“Diş həkimi kimi zehniyyətimizi, sağlığımızı, təhsilimizi, iqtisadiyyatımızı zəhərləyən irinli dişi “uf” demədən çəkib atardım” Son günlər ermənilərin Gürcüstanda xeyli fəallaşması müşahidə olunur. Cavaxetiya bölgəsində kompakt yaşayan erməni əhali növbəti dəfə erməni lobbisinin dəstəyi ilə hərəkətə keçib və artıq onların “səsi” okeanın o tayından gəlməkdədir. Erməni lobbisi Gürcüstan ermənilərinin hüquqlarının qorunması barədə artıq ABŞ hökumətindən xahişlər etməkdədir.
Əslində “erməni kartı” Gürcüstan üçün hər zaman təhdid vasitəsi olub və bu kartın ABŞ-Gürcüstan hərbi əməkdaşlığı, Cənubi Qafqazda ciddi gəlişmələrin baş verdiyi dönəmdə yenidən masaya qoyulması suallar yaradır. 300 mindən artıq soydaşımızın da yaşadığı qonşu ölkədə baş verənlər, həmçinin digər aktual məsələlərlə əlaqədar “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə söhbətləşdik.
- Zəlimxan bəy, yəqin qonşu ölkədəki vəziyyəti izləyirsiniz, Cavaxetiya ermənilərinin hərəkətə keçməsinin səbəbləri nədir?
- Heç kimə sirr deyil ki, ermənilər vassaldır və bölgənin, konkret halda Azərbaycanla Gürcüstanın inkişafında buxovdur. Erməni Rusiya təxribat maşınının əl alətidir. Bu vaxtadək erməni nə edibsə, Kremlin əli ilə edib. Onların zaman-zaman Gürcüstanda fəallaşması da Kremldə basılan düymə ilə bağlıdır. Azərbaycan və Gürcüstan Rusiyanın təsir dairəsindən çıxmağa çalışdıqca ermənilər Kreml tərəfindən üstümüzə qısqırdılacaq.
- Erməni təxribatı bu günlərdə keçirilən NATO-Gürcüstan hərbi təlimləri ilə bağlıdır, yoxsa ayrı səbəbi var?
- Ermənilər özbaşına deyillər, başları qoltuqdadır. Gürcüstanın NATO-ya inteqrasiyası Rusiya milli maraqlarına uyğun bilmir. Gürcüstana basqılar, bu məqsədlə ermənidən alət kimi istifadə də bununla bağlıdır. Gürcüstan bu yolda Abxaziya və Cənubi Osetiya ilə “cəzalandırılıb”. Əgər Tiflis NATO yolunda israrlı olacaqsa, erməni separatizmi ehtiyat variant olaraq saxlanacaq. Ermənilərin bu istiqamətdə təşkilatlanmalarının arxasında duran qüvvənin Rusiya olması bir həqiqətdir.
- Bu vəziyyətdə Gürcüstanın azərbaycanlı əhalisinə təhlükə varmı? İddialar səslənir ki, Ermənistan “Qırmızı Körpü”nü ələ keçirmək üçün də fürsət gözləyir...
- Çox təəssüf ki, erməni rus barmağı ilə təşkilatlandığı halda bəzilərinin yarıtmaz, eqoist düşüncəsi ucbatından bizlər xeyli arxadayıq. Kremlin Borçalı ilə bu cür davranma imkanları məhduddur. Amma təxribatlar, Borçalı türklərini bu destruktiv oyuna salma cəhdləri ola bilər. Borçalılar hələ ötən əsrin 80-ci illərində Kremlin hazırladığı və böyük paraların xərcləndiyi planları puç edə biliblər. Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji, o cümlədən regional təhlükəsizlik məsələləri ilə bağlı ciddi əməkdaşlığın olması da erməni təxribatı ehtimalını minimuma endirir - baxmayaraq ki, Gürcüstanda bu gərginliyi arzulayan “milli kadrlar” yox deyil.
- Hazırda sizin də ata yurduna girişiniz yasaqdır. Qadağanın ləğvi üçün çoxsaylı müraciətlər etmisiniz. Bir yenilik varmı?
“Bir çox məsələlərin həlli Azərbaycan-Gürcüstan-Türkiyə hərbi ittifaqının yaranmasına bağlıdır”
- Hesab edirəm ki, süni yaradılmış bu problemin arxasında erməni-rus barmağının ehtimalı çoxdur. Gürcüstanın güvənlik və siyasi strukturlarında qiyafəsi gürcü, mahiyyəti erməni olanlar heç də az deyil. Əksər müraciətlərimiz hələlik cavabsız qalıb. Problemin mahiyyəti siyasi xarakterli olsa da, hüquq müstəvisində pozulmuş hüququmun bərpası prosesinə start vermişik. Tbilisidə tanınmış gürcü vəkil hüququmun təmin olunması üzrə vəkalətlidir. Lazımı sənədləri təqdim etmişik. Çox güman ki, proses beynəlxalq müstəviyə daşınacaq. AŞPA-ya müraciətimiz hazırdır. Millət vəkili Qənirə Paşayeva da bu işdə fəaldır. Təəssüf ki, Azərbaycan tərəf vətəndaş hüququmun təminində gücsüz görünməkdədir.
- Yeri gəlmişkən, QAT sədri Akif Nağının və müavininin də qonşu ölkəyə yolu qapanıb. Heç maraqlanmısınızmı ki, Gürcüstan hökuməti Ermənistandan Cavaxetiyada işləyən hansısa Ermənistan vətəndaşının ölkəyə girişini yasaq etsin?
- Əksinə, Gürcüstanın indiki hakimiyyəti tərəfindən sırf separatçı mövqeyi ilə mühakimə olunan, giriş yasağı tətbiq olunmuş Çaxalyan və Ohanyan üzərindən giriş qadağası, eyni zamanda həbs qərarı ləğv edilib. Çaxalyan və Ohanyan Saakaşvili dönəmində mühakimə olunmuşdular. Kimin tərəfindən olmasından asılı olmayaraq, dövlətçiliyi təhdid edən ixtiyarı biri üçün sərt qərarların qəbulunu təqdir edirəm. Mən və rəhbərlik etdiyim təşkilat isə mütləq anlamda dostluq, qardaşlıq carçısıdır. Bizi ən çox narahat edən də Gürcüstanın indiki hakimiyyətinin anormal düşüncəsidir.
- Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlar və yerli hakimiyyət orqanlarında təmsil olunan soydaşlarımızdan bu mənada hansı gözləntiləriniz var?
- Onlardan elə bir gözləntim yoxdur. Səbəbi hamımıza aydındır. Bir məmurdan baş verənlərə, mənim və “Borçalı” Cəmiyyəti haqqında ən azından sosial şəbəkədə bir mövqe ifadə etməsini istədim, daş atdı, başını tutdu. Lakin ucuzlaşmaq bizlik deyil. Deputat Mahir Dərziyevdın isə umacağım qüvvədədir. Axı o, indiki 41-in millət vəkilidi, özü də fəaliyyətimiz haqqında kifayət qədər bilgili olan eloğlumuzdur. Yeri gəlmişkən, 41 İvanişvilinin “Gürcü Arzusu”nun nömrəsidir.
- Hər halda Gürcüstanda ictimai rəyə reaksiya var. Niyə yerli azəraycanlılar sizi müdafiə tədbirləri keçirmir?
- Yerli qurumlar elliklə Gürcüstan rəhbərliyinə müraciət ediblər. Ayrı-ayrı yerlərdə bir neçə min nəfər soydaşımız da müvafiq qurumlara kollektiv müraciətlər ünvanlayıb. Ancaq hələ ki, xeyli ümidverici vədlər verilsə də, konkret nəticə yoxdur. Bəzi gürcü qurumları isə bu və ya digər formada çevrəmizdəki həlqəni daraltmağa cəhdlər etməkdədirlər. Mən ümumiyyətlə, Gürcüstanın indiki hakimiyyətinə çox təşəkkür edirəm. İlk öncə varlığımıza həssas yanaşdıqları üçün və kimin-kim olmasına yardımçı olduqları üçün. Onlar mənə çox şey öyrətdilər. Bu mərhələdən məmnunuq və yolumuzu gedirik. İnanıram ki, gürcü xalqı ən yaxın zamanda bizi gül-çıçəklə qarşılayacaq.
- Sizcə, Azərbaycan XİN-in çalışmaları nədən nəticə vermədi?
- Azərbaycan zəifdir. Hərdən zarafatla dostlara deyirəm ki, ən çox xarici işlər nazirləri kontaktda olsa da, görünür Elmar müəllim Məmmədyarov dilimizi yaxşı bilmədiyi üçün gürcü həmkarını başa sala bilmir. Hər halda milli məsələlərdə dişsiz olmağımız bu məsələdə də öz təsdiqini tapmaqdadır. Bu problemi həll etmək iqtidarında olmayan iqtidar yazıq görkəmdə görünür və güclü adlandırıla bilməz. Cəhdləri isə sanki gözdən pərdə asmağa bənzəyir. Gürcüstan tərəfdən daha çox bizimkiləri günahlandırma cəhdləri mövcuddur. Hərçənd bu versiyanı rədd edirəm.
- Bu problemlər ənənəvi Elat tədbirlərinin keçirilməsini əngəlləyə bilərmi?
- Qətiyyən. Hər könüldə bir Elat tonqalı yanmaqdadır. Onu söndürməyə cəhd edən alışıb yana bilər. Onun istisinə qızınanlar udacaq və var olacaqlar. Müqəddəsləşmiş Elat bayramının mahiyyətini dəyişmək cəhdləri olsa da, gürcü mədəniyyətinin milli mədəniyyətimizə elliklə qucaq açacağına inanıram.
- Zəlimxan bəy, Azərbaycandakı müxalif siyasi qüvvələrin davranışları cəmiyyətin siyasətlə maraqlanan hissəsində məyusluğu artırmaqda davam edir. Bu qüvvələr hətta Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarətə də ayrı-ayrılıqda gedir...
- Bu, siyasi sistemimizin formalaşmağa qoyulmaması və patoloji quruluşu ilə bağlıdır. Mövcud iqtidar bu sonluqdan məmnun olmaqdansa ağlamalıdır. Nifaqların kökündə də bu patoloji yanaşma durur.
- Elə isə bu patologiyanın müalicə varmı? Diş həkimi bu patologiyanı necə aradan qaldırardı?
- Əlbəttə, müalicəsi var. Bu da genetik quruluşumuzdadır. Bu gün siyasət adlı meydanda formalaşmış çox zəngin milli baza var. Bu baza milli gücə çevriləcək. Ölkəmizdə, regionda və dünyada daralan həlqə bunu diktə edir. Diş həkimi kimi zehniyyətimizi, sağlığımızı, təhsilimizi, iqtisadiyyatımızı zəhərləyın irinli dişi “uf” demədən çəkib zibil qutusuna atardım - baxmayaraq ki, müalicəyə meyilli həkiməm.
Квартиры в ЖК «UltraCity» Дом на Комендантском. Цены от 2,4 млн. руб! Детский сад и парк. Звоните! ultracity.sevgorod.ruАдрес и телефонПерейти BÖLÜM: Müsahibə YAYIM TARİXİ: 23 May 2016 08:25 Zəlimxan Məmmədli: “Bir məmurdan mövqe istədim, daş atıb başını tutdu” “Diş həkimi kimi zehniyyətimizi, sağlığımızı, təhsilimizi, iqtisadiyyatımızı zəhərləyən irinli dişi “uf” demədən çəkib atardım” Son günlər ermənilərin Gürcüstanda xeyli fəallaşması müşahidə olunur. Cavaxetiya bölgəsində kompakt yaşayan erməni əhali növbəti dəfə erməni lobbisinin dəstəyi ilə hərəkətə keçib və artıq onların “səsi” okeanın o tayından gəlməkdədir. Erməni lobbisi Gürcüstan ermənilərinin hüquqlarının qorunması barədə artıq ABŞ hökumətindən xahişlər etməkdədir.
Əslində “erməni kartı” Gürcüstan üçün hər zaman təhdid vasitəsi olub və bu kartın ABŞ-Gürcüstan hərbi əməkdaşlığı, Cənubi Qafqazda ciddi gəlişmələrin baş verdiyi dönəmdə yenidən masaya qoyulması suallar yaradır. 300 mindən artıq soydaşımızın da yaşadığı qonşu ölkədə baş verənlər, həmçinin digər aktual məsələlərlə əlaqədar “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə söhbətləşdik.
- Zəlimxan bəy, yəqin qonşu ölkədəki vəziyyəti izləyirsiniz, Cavaxetiya ermənilərinin hərəkətə keçməsinin səbəbləri nədir?
- Heç kimə sirr deyil ki, ermənilər vassaldır və bölgənin, konkret halda Azərbaycanla Gürcüstanın inkişafında buxovdur. Erməni Rusiya təxribat maşınının əl alətidir. Bu vaxtadək erməni nə edibsə, Kremlin əli ilə edib. Onların zaman-zaman Gürcüstanda fəallaşması da Kremldə basılan düymə ilə bağlıdır. Azərbaycan və Gürcüstan Rusiyanın təsir dairəsindən çıxmağa çalışdıqca ermənilər Kreml tərəfindən üstümüzə qısqırdılacaq.
- Erməni təxribatı bu günlərdə keçirilən NATO-Gürcüstan hərbi təlimləri ilə bağlıdır, yoxsa ayrı səbəbi var?
- Ermənilər özbaşına deyillər, başları qoltuqdadır. Gürcüstanın NATO-ya inteqrasiyası Rusiya milli maraqlarına uyğun bilmir. Gürcüstana basqılar, bu məqsədlə ermənidən alət kimi istifadə də bununla bağlıdır. Gürcüstan bu yolda Abxaziya və Cənubi Osetiya ilə “cəzalandırılıb”. Əgər Tiflis NATO yolunda israrlı olacaqsa, erməni separatizmi ehtiyat variant olaraq saxlanacaq. Ermənilərin bu istiqamətdə təşkilatlanmalarının arxasında duran qüvvənin Rusiya olması bir həqiqətdir.
- Bu vəziyyətdə Gürcüstanın azərbaycanlı əhalisinə təhlükə varmı? İddialar səslənir ki, Ermənistan “Qırmızı Körpü”nü ələ keçirmək üçün də fürsət gözləyir...
- Çox təəssüf ki, erməni rus barmağı ilə təşkilatlandığı halda bəzilərinin yarıtmaz, eqoist düşüncəsi ucbatından bizlər xeyli arxadayıq. Kremlin Borçalı ilə bu cür davranma imkanları məhduddur. Amma təxribatlar, Borçalı türklərini bu destruktiv oyuna salma cəhdləri ola bilər. Borçalılar hələ ötən əsrin 80-ci illərində Kremlin hazırladığı və böyük paraların xərcləndiyi planları puç edə biliblər. Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji, o cümlədən regional təhlükəsizlik məsələləri ilə bağlı ciddi əməkdaşlığın olması da erməni təxribatı ehtimalını minimuma endirir - baxmayaraq ki, Gürcüstanda bu gərginliyi arzulayan “milli kadrlar” yox deyil.
- Hazırda sizin də ata yurduna girişiniz yasaqdır. Qadağanın ləğvi üçün çoxsaylı müraciətlər etmisiniz. Bir yenilik varmı?
“Bir çox məsələlərin həlli Azərbaycan-Gürcüstan-Türkiyə hərbi ittifaqının yaranmasına bağlıdır”
- Hesab edirəm ki, süni yaradılmış bu problemin arxasında erməni-rus barmağının ehtimalı çoxdur. Gürcüstanın güvənlik və siyasi strukturlarında qiyafəsi gürcü, mahiyyəti erməni olanlar heç də az deyil. Əksər müraciətlərimiz hələlik cavabsız qalıb. Problemin mahiyyəti siyasi xarakterli olsa da, hüquq müstəvisində pozulmuş hüququmun bərpası prosesinə start vermişik. Tbilisidə tanınmış gürcü vəkil hüququmun təmin olunması üzrə vəkalətlidir. Lazımı sənədləri təqdim etmişik. Çox güman ki, proses beynəlxalq müstəviyə daşınacaq. AŞPA-ya müraciətimiz hazırdır. Millət vəkili Qənirə Paşayeva da bu işdə fəaldır. Təəssüf ki, Azərbaycan tərəf vətəndaş hüququmun təminində gücsüz görünməkdədir.
- Yeri gəlmişkən, QAT sədri Akif Nağının və müavininin də qonşu ölkəyə yolu qapanıb. Heç maraqlanmısınızmı ki, Gürcüstan hökuməti Ermənistandan Cavaxetiyada işləyən hansısa Ermənistan vətəndaşının ölkəyə girişini yasaq etsin?
- Əksinə, Gürcüstanın indiki hakimiyyəti tərəfindən sırf separatçı mövqeyi ilə mühakimə olunan, giriş yasağı tətbiq olunmuş Çaxalyan və Ohanyan üzərindən giriş qadağası, eyni zamanda həbs qərarı ləğv edilib. Çaxalyan və Ohanyan Saakaşvili dönəmində mühakimə olunmuşdular. Kimin tərəfindən olmasından asılı olmayaraq, dövlətçiliyi təhdid edən ixtiyarı biri üçün sərt qərarların qəbulunu təqdir edirəm. Mən və rəhbərlik etdiyim təşkilat isə mütləq anlamda dostluq, qardaşlıq carçısıdır. Bizi ən çox narahat edən də Gürcüstanın indiki hakimiyyətinin anormal düşüncəsidir.
- Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlar və yerli hakimiyyət orqanlarında təmsil olunan soydaşlarımızdan bu mənada hansı gözləntiləriniz var?
- Onlardan elə bir gözləntim yoxdur. Səbəbi hamımıza aydındır. Bir məmurdan baş verənlərə, mənim və “Borçalı” Cəmiyyəti haqqında ən azından sosial şəbəkədə bir mövqe ifadə etməsini istədim, daş atdı, başını tutdu. Lakin ucuzlaşmaq bizlik deyil. Deputat Mahir Dərziyevdın isə umacağım qüvvədədir. Axı o, indiki 41-in millət vəkilidi, özü də fəaliyyətimiz haqqında kifayət qədər bilgili olan eloğlumuzdur. Yeri gəlmişkən, 41 İvanişvilinin “Gürcü Arzusu”nun nömrəsidir.
- Hər halda Gürcüstanda ictimai rəyə reaksiya var. Niyə yerli azəraycanlılar sizi müdafiə tədbirləri keçirmir?
- Yerli qurumlar elliklə Gürcüstan rəhbərliyinə müraciət ediblər. Ayrı-ayrı yerlərdə bir neçə min nəfər soydaşımız da müvafiq qurumlara kollektiv müraciətlər ünvanlayıb. Ancaq hələ ki, xeyli ümidverici vədlər verilsə də, konkret nəticə yoxdur. Bəzi gürcü qurumları isə bu və ya digər formada çevrəmizdəki həlqəni daraltmağa cəhdlər etməkdədirlər. Mən ümumiyyətlə, Gürcüstanın indiki hakimiyyətinə çox təşəkkür edirəm. İlk öncə varlığımıza həssas yanaşdıqları üçün və kimin-kim olmasına yardımçı olduqları üçün. Onlar mənə çox şey öyrətdilər. Bu mərhələdən məmnunuq və yolumuzu gedirik. İnanıram ki, gürcü xalqı ən yaxın zamanda bizi gül-çıçəklə qarşılayacaq.
- Sizcə, Azərbaycan XİN-in çalışmaları nədən nəticə vermədi?
- Azərbaycan zəifdir. Hərdən zarafatla dostlara deyirəm ki, ən çox xarici işlər nazirləri kontaktda olsa da, görünür Elmar müəllim Məmmədyarov dilimizi yaxşı bilmədiyi üçün gürcü həmkarını başa sala bilmir. Hər halda milli məsələlərdə dişsiz olmağımız bu məsələdə də öz təsdiqini tapmaqdadır. Bu problemi həll etmək iqtidarında olmayan iqtidar yazıq görkəmdə görünür və güclü adlandırıla bilməz. Cəhdləri isə sanki gözdən pərdə asmağa bənzəyir. Gürcüstan tərəfdən daha çox bizimkiləri günahlandırma cəhdləri mövcuddur. Hərçənd bu versiyanı rədd edirəm.
- Bu problemlər ənənəvi Elat tədbirlərinin keçirilməsini əngəlləyə bilərmi?
- Qətiyyən. Hər könüldə bir Elat tonqalı yanmaqdadır. Onu söndürməyə cəhd edən alışıb yana bilər. Onun istisinə qızınanlar udacaq və var olacaqlar. Müqəddəsləşmiş Elat bayramının mahiyyətini dəyişmək cəhdləri olsa da, gürcü mədəniyyətinin milli mədəniyyətimizə elliklə qucaq açacağına inanıram.
- Zəlimxan bəy, Azərbaycandakı müxalif siyasi qüvvələrin davranışları cəmiyyətin siyasətlə maraqlanan hissəsində məyusluğu artırmaqda davam edir. Bu qüvvələr hətta Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarətə də ayrı-ayrılıqda gedir...
- Bu, siyasi sistemimizin formalaşmağa qoyulmaması və patoloji quruluşu ilə bağlıdır. Mövcud iqtidar bu sonluqdan məmnun olmaqdansa ağlamalıdır. Nifaqların kökündə də bu patoloji yanaşma durur.
- Elə isə bu patologiyanın müalicə varmı? Diş həkimi bu patologiyanı necə aradan qaldırardı?
- Əlbəttə, müalicəsi var. Bu da genetik quruluşumuzdadır. Bu gün siyasət adlı meydanda formalaşmış çox zəngin milli baza var. Bu baza milli gücə çevriləcək. Ölkəmizdə, regionda və dünyada daralan həlqə bunu diktə edir. Diş həkimi kimi zehniyyətimizi, sağlığımızı, təhsilimizi, iqtisadiyyatımızı zəhərləyın irinli dişi “uf” demədən çəkib zibil qutusuna atardım - baxmayaraq ki, müalicəyə meyilli həkiməm.
- Qəzvində azərbaycanlı qadın - milli fəal Süheyla Kargərin həbsi yenidən diqqəti Güney Azərbaycandakı proseslərə, İrandakı azərbaycanlı topluma yönəltdi. Necə etmək olar ki, bu həssas zamanda Azərbaycan-İran münasibətləri zədələnmədən qonşu ölkədəki azərbaycanlıların haqları qorunsun? Anlaşma mümkündürmü? Yeri gəlmişkən, qarşıdan Dünya Azərbaycanlılarının qurultayı gəlir...
- İran teokratik, antitürk ovqatlı şovinist dövlətdir. Qanunun ali olduğu dövlət olsaydı, ardıcıl islahatlar kimin kim olma məsələsinə bəlkə də aydınlıq gətirərdi. Təəssüf ki, rejim istismar mexanizmidir. Türk ruhunu öldürmək, türk dünyasına qarşı düşmənçilik ideoloji olaraq özünə yer eləyib. İran adlı coğrafiya yenidən qurulmalıdır. Güney Azərbaycan milli hərəkatı ayaq üstədir. Strateji olaraq istiqlal qaçılmaz görünür. Mübarizəyə hazır olmasaq və mübarizə aparmasaq, iflas qaçılmazdır. Tək silahımız ardıcıl mübarizədir.
- Ancaq belə yanaşma da var ki, bizim bu məsələyə sərt yanaşma ortaya qoymağımız İranı Ermənistana daha çox yaxınlaşmağa vadar edir. Son vaxtlar Bakı-Tehran əlaqələri sanki fərqli müstəvidədir. Dəmir yolu birləşdirilir, birgə layihələr gözlənilir. Bu mərhələ güneylilərin həyatına təsir edə bilərmi?
- Subyektiv yanaşmadır. İran və Rusiya 200 ildir bizi istismar etməkdə ortaqdır. İran və Rusiya demokratikləşsə, islahatlara ümid etmək olar. Rejimlər isə demokratiya ilə düşməndirlər. Bu belədirsə, biz öz yolumuzu getməliyik. Kommunikasiya imkanlarından daha üstün qatda biz geni, qanı bir olan eyni millətik. Sayımız isə bu bölgədə birincidir.
- Necə bilirsiniz, hazırkı durumda Azərbaycanın qarşısında duran ən birinci məsələ nədir?
- Açar məsələ Türkiyənin bu durumdan güclü çıxması və Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi ittifaqın yaranmasıdır. Çox məsələlərimizin kökü buradadır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?