GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Əbülfəz Elçibəyin parlamentdə dedi ki, seçdiyinizi 1 ildən sonra yıxacaqsınız”

“Əbülfəz Elçibəyin parlamentdə dedi ki, seçdiyinizi 1 ildən sonra yıxacaqsınız”

Tarix: 6-06-2016, 17:30 Bölmə :Müsahibə Baxış: 582
“Əbülfəz Elçibəyin parlamentdə dedi ki, seçdiyinizi 1 ildən sonra yıxacaqsınız”

Mirmahmud Mirəlioğlu: “4 iyunda uduzan Elçibəy deyildi, Azərbaycan idi”

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edirik.

- Eks-spiker Rəsul Quliyev bəyan edib ki, M. Ə. Rəsulzadə birinci, Əbülfəz Elçibəy isə ikinci müstəqilliyin banisi deyil. Bunu necə qiymətləndirirsiniz?

- Onun fikirlər nə reallığa uyğundur, nə də tarixi faktlara. Bu son dərəcə aydındır. Ancaq deyərdim ki, Rəsul Quliyevin özünün əhval-ruhiyyəsinə uyğun bir cavabıdır. Hətta, deyərdim ki, Rəsul Quliyevin Rəsulzadə və Elçibəy haqqında dediyi fikirlər tənqidə layiq deyil. Ola bilər ki, boş vaxtı çox olur və bu məsələlərə çox vaxt ayırır. Bu məsələlərlə bağlı heç vaxt fikrini dəyişmir. Rəsul bəyin açıqlamasına bundan çox dəyər verməkdə fikrimcə, doğru olmazdı.

- 1993-cü ilin 4 iyununda Gəncədə baş verən hərbi qiyam zaman siz hansı vəzifəni tuturdunuz?

- Həmin vaxt mən sadəcə millət vəkili idim.

- 4 iyunda Gəncədə prezident Əbülfəz Elçibəyə qarşı hərbi qiyam baş verdi və nəticəsi bəllidir. Bunun üzərindən 23 il ötür. Sizcə, 4 iyunda nə baş vermişdi?

- 4 iyun qiyamını qiymətləndirmək üçün əsl mahiyyəti və səbəbləri açıqlamaq lazımdır. Bunun üçün də, həmin dövrdə baş verən mühüm hadisələrə diqqət etməyimiz vacibdir. Nəzərə alınmalıdır ki, 4 iyuna qədər Azərbaycan türk dünyasında artıq mühüm yer tuturdu. Məsələn, 1992-ci ilin payızında Türk cümhuriyyətləri cümhurbaşqanlarının zirvə toplantısı keçirildi, bu toplantıda Əbülfəz Elçibəyin cümhurbaşqanları tərəfindən tanınması və qəbul olunması baş vermişdi. Həmin ərəfədə türk dünyası ilə bağlı ciddi inkişaf gedirdi. Bundan savayı, həmin dövrdə ümumilikdə ciddi inkişaf müşahidə olunurdu, dövlətin əsasları yaradılırdı. Azərbaycanla bağlı düşmən planları ya ifşa edilir, ya da puçolurdu. Başqa sözlə, Azərbaycan geriyə dönüşü mümkün olmayan kurs götürmüşdü. 1993-cü ilin yanvar-fevralında Azərbaycan ordusu Xankəndi istiqamətində irəliləyirdi, bəzi istiqamətlərdə hətta Xankəndi ətrafında ordumuz 4-5 kilometrlikdə dayanırdı. Şübhəsiz ki, bu Rusiyanın maraqlarını alt-üst edirdi. Eləcədə iqtisadi istiqamətdə mühüm addımlar atılırdı. Məsələn, neft kontraktlarının imzalanamsı üçün işlərə başlanmışdı, hətta Milli Məclisdə də, bu istiqamətdə işlər aparılırdı. Məqsəd neft kontraktlarında Azərbaycanın maraqlarının qorunması idi, hətta 1 faiz üzərində ciddi diskussiya aparılırdı.

Unutmayın ki, 1993-cü il mayın 25-də prezident Elçibəyin səyi nəticəsində rus qoşunlarının Azərbaycan ərazisindən çıxarıldı. Bu da, öz növbəsində işləri sürətləndirdi. Aprelin 2-də Kəlbəcər işğal olunmuşdu və hər kəs bilir ki, işğal edilən ərazilərimiz Rusiya qoşunlarının bilavasitə iştirakı ilə baş tutub. Bunu Rusiyaya, Avrasiya Birliyinə meyl edənlər unutmamalıdır.

Təbii ki, bütün bunlarla yanaşı Əbülfəz Elçibəy hökumətin qiyamla devrilməsi üçün müxtəlif ssenarilər və xain planlar cızılırdı. Hakimiyyət komandası daxilində fikir ayrılıqları yaradılmışdı. Fevralda bu məsələlər bir qədər də şiddətləndi. Nəhayətdə apreldə hərbi birlik yaradıldı, burada hərbçilər bir araya gəldi. Sonra hər kəsin bildiyi məqamlar oldu, milli qəhrəmanla münasibətlər və s. Mən bunu həmin dövrdə Deputat İstintaq Komissiyasında da qeyd etmişdim. Demişdik ki, 4 iyun qiyamı 1993-cü ildə Azərbaycanın daxili və xarici düşmənlərinin birgə hazırlayıb həyata keçirdiyi, eləcədə nail olduqları ilk böyük uğurlu əməliyyatları idi.

- Qiyamla bağlı müxtəlif şəxslərin adı çəkilir, qeyd edilir ki, bu şəxslər qiyamçı Sürət Hüseynova dəstəklərini əsla əsirgəməyib. Konkret olaraq Etibar Məmmədovun, Rəhim Qazıyev, Nemət Pənahlının və digər şəxslərin adı çəkilir. Bu gerçəkdirmi?

- Qiyamdan 23 il keçir və bu bizim uzaq tariximiz deyil. Hər kəs bilir ki, qiyamda hansı və nə qədər rol oynayıb. Hər kəsə bəllidir ki, qiyama siyasi dəstək olub. Həmçinin rus qoşunları Gəncədə ki, silahlarını 907-ci hərbi hissəyə təhvil verərək getmişdi. Başqa sözlə, Rusiya buradan çıxmışdı, lakin basdırdığı minalarını saxlayırdı. Ona görə də, bu məsələyə yenidən qayıdıb yeni söz demək mümkün deyil. Hərbi və siyasi birliklər vardı və bunlar həqiqətdir. Bu mövzu tarix üçün o qədər dərin və geniş araşdırılıb ki, kimin nə deməsindən asılı olmayaraq hər şey isbatlanıb və ortadadır. Əbülfəz Elçibəyin dediyindən, Deputat İstintaq Komisssiyasının araşdırıb faktları ortaya qoymasından sonra təzə söz demək mümkün deyil. Hətta Heydər Əliyevin Ali Sovetin sədri olaraq yaratdığı komissiyada belə bu faktlar ortaya çıxıb.

- Yəni həmin dövrün siyasi müxalifətinin hərbi müxalifəti dəstəkləməsinə şübhə olmamalıdır?

- Nəinki AXC-Müsavat iqtidarına müxalifətdə olan siyasi qüvvələr, o zaman hətta vəzifə almayanlar, eləcədə vəzifədən gedənlər, birinci katiblər, kommunist nomenklaturası, küsənlər, həmçinin haqla batili ayıra bilməyən insanların hamısı bu məsələyə qarışmışdı. Yəni hamı Elçibəy hakimiyyətinə qarşı birləşmişdi. Düzdü, indi onların bəziləri başqa söhbətlər edərək deyirlər ki, bu hakimiyyət içindən dağılmalı idi və s. Onda adama deyərlər ki, o zaman İranın bizdəki böyükelçisi Nəlvandiyanın Gəncədə nə işi vardı? Və yaxud Rusiya qoşunları ölkədən çıxarıldıqdan sonra general Şerbakın buralarda nə üçün qalmışdı? Avropadan gələn emissarlar Gəncədə niyə Sürətin dəstəsinin ətrafında idi? Nədən Gəncə televiziyasının verilişinə hətta İraqda belə baxmaq mümkün idi?. Bu televiziyanın belə geniş radiusda tutması hansı məqsədə xidmət edirdi? Və ya Heydər Əliyev Bakıya dəvət olundu, ona vəzifə təklif olundu. O da, qeyd etdi ki, Gəncəyə gedib vəziyyəti gözü ilə gördükdən, orada danışıqlar apardıqdan sonra Ali Sovetin sədri olmağa razı olacaq. Bütün bu sualların arxasında xeyli məsələlər var. Üstəlik də nəzərə alın ki, bütün bu proseslərin bəlkə də 99 faizi lentə alınıb.

- Elçibəyi hakimiyyətdən uzaqlaşdıran hərbi qiyamdan 23 il keçir. Sizcə, bu prosesdə uduzan tərəf prezident Elçibəy olmadımı?

- Əbülfəz Elçibəyin uduzduğu bu idi ki, özünü millətə, dövlətə həsr etmişdi. Kimsə bu fikirlərin əksinə çıxa bilər və bu onun haqqıdır. Ancaq uduzan Elçibəy deyil, Azərbaycan idi. Məhz qiyamdan sonra bizim bir neçə rayonumuz işğala məruz qaldı. Elçibəy hakimiyyətini devirmək üçün Kəlbəcər getdi. Bu da, planın tərkib hissəsindən biri idi. Uduzan təbii ki, Azərbaycan oldu. Ancaq təbii ki, məsuliyyət

Əbülfəz Elçibəyin üzərində idi və o da bunu etiraf edirdi. Onu da, qeyd edim ki, bu məsələdə AXC hakimiyyətində komanda üzvləri bütövlükdə bütün məsuliyyəti Əbülfəz Elçibəyin üzərinə qoymaqla yanaşı həm də onu döyüş meydanında yalnız buraxdılar. Bu da deyilməlidir. Söhbət təkcə, istefa verməklə, geri çəkilməklə meydanda prezident Elçibəyi tək qoymaqla bağlı deyildi. Həm də, prosesləri o cür gətirib nəhayətdə 4 iyuna çatdırmaqla Elçibəyi tək buraxdılar. O dövrdə parlamentin seçkilərini gecikdirməkdən tutmuş hər şeyi qeyd etmək lazımdır. Hər kəsin, o cümlədən də mənim məsuliyyətimdə var və kimsə də, bundan qaça bilməz. Tarix də bunu deyəcək. Bu gün kimin imkanı var yaşayır, müsahibə verir, ortaya sənəd qoyur, özünü müdafiə edir və s. Ancaq Azərbaycanı müdafiə etmək haqda düşünmür. Hər kəs bu məsələdə doğru-dürüst olmayan mövqelərin içərisindədir ki, ancaq özünün müdafiəsi ilə məşğuldur.

- Niyə Gəncə qiyamı haqda danışanlar ancaq özünü müdafiə edir, bu proseslərdə mənfi rol oynamadığını sübut etməyə çalışır?

- Əslində bu ironiya deyil. Sadəcə bizim yuxarıda gəldiyimiz nəticənin ifadəsi və göstəricisidir. Bəli, hər kəs bu məsələdə özünü müdafiə ilə məşğuldur. Mən özüm başda olmaqla.

- İyun ayının 24-ü Əbülfəz Elçibəyin doğum günüdür. Bu tarix qeyd ediləcəkmi?

- Təbii ki, qeyd edəcəyik. KXCP hər zaman olduğu kimi iyunun 24-də türkçülük bayramını qeyd edəcək, Əbülfəz Elçibəyin məzarını ziyarət edəcəyik. Həmin gün Ali Məclisin sessiyası da keçiriləcək.

- İyun ayı Elçibəy prizmasından çox qəribə aydır. Elçibəy iyunda doğulub, prezident kimi fəaliyyətə başlayıb, prezidentlikdən devrilib. Sizcə, nədən Elçibəylə bağlı ən gözəl və ən pis hadisələr məhz iyun ayında baş verib?

- Bunların bir qismi bizdən və Əbülfəz bəydən asılı olmayan məsələlərdir. Yəni doğulması. Biri həm ondan asılı idi, həm də asılı deyildi. Məsələn, mart ayında Ayaz Mütəllibov istefaya göndərildikdən sonra Əbülfəz Elçibəyin parlamentdə məşhur çıxışı oldu. Bəy təklif etdi ki, gəlin parlamentdə etimad hökuməti yaradaq və prezident seçkilərinə getməyəcək. Bu zaman zal uğuldadı. İstər kommunisti, istərsə də demokratı. Həm də prezident seçkiləri keçiriləcəyi təqdirdə namizəd olmaq istəyənlərin də çoxu sessiyada idi. Zal uğuldayan zaman Əbülfəz bəy əlini qaldırıb dedi ki, indi seçkiyə getmək haqda qərar qəbul edəcəksiniz, 3 ay sonra seçki keçirəcəksiniz və seçdiyinizi 1 ildən sonra yıxacaqsınız.

İyunun 24-də doğum günündə prezident səlahiyyətlərinin Elçibəydən alınması əslində insanlardan asılı idi. Artıq Əbülfəz Elçibəyi əvəz edənlər onun doğum gününə bu “hədiyyəni” hazırladılar və bunu həyata keçirdilər.

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mirmahmud Mirəlioğlu Rəsul Quliyevə lağ etdi, Etibar Məmmədov isə...

    Mirmahmud Mirəlioğlu Rəsul Quliyevə lağ etdi, ...

    31-05-2016, 23:58

  • 
  • Mirmahmud Mirəlioğlu Dövlət Baxçalı ilə görüşdü

    Mirmahmud Mirəlioğlu Dövlət Baxçalı ilə görüşdü ...

    27-08-2013, 15:06

  • 
  • Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib

    Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib ...

    25-08-2013, 14:35

  • 
  • Rəsul Quliyev Milli Şuranı TƏKZİB etdi

    Rəsul Quliyev Milli Şuranı TƏKZİB etdi ...

    25-06-2013, 18:39

  • 
  • Rəsul Quliyev Milli Şuranı tərk edir

    Rəsul Quliyev Milli Şuranı tərk edir ...

    25-08-2013, 14:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu