GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Türkiyə indi vacib regional oyunçuya çevrilib”

“Türkiyə indi vacib regional oyunçuya çevrilib”

Tarix: 21-06-2016, 13:50 Bölmə :Müsahibə Baxış: 581
“Türkiyə indi vacib regional oyunçuya çevrilib”

Tofiq Zülfüqarov: “Bu planlar heç bir nəticə verməyəcək”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edirik.

- Tofiq müəllim, Alman Bundestaqının “erməni soyqrımı”na dair qəbul etdiyi qətnaməni necə şərh edirsiniz?

- İlk öncə deyim ki, tarixi hadisələri ilk əvvəl tarixçilər müzakirə etməlidir. Türkiyə dövləti daima təklif edir ki, tarixçilərdən ibarət müştərək komissiya yaradılsın, 1915-ci il hadisələri ilə bağlı dövlətlərin arxivlərində olan materiallar açıqlansın. Lakin Ermənistan başda olmaqla Avropanın özü də, maraqlı deyil ki, bu hadisə ilə bağlı həqiqətlər üzə çıxsın və birdəfəlik bu mövzuya son verilsin.

- Avropa nəyə görə, bu mövzunun birdəfəlik həll və ya qapadılmasında maraqlı deyil?

- Tarix bizə deyir ki, vaxtı ilə Anadoluda erməni üsyanını məhz Antanta dövlətləri qaldırıb. Ancaq sonradan Antanta dövlətləri ermənilərin köməyinə gəlməyib. İndi özlərinə bəraət qazandırmaq üçün belə məsələləri ortaya çıxarırlar, saxta sənədlər qəbul edirlər. Əgər onlar doğurdanda tarixi həqiqətləri bilmək istəyirsə, bu zaman Malta Tribunalının 1923-cü ildə müzakirə etdiyi və qərar çıxardığı sənədləri qaldırsınlar. Həmin ildə beynəlxalq tribunal baş verib də sonra belə qərar çıxarılıb ki, erməni soyqrımı məsələsi baş verməyib. Odur ki, bu hadisəni nə qədər qabartsalar da, onun tarixi əsası yoxdur.

- Ancaq siyasi əsası var?

- Prezident Ərdoğan qeyd edib ki, Türkiyədən nəsə istəyəndə “soyqrım” məsələsini daima qaldırırlar. Mənə elə gəlir ki, Azərbaycan və Türkiyə bu mövzuya soyuqqanlı olsa, emosional reaksiyalar ifadə etməsə, onların özləri nəhayətdə bundan əl çəkərlər. Yəni buna çox da fikir vermək lazım deyil. Alman Bundestaqı belə bir qərar qəbul edibsə, özü bilər, etsin. Açığı, mən ermənilərin də buna görə sevinməsini anlamıram. Guya bununla özləri nə qazanıblar və bundan sonra nə qazanacaqlar? Şəxsən mən düşünürəm ki, ermənilər bundan heç nə qazanmayacaq. Əvəzində bu hərəkətlərlə bölgədə gərginliyi artırırlar. Təəssüflər olsun ki, ermənilərin bəyan etdiyi məqsədlər atdıqları addımlarından çox uzaqdır.

Mən hesab edirəm ki, belə sənədlərin heç bir hüquqi və siyasi nəticəsi olmayacaq. Nə qədər istəyirlər qəbul etsinlər. Maltada keçirilən Beynəlxalq Tribunların qərarı ortadadır. Bilirsinizmi, soyqrımı tanımaq üçün beynəlxalq qanunlara uyğun olaraq beynəlxalq tribunal bu məsələ ilə məşğul olmalıdır. Yalnız beynəlxalq tribunların çıxardığı qərarla genosid siyasəti tanına bilər. Beynəlxalq Tribunlar Xolokos haqda

belə qərar verib. Eləcədə Ruanda haqqında da belə bir qərar verilib. Lakin Türkiyə haqqında Malta Tribunları keçirilib və bu tribunla qərar çıxarıb ki, erməni genosid olmayıb. İndi bunların qəbul etdiyi qərarın tarixi əsası yoxdur.

- Ancaq Çexiya prezidenti də, bəyan etdi ki, “erməni soyqrımını” tanımaq üçün öz parlamentinə təklif verəcək...

- Bilirsinizmi, Çexiya prezidenti və digərləri özlərinin siyasi maraqlarına uyğun olaraq hansısa addımlar ata bilərlər. Türkiyə sürətlə inkişaf edən ölkədir, regional oyunçudur. Bu baxımdan istəyirlər Türkiyənin inkişafının qarşısını almaq üçün bəhanə tapsınlar və bu imkandan daima istifadə etsinlər. Məqsədləri budur. Ancaq onların bu məqsədinə biz əhəmiyyət verməsək, təsirli olmayacq və işləməyəcək. Soyuqqanlı yanaşma olmalıdır. Qəbul etmişiniz, çox gözəl, istəyirsiniz birini də qəbul edin. Yanaşma belə olmalıdır, sadə və emosiyadan kənar.

- Müşahidələr göstərir ki, kənardan “erməni soyqrım” silahı ilə Türkiyəyə təzyiqlə yanaşı, qardaş ölkənin daxilində hər gün terror aktları törədilir, PKK terror təşkilatı hansısa obyektlərə hücumlar təşkil edir. Sizcə, bu iki məsələ bir-birlə əlaqəlidir, yoxsa fərqli addımlardır?

- Mən bu hadisələrin bu və ya digər şəkildə bir-birilə bağlılığının olduğunu istisna etmirəm. Nəyə görə? Əsas məqsəd nədir? Türkiyə sürətlə inkişaf edir. Türkiyə əhalisinin sayı Rusiya əhalisinin yarısı qədər olduğu təqdirdə az qala Rusiyanın daxili məhsulunun yarısını təşkil edir. Təsəvvür edin, neft ixrac etməyən ölkə belə iqtisadi uğurlara nail olub. Türkiyə indi vacib regional oyunçuya çevrilib. Eləcədə ən güclü iqtisadiyyata malik olan iyirmiliyin üzvüdür, həmçinin iqtisadi çəkisinə görə, 15-ci yerdədir və s. Bu da, çoxlarının xoşuna gəlmir. Odur ki, bəhanələr axtarırlar, nəsə tapanda bunu tətbiq etməyə, dəstək verməyə çalışırlar.

- Türkiyə daxilində baş verən terror hadisələri, PKK-nın fəaliyyəti, ona kənardan dəstək kimi proseslər nə zamana qədər davam edəcək?

- Əsas məqsəd odur ki, türklər və kürdlər arasında daha dərin çaşqınlıq yaratmaqla bunu konfliktə çevirmək. Türkiyənin kürd və türk vətəndaşlarının əksəriyyəti vətənpərvərdir. Mən hesab edirəm ki, bu planlar heç bir nəticə verməyəcək. Çünki kürd məsələsini az qala 100 ilə yaxındır ki, istifadə edirlər. Bu mənada yeni bir tendensiya yoxdur. Nəzərə alın ki, əvvəlki dövrlərdə Türkiyə zəif idi. Ancaq indiki mərhələdə Türkiyə çox güclüdür. Sadəcə olaraq indi Türkiyə dövlətçiliyini onu sevməyənlər sınağa çəkirlər. Fikrimcə, Türkiyə siyasəti və dövlətçiliyi bu cür sınaqlardan layiqincə çıxacaq.

- Sanki bu proseslərdə Türkiyədə meydanda təkdir, sağdan-soldan da vurulur. Ona dəstək ancaq Azərbaycandan verilir. Bu yanaşma nə dərəcədə obyektivdir?

- Azərbaycan hər bir məsələdə Türkiyənin yanındadır. Bizim ən böyük və ən etibarlı dostumuz Türkiyədir. Açığını, biz bunu deməliyik və deyirik də. Bu həqiqətdir. Bəzən sual verirlər ki, Türkiyəyə qarşı belə qərar qəbul edirlər, axı bunun bizə nə aidiyyəti var? Niyə Azərbaycan belə hallara etiraz edir? Məncə, belə suallara konkret cavab verilməlidir. Qənaətimcə, erməni tərəfi genosid mövzusunu ona görə qaldırır ki, onlar Azərbaycan xalqına və dövlətinə qarşı etdikləri cinayətlərə haqq qazandırmaq istəyirlər. Məhz buna görə də, biz saxta genosidi rədd edirik. Birincisi, belə bir siyasət olmayıb. İkincisi, indiki Ermənistan rəhbərliyi birbaşa Xocalıda törədilən genosidi həyata keçirənlərdir. Onlar özlərinə haqq qazandırmaq üçün saxta erməni genosidi mövzusunu dünyada qabardırlar. Hesab edirəm ki, bu siyasət Ermənistanın əsas maraqlarına ziddir. Çünki Ermənistan regional əməkdaşlıq yerinə düşmənçilik ruhunu istehsal edir. Bunun nəticəsində izolyasiyada qalacaq, onun inkişafı yoxdur və gələcək perspektivdə də ola bilməz.

-Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı Anje Kasprişikin missiyasını genişləndirməsi, habelə təmas xəttində xüsusi kamera və cihazların quraşdırılmasına dair razılığa gəlindiyi haqda xəbərlər var. Sizcə, bu yolla atəşkəs rejimini möhkəmləndirə bilərmi?

– Bilirsinizmi, Anje Kaspirşikdən başqa, onun missiyasında mütəxəssislər var. 1996-cı ildə Vyanada yüksək səviyyəli planlaşdırma qrupu haqda qərar verilib. Kaspirşikin missiyasında olan hərbçilər vaxtı ilə konsepsiya yaradıblar, sülhməramlı əməliyyatların təşkili, tərtibatı işlərini yüksək səviyyədə bilirlər. İndi bu mütəxəssislər təmas xəttində olurlar. Erməni qüvvələrin işğal edilən torpaqlardan çəkilməsi məsələsi, əraziyə nəzarət, yerləşdirmə və s kimi məsələlərlə bağlı Kaspirşikin missiyasında olan mütəxəssislərin ümumi təcrübəsi, hansısa iş modeli var. Ancaq söhbət ondan gedir ki, bütün bunlar Ermənistanın işğal etdiyi ərazilərdən nə zaman çəkilməsi ilə bilavasitə bağlıdır. Yəni bu olmasa, digər işlər də olmayacaq. Demək istəyirəm ki, bu missiyasının çərçivəsində həm icraçı sədrin şəxsi nümayəndəsinin nəzarəti, digəri isə atəşkəs rejiminə nəzarət və hərbi məsələlərə dair məsələlər səlahiyyəti çərçivəsindədir. Yəni bu təzə bir şey deyil. Sadəcə ermənilər deyirlər ki, təmas xəttində kameralar, digər cihazlar olsa Azərbaycan işğal edilən əraziləri azad etmək imkanından mərhum olacaq. Bu gülməlidir. Ümumiyyətlə Ermənistan tərəfindən dəfələrlə gülməli bəyanatlar səslənir və bu birinci hal deyil. Məsələn, Ermənistan baş naziri bəyanat vermişdi ki, bizdə atom silahı var. Birincisi, Ermənistanda üç nəfər düşünsə ki, gəlin atom silahı yaradaq, bu zaman dördüncü şəxs Rusiya və digər super gücə bağlı adam olacaq. Beləcə baş nazirə xəbər çatmazdan əvvəl bu xəbər super dövlətlərə çatacaq. Sadəlöhv bəyanatlar qeyri-ciddiliyin əlamətidir. İndi də Sarkisiyanın sonuncu bəyanatı qeyri ciddi məna daşıyır. Özünüz görürsünüz ki, fikrin özü səviyyəsizdir.

- Danışıqlar prosesinə optimist yanaşırsınız və hesab edirsiniz ki, diplomatik təmaslar problemin həllinə gətirəcək?

- Prosesə realist kimi baxıram. Müşahidəmə görə, erməni tərəfi Vyana danışıqlarına hazırlıqsız gəlib, Vyanada onların əsas suallara cavabı olmayıb. Bu suallara cavabları olmadığı üçün onlara bir ay vaxt veriblər. Bir aydan sonra Ermənistan tərəfi hazırlıqlı olsa, danışıqlar baş tutacaq. Yox əgər yenidən oyun oynamağa başlasa, Azərbaycan tərəfinin buna marağı və həvəsi olmayacaq. Bu prosesdə yenilik nədən ibarətdir-əsas budur. Yeni amil budur ki, ordumuz və dövlətimiz öz gücünü göstərib. Sarkisiyanda məcbur olub deyib ki, Azərbaycan tərəfi 800 hektar ərazini işğaldan azad edib.

-Prezidentlərin iyunun 20-də görüşəcəyi haqda xəbərlər yayılıb. Bundan nə gözləmək olar?

-Görüşsünlər. İnformasiya hələlik geniş və əhatəli deyil. Görüş təşkil ediləcəksə, müzakirələr aparılacaqsa, bizdə informasiyaya əsasən qənaətlərimizi bölüşəcəyik.

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ”Erməni soyqırımı”nın tanınması HDP bayrağı ilə qeyd edildi

    ”Erməni soyqırımı”nın tanınması HDP bayrağı ilə ...

    3-06-2016, 00:07

  • 
  • Tofiq Qasımovun son fotosu - qürbətdə qocalan sabiq nazir

    Tofiq Qasımovun son fotosu - qürbətdə qocalan ...

    2-09-2016, 12:23

  • 
  • Qondarma ''erməni soyqırımı''nı tanıyan ölkələr - SİYAHI

    Qondarma ''erməni soyqırımı''nı tanıyan ölkələr - ...

    3-06-2016, 01:04

  • 
  • Almaniya Bundestaqı “erməni soyqırımı”nı tanıdı; Türkiyə səfirini geri çağırdı

    Almaniya Bundestaqı “erməni soyqırımı”nı tanıdı; ...

    3-06-2016, 01:05

  • 
  • AKP İqtidarının erməni ehtiyacı niyə bu qədər çoxdur?

    AKP İqtidarının erməni ehtiyacı niyə bu qədər ...

    25-04-2014, 12:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu