GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Tahir Əliyevdən Yaqub Məmmədov haqqında sensasion açıqlamalar...

Tahir Əliyevdən Yaqub Məmmədov haqqında sensasion açıqlamalar...

Tarix: 11-05-2016, 14:12 Bölmə :Müsahibə Baxış: 692
Tahir Əliyevdən Yaqub Məmmədov haqqında sensasion açıqlamalar...

Keçmiş müdafi və daxili işlər naziri, sonradan dövlət gömrük komitəsinin sədri olmuş general Tahir Əliyev Moderator.az-a sensasiya hesab olunacaq ilginc açıqlamalar verib.

Onunla müsahibəni oxuculara təqdim edirik. Qeyd edək ki, bu günlərdə ANS telekanalında Şuşanın işğalı ilə bağlı gedən süjetdə Ali Sovetin keçmiş sədri Yaqub Məmmədovun barəsində dediyi fikirlər generalın uzun illərdən bəri sükutu pozmasına və aydın havada şimşəık effekti verən sirlər dilə gətirməsinə səbəb olub:

Şuşanın işğalı ilə bağlı ANS telekanalında 1997-ci ildə çəkilmiş bir veriliş gedib. Həmin verilişdə Yaqub Məmmədov mənimlə bağlı heç bir həqiqətə uyğun olmayan kinayəli bir açıqlama verib. Əvvəla mən təəssüf edirəm ki, 19 il bundan öncə getmiş o verilişdən xəbərim olmayıb və yalnız indi barəmdə deyilənlərdən xəbər tuta bilmişəm,
Söhbət ondan gedir ki, Şuşanın işğalı ilə bağlı gedən həmin süjetdə vaxtilə prezident səlahiyyətlərini icra etmiş bir adam səhv etmirəmsə orada bir dəqiqəlik açıqlama verir və onu da ancaq mənə həsr edərək uydurmalar quraşdırır. Buna görə də baş verənlərə aydınlıq gətirmək istəyirəm.

Əslində məsələ heç də Yaqub Məmmədovun cəmiyyətə sırımaq istədiyi kimi olmayıb. Mən müdafiə naziri idim, Mənim daxili işlər naziri, mənim yerimə isə Rəhim Qazıyevin müdafiə naziri təyinatlarından iki-üç gün öncə mənim xidməti otağımda mən, Rəhim Qazıyev, Şahin Musayev, Vahid Musayev və başqalarının iştirakı ilə məsələ müzakirə olunurdu ki, Yaqub Məmmədov Rəhim Qazıyevi müdafiə naziri təyin etmək istəyir. Həmin müzakirələrdə mənim də daxili işlər naziri olmağım təklif edilirdi. Məsələ ilə bağlı Vahid Musayev məlumat verirdi. Bundan sonra Prezident Aparatına Yaqub Məmmədovun yanına dəvət olunanda əvvəlcədən danışdığımız kimi yox, Yaqub Məmmədov tamam başqa şey danışdı ki, səni yaxşı tanıyıram, təmiz adamsan, bilirsən də Daxili İşlər Nazirliyində nə cür adamlar işləyir, ona görə də belə qənaətə gəlmişəm ki, səni nazir müavini təyin edək. Bunu eşidəndə doğrusu çox təəccübləndim və ayağa qalxaraq onun kabinetini tərk etmək istədim və dedim ki, onda DİN-ə bir kvalifikasiyalı moşşennik tapıb nazir təyin edin. Bunu görən Yaqub Məmmədov məni geri çağırdı və yenidən əyləşməyi xahiş etdi. Beləliklə, mən daxili işlər, Rəhim Qazıyevsə müdafiə nazir oldu. Qeyd edim ki, bütün bunları mən vaxtilə Milli Məclisdə də demişəm və fikirlərimin videosu və stenoqramı var.

Yaqub Məmmədovun mənimlə bağlı 1992-ci ilin aprelin 25-də verdiyi fərmanda isə deyilirdi ki, Tahir Əliyev tutduğu vəzifədən azad olunsun. Onun bu fərmanına cəmiyyətdən çox ciddi təpki gəldi. Gecə ilə Bakı və Sumqayıt əhalisinin bir hissəsi, digər hüquq-mühafizə orqanları, xüsusən də prokurorluq əməkdaşları etiraz əlaməti olaraq nazirliyə axışdılar, respublika prokuroru Murad Babayev DİN-in ətrafına yığılan çoxsaylı əhali qarşısında çıxış etdi. Çıxışının da əsas məğzi ondan ibarət idi ki, onlar Tahir Əliyevi müdafiə etmək üçün toplaşıblar. Bir çox adamlar xidməti otağıma girməklə məni otaqdan çıxarmağa qoymurdular. Bütün bunlarla bağlı da məndə videomaterial var. Bütün bunları görən Yaqub Məmmədov məcbur olub mənim daxili işlər naziri postundan kənarlaşdırılmağımla bağlı verdiyi fərmanı dayandırdı və bu televiziyada elan olundu. Mən dəqiq bilirdim ki, onun mənim nazir təyinatımdan bir ay sonra yenidən verdiyi belə bir anormal fərman qarşıdan gələn prezident seçkiləriylə bağlı idi. Məsələ belə olmuşdu. Jurnalistlərdən biri mənə sual vermişdi ki, qarşıdan gələn prezident seçkilərində daxili işlər naziri kimi hansı namizədin tərəfində olacaqsınız. Mən ümumiyyətlə sualın qoyuluşunun düzgün olmadığını bildirdim və DİN-in başda onun naziri Tahir Əliyev olmaqla hansısa namizədin tərəfində olmağımızın qanunla qadağan olunduğunu xatırlatdım. Bildirdim ki, bizim vəzifəmiz sabitliyi və seçkilərdə də ictimai asayişi təmin etmək olacaq. Müsahibə Yaqub Məmmədovu qane etməmişdi və təsəvvür edin ki, bu müsahibə ilə bağlı Yaqub Məmmədovla aramızda söhbət oldu və həmin müsahibədən sonra onun mənə qarşı münasibəti demək olar ki, tamamilə mənfiyə doğru dəyişdi.

-Yaqub Məmmədov konkret nəyi əsas gətirib Sizi DİN rəhbəri təyinatından cəmisi bir ay sonra nazir postundan kənarlaşdırmaqla bağlı gözlənilməz fərman verdi?

-Martın 17-də mən daxili işlər naziri təyin olunmuşdum və aprelin 25-də də mənim işdən çıxarılmağımla bağlı fərman vermişdi. Səbəbsə gün kimi aydın idi və o prezident olmaq istəyirdi və könlündən keçirdi ki, qanunlara məhəl qoymayan bir daxili işlər naziri olsun, onun prezident olması üçün açıq-aşkar təbliğat aparsın, bu istiqamətdə fəaliyyət göstərsin. Tahir Əliyevin bunu etməyəcəyini bilib seçkilərdən öncə niyyətini gerçəkləşdirmək üçün bu məsələni bu cür həll etmək istəyirdi.

-Onun gözaltısı kim idi daxili işlər naziri postuna?

-Gözaltı nədi, nazir təyin etdi də mənim yerimə. Qazaxdan Nurəddin Yusifov adlı bir nazir müavini vardı, onu mənim yerimə təyin etdi, amma əhali buna kəskin etiraz etdiyinə görə bu fərman havada qaldı. Yaqub Məmmədov ANS-dəki açıqlamasında deyir ki, biz getdik Ağdama, orda guya hər bir hərbi hissənin komandiri ilə söhbət edib və onlar da deyiblər ki, Tahir Əliyevi müdafiə naziri postundan kənarlaşdırmaq və yerinə Rəhim Qazıyevi nazir təyin etmək lazımdır. Mənim burada Rəhim Qazıyev haqqında hər hansı qərəzim yoxdur, sadəcə Yaqub Məmmədovun məntiqsizliyini və həmin ağır müharibə vəziyyətində prezident səlahiyyətlərini icra edən şəxsin məsələlərə yanaşma metodunu izah etmək istəyirəm. Özü də yaqub Məmmədovun Ağdama getməsindən 20 gün öncə mən ermənilərlə savaşda olan bütün hərbi hissə komandirləri ilə görüşmüşdüm və heç bir komandirin, əsgərin mənə qarşı hər hansı etirazını, yaxud könülsüz davranışını görməmişdim.

-Yeri gəklmişkən, bu günlərdə Şuşanın işğalının 24-cü ildönümü idi və bir həftə sonra da Laçının işğalı günü gəlir. Həmin proseslərin içərisində olan bir şəxs kimi 24 ildən sonra bu suala cavab axtarmısınızmı Laçını qorumaq mümkün idimi, yoxsa yox?

-O vəziyyətdə Laçını əldə saxlamaq mümkün deyildi. Bir məsələni də deyim ki, Şuşanın işğalından 12 gün öncə, aprelin 25-də Yaqub Məmmədov fərmanla məni daxili işlər naziri vəzifəsindən rəsmən kənarlaşdırmış, məcbur olub fərmanın icrasını dayandırsa da məni yenidən qaytarıb nazir qoymamışdı. Yəni mən nazir deyildim və belə demək mümkünsə həmin dövrdə daxili işlər naziri vəzifəsi havada idi. Sadəcə fərmanda yazılmışdı ki, Tahir Əliyevin daxili işlər naziri vəzifəsindən azad olunması ilə bağlı fərmanın icrası dayandırılsın. Nə deməkdir dayandırılsın? Bütün bunlara baxmayaraq mən həmin dönəmdə Şuşaya getməyi özümə borc bildim.

-Yəni nazir kimi yox, keçmiş nazir kimi getmişdiniz ora?

-Bəli, bir vətəndaş kimi getmişdim. Bəs nə etməliydim? Bu torpaqların müdafiəsi ilə bağlı bu qədər əziyyətim olmuşdu və min bir zillətlə qoruduğumuz torpaqların bu cür işğal olunmasını görüb özümə yer tapa bilmirdim.

-DİN postu nə vaxta qədər sahibsiz qaldı?

-Şuşanın işğalından bir həftə sonra Ayaz Mütəllibov gəldi və o da Məmmədvəli Cəfərovu nazir təyin etdi. Xalq Cəbhəsi də Ayazı devirdiyindən 3 gün sonra İsgəndər Həmidovu nazir təyin etdilər.

-Belə çıxır ki, vəzifə dondurmaq məsələsi AXC iqtıdarından öncə Yaqub Məmmədovun tapıntısı imiş...

-Bəli, onun bu cür yanaşması üzündən bir ay DİN-in fəaliyyəti iflic oldu.

-O zaman belə bir sual da ortaya çıxır, Şuşanın və Laçının işğalında Yaqub Məmmədovun müdafiə və daxili işlər naziri təyinatları və bir ay sonra bu təyinatlardan imtina qərarları hansısa rol oynadımı?

-Rusların bir yaxşı sözü var, loşadey na pereprave ne menyayut. Yəni səbəb olmasa da belə həssas dönəmdə bu cür qərarların verilməsi yanlış idi. Amma o prezident olmağa tələsdiyindən bu həssasiyyəti nəzərə almadı. Şuşanın və Laçının işğalına gəldikdə isə, bu qaçılmaz idi. Düzünü desək, Şuşanın işğalı nə Yaqub Məmmədovdan, nə Rəhim Qazıyevdən, nə də bir başqasından asılı deyildi. Bu işğal Moskva tərəfindən planlaşdırılmışdı. Təsəvvür edin ki, hələ mayın 4-dən ermənilər demək olar ki, Şuşaətrafı əsas strateji nöqtələri tutmuşdular, hətta mayın 6-da Şuşanın necə işğal olunacağı tamaşasına baxmaq üçün Moskvadan və Rusiyanın bəzi yerlərindən Saxarovun oğulluğu və başqaları yığışıb Xankəndinə gəlmişdilər. Yəni Şuşanın mayın 8-də Moskvanın əli ilə, konkret olaraq Yeltsin və Qraçov tərəfindən planlaşdırılmış bir ssenari ilə götürüləcəyi əvvəlcədən planlaşdırılmışdı. Ümumiyyətlə Yaqub Məmmədov pis adam deyildi, nəzərə almaq lazımdır ki, dövr çox ağır idi. Onun bir nöqsanı o idi ki, ətrafına suyu bulandırmaqla balıq tutmaq istəyənləri toplamışdı. 1994-cü ildə mən dövlət gömrük komitəsinin sədri olanda Yaqub Məmmədov mənə müraciət edib dedi ki, yəqin ötənlərdə yaşananlardan sonra mənim xahişimi yerinə yetirməzsən, amma sənə bir işim düşüb. Mən də bildirdim ki, vaxtilə Milli Məclisdəki çıxışımda demişdim ki, mən yekəlikdə adamda kin olmaz. Bir sözlə, Yaqub Məmmədovun həmin xahişini yerinə yetirdim.

-Sirr deyilsə, nə xahiş etmişdi?

-Onu demək düzgün olmaz.

-Heç olmasa yekə xahiş idimi?

-Normal xahiş idi. Hətta 1996-cı ildə Yaqub Məmmədovla görüşüb çörək də yemişik. Onda özü də etiraf etdi ki, vaxtilə mənimlə bağlı verdiyi o fərman səhv idi. Orada arada suyu bulandıranların ünvanına da yağlı sözlər dedi. Amma bir il sonra, yəni 1997-ci ildə ANS-dəki həmin süjetdə onun mənə qarşı kinayəli açıqlaması heç cür başadüşülən deyil. Bir daha deyirəm, mən təəssüf edirəm ki, bu verilişə vaxtilə baxa bilməmişəm və yalnız onun mənim barəmdə dediklərindən bu günlərdə, Şuşanın işğalının 24-cü ilində ANS-in həmin süjeti təkrar verməsindən sonra xəbər tutmuşam.

-Son günlər bunu ANS-də görəndən sonra Yaqub Məmmədova zəng edib etirazınızı bildirmədiniz?

-Niyə zəng vurmalıyam ki. O hamının gözü qabağında barəmdə belə bir yalan danışıb. Mən də mətbuat vasitəsilə məsələyə aydınlıq gətirilməsini məqsədəuyğun hesab etdim. Ümimiyyətlə bu məsələlərdə ictimaiyyətin hələ də bilmədiyi çox məqamlar var. Konkret olaraq mənim daxili işlər naziri işlədiyim dövrdə Yaqub Məmmədovla aramızda ictimaiyyətin bilmədiyi bir çox şeylər var.

-Yenə də oxu atıb yayı gizlədirsiniz və cəmiyyət, media başlayır tapmacaya öz məntiqinə uyğun cavab axtarmağa...

-Tutaq ki, mən daxili işlər naziri olarkən Yaqub Məmmədov mənə nə təklif edirdi və bunun müqabilində nazirdən üstün hansı daha yüksək post vəd olunurdu? Yəni o prezident seçilməsi müqabilində hər şeyə hazır idi, təki mənim əlimlə o kürsüdə otursun. Başqa bir cavabını gözləyən sual da var. Məsələn, niyə daxili qoşunlar DİN tabeçiliyindən çıxarılaraq Yaqub Məmmədovun özünə tabe etdirildi? Səbəb nə idi? Daxili qoşunların komandanı general Rafiq Ağayev mənimlə bağlı Yaqub Məmmədovdan hansı əmri almışdı? Bəs niyə general həmin əmri yerinə yetirmədi və ya yetirə bilmədi? Başqa bir cavabını gözləyən sual. Niyə Daxili İşlər Nazirliyində birinci müavin ola-ola yenidən qanunsuz olaraq ikinci dəfə birinci müavin postu yaratdı?

-Bu sualların cavabını cəmiyyət nə zaman biləcək?

-Mən bu sualların hamısını cavablandıracam. Amma bir az səbr etmək lazımdır.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı haqqında şok iddia: “Bacanağı ermənidir” (VİDEO)

    İcra başçısı haqqında şok iddia: “Bacanağı ...

    4-09-2013, 17:52

  • 
  • Erməni generaldan ilginc açıqlamalar

    Erməni generaldan ilginc açıqlamalar ...

    25-02-2013, 11:17

  • 
  • Sabiq Daxili İşlər naziri bir sıra ittihamlarla bağlı açıqlama yaydı

    Sabiq Daxili İşlər naziri bir sıra ittihamlarla ...

    10-09-2013, 16:36

  • 
  • Akif Səlimova şər atanlar cəzalandırıldı

    Akif Səlimova şər atanlar cəzalandırıldı ...

    10-09-2014, 09:28

  • 
  • Qənirə Paşayeva ANS-i hədələdi: “Hüquqi çərçivədə tədbir görəcəm”

    Qənirə Paşayeva ANS-i hədələdi: “Hüquqi çərçivədə ...

    27-02-2014, 16:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu