GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Dünya qalibin yanında olur, məğluba sahib çıxan olmur”

“Dünya qalibin yanında olur, məğluba sahib çıxan olmur”

Tarix: 11-05-2016, 00:22 Bölmə :Müsahibə Baxış: 381
“Dünya qalibin yanında olur, məğluba sahib çıxan olmur”

Arif Paşa: “Qarabağ məsələsinin həlli Azərbaycanın mövcudluğu məsələsidir”

Laçın polkunun sabiq komandiri, siyasi məhbus həyatı yaşamış Arif Paşa ilə müsahibəni təqdim edirik.

- Arif bəy, Ermənistan ordusu cəbhə bölgəsində Azərbaycanın mülkü əhalisini və yaşayış obyektlərini atəşə tutmaqda davam edir. İndi cəbhədə yaranan durumu necə qiymətləndirirsiniz?

- Vəziyyət belədir ki, Azərbaycan ordusu hazırda erməni tərəfinin hərbi hədəflərini vurur. Söhbət erməni ordusunun Azərbaycanın mülkü əhalisinə və yaşayış məskənlərini hədəfə alan atəş nöqtələrinin susdurulmasından gedir. Azərbaycan ordusu qanunsuz olaraq işğal edilən ərazilərdə məskunlaşan erməni mülkü əhalisini hədəfə almır. Erməni ordusu isə bunun əksinə olaraq mülkü əhalini hədəfə alaraq soyqrım siyasətini hərbi aspektdə davam etdirməyə çalışır. İndi bu durum cəbhənin xarakterik cəhətidir.

İkincisi, Azərbaycan bütün resurslar - hərbi, insani və iqtisadi resurslar baxımından Ermənistandan çox irəlidir. Bu mənada hərbi addımların təzələnməsi Azərbaycanın qələbəsinə aparan yol ola bilər. Hesab edirəm ki, məsələyə bu cür yanaşmaq lazımdır.

- Tərəflər aprelin 5-də atəşi dayandırmaq barədə razılığa gəldi. Ancaq buna rəğmən erməni işğalçı ordusu aramsız atəş açmaqda davam edir, iri çaplı silahlardan, artilleriya qurğularından istifadə etməkdən çəkinmir. Bu vəziyyəti nə ilə nəticələnə bilər?

- Birincisi və ən vacibi odur ki, Azərbaycan dövlətinin əraziləri Ermənistan tərəfindən işğal edilib, onun ərazilərində separatizm siyasəti aparılıb. Beynəlxalq hüquqa və qanuna görə, biz torpaqlarımızı işğalçı və terrorçulardan təmizləmək, intervesiyadan qorumaq haqqımız var.

İkincisi, erməni ordusu cəbhədə Azərbaycanın dinc və silahsız vətəndaşlarını atəşə tutur, mülki obyektləri dağıdır. Bu mənada Azərbaycanın ərzi bütövlüyü və dövlətin təhlükəsizliyi baxımından da dövlət hərbi əməliyyatlara başlayaraq bu təhlükələrin qarşısını almaq hüququna malikdir. Dünyanın heç bir ölkəsində və beynəlxalq qurumunda mülkü əhaliyə atəş açılması, evlərin dağıdılması və silahsız insanların öldürülməsinə bəraət verilə bilməz.

- İndi Azərbaycan ordusu daha çox müdafiə mövqeyində durub. Cəbhədə indiki həssas dönəm də hərbi əməliyyatların başlaması ehtimalı hansı dərəcədədir?

- Mən hesab edirəm ki, hazırda Azərbaycan ordusunda ciddi subordinasiya var. Ordunun təminat və təchizatı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Bu illər boyu Azərbaycanda mükəmməl, nizam-intizamlı ordu formalaşıb. Digər tərəfdən, Ermənistan siyasi rəhbərliyi Azərbaycana münasibətdə ortaya qoyduğu vazkeçilməz prinsip var-Dağlıq Qarabağla Azərbaycan arasında münasibətlər heç vaxt şaquli ola bilməz. Başqa sözlə, Azərbaycanla Qarabağ münasibətləri üfüqi müstəvidə mümkündür. Yəni Ermənistan artıq öz sözünü deyib. Ermənistan Dağlıq Qarabağı geri qaytarmayacağı mövqeyini qətiyyətlə ifadə edib. Odur ki, danışıqlar prosesindən ciddi nəticə gözləmirəm. Erməni iddiasına görə, Qarabağla Bakı arasında münasibətlər bərabərsəviyyəli ola bilər. Belə olan halda danışıqlar aparmağın, Beynəlxalq təşkilatların vasitəçiliyi ilə hansısa sülh prosesinə nail olmaq ehtimalını görmürəm. Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, eləcədə ATƏT və Avropa Şurasının qərarlarını yerinə yetirməyib. Deməli Azərbaycan milli iradəsinə söykənərək əbədi ərazisi olan düzən və Dağlıq Qarabağı geri qaytarmaq haqqında düşünməli, səmərəli fəaliyyət ortaya qoymalıdır.

Hərbi əməliyyatlar məsələsinə gəldikdə hesab edirəm ki, beynəlxalq münasibətlər sistemində buna əngəl törədən müəyyən nüanslar var. Amma hərbi nöqteyi baxımından Azərbaycan ordusunun addımlar atması və qələbə əldə etməsi imkanları hədsiz dərəcədə böyükdür.

- Uzun illər cəbhədə olmuşunuz, Laçın polkuna komandirlik etmişiniz. Necə düşünürsünüz 2-5 apreldə erməni ordusuna tutarlı zərbə endirə bilmişikmi?

- Hesab edirəm ki, siz qeyd etdiyiniz məqam Azərbaycan ordusunun tarixində şərəfli hadisə kimi qeyd olunmalıdır. Ordu sübut etdi ki, istənilən an öz vətən torpaqlarını qorumaq əzmindədir və lazım olan anda düşmənə qalib gəlmək imkanındadır. Təbii ki, bu hadisələrdə ordu öz gücünü nümayiş etdirdi. Xalqımız da göstərdi ki, ordunu bütün varlığı ilə müdafiə edir. Ölkədə yüksək vətənpərvərlik ab-havası yarandı. Bu əsas amillərdən biri idi.

- Aprelin 5-də Azərbaycan və Ermənistan Moskvada atəşi dayandırmaq barədə razılığa gəldi. Bundan sonra erməni tərəfi sanki taym-aut götürdü və bir neçə gündən sonra atəş açmağa başladı. Sizcə, bu nə ilə bağlıdır?

- Ermənilər tarixən özlərinin qanı üzərində dünya ictimaiyyətində özlərinə qarşı müsbət rəy yaratmaq istəyiblər. Onlar qırğınlar, qanlar üzərində beynəlxalq ictimaiyyətin vasitəsi ilə təbliğatlarını qurmağa çalışıblar. Siz gördünüz ki, aprelin

əvvəllərində üzdəniraq prezident Sarkisiyan bəyan etdi ki, Ermənistan güzəştlərə hazırdır. Belə ifadə işlətsə də, atəşkəs bərpa ediləndən sonra tam fərqli mövqe sərgilədi. Biz bunu zaman-zaman müşahidə etmişik. Erməni xisləti, mahiyyəti əslində budur. İkincisi, qarşıda duran tərəf zəif olsa da, özünü iddialı aparmalı, başından yekə bəyanatlar verməlidir.

- O da, bəllidir ki, regionda regional oyunçular, eyni zamanda beynəlxalq güclər var. Hansı ki, onlar dünyanın istənilən nöqtəsində baş verən proseslərə hansısa şəkildə təsir edə bilirlər. Sizcə, onların Qarabağ münaqişəsinə münasibəti necədir və Azərbaycan onları nəzərə almadan addımlar ata bilərmi?

- Dünyada qüvvələr balansı elədir ki, Ermənistanı müdafiə edən dövlətlər kimi Azərbaycanın yanında olacağını ifadə edən dövlətlər də var. Məsələn, İranı götürək. Burada milyonlarla türk yaşayır və onların İran ictimai rəyinə təsir etmək imkanları mövcuddur. Qərbdə də belədir. Bilirsinizmi, məşhur bir ifadə var: siyasətin sonu silahların üzərində həll edilir. Dünya hər zaman qalib gələnin yanında olur. Azərbaycan ordusu qalib gələcəksə, inamlı olacaqsa, sizi inandırıram ki, sonda hər kəs Azərbaycan dövlətinin yanında olacaq. Hətta bizə əks fikirdə olanlarda Azərbaycanın tərəfdarına çevriləcək. Dünya qalibi müdafiə edir, məğlubun sahibi ortaya çıxmır. Odur ki, uğurlu addım və hərəkətlərimizlə əleyhimizə olanları da sonda tərəfdarımıza çevirə bilərik. Burada bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Bildiyiniz kimi bir çox mərkəzlərin və qüvvələrin Azərbaycana mənfi münasibəti var və bu haqda mətbuat zaman-zaman yazır. Onlar həm də Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək təzyiqlər göstərirlər. Bu problemin həlli onların Azərbaycana qarşı neqativ münasibətinin də qarşısını alacaq. Qarabağ məsələsinin həlli Azərbaycanın mövcudluğu məsələsidir. Azərbaycan üçün əsas kriteriya ancaq xalqımız və milli iradəmizdir.

- Azərbaycan ordusu bu gün işğal edilən tarixi ərazilərimizdə hərbi əməliyyatlar aparıb bu torpaqları azad etmək imkanlarına malikdirmi?

- Bəli, mən hesab edirəm ki, ordumuz güclüdür, burada subordinasiya qaydalarına, nizam-intizama ciddi əməl edilir, ordunun təchizat işləri yüksək səviyyədə qurulub. Ordumuzda həm də qələbəyə inam, yüksək vətənpərvərlik əhvalı var. Bütün bunlar qələbə əldə etmək üçün vacib faktorlardır. Bu mənada hesab edirəm ki, Azərbaycan ordusu işğal edilən əraziləri geri almağa malik və qadirdir.

- Sizin bir müddət əvvəl Azərbaycandan getdiyiniz haqda xəbərlər yayılmışdı. Bu məsələyə aydınlıq gətirə bilərsinizmi?

-Bəli, mən bir müddət Rusiyada oldum. Rusiyaya getməyim daha çox sosial problemlərin həlli ilə bağlı idi. Burada özümə münasib bir iş tapa bilmədim. Bu

səbəbdən də, Rusiyanın Tumen şəhərinə getməli oldum. Orada bir müddət çalışdım. Hazırda Bakıdayam. Yenidən başqa ölkəyə gedib-getməyəcəyim haqda hələlik bir söz deyə bilmərəm. Əlbəttə, Azərbaycanda bizə iş tapılmaması əslində dəhşətli şeydir.

- Uzun illər AXCP sıralarında olmusuz, hərəkatın yaradıcılarından birisiz. Sizcə, niyə AXCP ətrafında hər zaman qalmaqallar baş verir?

- Taleyimin bir hissəsi AXC və partiya ilə bağlı olub. Azərbaycanın gələcəyində də, bu günündə də AXCP mübarizəsi ilə layiq olduğu yerdə olmalıdır. Etik baxımdan keçmişimdə birgə addımladığımız yoldaşlarımla bağlı nəsə tənqidi fikir söyləmərəm. Həmisə AXCP-nin Azərbaycanın siyasi meydanında hörmətli olmasını istəmişəm. Partiyalar arasında sivil münasibətlərin formalaşması gələcəyimiz üçün lazım və gərəklidir. Siyasətdə olan hər bir kəsin- İlham Əliyevin, İsa Qəmbərin, Əli Kərimlinin, Lalə Şövkətin və başqalarının arasında sağlam və sivil münasibətlərin olması ölkənin inkişafına xidmət edərdi. Təəssüf ki, Azərbaycan iqtidarı və müxalifəti arasında qarşılıqlı münasibətlər illər boyu yerində sayıb. Mənə elə gəlir ki, münasibətlərin bu cür gedişi nə vaxtsa kifayət qədər ciddi problemlər yarada bilər. Azərbaycanın gələcəyi naminə bu münasibətlərə yenidən baxılmalı və butun sivil dövlətlərdə olduğu kimi, Azərbaycanda da siyasi münasibətlər sistemi normal, sağlam, ölkənin gələcəyinə və inkişafina xidmət edən məcraya yönəlməlidir. Siyasilərin bir-birinə münasibəti şəxsi fikirlər, mövqeler üzərində deyil, ölkənin inkişafı, gələcəyinin normal təmin olunması ideyası üzərində qurulmalıdır.

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ermənistan ordusu itki verdi

    Ermənistan ordusu itki verdi ...

    28-08-2015, 20:08

  • 
  • Erməni ordusu müharibə görüntülərini yayımladı – (Fotolar-Video izlə)

    Erməni ordusu müharibə görüntülərini yayımladı – ...

    7-04-2016, 14:29

  • 
  • Ermənistan ordusu Naxçıvanla sərhəddə təlimə başlayır

    Ermənistan ordusu Naxçıvanla sərhəddə təlimə ...

    6-09-2013, 03:02

  • 
  • Erməni ordusu 3 hərbçisini itirdi

    Erməni ordusu 3 hərbçisini itirdi ...

    7-09-2015, 13:54

  • 
  • Ermənistanın son itkiləri: 114 ölü, 140 yaralı – Rəsmi

    Ermənistanın son itkiləri: 114 ölü, 140 yaralı – ...

    28-04-2016, 16:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu