Leyla Yunus: “Hakimiyyət istəyir ki, hamını nəzarətdə saxlasın, amma bu mümkün deyil”
Suallara Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus cavab verib. Müsahibimiz Brüsselə etdiyi son səfərdən, keçirdiyi görüşlərdən, ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarının durumuna dair açıqladığı hesabatdan, ölkədə aparılan repressiya və həbslərdən danışıb. Eləcədə siyasi məhbus probleminin həlli istiqamətində bir sıra ictimai təşkilatların Avropa Şurasına müraciət etməsindən və siyasi məhbuslar üzrə məruzəçi postunun yenidən bərpa olunmasının vacibliyini qeyd edib.
-Leyla xanım, siz bir neçə gün Brüsseldə səfərdə olmusunuz. Bu səfəriniz nə ilə bağlı idi, əsasən hansı istiqamətdə müzakirələr apardınız? - 2011-ci ilin fevralında mən Qeyri Hökumət Təşkilatları vətəndaş cəmiyyəti nümayəndəsi olaraq Belarus, Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan və Şimali Afrikada-Morokko, Livan, Misir, eləcədə başqa ölkələr üzrə səfir seçiblər. Beləliklə 2011-ci ildən başlayaraq Avropa Birliyi ildə üç dəfə “Siyasi dialoq: vətəndaş cəmiyyəti, yerli hakimiyyətlər” mövzusunda forumlar təşkil edir. Belə bir toplantı 2011-ci ilin fevralında Bakıda keçirilib. İkinci dəfə Budapeşt, daha sonra Afrikada keçirilib. Foruma bu ölkələr üzrə nümayəndələr gəlir. Məsələn, bu forumlarda 12 ölkə üzrə vətəndaş cəmiyyəti təşkilatlarını mən təmsil edirəm. Brüsseldə keçirilən toplantıda Kişnyov və Tbilisi meriyasının nümayəndəsi də iştirak edirdi. Bir sözlə mən 12 ölkənin QHT-sini təmsil edirəm və faktiki olaraq onların səfiri statusundayam. - Bu forumdan kənarda başqa görüşlər keçirdinizmi? -Bu tədbir iki gün müddətində keçirildi və mən vaxt məhdudiyyəti səbəbindən başqa görüşlər keçirə bilmədim. Ancaq tədbirdə iştirak edən şəxslərlə fikir mübadiləsi apardıq. Sizə maraqlı məqam deyim. Hər dəfə belə görüşlərdə məsələlər ciddi şəkildə müzakirə edilir. Birinci gün tədbir başlayan kimi Meksika nümayəndəsi çıxış edərkən söylədi ki, Leyla xanım bundan sonra siz sakit olun, çünki biz Meksikadan heykəli götürmüşük. Çünki mən hər dəfə forumda çıxış edərkən Meksika icra nümayəndələrini tənqid edir, deyirdim ki, siz Azərbaycandan 6 milyon rüşvət almısınız və s. Məhz buna görə də, Meksika nümayəndəsi dərhal mənə dedi ki, Leyla xanım, qaldırdığınız məsələ artıq həll edilib, daha bizi tənqid etməyin. - ABŞ Dövlət Departamentinin ölkələr üzrə açıqladığı hesabatı necə qiymətləndirirsiniz? - ABŞ Dövlət Departamentinin hesabatı hər zaman ciddi və reallığı əks etdirib. İndiki hesabat da Azərbaycan reallığını ortaya qoyur. Hesbatda yeni bir nüans yoxdur. Həmişəki kimi problemləri qeyd ediblər. Mən hər zaman deyirəm ki, Dövlət Departamentinin hesabatı ətraflı deyil və onlar istəsəydilər daha ətraflı yaza bilərdilər. Hər halda Dövlət Departamenti insan haqları üzrə narahatlıq yaradan hallara birmənalı olaraq diqqət edib. Yəni hesabatı ümumilikdə ədalətli hesab etmək lazımdır. - Ancaq Azərbaycan hökuməti bu hesabatla razılaşmır. Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bəyan edir ki, hesabat ölkəmiz üçün nümunə ola bilməz və onlar bu sənədi ciddiyə almırlar... - Burada təəccüblü bir məqam yoxdur. Sizədə Rəbiyyət Aslanovanın bu fikirlərindən təəccüblənməməyi məsləhət görürəm. Bu normal haldır. Azərbaycan hakimiyyətinin və onun deputatının başqa cür reaksiya verməsi, problemlərin həlli istiqamətində addımlar atılacağını deməsinə təəccüb etmək olardı. Odur ki, reaksiyalar normal və bir qədər də başadüşüləndir. Bizdə hökumətin sadalanan nöqsanları araşdırıb onların həlli üçün addımlar atmaq kimi bir həvəsləri yoxdur. - Ermənistan və Gürcüstan hökuməti də Dövlət Departamentinin hesabatına belə reaksiya verirlər, yoxsa bunu ancaq bizim hökumət nümayiş etdirir? - Əgər biz MDB məkanına baxsaq görərik ki, ABŞ-ın hesabat və bəyanatlarını ən kəskin şəkildə Rusiya tənqid edir və ya reaksiya göstərir. Putin hakimiyyətinin reaksiyası sanki soyuq müharibə illərində sovet hökumətinin ABŞ-a düşmən münasibəti sərgiləməsinə bənzəyir. Bu gündə Rusiya rəsmi nümayəndələri soyuq müharibə dövründə olduğu kimi eyni sözlərlə ABŞ-ı tənqid edir. Hər bir məsələdə məhz ABŞ-ı ittiham edir, ondan düşmən düzəldir və s. Azərbaycanda ABŞ Dövlət Departamentinin hesabatlarına münasibətdə bir növ Rusiyanı təkrarlayır. Ancaq Ermənistan, Gürcüstan və Ukraynaya baxanda görürük ki, onlar hesabata daha təmkinlə yanaşır. Gürcüstan isə istəyir ki, Avropa ilə birgə addımlasın. Bunun üçün mümkün olan əksər addımlar atılır, qərb təşkilatları ilə yaxınlaşma həyata keçirilir. Onlar çalışırlar ki, Rusiyanın nəzarətində olmasın. Gördüyünüz kimi, Gürcüstanda demokratik seçkilər kçirildi. Gürcüstan hökumət nümayəndələrində Rəbiyyət Aslanova və Əli Həsənovun ritorikasına uyğun danışan siyasətçilərə rast gələ bilmərik. Ermənistan hökumətində də, hesabatla bağlı belə sərt ritorika üslubunda danışmırlar. Bu məsələdə bizim iqtidar eynən Kremlin mövqeyini təkrarlayır. - Hesabatda həmdə şəxsi mülkiyyətə müdaxilələr kəskin tənqid edilir. Sizin də şəxsi mənziliniz iradənizin əksinə olaraq uçuruldu. Sənəddə şəxsi mülkiyyətlə bağlı deyilənləri necə qiymətləndirirsiniz? - ABŞ Dövlət Departamentinin ötən ilki hesabatında hətta bizim evimizin vəhşicəsinə dağıdıldığı çox ətraflı şəkildə yazılmışdı. Ancaq əfsuslar olsun ki, bu gündə Azərbaycanda şəxsi mülkiyyət sökülür, vətəndaşlarımız isə öz hüquqlarını müdafiə edə bilmirlər. Azərbaycan orta əsirlərdə idarə olunan feodal ölkəyə bənzəyir. Əslində ABŞ Dövlət Departamenti öz hesabatında bu məqamı qeyd edib. - Siz ictimai xadimsiniz, hüquq müdafiəçisisiniz. Amma sizin evinizi belə sökdülər. Hakimiyyətə buna görə ciddi basqılar olsa da, bunun nəticəsi olmadı... - Əvvəla qeyd edim ki, Avropa Birliyi, ATƏT, Avropa Şurası, onlarla başqa təşkilat bizim mənzilimizin sökülməsini pisləyən bəyanatla çıxış etdilər. Bununla bağlı Azərbaycan hökuməti ciddi şəkildə tənqid edildi. Bizim mənzilimizin sökülməsi ilə əlaqədar olaraq artıq Avropa İnsan Hüquqları Məhkməsinə də şikayət göndərildi. Biz bu məsələdə sona qədər gedəcəyik. Çünki əlimizdə məhkəmə qərarı var idi və bu qərara əsasən evimiz sökülə bilməzdi Amma sizdə bilirsiniz ki, bizim ölkəmizdə məhkəmələrin qərarlarına baxan belə yoxdur. - Ancaq Azərbaycandan Avropa Məhkəməsinə gedən şikayətlərin kütləvi şəkildə geri qayıtdığı haqqında fikirlər var. Bu haqda siz məlumatlısınızmı və nə deyə bilərsiniz? - Mən düşünürəm ki, Azərbaycan çox zəngin ölkədir. Başqa sözlə desək Azərbaycandan kürü ilə yanaşı çoxlu sayda pulda xərcləyirlər ki, Avropa strukturlarından kimlərisə ələ alsın, Azərbaycana qarşı təzyiqləri səngitsin və s. Yəni bu istiqamətdə addımlar atılıb və hətta bu məsələ haqda Avropa Şurasında rəsmi şəxslər belə danışıb. Avropa Məhkəməsindən danışırıqsa, əlbəttə burada da kimisə almağa cəhd edilə bilər. Həm də Avropa Məhkəməsində Azərbaycan tərəfinin nümayəndələri var və onlar burdan gedən şikayətlərin geri qaytarılmasına nail olmağa çalışırlar. Mən təklif edirəm ki, Avropa Məhkəməsinə şikayətləri ingilist dilində tədim etsinlər. Bir daha qeyd edirəm ki, hakimiyyət bu millətin pulunu xərcləyir ki, Avropada bürokratları alsın. Ancaq onların hamısını almaq çox çətindir və mümkün də deyil. - Son zamanlar bir qrup QHT və ictimai xadim Avropa Şurasına müraciət edərək siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin fəaliyyətini bərpa etməyə çağırıb. Siz də, bu prosesdə iştirak edirsinizmi? - Bəli. Biz müraciət etmişik və çalışacağıq ki, cənab Ştrasser Avropa Şurasında siyasi məhbuslarla bağlı apardığı işi davam etdirsin, habelə real şəkildə Azərbaycandakı vəziyyəti əks etdirən qətnaməsi qəbul olunsun. Çünki Ştrasserin hazırladığı qətnamə yanvar sessiyasında keçmədi. Aradan keçən müddər ərzində ölkədə vəziyyət çox pisləşdi. Mən hesab edirəm ki, cənab Ştraserrin qətnaməsinin qəbul edilməməsi Azərbaycanda həbslər və repressiyalar üçün qapı açdı. Artıq jurnalist Əvəz Zeynalıya 9, Bəxtiyar Məmmədova 8 il cəza verildi. Üstəlik Hilal Məmmədov, Tofiq Yaqublu, İlqar Məmmədov, Hacı taleh Bağırzadə həbs edildi, saxta ittihamlarla NİDA-çılar saxlanıldı. Bu mənada çox vacibdir ki, Ştrasser öz fəaliyyətini bərpa və davam etdirsin. Biz bunun üçün çalışacağıq. - Ştrasserin yenidən Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olunması nə dərəcədə mümkündür? - Fikrimcə, mümkündür və bunun üçün daha çox işləmək lazımdır. Ancaq bu məsələdə bizə ən yaxşı köməkliyi Azərbaycan iqtidarı edir. Bu qədər insanın həbsi göstərir ki, Malta və İspaniyadan olan və burada rüşvət alıb Ştrasserin əleyinə gedən həmməruzəçilərin sözləri yalan çıxdı. Yəni aradan keçən müddətdə həbsdən heç kimi buraxmadılar, əvəzində vicdan məhbuslarının sayı artdı. Yəni hakimiyyət həmməruzəçilərin əsaslandığı arqumenti əllərindən aldı. - Seçki ilində həbslər azalacaq, ya artacaq? - Mən hesab edirəm ki, seçkilərə qədər daha bir neçə nəfər həbs oluna bilər. Yəni həbslər artan xətt üzrə davam edəcək. Mənim proqnozum belədir ki, azalma baş verməyəcək. Artıq NİDA üzvlərini həbs ediblər. İlqar Məmmədov həbsdədir. Başqa sözlə, vətəndaş cəmiyyətinin fəalları olan NİDA-çılar, sözünü məsciddə deməyi bacaran Hacı Taleh, eləcədə hökuməti açıq tənqid edən İlqar Məmmədov i qazamata salınıb. Bundan sonrada hökuməti tənqid edənləri cəzalandırmaq istəyəcəklər. Bu proses davam edəcək. - Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin həbsini necə qiymətləndirirsiniz? - Azərbaycan iqtidarı mafiya kimi hərəkət edir. Hakimiyyətdə siyasi fəalların qara siyahısı var. Qara siyahıda olan şəxslər ictimai aktivlik göstərən kimi həbs olunurlar. Vidadi İsgəndərli özünü vətəndaş kimi aparıb. Polisin qanunu pozduğunu görüb və bunu ictimailəşdirib. Bu da onun həbsinə səbəb olub. Əgər bu narazılığı Vidadi İsgəndərli deyil, başqası etsəydi onu həbs etməyəcəkdilər. İkincisi, Rəhim Qazıyev prezidentə qanunsuz məktub yazıb. Bundan sonra ona təzyiqlr başlayıb. Biri durub ona deyib ki, bəs sən iki il əvvəl məni vurmusan və buna görə indi cavab verməlisən. Üstəlik Qazıyevin başına küçədə torpa keçirərək polisə belə aparıblar. İqtidar istəyir k, onu tənqid edən olmasın, hər şeyi nəzarətdə saxlasın. Ancaq bu mümkün deyil.
Sorğu
Yeni dizaynımız necədir?