GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sabiq Daxili İşlər naziri bir sıra ittihamlarla bağlı açıqlama yaydı

Sabiq Daxili İşlər naziri bir sıra ittihamlarla bağlı açıqlama yaydı

Tarix: 10-09-2013, 16:36 Bölmə :Ölkə Baxış: 3 759
Sabiq Daxili İşlər naziri bir sıra ittihamlarla bağlı açıqlama yaydı
Sabiq Daxili İşlər naziri və Dövlət Gömrük Komitəsinin sabiq sədri Tahir Əliyev son zamanlar barəsində səsləndirilən bir sıra ittihamlarla bağlı açıqlama yollayıb.

Xatırladaq ki, avropa.info-da T.Əliyevin videosu yayılmışdı. Sabiq nazirin cavab yazısını olduğu kimi təqdim edirik:

"Düzünü deyim ki, Laçın rayon icra başçısı Akif Səlimov haqqında KİV-də informasiyaların və mənim 1994-cü ildə yox, 1995-ci il yanvarın 9-dan, yəni Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad olunandan sonra Şuşanın və Laçının işğalı ilə bağlı aparılmış məhkəmə prosesindən video yazının sosial mediaya kimlər tərəfindən ötürülməsindən xəbərsizəm.

Qeyd edim ki, DGK-dan tutduğum vəzifədən azad olunandan sonra mənə qarşı AzTV-də güclü qara piar kampaniyası başladı. Televiziya işçiləri bu hərəkətləri ilə öz çirkin əməllərini də həyata keçirmək istəyirdilər. Mən istər televiziyada öyrədənləri, istərsə də öyrədilənləri heç vaxt ciddi qəbul etməmişəm. Ancaq bu verilişlərin birində çıxış edənlər arasında Akif Səlimovun etdiyi çıxış mənə çox təsir etdi.

Mən həmişə daxili işlər orqanlarında işləmişəm. Əvvəlcə Rusiyada Kemorovo vilayətində, sonradan isə Novosibirskdə Omsk Ali Milis Məktəbini qurtardıqdan sonra Moskvada DİN Akademiyasının I fakültəsini qurtarmışam. Akademiyada oxuyan dövrdə Azərbaycanın o vaxtkı daxili işlər naziri Aydın Məmmədov akademiyaya gəlmişdi və orada oxuyan azərbaycanlılarla gorüşürdü. Məni də ora dəvət etmişdilər. Aydın Məmmədovla təkbətək söhbət etdikdən sonra sual etdi ki, istəyərdiniz Azərbaycanda işləyəsiz? Mən də cavabımda bildirdim ki, baxarıq. 1988-ci ildə məlum Dağlıq Qarabağ hadisələrində Aydın Məmmədov Moskvaya akademiyaya mənə zəng vurdu və Qarabağda yaranmış gərgin vəziyyətdən danışdı. O, dedi ki, ora qətiyyətli bir adam lazımdır. Mən də torpağa bağlı insan kimi yaradılmış hər bir yaxşı şəraitdən imtina edərək, Dağlıq Qarabağa, Stepanakertə-indiki Xankəndinə getməyə razılıq verdim. Xankəndindəki fəaliyyətim isə hər kəsin gözü qabağında olub. Bu haqda bütün Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan əhalinin hər biri bilir.
Poqasyan və “Krunk”çular ilə olan konfliktlərimdə qaranlıq heç nə yox idi. Onların planları azərbaycanlıları oradan sıxışdırıb çıxarmaq idi. Mən isə onların əməllərinin qarşısını almaq istəyirdim. Əksinə, hələ Ermənistandan gələn qaçqınları da ora yerləşdirmək niyyətində idim. Sonra onlar Moskvanın əli ilə məni Dağlıq Qarabağdan kənarlaşdırdılar. Məni oradan çıxarandan 2-3 gün sonra Xankəndində azərbaycanlılara qarşı kütləvi hücum oldu. Daha sonra məni Sumqayıta göndərdilər. Dağlıq Qarabağda və sərhəd rayonlarda vəziyyətin gərgin olduğunu dərk edərək, daim öz xahişimlə sərhəd rayonlarına gedirdim. 1989-cu ildə ən gərgin və qaynar nöqtələrdən biri olan Laçının Cicimli kəndi idi.

Haşiyə: O dövrdə Dağlıq Qarabağda baş verən hadisələri 2-3 cümlə yazmaqla təsvir etmək mümkün deyil. Bu hadisələri yaşayanlar və şahidi olanlar daha dəqiq bilirlər ki, baş verənləri hətta bir neçə kitaba yazmaq belə azlıq edər.

Həmin vaxt Aydın Məmmədovdan xahiş etdim ki, məni ora ezam etsin. Aydın Məmmədov da Laçın Milis Şöbəsinə göstəriş verdi ki, məni avtomat silahla təmin eləsinlər və mən ora bir neçə milis işçisi ilə getdim. Orada vəziyyət o qədər ağır idi ki, hətta demək olar hər gün atışma olurdu. Kənd sakinləri Mətləbin, yaşlı Çiçək xalanın və başqalarının cəsur hərəkətləri indiyə qədər mənim gözümün qabağındadır. Ən kritik məqamlarda Qazı dərəsi kəndindən Bal Fərəc köməyimizə çatırdı.

Adi bir faktı danışım. Eyni idman paltarında snayperlə silahlanmış bir dəstə Aşağı Cicimli kəndini atəşə tutdular. Biz başımızı səngərdən belə çıxara bilmirdik. Gözümüzün qabağında ermənilər heyvanları, toyuq- cücəni belə bir-bir snayperlə qırırdılar. Vəziyyət o dərəcədə gərginləşmişdir ki, daxili işlər nazirinin müavini Ramiz Məmmədov Cicimli kəndinə gəlmişdir və bir neçə gün orada qalmalı oldu. Bunları ki, A.Səlimov bilirdi.

Bundan başqa, 1992-ci ildə mayın 8-də Şuşanın işğalı ilə bağlı məqama toxunmaq istərdim. Həmin vaxt Şuşaya hücum olmuşdu, lakin oradakı vəziyyət barədə dəqiq məlumat olmadığı üçün 2 vertolyotla Qubadlıya gəldik, oradan da maşınlarla Şuşaya getmək istədik. Sarı Aşığın məqbərəsinə çatanda Laçının milis rəisi A.Səlimov bizə dedi ki, ora getmək mümkün deyil, Qayğı qəsəbəsini güclü atəşə tuturlar. Bütün təhlükələrə baxmayaraq, biz yolumuza davam etdik və axşam saatlarında Turşsuya çatdıq. Jurnalistlərdən Çingiz Mustafayev və Tahir Qarayev də bizimlə idi. Turşsuda məlum oldu ki, Şuşada artıq döyüşən qüvvə qalmayıb. Buna baxmayaraq, Rövşən Cavadov "OMON"çuların vəsiqələrini alıb, onları Şuşaya kəşfiyyata göndərdi. Bundan 20 dəqiqə sonra Elbrus Orucov Turşsuya gəldi və bildirdi ki, Şuşanı geri almaq üçün 40 hərbi texnika lazımdır. Həm döyüşən və həm də kəşfiyyata getmiş "OMON"çular xəbər verdilər ki, bütün strateji yüksəkliklər ermənilərin nəzarətinə keçib. Mən Türşsuda olan müşahidə məntəqəsindən vəziyyətin nə yerdə olduğunu Rəhim Qazıyevə çatdırdım və Elbrus Orucovla Laçına getdik. Laçın artıq Gorus tərəfdən toplarla atəş tutulurdu. Bütün bu müddətdə A.Səlimov və Arif Paşayevlə bir yerdə olmuşuq. Yaralıları mədəniyyət evinin zirzəmisinə daşıyırdıq. Müdafiə Nazirliyi Elbrus Orucova orada qoşunlara rəhbərlik etməyi tapşırdı. Və mən mayın 12-də Bakıya qayıtdım.

Bütün bu məsələlərin içində olan A.Səlimov mənə qarşı aparılan qara piar kampaniyasında həqiqətə uyğun olmayan yalan, böhtan və uydurmalar danışdı. Ən maraqlısı isə odur ki, A.Səlimovun müsahibəsi televiziyada gedəndən sonra bir neçə adama, o cümlədən də müsahibəni götürmüş jurnalistə etiraf etmişdir ki, Tahir Əliyevin Dağlıq Qarabağ və sərhəd bölgələrində əziyyəti çox olub. Mənə indiyə qədər onun bu addımı qaranlıq qalıb.

Mən özüm də video görüntünü sosial mediada görəndən sonra fikirləşdim ki, A.Səlimov tərəfindən bir reaksiya olmalıdı. Güman edirdim ki, kimsə onu müdafiə edərək müsahibə verəcək və mən buna təbii baxardım.

Düzü A.Səlimov məni çətin vəziyyətə saldı. Çingiz Qənizadənin dedikləri həqiqətə sığmayan uydurmalardır. Axı, Çingiz Qənizadə uydurmanın, yalanın da bir həddi olmalıdır?

O, mətbuata verdiyi açıqlamasında bildirir ki, Ayaz Mütəllibov başqa bir şəxsi daxili işlər naziri təyin etmək istəyirdi. Çingiz Qənizadəyə bildirmək istəyirəm ki, o dövrdə A.Mütəllibov artıq prezident deyildi və məni Yaqub Məmmədov nazir postuna təyin edib.
Eyni zamanda qeyd edim ki, mən tutduğum vəzifədən azad ediləndə Bakı və Sumqayıt əhalisinin bir hissəsi, AXC və DİN əməkdaşları, Respublika Prokurorluğu, başda Murad Babayev olmaqla müdafiəmə qalxmışdılar və DİN-nin qarşısında keçirilən etiraz mitinqində çıxışlar edirdilər.

Çingiz Qənizadə açıqlamasında deyir ki, “yəqin, Tahir Əliyev bunu xatırlayır”. Bəli, Ç.Qənizadə bunu xatlrlayıram, amma sizin dediklərinizin tam əksinə.

Xatırladım ki, həmin vaxt kabinetimdə A. Mütəllibovla heç bir danışıqlar olmayıb. Çünki A.Mütəllibov prezident deyildi. Orada müdafiəmə qalxan insanların bir tələbi olub, Tahir Əliyev işdən azad olunması ilə bağlı verilmiş fərman ləğv olunsun. Çox maraqlıdır ki, elə məni müdafiə edənlərdən biri və ya birincisi elə sən özün olmusan. Fərmanın dayandırılması haqqında televiziyada elan getdikdən sonra əynində narıncı rəngli dəri gödəkçədə, çəpik çalıb şadyanalıq edən sən deyildinmi? Məni təbrik edənlər arasında qucaqlayıb öpən sən deyildinmi? Nazirliyin önündə nümayişçilər qarşısında səsgücləndirici ilə çıxış edib, “lazım olsaydı, səhərə qədər burada yatıb, Tahir Əliyevi yerinə əyləşdirəcəydik” deyən, sən deyildinmi?

Bu suallar heç də təsadüfi deyil. Çingiz Qənizadənin diqqətinə çatdırım ki, dediyim faktlarla bağlı arxivimdə video görüntülər də var.
Yuxarıda qeyd etdiklərim bir daha sübut edir ki, Çingiz Qənizadənin dedikləri uydurma və yalandır. Onun sözləri heç də həqiqətə söykənmir və yaxın tariximizi təhrif edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı haqqında şok iddia: “Bacanağı ermənidir” (VİDEO)

    İcra başçısı haqqında şok iddia: “Bacanağı ...

    4-09-2013, 17:52

  • 
  • Akif Səlimova şər atanlar cəzalandırıldı

    Akif Səlimova şər atanlar cəzalandırıldı ...

    10-09-2014, 09:28

  • 
  • Gömrük Komitəsinin sədri 10 il həbs cəzası aldı

    Gömrük Komitəsinin sədri 10 il həbs cəzası aldı ...

    9-01-2013, 11:57

  • 
  • İşdən çıxarılan başçının oğluna vəzifə verildi

    İşdən çıxarılan başçının oğluna vəzifə verildi ...

    30-03-2016, 17:47

  • 
  • Gəncə Dövlət Universitetinin keçmiş rektoru bəyanat yaydı

    Gəncə Dövlət Universitetinin keçmiş rektoru ...

    17-01-2014, 11:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu