərdarlığa əməl olunmayıb. Bu azmış kimi qudurqanlıq olub ki, nəticədə belə olay törədilib. Amma orada gizli məsələlər də var. Qəbul edək ki, İsmayıllı olayı yeni hadisədir və zaman sübut edəcək ki, bu həm də Elşad Abdullayevin video görüntülərini arxa plana atmaq üçün ya düşünülən işdir, ya da bu hadisədən məharətlə istifadə olunub. - Deyirsiniz ki, siyasi gündəmdə ciddi biabırçılığa səbəb olan mandat alveri, insan oğurluğu ilə bağlı təkzibolunmaz faktları arxa plana atmaq məqsədilə belə addımlar atılıb və ya bundan ustalıqla istifadə edilib? - Gündəm qismən dəyişib, onu tam dəyişmək mümkün olmayıb. Məncə, istədiklərinə nail ola bilməyiblər. Amma gündəmi hələlik dəyişə bildilər. Artıq bir şahid aradan götürülüb, başqa bir nəfər susdurulub, qəzetlərin qəhrəmanına çevrilən insanlar arxa plana keçib. Yəni hakimiyyətdə korrupsioner və korrupsiya başının olması siyasi gündəmdən arxa plana keçdi. Bir azdan görəcəksiniz ki,bu məsələlər bir tarix oldu. - Mirmahmub bəy, İsmayıllı hadisələrindən siyasi rejim dərs götürdümü? - Azərbaycan hakimiyyəti heç nədən dər götürmək niyyətində deyil, özü hammıya “dərs” vermək fikrindədir. Bu da, Azərbaycanın dövlət olaraq taleyini düşünənləri ciddi narahat edir. Biri məsələlərə açıq münasibət bildirir, digəri qapalı da, olsa narahatlığını deyir. Hakimiyyət bundan dərs almaq üçün mütləq mahiyyət və keyfiyyət etibarı ilə dəyişməlidir. Amma biz görürük ki, hakimiyyət nəinki məzmun, heç formaca dəyişikliyə getmir. Dəyişikliklərdən biri elementar islahatlar ola bilər. Amma iqtidar İsmayıllıda baş verən hadisələrə görə, icra başçısını cəzalandırmağı özünün məğlubiyyəti hesab edir. Və ya cəzalandıra bilmir. - Necə yəni cəzalandıra bilmir? - Çox sadə. Gücü çatmır. Fikir verin, hər kəs bilir ki, bu məsələlər niyə baş verib, günahkar kimdir və s. Amma siyasi baxımdan əsaslandırmağa çalışırlar ki, hər şey insanların düşündüyü kimi deyil. Ən sonunda da, Əli Əhmədova şərəf ordeni verilir. Görün bütün bunlar nə qədər gülməlidir. - Ağa siz Sumqayıtda çox nüfuzlu şəxssiniz. Və bu şəhərdə baş verənlərdən də məlumatlısınız. Məsələn, icra başçısı Əzizov istədiyi obyekti sökdürür, sonra onun sahibindən on minlərlə pul alınır və ona layihə verərək deyirlər ki, filan mağazadan inşaat malları alıb obyektini razılaşdırılan formada tiksin. Yəni Sumqayıtda ciddi narazılıq var. İsmayıllı hadisəsi Sumqayıtda təkrarlana bilərmi? - Diqqət edin, siz dedikləriniz məsələ Gəncədə çoxdur nəinki Sumqayıtda. Əslində hər yerdə vəziyyət eynidir. Mən nə üçün ilk olaraq Gəncənin adını çəkirəm? Çünki icra başçısı Sumqayıta Gəncədən gəlib. Kadr dəyişikliyi sahəsində elə iş görüb ki, bu haqda media yazır, insanlarda danışır. O, Gəncədəki kadrlarını özününki sayır. Bu sanki dövlət içindən dövlət kimi hərəkət etməkdir. İstər MTN-nin yerli idarəsinin rəisini, istərdə şəhərin təhsil idarəsinin rəhbərini Gəncədən özü ilə Sumqayıta gətirir. Bunun da, Gəncədə gördüyü işləri, qurduqlarını özündən sonra Gəncəyə gələn icra başçısı dağıdır. Elə şəkildə söküb dağıdır ki, bunun sorağı gedib Moskvaya çıxır. Abbas Abbasovun, onun oğlunun obyektlərini sökdürür. Belə bir halda İsmayıllıda başş verənlər nədən Sumqayıtda deyil, Gəncədə olmasın? Əslində ölkənin bütün əraziəri belədir. Mən bir yerdə oldum və deyirəm dükanda dünən olmuşam, amma indi oranı tapa bilmirəm. Satıcıda cavab verir, qardaş bizim yerimiz böyüyüb. Bütün küçəni tutublar. Deyirəm, nədən bunu belə edib küçəni tutmusunuz, axı belə olmaz. O da cavab verir ki, bizi məcbur ediblər ki, mağazanı 35 metr qabağa çəkək və həmdə filan qədər pul verək. Deyirəm ki, bəs yeni icra başçısı gələndə buranı sökdürəcək axı. Satıcıda cavabında deyir ki, hələ sökdürəndə də pul alacaq. Real vəziyyət bundan ibarətdir.Hər kəs icra başçılarının kimliyini bilir. Bu barədə sərəncam verən də bilir. Yəni hörmətli İlham Əliyevdə bilir ki, hara kimi təyin edir. İcra başçılarının neçəyə təyin edildiyini də hammı bilir. Amma bundan daha dəqiqini özləri bilir, lap doğrusunu isə Allah bilir. Bu vəziyyət dəyişilməyənə qədər hər yer İsmayıllı ola bilər. Bu da çox dəhşətli və fəsadlıdır. Azərbaycan bütövlükdə bir fəlakətə sürüklənir və bilə-bilə sürüklənir. - Rusiya prezidenti Dağıstana yeni prezident təyin edib. Yeni prezident Moskvada yaradılan “Milyarderlər ittifaqının” üzvüdür. Bu məsələ Azərbaycanda ciddi səs-küyə səbəb olub. İddialar var ki, Dağıstan prezidentinin dəyişdirilməsi Azərbaycana mümkün təzyiqlərin tərkib hissəssinə daxildir. Bu haqda siz nə düşünürsünüz? - Biz əslində heç nədən təəccüblənməməliyik. Tarixi bilsək, bütün olayları öyrənsək, rus dövlətçiliyinin qonşularına münasibətini biləndə bundan narahat olmağa dəyməz. İndi Azərbaycanda dövlət rəhbərliyi və rəsmilər geri zəkallılıq göstərərək deyirlər ki, biz Çar Rusiyası və SSRi zamanında belə Rusiya ilə qonşu olmuşuq. Bəs sən köləliyini, müstəmləkə olduğunu nədən unudursan? Belə də qaba və kobud siyasi səhvə yolmu verilər. Bu o deməkdir bizim Ağ Evimiz Qırmızı Meydana hələdə bağlıdır. Vəfa Quluzadə bu yaxınlarda bildirdi ki, Azərbaycanın dövlət başçısının həm Putinlə, həm də Medvedevlə birbaşa telefon əlaqəsi var. Deməli, bu əlaqələrlə yanaşı Kremlidən Azərbaycana bir quberniya və ya müstəmləkə kimi baxırlar. Ona görə də, məmurlarımız belə danışır. Odur ki, Dağıstana deyil, lap Kamçatkaya kimisə təyin etsələr bu məsələ dəyişmir. Yəni biz bilməliyik ki, dövlət siyasətində bu məsələlər dəyişməz qalır. I Pyorturdan bu yana onun vəsiyyətləri dəyişməzdir. Bütün rus hakimiyyətləri dövründə bu vəsiyyətlər icra olunmaqdadır. Hesab edirəm ki, hələ bir müddət də icra edləcək. - Dağıstanın yeni prezidenti Ramazan Əbdülətipov avardır və onun Balakəndə qohumları yaşayır. Bu fakt milli zəmnində problem yaratmaq ümün nə dərəcədə əlverişlidir? - Bəyəm, Rusiyanın şovinist siyasəti sovuşubmu və ya Kremlin Azərbaycana münasibəti dəyişibmi? Əsla! Bu münasibət heç zaman dəyişməyib. Dağıstanda prezidentin kim olmasının fərqi varmı? Seyid Camaloviç var idi. Dərbəndin məşhur və qiymətli insan olmaqla yanaşı həmdə azərbaycan türkü idi. Amma Moskvaya bağlı insan idi. Demək istəyirəm ki, Dağıstan prezidentinin kim və hansı millətə mənsub olması önəmli deyil. Nə qədər türk mənşəli insanlar olub ki, Rusiyada dövlət məmurları olublar, böyük vəzifələr tutublar və hətta ikinci şəxsə qədər qalxıblar. Bu adamlar türk mənşəlidirlər, amma həm də rus qapağıdır. Prinsipcə, Azərbaycan ərazisinə təhlükə haqqında düşünmək də olar. Amma bu heç vaxt sovuşmayıb deyə, şəxslər önəmli deyil. Yeni prezidentin Balakəndə valideynləri də yaşaya bilər. Amma hətta bu şəxs başqa yerdə olsaydı belə, bu münasibətlər olduğu kimi davam edəcəkdi. Moskva Bakının dişsiz siyasəti səbəbindən münasibətini dəyişməyib. Odur ki, bu təyinatların bizə həm milli, həm də dövləti münasibətlərə elə də təsiri yoxdur. - Azərbaycanda rusmeylli qüvvələr 1990-cə illərdə zəifləyib ərisədə son illər, xüsusilə 2012-ci ilin sonlarında yenidən ortaya çıxmağa başlayıblar. Siz bunu hiss edirsinizmi? - Siz dediyiniz dövrdə dövlətimiz müstəqillik ab-havası altında güclənməkdə idi. Amma rusmeylli qüvvələr zəifləsə də, sıradan çıxmadı və çıxa da bilməzdi. Çünki münasibətlər iki əsrə qədər oturuşmuşdu. Qiyamdan sonra isə qiyamın əsas icraçılar və aparıcıları rusbaşlar və farsbaşlar idi. Odur ki, bu qüvvələr indi daha qabarıq görsənir və istər-istəməz dövlətimizə təhddlər yaradır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?