GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İlqar Məmmədovun həbsi üzərində heç kəslə bazarlaşmaya getməyəcəyik

İlqar Məmmədovun həbsi üzərində heç kəslə bazarlaşmaya getməyəcəyik

Tarix: 10-02-2013, 11:30 Bölmə :Müsahibə Baxış: 781
İlqar Məmmədovun həbsi üzərində heç kəslə bazarlaşmaya getməyəcəyik

Erkin Qədirli: “Biz bu oyunda yoxuq”

İsmayıllı rayonunda yerli məmurların harınlığına və xalqı təhqir etməsinə dözməyərək küçələrə axışan camaat icra başçısının otelini və avtomobillərinə od vurub. Bundan sonra hakimiyyət rayona polis və Daxili Qoşunların əsgərlərini yeridib, aksiyanın qarşısı zor gücü ilə alınıb. Bundan sonra isə həbslər həyata keçirilib. Həmin vaxt Bakıdan İsmayıllıya bəzi müxalifət siyasətçiəri və jurnalistlərdə gedib. Hakimiyyət özünün idarəçilik səhvi və kadrlarının yararsız olduğu səbəbindən İsmayıllıda pis duruma düşməsinin günahını ora gedən müxalif siyasətçilərin üzərinə yıxmağa çalışır. Artıq üç gün əvvəl Respublikaçı Altenativ Hərəkatının (REAL) sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu haqqında həbs qərarı verilib. REAL sədri İlqar Məmmədov hakimiyyətə münasibətdə radikal və sərt tənqidləri ilə seçilir. Ötən gün REAL həbsdə olan sədrini prezidentliyə namizəd də elan edib.
Bu məsələlər ətrafında suallara REAL Məclisinin sədri, hüquqşünas Erkin Qədirli cavab verib.
- Erkin bəy, sədriniz İlqar Məmmədovun həbsi faktı təşkilatın daxilində hansısa problem yaradacaqmı?
- Sədrimizin həbsi heç şübhəsiz ki, bəzi planlarımızın sürətini müəyyən qədər azaldır, bir qədər ehtiyatlı olmağımıza əsas olur. Eyni zamanda onun həbsi təşkilatımızda iş bölgüsünə yenidən baxmağa əsas yaratdı. Bunun xaricində hər hansı bir problem yoxdur. Biz bir ay əvvəlki vəziyyətdə işləyirik. Şübhəsiz ki, prezident seçkilərinə hazırlaşırıq. Sizdə bilirsiniz ki, artıq REAL Hərəkatı faktiki olaraq İlqar Məmmədovu özünün prezidentliyə namizədi elan edib. Əslində biz fevralın 9-da konfrans təşkil etmək və namizədimizin adını orada açıqlamaq niyyətində idik. Amma İlqar Məmmədovun həbsi bizim prezidentliyə namizədimizin adını məhz fevralın 5-də açıqlamağımıza səbəb oldu. Amma heç kim düşünməsin ki, İlqar Məmmədovun prezidentliyə namizədliyinin elan olunması onun həbsi ilə bağlı ola bilər. Əsla belə bir şey yoxdur. Onu da, deyim ki, biz seçkilərlə bağlı hazırlıqlar aparırıq, sənədlər üzərində işləyirik. Sonra isə seçkilərlə bağlı sənədləri müzakirə edib yayacağıq. Yəni biz partiya quruculuğu yolunda davam edirik. Bu həbs bizi qorxuda bilməz.
- REAL-ın siyasi hakimiyyətə iddia etməsinə baxmayaraq bu qurumun nizamnaməsinin olmadığın bildirilir və bəzi qüvvələr bunu ironiya ilə qarşılayır. Doğurdanmı sizin təşkilatınızın nizamnaməsi yoxdur?
- Baxır siz nizamnamə deyəndə nəyi nəzərdə tutursunuz. Əgər, siz nizamnaməni yazılı şəkildə ortaya çıxarılan və təsdiqlənən sənəd kimi nəzərdə tutursunuzsa, REAL-da belə bir sənəd yoxdur. Biz bunu heç vaxt gizlətməmişik. Ancaq bu o demək deyilki ki, REAL olaraq bizim daxili qaydalarımız yoxdur və yaxud razılaşdırılan prinsiplərimiz, ideoloji məcramız mövcud deyil. Şübhəsiz ki, bunların hamısı var. Əslində biz çoxlarından aydın və səmərəli tətbiq edilən qaydalarla işləyirik. Bu qaydalar da razılaşdırılıb. Mən bilmirəm ki, bizim nizamnamənin yazılı olub-olmamasının başqaları üçün nə əhəmiyyəti ola bilər? Amma bizim üçün bunun heç bir isti və ya soyuğu yoxdur. Çünki bizdə hər şey kollektiv qərarla qəbul edilir. Gələcəkdə bizim əhatə dairəmiz artdıqca Məclisin də səlahiyyətləri artacaq. Partiya quruculuğu inkişaf etdikcə, bizdə müəyyən addımlar atacağıq. Partiyanın rəsmi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət edəndə şübhəsiz ki, nizamnaməni də ortaya qoyacağıq. Bu sarıdan problem yoxdur. Amma daha vacibi razılaşdırılan təməl şərtlərdir, tətbiq olunan qaydalardır, hamılıqla qəbul edilən prinsiplərdir. Mən yenə də, deyirəm ki, başqa siyasi qüvvələrin daxili işlərini şərh eləmək istəmirəm. Amma digər partiyaların qeydiyyatı da, nizamnaməsi də var. Ancaq bu onlara nədəsə yardım edirmi? Nizamnamələrinin olması cəmiyyət üçün onların hansısa bir önəmini həll edirmi və yaxud daxili qaydaların dürüst olmasını, üzvlərinin partiyanın qərarlarının qəbul edilməsində iştirak üçün şərait yaradırmı? Qoy bu partiyalar dediklərimi özləri üçün aydınlaşdırsınlar. Biz onların işinə qarışmırıq. Biz özümüzün müəyyən etdiyi strategiya ilə inkişaf edirik və nəyi vacib sayırıqsa onu da, həyata keçiririk. Bunun kənarda necə görünməsinə isə əsla əhəmiyyət vermirik.
- Bir məqamda var ki, ona mütləq aydınlıq gətirilməlidir. Sizin təşkilatın siyasi partiya və ya Qeyri Hökumət Təşkilatı olduğu bəlli deyil. Bəzi iddialara görə, REAL həm siyasi təşkilat olaraq fəaliyyət göstərir, həm də QHT kimi layihələr həyata keçirir. Siz siyasi qüvvəsiniz, yoxsa QHT tipli təşkilat?
- Mən bəyan edirəm ki, REAL heç bir layihə həyata keçirmir, QHT kimi fəaliyyət göstərmir və qrant da almır. Bu bir siyasi təşkilatdır və hələlik vətəndaş hərəkatı formatındadır. Bildiyiniz kimi biz partiya kimi qeydiyyatdan keçmək üçün tələsmirik. Çünki bunun xüsusi fürsətlərini və üstünlüklərini görmürük. Bu günə qədər rəsmi qeydiyyatdan keçən partiyaların hansı bizdən üstündür? Hamısı bizim kimi ölkənin televiziya kanallarına buraxılmır, faktiki olaraq sərbəst toplaşmaq azadlığını həyata keçirə bilmirlər. Yəni qeydiyyat hansısa üstünlük versəydi, biz onu zamanında dəyərləndirib bu mərhələni keçərdik. Biz rəsmən qeydiyyatdan keçməyi nəzərdə tuturuq, amma bu saat tələsgənliyə də ehtiyac da duymuruq. Bir daha qeyd edirəm ki, biz siyasi təşkilatıq, bizim aydın ideologiyamız var və bu istiqamətdə yolumuza davam edirik. Həll etmək istədiyimiz məsələlər var və bunları elan etmişik. Həmçinin bizim üzvlərimiz var və onların sayı getdikcə artır. Çevrəmiz, bizi dəstəkləyənlər və təsübkeşlərimiz var. REAL sırf siyasi təşkilatdır. Onun qeydiyyatının olub-olmaması siyasiliyini qətiyyən təyin etmir. Qeydiyyat sadəcə olaraq bir dövlət arayışıdır və “bizdə varıq” demək üçündür. Amma bizim özümüz üçün dövlətimizin barəmizdə nə düşünməsi önəmli deyil. Bizim üçün daha önəmlisi biz varıq, nə istəyirik və hara gedirik məsələsidir. Bu bizə daha vacibdir. Odur ki, REAL-ı kimlərsə QHT kimi təqdim edə bilər, amma biz sırf siyasi fəaliyyətlə məşğuluq. Və bu yolda da davam etməkdə qərarlıyıq.
- Azərbaycanda ortada olan və bir-birinə qarşı mübarizə aparan iki-üç ideologiya var. Sizin müdafiə etdiyiniz odeologiya hansıdır, bu haqda məlumat verə bilərsinizmi?
- Əslində elə problem ondadır ki, Azərbaycanda heç bir ideoloji mübarizə getmir. Heç bir partiya və siyasi qüvvələr ideoloji mübarizə aparmır, eləcədə bir-biri ilə ideoloji çəkişmədə deyillər. Bəzən tam tərsinə olur. Məsələn, partiyalar bəzən nizamnaməsində yazdığının əksinə fəaliyyət göstərir. Götürək Yeni Azərbaycan Partiyasının özünü. Bu partiya nizamnaməsində elan edir ki, sağ mərkəzçi partiyadır. Amma siyasətinə baxanda görərik ki, xeyli dərəcədə sol partiyadır və hətta gedib Avropa Sosialist Partiyaları İttifaqına daxil olmaq məqsədilə müraciət ediblər. Amma əslində sağ mərkəzçi partiyadır. Birdə görürüsünüz ki, sağ mərkəzçi partiyalar sol yönümlü şüarlarla çıxış edirlər. Özünü sol kimi təqdim edən partiyalar isə bəzən millətçi şüarlarla çıxış edirlər. Tam qarışıqlıq var, heç bir ideoloji aydınlıq yoxdur. Üstəlik siyasi səhnədə qapalıdır və yerdə yoxdur. Lakin bütün bunlara baxmayaraq özümüz üçün prinsip müəyyən etmişik ki, bizim ideoloji mövqeyimiz olacaq. Yəni biz iqtidarı istəmirik, onlar getsinlər biz gələk söhbəti etməyəcəyik. Biz hər şeyə-daxili və xarici siyasətə, iqtisadiyyata, sosial sahəyə, aqrar istiqamətə ideoloji nəzərdən baxırıq və bəlli bir çərçivəmiz var. Bunun da ən doğru yol olduğunu elan etmirik. Əlbəttə, başqaları fərqli fikirdə ola bilərlər. Amma biz bunu özümüz üçün doğru hesab etdiyimizdən çevrəmizdə də, bu haqda müzakirələr aparır və buna uyğun olaraq seçicimiz də yaranır. Orta və kiçik sahibkarlar və s. Biz sağ mərkəz istiqamət yolunu seçmişik və gedirik. Hesab edirəm ki, bu günə qədər müəyyən uğurlarımız olub. Ancaq kimlərsə bizim səhv yolda lduğumuzu da iddia edə bilər.
- Hazırda sizin daxili nizamnaməniz yoxdur və sədriniz də həbsdədir. Bəs sədrin səlahiyyətlərini kim həyata keçirir?
- Nizamnamə yoxdur məsələsini siz xüsusilə vurğulayırsınız. Mən sizə dedim ki, bizdə təkbaşına fəaliyyət yoxdur. REAL-ın sədri bərabərlər arasında birincidir. O, tşkilata rəhbərlik etmir, sadəcə REAL-ı təmsil edir. Bizdə rəhbərlik kollegial qurum olan İdarə Heyətidir. İdarə Heyəti isə funksional bir qurumdur. Ona görə də, bizdə qərarlar kollegial formada qəbul edilir. Heç kim təkbaşına qərar qəbul edə bilmir. O cümlədən də sədrimiz. Sədrin İdarə Heyətndə cəmi bir səsi var. Bəzən onun təklif etdiyi qərarlar keçirdi, bəzən isə keçmirdi. Bu məsələ İdarə Heyətinin ümumi rəyinə bağlı məsələdir. Sədrin həbsi faktı bizim İdarə Heyətinin qərarlarına, təşkilatın idarəedilməsinə heç bir təsir göstərmir. Bu həbs təmsilçilik baxımından ciddi təsir edir. Ona görə də, biz İdarə Heyətində rolları bölüşdürməli olacağıq. Yəni təkilatın adından kim daha çox danışacaq, təşkilatı kim təmsil edəcək, kim danışıqlar aparacaq məsələsini yəqin ki, müzakirə edib aydınlaşdıracağıq. Amma qərar qəbul etmək İdarə Heyətindədir. Bir nəfərin həbsi ilə heç nə dəyişmir, yetərsay var və səs çoxluğu ilə qərarlar qəbul ediləcək.
- Bəs sədr həbsdə olduğu müddətdə təşkilatı rəsmən kim təmsil edəcək?
- Bizdə Məclisin sədri olaraq mən varam və gördüyünüz kimi hələ azadlıqdayam. Eləcədə REAL-ın icraçı katibi Natiq Cəfərli də azadlıqdadır. Biz öncədən İdarə Heyətində müəyyənləşdirmişik ki, rolları oynamaqda davam edəcəyik. Sədrin səlahiyyətlərini də qismən aramızda böləcəyik ki, təmsilçilik baxımından REAL-ın cəmiyyət və beynəlxalq təşkilatlarla ünsiyyəti pozulmasın. Ancaq yenə qeyd edirəm ki, REAL-ın qərarlarını qəbul etmək kollegial qurum olan İdarə Heyətinin səlahiyyətinə daxildir.
- Erkin bəy, İlqar Məmmədov həbsdədir və sizdə onu prezidentliyə namizəd elan etmisiniz. Həbsdə olan şəx necə prezidentliyə namizəd ola, qeydə alına bilər?
-İlqar Məmmədovun həbsi onun namizədliyinin irəli sürülməsinə heç bir problem yaratmır. Amma qanunu qüvvəyə minmiş hökm problem yarada bilər. Bu isə yaxın zamanlar üçün gözlənilmir. Ona görə də, biz İlqar Məmmədovu təşkilatın prezidentliyə namizədi elan etdik. Qeyd etdiyim kimi bu haqda qərarı öncədən qəbul etmişdik. Sadəcə onun həbsi bizi məcbur etdi ki, namizədimizin adını məhz fevralın 5-də elan edək. Ancaq bütün sosial şəbəkələrdə elan etmidik ki, fevralın 9-da bizim toplantımız olacaq və prezidentliyə namizədimizi orada elan edəcəyik. İlqar Məmmədovun həbsdə olması faktının onun namizədliyinin irəli sürməsinə və qeydiyyatdan keçməsinə problem yaratmır.
- REAL sədrinin müdafiəsi üçün hansı tədbirlər görüləcək?
- İlqar Məmmədovun vəkilləri var. Fuad Ağayev və Xaliq Bağırov onun vəkilləridir. Xalid Bağırov həm də REAL-ın üzvüdür. Vəkillər məhkəmə hüquq sistemi çərçivəsində sədrin müdafiəsi ilə məşğul olurlar. Bizdə İlqar Məmmədovla vəkillər vasitəsi ilə əlaqə saxlayırıq.
- Bəs İlqar Məmmədovun ictimai müdafiəsi necə qurulacaq?
- REAL insan haqlarının müdafiəsi təşkilatı və ya QHT deyil. Ona görə də, biz ictimai müdafiə işi ilə məşğul olası deyilik. Biz siyasi təşkilatıq və siyasi strategiyamız nəyi lazım bilirsə onu da davam edəcəyik. İlqar Məmmədovun həbsi bizim planlarımızda heç nəyi dəyişdirmir.Biz REAL-ı insan haqlarının müdafiəsi təşkilatı kimi çalışdırmaq niyyətində deyilik. Sədrimizi və ya özümüzü qurban yolunda təqdim etmək niyyətində də deyilik. Biz bu roldan su-istifadə edəsi, kiməsə minnətçi düşəsi deyilik. Sədrimizin həbsi üzərində heç kəslə bazarlaşma edəsi deyilik. Sədrimizi buraxın, biz bütün şərtlərə hazırıq deyə danışıqlara getməyəcəyik. Bu xüsusilə, beynəlxalq təşkilatlara da aiddir. Çünki onlar bu hallarda istifadə edir. Hökumətdə bunu bildiyi üçün rübdə bir dəfə kimisə həbs edir və sonrada beynəlxalq təşkilatlar gəlib onunla bazarlığını edir. Biz bu oyunda yoxuq. Hüquqi müdafiə ilə vəkillər məşğul olur. Biz təbii ki, müsahibələr verəcəyik, hər üzvümüzün özünün əlaqələri var və bundan istifadə ediləcək. Fərdi qayda da hər kəs əlindən gələni edəcək. REAl isə siyasi fəaliyyətini buraxaraq hüquq müdafiə təşkilatı kimi çalışmayacaq. Bu qətidir və hər kəs bunu indidən bilsin.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir

    Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir ...

    25-09-2014, 15:55

  • 
  • İlqar Məmmədov etibarnamə imzaladı

    İlqar Məmmədov etibarnamə imzaladı ...

    23-08-2013, 14:40

  • 
  • Tofiq Yaqublu və İlqar Məmmədovun məhkəməsi təxirə salındı

    Tofiq Yaqublu və İlqar Məmmədovun məhkəməsi ...

    26-02-2016, 12:03

  • 
  • Avropa Parlamenti İlqar Məmmədov və Tofiq Yaqubluya azadlıq tələb etdi

    Avropa Parlamenti İlqar Məmmədov və Tofiq ...

    14-06-2013, 02:51

  • 
  • ABŞ diplomatına İlqar Məmmədovla görüş imkanı verilməyib

    ABŞ diplomatına İlqar Məmmədovla görüş imkanı ...

    18-04-2013, 10:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu