Türkiyədə səfərdə olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu çərşənbə axşamı Milliyyətçi Hərəkat Partiyasının (MHP) genəl başkanı Dövlət Baxçalıilə görüşüb.
Turan-ın məlumatına görə, MHP-nin mərkəzi ofisində keçirilən görüşdə Türkiyə və Azərbaycanda, eləcə də regiondakı durumla bağlı fikir mübadiləsi aparılıb. Bu müzakirələrdə Qafqazda, Ortadoğu və Balkanlarda baş verən olayların hər iki ölkəyə təsirinin ola biləcəyi vurğulanıb.
Görüşdə Qarabağın işğalı, beynəlxalq qurumların və dünyanın aparıcı dövlətlərinin işğalçı ilə işğal edilən arasında fərq qoymamaları xüsusi qeyd edilib. Avrasiyanın geniş coğrafi arealını əhatə edən 250 milyondan çox əhaliyə malik türk dövlətlərinin sosial, iqtisadi, mədəni əlaqələrin genişləndirilməsi haqda fikir mübadiləsi aparılıb. Bu əlaqələrin yekunu olaraq “Türk Birliyi”nin yaranması üçün çalışmalar türk milliyətçilərinin əsas hədəfi kimi göstərilib.
Görüşdə Azərbaycan milli-azadlıq hərəkatının rəhbəri, demokratik dəyərlər uğrunda mücadiləyə çox önəmli töhfələr verən, demokratik yolla ilk prezident seçilən Əbülfəz Elçibəy yad edilib. Ə.Elçibəy türk milliyətçiliyi düşüncəsini iqtidara daşıyan prezident kimi dəyərləndirilib.
Müzakirələrdə KXCP ilə MHP arasında əlaqələrin genişlənməsinin də önəmli olması nəzərə çatdırılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?