Arif Yunus: “Hazırda yəhudi lobbisi Avropa və Amerikada kampaniya aparır”
Azərbaycanla Rusiya arasında münasibətlərin ən gərgin dövrü yaşanır. Rusiya İlham Əliyevə təzyiq etmək üçün tədricən bütün imkanlarını ortaya qoyur, mesajlar verir. Kremli ilə mübarizə aparmaq zorunda qalan rəsmi Bakı isə nədənə qardaş Türkiyəni hədəfə götürür və onun əleyhinə kampaniya aparır. Bu məsələlər haqqında suallara politoloq Arif Yunus cavab verib. - Arif müəllim, Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətlərinin pisləşdiyi bir məqamda Türkiyə hökuməti hədəfə götürüldü. Prezident Gülün Serj Sarkisiyanı təbrik etməsi isə rəsmi Bakının əlinə Türkiyənin əleyhinə kampaniya aparmaq üçün əsas verdi. Siz necə düşünürsünüz, bu kampaniya sadəcə emosiyadan doğurdu, yoxsa Prezident Administrasiyası tərəfindən idarə olunurdu? - Sözsüz ki, bu idarə olunan kampaniya idi. Çünki Azərbaycanda hökumətə yaxın mass media tərəfindən Türkiyəyə qarşı elə-belə heç nə olmur. Sözsüz ki, mediaya bu haqda sifariş gəlmişdi, bu sifariş Prezident Administrasiyasından edilib. Ancaq burada əsas sual niyə belə kampaniya aparılması haqda qərara gəlinib məsələsidir. Həmdə söhbət təkcə Türkiyə ilə əlaqəli deyil. Azərbaycan hakimiyyəti çox zaman həm hakimiyyət daxili, həm ölkə daxili, həm də xarici hadisələrlə bağlı adekvat reaksiya vermir. Dünyada gedən prosesləri, məsələnin nə yerdə olduğunu sanki anlamırlar. Götürək Abdulla Gülün erməni həmkarını təbrik etməsinə. Bu əslində elementar protokol idi. Burada sensasiyon bir məsələ yoxdur. SSRİ dağılan dövrdə Türkiyə Ermənistanın müstəqilliyini tanıyıb. Düzdür, diplomatik münasibətlər yoxdur, amma bu dövlətlər rəsmən bir-birini tanıyır, danışıqlar aparırlar. Prezident Abdulla Gül Ermənistana səfər edib, eləcədə Sarkisiyan Ankarada olub. Bu adi protokoldur və orada hansısa bəhanə axtarmaga dəyməz. Bir prezident digərini tanımalıdır. Əgər Azərbaycan prezidenti erməni həmkarı ilə görüşürsə, Rusiya prezidentinin təşəbbüsü ilə qışda xizək sürməyə gedirlərsə, onda bundan da nəsə söz çıxaraq. Ancaq heç Türkiyənin Ermənistanla müharibəsi yoxdur, ərazisi də işğal edilməyib. Üstəlik bir-birinin müstəqilliyini tanıyıblar. Əslində bizimkilərin belə səs-küy salması daxili probemlərlə bağlıdır. - Nə mənada daxili problemlərlə? - Bizimkilər çox şeyi anlamırlar. Adi etket qaydasından bəhana kimi istifadə edirlər. Baxın, bizim hakimiyyət Ramil Səfərov və Əkrəm Əylisli məsələsindən özünün maraqları məqsədilə istifadə etdi. Yəni hay-küy sayırlar ki, biz güclüyük, vətənpərvərik. Millət də deyir ki, bizim prezidetimiz güclüdür, hakimiyyətimiz milli maraqları qoruyur, milləti sevir və s. Türkiyə ilə bağlı kampaniyaya da bu konteksdən yanaşmaq lazımdır. Əslində bu hallar daha çox Rusiyaya xasdır. Mən daima Rusiyanın politoloqları ilə münasibətdə oluram. Rus politoloqlar deyirlər ki, Rusiya güclüdür, prezident Putinin dünyada hörməti var, ondan hamı qorxur və s. Məndə onlara baxıb deyirəm ki, bəyəm siz dəli olmusunuz, kimdir Putindən qorxan? Başa düşürəm ki, bu politoloqlarda hadisələrə və proseslərə adekvat yanaşmırlar. Onlar daxili aditoriyada belə şərhlər tirajlayırlar ki, Rusiya güclüdür, hamı Putindən qorxur, prezident vətənpərvərdir və s. İndi bizim ölkədə də bu proses gedir. - Deyirsiniz ki, eyni siyasi texnologiyadır? - Bəli, bu rejimlər qohum olduğundan eyni texnologiya burada da gedir. Nəticədə isə dünyada gedən proseslərdən xəbəri olmayan şəx hesab etsin ki, guya Azərbaycanı bir ölkə kimi hər yerdə tanıyırlar, prezidentimizin hər yerdə böyük hörməti var və s. Nəzərə alın ki, qarşıdan prezident seçkiləri ili gəlir. Seçkidə ortaya sual çıxacaq ki, prezident o olmasa bəs kim olacaq? Axı onu bütün dünyada tanıyırlar, hər yerdə hörməti var və s. Əslində bizim idarəolunan medianın prezident Gülün üzərinə cummasına mən təəccüb etdim. O sadəcə diplomatik protokol qaydasına əməl etdi və burada Azərbaycana münasibətdə düşmənçilik yoxdur. Bu kampaniya baş verəndə mən dərhal dedim ki, hakimiyyət seçki ərəfəsində daxili aditoriya üçün xal yığır. - Azərbaycan-Rusiya münasibətləri hazırda hansı mərhələdədir? - Bu münasibətlər Putin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra soyumağa başladı. Sirr deyil ki, İlham Əliyevlə prezident Putin arasında münasibətlər o qədər də isti deyil. Məhz bu səbəbdən də, Azərbaycanla Rusiya arasında münasibətlər pisdir. Siyasətdə aradabir imkan faktoru böyük rol oynayır. Məsələn, Gürcüstan-Rusiya münasibətlərinə baxsaq görərik ki, orada daha çox Saakaşvili-Putin məsələsi idi. Yəni şəxsi məsələ dövlətlərarası məsələyə çevrildi. Fikrimcə, hazırda Azərbaycan-Rusiya münasibətlərində vdə bu mərhələ yaşanır. Başqa sözlə ifadə etsək İlham Əliyevlə Vladimir Putin arasında münasibətlər artıq dövlətlərarası münasibətlərə çevrilir. Ötən ildə bu iki prezident arasında münasibətlər korlanmağa başladı. Bunun nəticəsində Azərbaycan Qəbələ RLS-i Rusiyaya verməkdən imtina etdi, rəsmən bəyan etdi ki, prezident Putinin Avrasiya Birliyi və Gömrük İttifaqında təmsil olunmayacaq. Bu da, sözsüz ki, Kremlidə xoş qarşılanmadı və onlar bunu unutmayacaqlar. Fikrimcə, bundan dərhal sonra Azərbaycana təzyiqlər başlandı. Belə ki, Moskvada “Milyarderlər ittifaqı” yaradıldı, azsaylı xalqlarla bağlı məsələlər süni sürətdə qabardıldı. Yəni faktiki olaraq gərginlik yarandı. İndi bu gərginliyin hara aparıb çıxacağı, hansı proseslərə səbəb olacağını indidən demək çətindir. Amma aydın məsələdir ki, Rusiya Azərbaycana qarşı açıq şəkildə müharibəyə başlamayacaq. Bəzən bu haqda yazırlar, iddia olunur ki, Rusiya ordusunu ölkəmizə soxacaq və s. Əslində Azərbaycan özünü Gürcüstan kimi aparmasa-Qarabağ cəbhəsində ki, indiki status kvonu saxlasa, bu zaman Rusiyanın əlinə hər hansı bir bəhanə verilməyəcək. Rusiyanın digər təzyiq formaları da var. Bu əsasən şimalda yaşayan azsaylı xalqların bizə qarşı qoyulması, vəhhabi kartından istifadə olunması formasıdır. Həmdə nəzərə alın ki, prezident seçkiləri gəlir. Bu seçkilərdə Rusiyadan kimsə çıxıb İvanaşvili rolunu oynaya bilər. - Siz Saakaşvilinin bəyanatını təsdiq edirsiniz? - Bir var prezident Saakaşvilinin verdiyi bəyanat, bir də var Rusiyanın Azərbaycanla bağlı siyasəti. Çünki Saakaşvilinin bəyanatı daha çox Gürcüstanın daxilinə hesablanıb. Mən inanmıram ki, bu gün Rusiya Gürcüstanı aranı qatışdırmaq haqqında düşünsün, Söyün Sadıqov vasitəsilə Borçalını qatışdırsın, Cavaxetiyada erməni millətçilərini ayağa qaldırsın və s. Məncə, Rusiyaya bu lazım deyil. Onsuzda müəyyən oldu ki, Saakaşvili bu gün-sabah hakimiyyətdən gedəcək. Artıq Gürcüstan hakimiyyətində Rusiyaya daha yaxın olan İvanişvili oturur. Payızda isə Saakaşvili prezidentlikdən gedəcək. Fikrimcə, indi Gürcüstanda gedən proseslər Moskvanı tamam qane edir. Amma ola bilsin ki, sabah qane etməyəcək. Sadəcə olaraq Saakaşvili bir bəyanat verib və bizim siyasi hakimiyyət bundan öz xeyri üçün istifadə etməyə çalışacaq. Əlbəttə ki, Rusiya təzyq etmək istəyir, amma bunu Gürcüstana deyil, Azərbaycana qarşı etmək istəyindədir. - Bu gün Moskva Azərbaycanda hakimiyyət dəyişikliyi ilə bağlı planlar qururmu? - Əlbəttə qurur. Amma Rusiyanın buna imkanı varmı sualı da mövcuddur. Sözsüz ki, Moskvanın belə planı var və mən buna şübhə belə etmirəm. - Yəni Kremli son 20 ildə müdafiə etdiyi Əliyevlər rejimini devirmək istəyir? - Ya devirmək istəyir, ya da İlham Əliyevin siyasətinin dəyişməsinə nail olmağı. Çünki Rusiya hakimiyyət dəyişikliyi məsələsi ortaya çıxanda “bunu kim əvəz edəcək” sualı qarşısında qalır. Nəzərə alın ki, Azərbaycanda klassik müxalifət olan AXCP, AMİP, Müsavat, ADP rusmeylli deyil. Əksinə, onlar qərbmeylli partiyalardır. Odur ki, Kremli İlham Əliyevi hansı siyasi qüvvələr əvəz edəcək sualı ilə qarşı-qarşıya qalır. Və düşünür ki, indi situasiyada ən yaxşısı budur ki, İlham Əliyev qərbpərəst siyasətindən imtina edərək Avrasiya Birliyinə, Gömrük İttifaqına qoşulsun və Rusiyaya yaxın olsun. - Yəni Kremli İlham Əliyevi yenidən Rusiya xəttinə qaytarmaq istəyir? - Bəli. Nəzərə alın ki, Avrasiya İttifaqı faktiki olaraq keçmiç sovet sosialist respublikaları ittifaqını ayrı adla bərpa etmək deməkdir. Həmdə bu zaman Avrasiya Birliyi əsas rol oynamayacaq, əsas rolu Moskva oynayacaq. Odur ki, Rusiya prezidenti Azərbaycanın da bu ideyada iştirak etməsini istəyir. - Belə iddialar var ki, İlham Əliyev özünün üçüncü dəfə prezidentliyinə yaşıl işıq yandırmaq məqsədilə qərblə danışıqlar aparır. Bu nə dərəcədə doğrudur? - Sözsüz ki, İlham Əliyev qərblə danışqlar aparır. Mən buna inanıram. Daha doğrusu, İlham Əliyev çoxdandan qərb faktorundan istifadə edir. Bizim hakimiyyət daima Rusiya və İranla oynayır. Qərbə deyirlər ki, siz insan haqları və demokratiya məsələsində nahaqdan bizə təzyiq edirsiniz. Çünki Azərbaycanın vəziyyəti pisdir. Beləki bir tərəfdən İran, bir tərəfdən də Rusiyanı bizə təzyiqlər edir. Əslində bu gün Rusiyanın bizim hakimiyyətə ciddi təzyiqər etməsi rəsmi Bakının xeyrinədir. Çünki rejim mənsubları qərblə danışıqlarda bundan xüsusilə istifadə edir. Həmçinin cuhud lobbisi Avropa və Amerikada böyük iş aparır, hər yerdə iddia edir ki, Azərbaycan islam ölkəsidir və islam ölkəsi olmağına baxmayaraq sivil siyasət aparır. Ona görə də, prezident İlham Əliyev dəstəklənməlidir. Həmdə onun vəziyyəti pisdir. Bir tərəfdən, İran, bir tərəfdən isə Rusiya ona təzyiq edirlər. Mən çox yaxşı bilirəm ki, cuhud lobbisi bu istiqamətdə ciddi işlər həyata keçirir. Mən bilirəm ki, burada maddi maraq məsələsi də var. Çünki biz İsraildən dəyəri milyardlarla dollarlıq olan silah alırıq. Cuhud lobbisi də təbliğat aparırlar ki, Moskva və Tehranın təzyiqlərindən Azərbaycan hakimiyyəti siyasətini dəyişdirə bilər. Ona görə də, qərb demokratiya və insan haqları ilə bağlı Azərbaycan iqtidarına təzyiq etməməlidir. Bu tezislər həm hakimiyyət nümayəndələri, həmdə hakimiyyətin lobbiçiliyini aparan cuhudlar tərəfindən səsləndirilir. - Hakimiyyətin özünün, habelə cuhud lobbisinin apardığı bu təbliğatın nəticəsi ola bilərmi, yoxsa 2013-cü ildə belə amillər nəzərə alınmayacaq? - Əslində nəticə var. Əgər qərb Lukaşenkoya ciddi təzyiqlər edirsə, Azərbaycana gələndə yumşaq hərəkət edir. Onlar deyirlər ki, siz nahaq jurnalistləri və müxalifət fəallarını həbs etmisiniz, amma realda təzyiqlər yoxdur. Əksinə, deyirlər ki, keçid dövrüdür, hakimiyyətin vəziyyəti pisdir və s. Əksinə, daha çox müxalifətə təzyiqlər edilir. Elə sərbəst toplaşma azadlığı haqqında qanunun dəyişdirilməsi, icazəsiz aksiyalara çıxanlara qarşı böyük maliyyə cərimələrinin tətbiq edilməsi bunun nəticəsidir. Əslində bu qanun lobbiçiliyin nəticəsində ərsəyə gəldi və qərbdə bizim hakimiyyətə qarşı yumşaq siyasət aparır. - Regionda mürəkkəb siyasi proseslərin getdiyini görən qərb seçkilərə göz yumub onun saxtalaşdırılmasına səsini çıxarmaya bilərmi? - Mənim şəxsi fikrimcə, bu gün İlham Əliyev Avropa və Amerikanı qane edir. Əlbəttə, onlar insan haqları, söz azadlığı ilə bağlı məsələni qaldıracaqlar. Çünki onlar demokratiyanın beşiyi olan dövlətlərdir və formal olsa da, bu məsələləri qaldırmalıdırlar.Qərb qanun pozuntusunun olduğunu deyəcək, amma söhbət ciddi təzyiqdən və reaksiyalardan gedirsə, mən bunun baş verəcəyinə inanmıram.
Sorğu
Yeni dizaynımız necədir?