GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Kabinetinizdəki qanlı olayın şahidi olmaq istəmirəm" Mirmahmud ağa Heydər Əliyevə...

"Kabinetinizdəki qanlı olayın şahidi olmaq istəmirəm" Mirmahmud ağa Heydər Əliyevə...

Tarix: 18-06-2016, 16:28 Bölmə :Müsahibə Baxış: 502
"Kabinetinizdəki qanlı olayın şahidi olmaq istəmirəm" Mirmahmud ağa Heydər Əliyevə...

Klassik Xalq Cəbhəsi Partiyasının sədri, Gəncə hadisələri ilə bağlı yaradılmış deputat istintaq komissiyasının ən fəal üzvlərindən olmuş Mirmahmud Mirəlioğlu da Aslan İsmayılovun müsahibəsində onunla bağlı səsləndirdiyi fikirlərlə, yəni həmin olaylarla bağlı çox şey bilsə də az danışması haqqında ittihamı ilə razılaşmadığını bildirdi.

Qərara almışdıq ki, ona da cavab haqqı tanınacaq və bu gün, məhz Elçibəyin Bakını tərk edərək Kələkiyə getdiyi 17 iyunun 23-cü ildönümündə Mirmahmud ağa ilə üzbəüz çox ilginc açıqlamalarla zəngin həmsöhbət olduq.

Beəliklə, KXCP sədri Mirmahmud Mirəlioğlunun Moderator.az-a müsahibəsini oxuculara təqdim edirik:


- Mirmahmud ağa, 4 iyun hadisələrinin 23-cü ildönümü xeyli fərqli keçdi və həmin olayların iştirakçıları əvvəlki illərdən fərqli olaraq demək olar ki, hamısı danışdı. Bir daha bəlli oldu ki, doğrudan da deyildiyi kimi məğlubiyyət yetim olur, kimsə sahib çıxmaq istəmir...

- Azərbaycanda məsələlərə yanaşmağın tərzi fərqlidir. Yəni 4 iyunla bağlı məsələ əslində heç əlahiddə bir məsələ də deyil. Bu da bizim xarakterimizdən irəli gələn məsələdir. Niyə 4 iyun bu qədər dartışılır? 4 iyunda başlanğıcından haqla batil o qədər bir-birinə qarışdırılıb ki və biz zamanında o məsələlərlə əlaqədar həm fərd, həm cəmiyyət olaraq doğru mövqedə və doğru cərgədə olmamışıq. Məqamında, yəni 23 il bundan qabaq deyiləsi məsələləri deməmişik deyə içimizdə qalıb qövr eləyib. Birinicisi budur. İkinci başqa bir səbəb də var. Biz yaradılan deputat istintaq komissiyasının üzvü olsaq belə hətta o zaman ucqar Azərbaycan kəndində bəzilərinin bildiyini belə komissiya üzvləri və hadisələrin iştirakçıları bilməyib. Üçüncü bir məqam da budur ki, şərait başqa bir şey diqtə edib. Məsələn, biz indiyə qədər elə bilirik ki, ilk komissiya biz olmuşuq və prezident tərəfindən Gəncəyə göndərilib. Prezident isə dedi ki, bir qrup ziyalı mənim yanıma gəlmişdi, bildirdilər ki, Gəncədə baş verənlərlə bağlı məsləhət almağa gəlmişik ki, ora getmək istəyirik. Prezident onlara nə deyəsidir ki? Deyib ki, gedə bilərsiniz. Burda nə qəribə bir şey var? Onların da bəziləri bu məsələni böyüdürlər, şişirdirlər. Hər yerdə deyirlər ki, bəs bizi prezident göndərdi. Halbuki onlara heç kim səlahiyyət verməyib, heç bir imza yoxdur, sadəcə söhbət olunub və prezident də öz vətəndaşlarını qəbul edib. Baxın görün gedənlər neynəyib. Əslində 4 iyunla bağlı məsələlərin hamısının baş - ayaq olması da elə ordan qaynaqlanır. Surətin adamları onlara elə ordaca arayış yazdırırlar. Yəni özlərini komissiya elan edən adamların gedib orada gördükləri və araşdırdıqları məsələlərlə bağlı arayış Gəncədə yazılır. Arayışı özləri yazırlar.

- Surət Hüseynovun diqtəsi ilə...

- Bunu İmam Mustafayevin özü bizim deputat istintaq komissiyasına verdiyi ifadədə deyir. Sonra da çalışır suallara bircə cümləlik cavablar versin ki, paxırları üzə çaxmasın. Hər zavabı da belə olur ki, Surətin adamlarının dediyinə görə, 709 saylı hərbi hissədə dediklərinə görə və s. Yəni o rəqəmlərin hamısın bunlar başqa mənbədən araşdırmayıblar, hamısı Surətin adamlarının dediklərinə əsasən qeyd edilib. Baxın görün İmam Mustafayev Bakıya qayıtdıqdan sonra neynəyir. Ağıllı adam olduğuna görə...

- Ağıllı, yoxsa obrazlı desək, zəmanə adamı olduğuna görə...?

- Yox, nə təhər olur olsun, o haqq dünyasındadır. O belə fikirləşir ki, gözüm görmür, Sabir, sən bunu oxu. Təsəvvür edin, arayışı Gəncədə başqası hazırlayıb, bu da öhdəlik götürüb ki, oxuyacaq, onunçün həmin arayışı hazırlayıblar, amma son məqamda vəziyyətdən çıxmaq üçün Sabir Rüstəmxanlını qabağa verir ki, gözüm görmür, sən oxu. Sabir də məcburən oxuyur. Sabir Rüstəmxanlının da, başqalarının da deputat istintaq komissiyasına ifadələri var. Hətta əksəriyyətin yazılı, öz xətləri ilə yazdıqları ifadələri var. Hamısında da yazılıb ki, bizə belə dedilər. Onlar Gəncəyə baş verənləri araşdırmağa getməyiblər ki. İndi bəzi adamlar insafsızcasına məsələləri öz arşınlarıyla ölçməyə cəhd edərək sudan quru çıxmağa çalışırlar. İndi belədir ki, biriləri adamların haqqında nə təhər istəyir, o cür də danışır, amma üzbəüz gələndə ya danışmır, ya da başqa şey deyir. Adamla üzbəüz olanda necə danışmalısansa, o adamlar olmayanda da o cür danışmalısan ki, bu daha doğru, daha dürsüt olar. Amma bəzi adamlar belə hesab edirlər ki, onlar təhrif etməklə insanları öz yalanlarına inandırmağa nail olurlar. İndi elə adamlar danışır ki, onlar ilk dəfədir danışır. Yəni həyatında, aradan keçən 23 ildə 4 iyunla bağlı ictimaiyyətə ilk dəfədir danışır. Özü də bütün danışanların üstündən xətt çəkir, özünü də qorumaq üçün Elçibəyi müdafiəyə keçir. Amma unudur ki, bu günki Azərbaycan cəmiyyətində içi biz qarışıq Elçibəyin heç kəsin müdafiəsinə ehtiyacı yoxdur. O sağlığında bütün məsələlərə münasibətini bildirib və haqq dünyasına qovuşub. İndi məsələ necədir. O zaman dediklərimizi indi başlayırıq redaktə etməyə. Axi qayıdıb 23 il öncəyə baxanda indi bir az qəribə görünür o dövrlər. Şəxsən mən özüm də xüsusi rəylə çıxışıma baxanda razılaşmıram. O vaxt heç mənim 40 yaşım da yox idi, indi isə 60 yaşımda bu məsələyə baxıram və 60 yaşındakı adam kimi bunu beynimdə redaktə etməyə çalışıram ki, ağsaqqal yaşda olan adam necə belə şeyləri deyə bilər. Axı belə şey olar, bunu etmək olmaz. Nədirsə odur. Əvvəl nə danışmısansa, hansı mövqeni sərgiləmisənsə, hətta bəzən kəskin və yolverilməz ifadələr işlətmisənsə onu bu gün də qəbul etməlisən və dəyişməyə cəhd etməməlisən. Amma baxırsan ki, çoxları bu məsələlərdə obyektivlik hissini itiriblər. Əslində indi cəmiyyətin indiki durumunda 23 il əvvəl baş verənlərə bu cür münasibət bildirməsinin də məncə iki səbəbi var. Birincisi budur ki, bu gün aktuallıq kəsb edən məsələlər unutdurulsun. Yəni yaddan çıxarılsın ki, ölkədə nə var, vəziyyət necədir, ictimai-siyasi durum necədir, Qarabağ məsələsində hansı yeniliklər var, apreldə ordumuz bu işləri gördü, çox gözəl, hamı bir nəfər kimi qalxdı səfərbər oldu, bəs indi niyə biz diplomatik danışıqlarda şəhidlərimizin qanını batırırıq, bütün bunlar yada düşməsin. Birinci məsələ məhz budur. İkincisi də özünümüdafiə instinkti güclənib deyə hər kəs istəyir ki, özünün məsuliyyətini başqalarına yükləyə. Amma bu məsələrdə hamının məsuliyyət payı var. Mənim millət vəkili və deputat istintaq komissiyasının üzvü kimi məsuliyyət payım var, başqasının da başqa məsuliyyəti var, indi istəyirlər onu dəyişdirsinlər. Tale də elə gətirdi ki, biz başlanğıcda deputat istintaq komissiyasının üzvü olaraq bu məsələdə az məlumatlı da olsaq, növbəti mərhələ başladı və mən hərbi tribunalda həm Şahin Rüstəmovun sədrliyi ilə, həm Oqtay Maqsudovun sədrliyi ilə keçən bütün məhkəmə proseslərində iştirak etdim, həm də orada ittiham edilənlərin ictimai müdafiəçisi kimi də çıxış etdim. Növbəti başqa bir mərhələ oldu ki, artıq həm millət vəkili kimi fəaliyyət göstərdim, həm də 94-cü ilin oktyabr, həm 95-ci ilin mart hadisələrinin birbaşa iştirakçısı oldum. Heydər Əliyevin rəhbərliyi ilə keçirilən oktyabr mitinqinə heç kəs getmədiyi halda Demkonqresin qərarı ilə Siracəddin Hacı və Mirmahmud getdi, Demkonqresin də bəyanatını ora apardı. Surət Hüseynovun ziqzaqlı həyatını və son aqibətini gözlərimizlə gördük. Yəni bunları görməyi Allah bizə qismət elədi. Yəni mərhələ-mərhələ bütün bu məsələlərin içərisində olduq. Gördüyümüz də bu oldu ki, məsələ təkcə Azərbaycanın məsələsi deyil. Buna zamanında prezident də münasibət bildirdi, sonrakı vaxtlarda da bəlli oldu. Baş verənlər Azərbaycana yönəlik siyasətin tam tərkib hissəsi idi.

- Üzr istəyirəm, dediniz ki, 4 iyun hadisələrini 23 il sonra bu cür qabartmaqla həm də bu gün baş verənlərin cəmiyyət tərəfindən unutdurlamsı, arxa plana keçirilməsi məqsədi güdülür. Bu hadisələrin 23 - cü ildönümündə, Moderator.az olaraq bu ilki 4 iyunu qazanını biz qaynatdıq və Aslan İsmayılovun müsahibəsi ilə demək olar ki, hamını danışdırmağa sövq etdik, amma bizim ölkədə bu gün baş verənləri unutdurmaq və ya arxa plana keçirmək niyyətimiz olmayıb...

-Mən sizinlə tamamilə bölüşürəm. Siz iş görmüsünüz, bundan da hər kəs özü üçün istifadə edib. Siz istəmisiniz ki, bu məsələyə bir münasibət bildirilsin. Bu münasibətdə isə belə deyək ki, bir partlayış baş verib. Bu partlayışdan da təbii ki, sui-istifadə edənlər, vəziyyəti başqa cür qiymətləndirənlər də var. Ona görə də sizin məqsədiniz ayrıdır və həm də aydındır. Mən kimləri nəzərdə tutduğumu onların özləri yaxşı bilir.

- Qeyd etdiniz ki, bəziləri 23 ildir danışmır, bəziləri isə əvvəl bir şey danışıb, indi məsələyə başqa prizmadan yanaşaraq baş verənlərə başqa cür don geyindirməyə çalışırlar. Sizin qənaətiniz necədir, bu insanların çoxu doğrudanmı bu və ya digər formada danışanda eyiblərinin açılacağından qorxaraq susurlar, yoxsa sadəcə “susmaq qızıldır” prinsipindən çıxış edirlər?

- Yox, bu, adamların xarakterindən irəli gəlir. Məsələn, əgər deputat istintaq komissiyası üzvlərindən söhbət gedirsə, burada hər şey gün kimi aydındır. Məsələn, bu komissiyanın üzvü olan dostlarımızdan biri danışır, amma axıra qədər danışmır, daha çox danışır, amma hər şeyi demir. Özü belə məsləhət bilib, biz indi durub ondan tələb edə bilmərik ki, hər şeyi deməlisən. Yaxud, deyək ki, bizim aramızda fikir ayrılığının ortalığa çıxdığı səhnə belədir. Komissiyanı Heydər Əliyev qəbul edir. Maraqlı bir detaldır. Mənim fikrimcə, biz belə hesab edirik ki, komissiya üzvləri yalnız Heydər Əliyevlə görüşəcək. Amma otağa daxil oluruq, görürük ki, Heydər Əliyev yuxarı tərəfdə oturub, onun yanında da Afiyyədin Cəlilov və Surət Hüseynov oturub. Komissiyanın sədri Mətləb Mütəllimli Afiyəddin Cəlilovla üzbəüz oturur, mən də Surət Hüseynovla. Komissiya üzvləri otağa daxil olub yerləşənə qədər 11 saniyənin ərzində heç yerlərinə də oturmadan hamısı xorla deyirlər ki, siz nə desəniz biz onu edəcəyik, hər şey də hazırdır. Halbuki hələ Surət Hüseynovu heç dindirməmişik.

- Bunu komissiya üzvləri deyir Heydər Əliyevə?

- Bəli. Özü də üzr istəyirəm, bir - birinə imkan vermədən 4 nəfər xorla deyirlər ki, nə deyirsiniz razıyıq, əlləri ilə məni göstərərək deyirlər ki, amma komissiyada razılaşmayan bircə budur. Surət Hüseynov da barmağını mənə uzadaraq deyir ki, mən səni həbs edəcəm. Mətləb Mütəllimli soruşur ki, niyə? Ona tərəf sərt şəkildə dönüb deyir ki, səni də həbs edəcəm. Hadisəni olduğu kimi təsvir edirəm.

- Bəs Heydər Əliyevin reaksiyası necə oldu Surət Hüseynovun onun yanında bu cür hədə tonu ilə danışmasına?

- Hələ ki, heç bir raksiya yoxdur. Təsəvvür edin ki, komissiya üzvləri içəri girib oturandan 30 saniyə ərzində baş verdi bunlar. Heydər Əliyev də pencəyini kənardan asıb və yarımqol köynəkdədir. Mən Heydər Əliyevin dinmədiyini görüb ayağa qalxıram. Afiyəddin Cəlilov soruşur ki, noouldu? Deyirəm ki, sağ olun, mən getməliyəm. Blaknotumu bağlayıb qalxdım və dedim ki, hörmətli Heydər bəy, mən bir azdan kabinetinizdə olan qanlı olayın şahidi olmaq istəmirəm. Qayıtdı ki, nə qanlı olay? Dedim sizin gözünüzün qabağında iki millət vəkilini hədələyib həbs etmək istəyirlər. Yəqin ki, bizi həbs edəndən sonra sizi də öldürəcəklər. Axı baş verənlər hamısı həmin komissiya üzvlərinin gözü qarşısında olub. Ya olanları olduğu kimi, detallarınadək deyirsən, ya da heç nə demirsən.

-Bundan sonra Heydər Əliyevin cavabı nə oldu?

Ardı var...

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib

    Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib ...

    25-08-2013, 14:35

  • 
  • “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu

    “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu ...

    7-01-2014, 13:14

  • 
  • Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib

    Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu ...

    4-08-2015, 11:44

  • 
  • MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ QURULTAYINA ÇAĞIRDI

    MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ ...

    31-07-2015, 01:15

  • 
  • Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak edib

    Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak ...

    6-08-2014, 00:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu