GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Siyasətdə yalnız güclə hesablaşırlar

Siyasətdə yalnız güclə hesablaşırlar

Tarix: 5-04-2013, 10:20 Bölmə :Müsahibə Baxış: 781
Siyasətdə yalnız güclə hesablaşırlar

İsgəndər Həmidov:
“Azərbaycan hökuməti İrandan qorxmamalı
və milli məsələdə Tehranın üzərinə getməlidir”


Sabiq daxili işlər naziri, Milli Demokrat Partiyasının qurucusu İsgəndər Həmidov suallarımıza cavab verib. Sabiq nazir partiya quruculugundan, Milli Şura və onun siyahısından, habelə xarici təşkilatların qrant vermələrindən, təzyiq altında olma səbəblərindən, Rusiyanın addımlarından və rəsmi Tehranın hərəkətlərindən danışıb.
- İsgəndər bəy, neçə vaxtdır mətbuatda görünmürsünüz. Bununla belə iddia edilir ki, siz vaxtı ilə qurduğunuz partiyanın yenidən toparlanması istiqamətində işləyirsiniz. Bu doğrudurmu?
- Biz ortadayıq və görsənirik. Partiyamızda toparlanır. Bu yaxınlarda Naxçıvanda partiyanın konfransı keçirilib. Eləcədə Qaradağ və Binəqədi rayonlarında konfransımız keçirilib. Məqsəddə qurultaya getməkdir. Amma mən İsgəndər Həmidov olaraq siyasətdə yoxam. Sadəcə olaraq uşaqlar ağsaqqal qismində məni toplantılara dəvət edirlər, bəzən məsləhət alırlar. Məndə əlimdən gələn köməyi edirəm. Sizdə bilirsiniz ki, mən mətbuatdan hər zaman qaçmışam. Mətbuatda da hərə birinə xidmət edir. Xidmət edənlərə xidmət etmək də mənə yaraşmaz.
- Hazırda partiyada fəaliyyət nədən ibarətdir, iki yerə parçalanan Milli Demokrat Partiyasını birləşdirmək mümkün olacaqmı?
- Sizə dediyiniz kimi partiya iki yerə bölünüb. Ancaq aşağılar hər zaman bir yerdə olub və indi də bir yerdədirlər. Hazırda birləşmiş qurultaya getmək istəyirlər ki, birlik olsun və vahid rəhbərlik yaransın. Bir sözlə yalnız partiyanın rəhbərliyində olan şəxslər ayrılmışdı. Aşağılar isə hər zaman birlikdə olublar. Hazırda ikiyə bölünən partiyanın iki sədri var və yəqin ki, oturub müzakirələr aparıb sonda anlaşar, bir-birlərini başa düşərlər.
- Bu günə qədər bu partiyaların sədrləri sizin iştirakınızla görüşüblərmi?
- Xeyr. Mən təşəbbüs göstərib heç kimi görüşdürməmişəm. Nəzərə alın ki, hər iki sədr təcrübəli, ağlı başında olan və uzun illər siyasətlə məşğul olmuş şəxslərdir. Mənim onları bir araya gətirməyimə heç bir ehtiyac yoxdur. Onların özləri başa düşməlidir ki, güc olanda siyasi partiya ilə hesablaşırlar, güc olmayanda isə partiya heç kimin yadına düşmür və ona əhəmiyyətdə verilmir. Yani siyasətdə əsas faktor güc anlayışıdır.
- İsgəndər bəy, sizin üzvləriniz nə qədərdir, bu gün toparlanın çağırışı etsəniz hansı sayda insan dərhal bir araya gələ bilər?
- Təxminən 3000-3500 insan toparlana bilər. Bu saat gənclikdə bu işlərə maraq göstərir, köhnə hərakatçılar da tədricən aktivləşir. Bizim döyüş yolumuz birlikdə keçib və hamı bir-birindən xəbər tutmaq istəyir.
- Son zamanlar Milli Şuranın tərkibi açıqlandı. Orada bir çox şəxslər kimi sizin də adınıza rast gəlinmədi...
- Açığını deyim ki, bu məsələ ilə maraqlanmamışam. Heç mənə də təklif edilməyib və mən də məlumatsızam. Ona görə də bir söz deyə bilmərəm. Kim nə yaradıb özü bilər. Əgər yaxşı niyyətlə yaradıblarsa, mən onlara uğur arzu edirəm.
- Siz milli məsələlərdə daima ortada olmuşunuz. Milli Şura yaradılanda iddia edilirdi ki, buraya əsasən milli təfəkkürlü insanlar toplaşacaq. Amma milli təfəkkürdə olan çoxlu sayda insan orada yoxdur və bu da narazılıqlar yaradıb. Bu haqda siz nə düşünürsünüz...
- Mən onların siyahısına baxmışam. Orada kifayət qədər milli adamlar da var. Bu yaxşı haldır. Amma mənə təklif daxil olmayıb. Təklifləri daxil olar, bizdə baxıb mövqeyimizi ifadə edərik. Yeri gəlmişkən, qeyd edim ki, biz mili konfrans keçirmək istəyirik. Mayın 3-ü türkçülük günüdür. Biz də Bakı şəhərində milli təfəkkürdə olan insanların iştirakı ilə bir konfrans keçirmək niyyətindəyik.
- Azərbaycan hökuməti ABŞ-ın Milli Demokratiya İnstitutunu ittiham edərək ortaya müəyyən faktlar qoydu. Sizin də, qrant siyasətinə münasibətiniz illər əvvəldən məlumdur. Son durumu necə şərh edirsiniz?
- Mən baş verənləri müşahidə edirəm. Ancaq hesab edirəm ki, hakimiyyət ölkədə ciddi sosial-iqtisadi irəliləyişə nail olmalıdır. Yəni elə vəziyyət yaratmalıdır ki, insanlar gedib Milli Demokratiya İnstitutundan pul almasın. Yəni hakimiyyətin özü vətəndaşına baxmalıdır. Odur ki, problem sözügedən institutda deyil, Azərbaycandakı hakimiyyətdədir. Buyurub ölkədə normal şərait yaratsınlar, təşkilatlar da başqa donorun əlinə baxmasın. İkincisi, Milli Demokratiya İnstitutu ABŞ kimi nəhəng dövlətin yaratdığı qurumdur və mən biləni 120 ölkədə fəaliyyət göstərir. Azərbaycan hökuməti bu təşkilatla mübarizə aparıb nəyə nail olacaq? Mən burada məntiqi anlamıram.
- Sizin xarici fondlara, qrant verən təşkilatlara münasibətiniz necədir, doğurdanmı bir çox hallarda verilən qrantlar Azərbaycanın, millətçiliyin əleyhinə istiqamətlənə bilər?
- Mənim dediklərim şəxsi fikrimdir. Mənim aləmimdə özünə millətçi, milli deyən, millətçilik ideologiyasını daşıyan və millətinə xidmət edən şəxs xarici təşkilatlardan qrant almamalıdır. Millətə xidmət edən adamın kasıbçılıq və ya varlı olması əhəmiyyətli deyil. Milli məsələ, milli ideologiya ilə bağlı sabah elə proseslər baş verə və elə vəziyyət yarana bilər ki, millətçilər ön sırada olarlar. Siz məndən də, yaxşı bilirsiniz ki, şimaldan real təhlükələr var, habelə işğal olunan tarixi ərazilərimizdə talış radiosu fəaliyyətə başlayıb. Bu da İranın işidir. Odur ki, elə situasiya yarana bilər ki, həqiqi millətçilər hökuməti deyil, dövləti qorumaq məsələsində ön cəbhədə durarlar. Bu bizim taleyimiz və dünyaya baxışımızdır. Yəni şimaldan təzə qurtarmışıq, birdəmi onların təsiri altına düşməliyik? Biz bunu məqbul hesab etmirik. Digər tərəfdən, Güney Azərbaycanda 35 milyon türk fars molla rejiminin altında inildəyir, ana dilində təhsil ala bilmir və buna etiraz edən şəxsləri qaldırıcı kranlardan asırlar. Bunun hamısını nəzərə alaraq millətçilər hər hansı bir qrant layihəsini yaxına buraxmırlar və belə fəaliyyətdən uzaqdırlar. Kim qrant alırsa halal xoşu olsun, mən bilmirəm ki, bu qrantla nəyə xidmət edirlər, çünki araşdırma aparmamışam. Amma millətçilər bu günə qədər nə qrant alıb, nə alır, nə də alacaq. Bu baş verməyəcək.
- Sizə, millətçilərə qrant almaq üçün haralarasa müraciət etməyiniz təklif edilirmi?
- Bizə dəfələrlə təklif olub. Ən azı 30-40 dəfə belə təkliflər eşitmişik. Amma heç zaman belə təklifləri qəbul etməmişik. Nə qədər ki, mənim adım millətçi və bozqurdçu kimi həyatda var, heç zaman onlar bunu edə bilməyəcəklər. Qrant məsələsi bizim üçün məqbul və qəbul deyil.
- Şimaldan real təhlükələr deyəndə konkret nəyi nəzərdə tutursunuz?
- Mən şimalda baş verənləri, xüsusilə Azərbaycanla bağlı atılan addımları sistemli şəkildə təhlil edirəm, buna ciddi diqqətlə yanaşıram. Hesab edirəm ki, şimalda baş verənlər təhlükəli tendensiyalardı. Məsələn, Rusiyanın Bakıdakı səfiri tez-tez şimal bölgəmizə gedir, Qusarda bəzi kəndlərin sakinlərinin Azərbaycan vətəndaşlığından imtina edərək Rusiya vətəndaşlığını qəbul etmək istəklərini, Moskvada yaradılan “Milyarderlər ittifaqı”nı nəzərdə tuturam. Əgər xatırlayırsınızsa, Rusiya Osetiya və Abxaziya da elə bu üsulla daxil oldu. Yəni ilk öncə bu ərazilərdə vətəndaşlar Rusiya vətəndaşlığını qəbul etdi, sonra Moskva bəyan etdi ki, bu ərazilərdə rus vətəndaşları döyürlər və s. Bunun ardınca isə Moskva ordusunu bu ərazilərə soxdu. Mən bu məqamları nəzərdə tutaraq narahatçılığımı ifadə edirəm. İkincisi, cənub bölgəsində türklərlə talışlar yüz illər boyunca qardaş kimi yaşayıblar və münasibətdə olublar. Bu proses indi də davam edir. Amma son zamanlar talış məsələsini qabartmağa cəhd göstərirlər və bu da İranın əməlləridir. Cənub qonşumuz bilir ki, Azərbaycanın müstəqilliyi, demokratik xətt üzrə inkişafı gələcəkdə 35 milyonluq toplumun azadlığı deməkdir. Amma bir şeyi də nəzərdə saxlamaq lazımdır. Milyonların istəyi var ki, Azərbaycan birləşsin və paytaxtı da Təbriz olsun. Bunu heç kim unutmasın. Həmdə bizim də şimalla bağlı tələblərimiz var. Dərbənd nə vaxtdan rus torpağı olub? Ora qədimdən bu yana türklərin olub.
- İndi İran-Azərbaycan münasibətləri yenidən pisləşib, rəsmi Tehran Bakda güneylə bağlı keçirilən konfransa sərt reaksiya verib. Siz bu halı necə qiymətləndirirsiniz və proseslər hara qədər davam edə bilər?
- İranda məsələ mürəkkəbdir. Meşədə 100 yaşı olan qocaman palıd ağacından soruşurlar ki, kimdən qorxursan. Cavab verir ki, baltanın sapından qorxur və sonra da izah edir ki, balta bir şey olmasa da, onun sapı ağacdandır...Siz İrana diqqət etsəniz görərsiniz ki, mollaların 70 faizi azəri türkləridir. Bax o baltanın sapları bu təhlükəni görürlər. Çünki İranda ciddi oyanış hərəkatı gedir. Həmdə Tehranda anlayır ki, ABŞ-ın sabiq dövlət katibi xanım Klinton, habelə Avropa Şurasının bəzi deputatları tarixdə ilk dəfə olaraq İranda yaşayan azəri türklərinin hüquqlarının pozulduğunu dilə gətirdilər. İran tərəfi bu təhlükəni görür və qabaqlayıcı addımlar atır. Gah Qarabag da “Talışın səsi” radiosunu yaradır, gah cənub regionumuzda başqa işlər görür. Amma bunların hamısı boş şeydir. Biz azərbaycanlı olaraq ayrılan xalqların birləşməsi prosesini alqışlamışıq. Veytan birləşdi, almanlar birləşdi və biz bu prosesi dəstəklədik. Bizdə bir millətik və birləşmək hüququmuz var. İranda bilir ki, bu xalq birləşsə gec və ya tez regionda böyük bir dövlət yaranacaq. Ona görə də, belə addımlar atır. Məncə, Azərbaycan hakimiyyəti çəkinməməli və deməlidir ki, İranda 35 milyonluq azərinin hüququ pozulur. Biz qorxduqca Tehran üzərimizə gələcək. Odur ki, biz qorxmamalı və Güney Azərbaycanla bağlı fəaliyyət bir gün belə dayanmamalıdır. Aktivləşmək və qabaqlayıcı addımlar atılmalıdır. İran tərəfinin verdiyi bəyanatlara diqqət etməyə də ehtiyac yoxdur. Bu bir növ boğulan insanın saman çöpündən yapışmasına bənzəyir. İranın özü boğulur və daxili auditoriyanın başını qatmaq məqsədilə belə məsələləri bilərəkdən kəskinləşdirir. Azərbaycan dövlət səviyyəsində İrana cavab verməlidir. Təbii ki, ictimai-siyasi təşkilatlar və fərdlər İranın Azərbaycandakı səfirliyi önündə aksiya keçirə bilərlər. Eyni zaman da Azərbaycan rəsmi olaraq İrandakı 35 milyonluq azərinin hüququnu qorumalıdır. Bu haqda bəyanat verilməlidir. Çünki söhbət milli məsələdən gedir. Orada 10 min erməninin ana dilində məktəbi var, amma 35 milyonluq türkün ana dilində məktəbi yoxdur. Təbrizi çıxmaq şərti ilə başqa şəhərlərdə soydaşlarımız ana dilində danışmağa çəkinirlər. Bu məqamların üzərinə rəsmi Bakı getməli və lazım gəlsə beynəlxalq təşkilatlarda məsələni qaldırmalıdır. Belə məsələlərdə qorxaqlıq nümayiş etdirmək lazım deyil.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsgəndər Həmidov da Milli Şuradan imtina etdi

    İsgəndər Həmidov da Milli Şuradan imtina etdi ...

    10-01-2014, 18:15

  • 
  • İsgəndər Həmidov sərbəst buraxıldı

    İsgəndər Həmidov sərbəst buraxıldı ...

    29-05-2013, 19:08

  • 
  • İsgəndər Həmidov: "Üstümə tapança çəkdilər"

    İsgəndər Həmidov: "Üstümə tapança ...

    29-05-2013, 20:03

  • 
  • İsgəndər Həmidov Müsavat partiyasının Milli Şuradan çıxmasını qısaca olaraq belə dəyərləndirdi-VİDEO

    İsgəndər Həmidov Müsavat partiyasının Milli ...

    14-01-2014, 22:14

  • 
  • İsgəndər Həmidov bu çıxışa görə həbs olundu- VİDEO ÇIXIŞ

    İsgəndər Həmidov bu çıxışa görə həbs olundu- ...

    29-05-2013, 17:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu