GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Bu ağıllı yol deyil və sonunda fəlakətlərə gətirib çıxaracaq

Bu ağıllı yol deyil və sonunda fəlakətlərə gətirib çıxaracaq

Tarix: 17-04-2013, 10:34 Bölmə :Müsahibə Baxış: 747
Bu ağıllı yol deyil və sonunda fəlakətlərə gətirib çıxaracaq

Vurgun Əyyub:
“Azərbaycan hakimiyyəti gənclərin siyasi fəallığının
hansı nəticələrə gətirib çıxara biləcəyini anlayır”


Suallara Tələbə Qəbulu ÜzrəDövlət Komissiyasının sabiq sədri, Müsavat Partiyası Məclisinin üzvü, tanınmış ictimai-siyasi xadim Vurgun Əyyub cavab verib. Vurğun bəy əsasən ölkəmizin ictimai-siyasi həyatı və son zamanlar baş verən proseslərlə bağlı danışıb.
- Artıq neçə vaxtdır ki, Türkiyədən Bakıya qayıtmısınız. Hazırda nə işlə məşğulsunuz, işləyirsinizmi, siyasi fəaliyyətiniz nədən ibarətdir?
- Mən təbii ki, Bakıya gələndən sonra Xəzər Universitetində Azərbaycan dili və Ədəbiyyat Departamentinin müdiri olaraq çalışıram. Universitetdə mənim işim həddən artıq çoxdur. Həftənin beş günü, səhər saat 9.00-dan, axşam saat 18.00-ə qədər işdə oluram. Çalışıram departamentin işini gücləndirəm və Azərbaycan dili və ədəbiyyatının tədrisində hansısa yeniliklər edək. Bu mənim sırf maaş aldığım və çalışdığım müəssisənin işləridir. Mən onu vicdanlı və peşəkarlıqla həyata keçirməyə çalışıram. Siyasi fəaliyyətimə gəlincə, deyim ki, hazırda mən Müsavat Partiyasının Divan üzvü olaraq fəaliyətimi davam etdirirəm. Mən bu gün deyə bilmərəm ki, partiyanın fəaliyyətində işdə olduğum qədər fəallıq etdirirəm. Buna sadəcə olaraq vaxtım çatmır. Amma partiyanın müxtəlif tədbirlərində iştirak edirəm. Yəni Divanın iclaslarında, Məclisin toplantılarında iştirak edirəm, ölkədə baş verən hadisələrlə bağlı qəzet və saytlara müsahibələr verirəm. Fəaliyyətim bundan ibarətdir.
- Siz uzun illər aktiv siyasi fəaliyyətlə məşğul olmusunuz. Hazırda ölkə prezident seçkiləri ərəfəsindədir. Seçki ərəfəsində sizin siyasi fəaliyyətiniz Müsavat Partiyası və onun seçkili orqanlarında iştirakla məhdudlaşacaq?
- Niyə məhdudlaşacaq? Müsavat Partiyasının fəaliyyəti qarşıdan gələn müddət ərzində sırf seçkilərə yönəlik bir fəaliyyət olacaq. Və məndə bu istiqamətdə gücüm çatanı edəcəyəm. Məsələn, bu gün Müsavat Partiyasının başqanı, prezidentliyə namizədliyi irəli sürülən İsa Qəmbərin Cəbrayıl rayonunun əhalisi ilə görüşü var və bu görüşdə məndə iştirak edəcəyəm. Və yaxud namizədimizin seçki platformasının hazırlanmasında iştirak edirəm, bu sənədə öz təkliflərimi verərək, əlavələrimi etmişəm.
- Seçkilərdə Müsavat Partiyasının iştirakını necə görürsünüz, 2013-cü il prezident seçkilərində Müsavatın rolu və yeri nədən ibarət olmalıdır?
- Əgər bir siyasi partiya prezidentliyə öz namizədini irəli sürübsə və ölkədə bütün rayonlar üzrə yerli təşkilatlara sahibdirsə, deməli yükün böyük bir hissəsi də bu partiyanın üzərinə düşəcək. Partiyanın seçki fəaliyyətinə yönəlik müvafiq sənədləri var. Və bu sənədlərdə hansı işlərin görülməsi öz əksini tapıb. Şübhəsiz ki, partiyamız bu istiqamətdə də fəaliyyət göstərəcək.
- Seçkilərdə müxalifətin qalib gəlmək imkanları və şanslarını necə dəyərləndirirsiniz?
- İmkanlar ifadəsi geniş anlayışdır. İmkana maliyyə resursları daxildir, habelə fikirlərini seçicilərə çatdırmaq imkanı, insanlarla görüşə bilmək, azad şəkildə toplaşmaq hüququ və s. Daxildir. Ancaq bu istiqamətlərdə Azərbaycanda mövcud olan vəziyyətdə hər kəsə bəllidir. Əslində mən ölkədəki durumu yenidən şərh etməyə ehtiyac görmürəm. Hər bir vətəndaşımız Azərbaycanda real situasiyadan məlumatlıdır və bunu gündəlik yaşayış durumundan da hiss edir. Müxalifət dinləyici və tamaşaçı kütləsi çox böyük olan televiziya kanallarına buraxılmır. Müxaliət bir güncə sıxışdırılan və müxtəlif cərimələrlə sındırılmağa və ələ keçirilməyə çalışılan mətbuat vasitəsilə təmas qurmağa çalışır. Seçici və vətəndaşlarla müxalifət düşərgəsində təmsil olunan siyasətçilərə görüş üçün şərait yaradılmır. Əksinə, müxtəlif bəhanələrlə və zorakılıq üsullarla bu görüşlərin qarşısı alınır. Bunu ancaq mənim özümün də getdiyim və İsa Qəmbərin Lənkərana gözlənilən səfəri zamanı görmək mümkün idi. Yolda hakimiyyət təmsilçiləri avtomobillərin qarşısını kəsərək min bir bəhanə ilə bizim yerli sakinlərlə görüşümüzə imkan vermədilər. Bu biabırı bir hadisə idi. Digət tərəfdən, baxın EL Hərəkatı ilə bağlı hakimiyyət müxtəlif addımlar atır, bu qurumun kirayələdiyi ofisləri bağlayır, bu mülklərin sahiblərinə təzyiqlər edir və s. Əgər söhbət seçkidən seçici səsinin qazanılmasından gedirsə, müxalifətin imkanları hakimiyyətin imkanlarından qat-qat yüksəkdir. Çünki cəmiyyətdə hakimiyyətin apardığı siyasətin vətəndaşın əleyhinə olduğu hər kəsə bəllidir. İnsanlar da bu etirazlarını açıq formada bildirməyə başlayıblar. Mən əlbəttə, demək istəmirəm ki, imkanlar tamamilə tükənib. Qarşıdan gələn müddətdə istər ölkədəki demokratik seçki mühitinin yaradılması, istərsə də seçki qanunvericiliyinə dəyişiklik istiqamətində fəaliyyət olacaq və mən hesab edirəm ki, bu da öz nəticəsini verəcək.
- Müxalifətdə olan siyasi təşkilatların bir araya gəlməsinə dair çoxlu sayda çağırışlar var. Siz bu cinahın bir araya gəlməsi imkanlarını nə dərəcədə real hesab edirsiniz?
- Səmimi şəkildə deyim ki, müxalifətdə birlik mövzusu artıq hamını bezdirib. Müxalifətin böyük bir qismi bir araya gəlib, birlik var və funksional əməkdaşlıq göstərirlər. O qüvvələrin ki, məqsədləri birləşmək deyil, birlik haqqında danışmaq və demoqoqoya ilə məşğul olmaqdır, əlbəttə onlar da fəaliyyətdədirlər.
- Azərbaycan hökuməti güclüdür və özgür fikirlərə, təşkilatlara qarşı repressiya həyata keçirir. Bunun da, qarşısında durmağın bir yolu müxalifətin səmimi şəkildə birlik və həmrəyliyə nail olmasından keçir...
- Kimlər həmrəylik və birlik içində olmaqdan söhbət hedir. Fikrimcə, bu suala cavab vermək lazımdır. Mən də, sizə cavab olaraq dedim ki, bir yerdə olmağın mahiyyətini anlayan qüvvələr bir yerdədirlər.
- Siz AXCP və Müsavatı nəzərdə tutursunuz?
- Onlardan başqa kimlər var ki?
- AXCP ilə Müsavat nə dərəcədə səmimi müttəiqdirlər?
- Başqa hansı qüvvələr var, əgər varsa, buyurub deyin.
- Söhbət bu iki partiyanın müttəfiqlikdə nə dərəcədə səmimi olmasından gedir...
- Siz onların qeyri səmimi olduğunu nə il ölçmüsünüz? Mən bunu bilmirəm. Amma bu qüvvələr İctimai Palatada birgə fəaliyyət göstərirlər, problemləri birgə müzakirə edirlər, vahid mövqe bildirirlər. Bir yerdə olmaq başqa necə olur ki? Müsavatın qərargahında daima toplaşırlar və s. Bəlkə evlərini də birləşdirsinlər?
- Azərbaycan hökumətinin davranışlarını, xüsusilə gənclərin həbsini, İbrahim İbrahimliyə qarşı baş verən insdenti necə qiymətləndirirsiniz?
- Ölkədə açıq-aşkar hüquqi nihilizm var və açıq formada repressiya gedir.Özlərinin qanunsuz əməllərinə hakimiyyət əzbərlənmiş ifadə ilə cavab veririk ki, bəs məhkəmə, hüquq mühafizə orqanları araşdıracaq. Bizsə, bilirik ki, bu ölkədə hüquq yoxdur. Hüquq mühafizə orqanları isə qanundan başqa hər şeyə xidmət edirlər. İndi yeni bir şeydə dəbə düşüb. İstənilən müxalifətçiyə və ziyalıya qarşı baş verən zorakılıq əməllərinə qarşı cavab olaraq deyirlər ki, o adam yalan danışır. Sanki doğru danışan bunlardır. Digər tərəfdən, artıq sirr deyil ki, son bir ildə Azərbaycanda gənclik xeyli aktivləşib. İstənilən ölkədə gəncliyin bu dərəcədə aktiv olması ümidvericidir. İstər xalqın gələcəyi, istərsə də siyasi mübarizənin uğurla başa çatması baxımından bu pozitiv tendensiyadır. Azərbaycan hakimiyyəti də, bu gənclərin siyasi fəallığının hansı nəticələrə gətirib çıxara biləcəyini anlayır. Və buna görə də, gəncliyi qorxutmaq, geri çəkilməyə məcbur etmək üçün bu cür qanunsuz əməllərə və represiyalara əl atır. Amma bu mümkünsüzdür.
- Hakimiyyətin bu addımlarını necə dayandırmaq olar?
- Bunun qarşısını almağın iki yolunu görürəm. Birincisi, xalqın kütləvi şəkildə etirazı halı, bu qanunsuzluqlarla barışmamasını ifadə etməlidir. İkincisi, isə beynəlxalq təşkilatların, demokratik mərkəzlərin Azərbaycan hakimiyyətinə olan ciddi etirazları olmalıdır. Hesab edirəm ki, bunlardan ikincisi, indi müəyyən qədər mövcuddur. Amma təəssüf ki, Azərbaycan cəmiyyəti öz övladlarının və gələcəyinin qarantiyası olan gəncliyə qarşı belə repressiyaların qarşısında hələ ki, susur və aktiv etiraz etmir. Bu fakt hakimiyyətə imkan yaradır ki, əməllərini davam etdirsin. Amma tarix öz təcrübəsində dəfələrlə sübut edib ki, belə repressiyalar gəncliyi dayandıra bilmir. Əksinə, müəyyən bir mərhələdən sonra onları daha fəal olmağa sövq edir. Yeri gəlmişkən, Azərbaycanda baş verən xalq hərəkatı bizim gənclik dövrümüzə düşmüşdü. O zamanda gəncliyə qarşı repressiv tədbirlərin sonu SSRİ kimi zora və gücə əsaslanan bir imperiyanın süqutunu tezləşdirdi. Ona görə də, gəncliyə qarşı edilən bu hərəkətlər nə qədər çətin və üzücü olsa da, mən bədbin deyiləm.
- Azərbaycan prezidentinin, onun ailə üzvlərinin, habelə yüksək çinli dövlət məmurlarının adına ofşor zonalarda şirkətlərin olduğu, məhz bu şirkətlər vasitəsilə ölkəmizdən milyonlarla vəsaitin çıxarıdığı haqda xəbərlər var. Buna münasibətiniz necədir?
- Hər bir vicdanlı və ölkəsinin taleyini düşünən insanların bu məsələyə münasibəti aydındır. Bu talançılıqdır, dövlətin və xalqın malını oğurlamaqdır. Sadəcə olaraq məsələ burasındadır ki, ölkələrdə belə faktların ortaya çıxması birqayda olaraq həmin hakimiyyətlərin qovulması ilə nəticələnir. Təəssüf ki, Azərbaycan cəmiyyətinin böyük hissəsində belə fikir formalaşıb ki, “bütün bunlar təbiidir, ölkənin var-dövləti onların cibində olmalıdır”. Məsələn, mətbuatda dövlət başçısının övladları haqqında belə xəbərlər gedəndə YAP rəsmiləri sübut etməyə çalışdılar ki, bunlar təbiidir. Onlar prezidentin övladlarının biznes fəaliyyəti göstərməsinin qanunsuz olmadığını arqument kimi irəli sürdü. Bu aydındır və YAP-dan başqa cür mövqe gözləməkdə sadəlöhvlük olardı. Amma mən başqa insanların “əşi nə olsun, ölkə onlarındır, necə istəyirlər elədə edirlər” fikrini eşitmişəm. Əlbəttə, belə düşüncə ilə məsələnin üzərinə getmək olmur. Hakimiyyətdə öz əməllərini davam etdirir. Amma mən hesab edirəm ki, bu ağıllı yol deyil və sonunda fəlakətlərə gətirib çıxaracaq bir yoldur. Bu fəlakətə səbəb olacaq yoldur ifadəsinə bəziləri inamsız yanaşırlar. Amma bu insanlar unudurlar ki, bu yolun sonunda cəmiyyətin nələrə yol atacağı, nə zaman və hansı tərzdə etiraz edəcəyi proqnozlaşdırıla bilmir.

HÜCEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vurğun Əyyub İsa Qəmbəri qüsurları ört-basdır etməkdə suçladı

    Vurğun Əyyub İsa Qəmbəri qüsurları ört-basdır ...

    13-10-2014, 14:02

  • 
  • Vurğun Əyyub Müsavatdakı son dəyişikliklərdən danışdı

    Vurğun Əyyub Müsavatdakı son dəyişikliklərdən ...

    23-12-2013, 12:23

  • 
  • Vurğun Əyyubdan Arif Hacılı haqda şok açıqlama

    Vurğun Əyyubdan Arif Hacılı haqda şok açıqlama ...

    29-09-2014, 12:37

  • 
  • Qubad İbadoğlunun təşkilatının üzvləri açıqlandı - SİYAHI

    Qubad İbadoğlunun təşkilatının üzvləri açıqlandı ...

    15-12-2014, 15:49

  • 
  • Qubad İbadoğluyla bağlı ilginc müraciət - SİYAHI

    Qubad İbadoğluyla bağlı ilginc müraciət - SİYAHI ...

    24-09-2014, 11:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu