GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Fətullah Gülənin Ankaraya verilməsi gözlənilən deyil”

“Fətullah Gülənin Ankaraya verilməsi gözlənilən deyil”

Tarix: 1-08-2016, 23:08 Bölmə :Müsahibə Baxış: 612
“Fətullah Gülənin Ankaraya verilməsi gözlənilən deyil”

Elxan Mehdiyev: “Gülən şəbəkəsinin ordunu nəzarətə götürməsinə Ərdoğan yaşıl işıq yandırmışdı”

Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev regionda baş verən son siyasi proseslərlə bağlı suallarını cavablandırıb. Müsahibimiz əsasən Türkiyədə yaşanan proseslər, Ankara-Moskva yaxınlaşması, Avropa Birliyi-türkiyə münasibətləri, president Ərdoğanın bundan sonra atacağı addımlar haqda fikirlərini açıqlayıb.

- Elxan bəy, avqustun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək, həmkarı Putinlə Sankt-Peterburqda müzakirələr aparacaq. Türkiyədə 15 iyul çevriliş cəhdi konteksində bu səfəri necə qiymətləndirmək olar?

- Bu səfərin 15 iyul hadisələri konteksində şərh etmək çətindir. Çünki 15 iyul hadisələri zamanı Rusiyanın buna təsiri, köməklik göstərməsi haqda heç nə bilmirik. Amma 15 iyul hadisələrindən əvvəl Türkiyə Rusiya ilə normal münasibətlər qurmaq qərarı verdi, bu məqsədlə prezident Ərdoğan Putinə məktub yazdı, sonra tərəflər arasında telefon danışığı oldu. Bu da, son 7 ayda Türkiyə iqtisadiyyatının müəyyən hissəsini düşdüyü böhranlı vəziyyətdən çıxarmağa yönəldi. Rusiya ilə münasibətlər pisləşdikdən sonra turizm sahəsində geriləmə oldu. Bu baxımdan meyvə-tərəvəz məhsullarının ixracı da azalmışdı, turizm sahəsində işləyən 100 minlərlə insanın gəliri aşağı düşmüşdü, fermerlər iflasa uğramışdı.

Eyni zamanda Rusiyada işləyən türk iş adamları ölkədən çıxarılmışdı, Türkiyəyə milyardlarla ziyan dəymişdi. Həmçinin daxili siyasətinə görə, Türkiyə bir çox ölkələr tərəfindən tənqid edilirdi, az qala siyasi baxımdan izolyasiya olunmuş durumda idi. Sonda Türkiyə rəhbərliyi bu gerçəklikləri anladı, Rusiya və İsraillə münasibətləri yoluna qoymaq qərarını verdi. Əlbəttə, bu addım bir qədər gecikmiş idi və fikrimcə, bunu noyabr ayında da atmaq olardı. Bu zaman münasibətlər də dərindən pozulmazdı. Bu halda baş verənlər dost ölkələr arasında izahat kimi qəbul edilərdi. Hər halda münasibətlərin yaxşılaşması müsbət haldır.

- Hazırda Türkiyənin Qərb ölkələri ilə münasibətləri hamar deyil. Sizcə, Ankara-Moskva yaxınlaşması hansı səviyyədə inkişaf edəcək?

- Bəli, indi iki ölkə arasında münasibətləri inkişaf etdirmək üçün münbit şərait var. Birincisi, ona görə ki, Qərb ölkələri 15 iyuldan öncə, indi isə çevriliş cəhdindən

sonra Türkiyə hakimiyyətinə qarşı basqı edirlər. Bildirirlər ki, inanılmaz dərəcədə insanın həbs edilməsi, məhkəmə qərarı olmadan onların saxlanılması və s məqamlar narahatedicidir. Odur ki, bu basqılar güclənir. İkincisi, onlar Türkiyə hakimiyyətini izolyasiya etdiyi ərəfədə Ankara özü üçün yeni müttəfiqlər axtarır. Üstəlik də Rusiya heç bir ölkənin daxili işlərinə qarışmır və gözəl müttəfiqdir. Həmçinin də İsrail hər hansı bir ölkənin daxilində baş verənlərə müdaxilə etmir, bəyanatlar vermir. Bu baxımdan prezidentin Ərdoğanın İsrail və Rusiya ilə münasibətləri inkişaf etdirmək istəyi başa düşüləndir. Həm də Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlunun maraqlı açıqlaması olmuşdu.

Nazir qeyd etmişdi ki, 15 iyul çevriliş cəhdi zamanı Rusiyanın Türkiyəyə daha çox dəstəyi olmuşdu, nəinki Ankaranın ənənəvi müttəfiqlərinin. Bu da, iki ölkə arasında münasibətlərin dirçəlməsinə kömək göstərən faktordur. Lakin mən düşünmürəm ki, Rusiya-Türkiyə münasibətləri əvvəlki səviyyəyə gəlib çatsın. Bundan sonra Rusiya Türkiyə ilə münasibətlərini ehtiyatlılıq üzərində quracaq. Münasibətlər son 7 ay ərzində korlanıb və bunu əvvəlki məcraya qaytarmağa illər lazım olacaq.

- Bəzi müşahidəçilər qeyd edirlər ki, bundan sonra Türkiyənin siyasi kursunda Qərblə müqayisədə Rusiyaya daha çox yaxınlaşma müşahidə ediləcək. Bu nə dərəcədə realdır?

- Hesab edirəm ki, bunu deyənlər heç də səhv etmirlər. Təyyarə vurulandan öncəki, Rusiya-Türkiyə münasibətlərinə baxanda bunu demək üçün əsas var. İndiki mərhələdə böhrandan sonra Türkiyə rəhbərliyi çalışacaq ki, Rusiyanın inamını qazana bilsin və münasibətlərin inkişafını dərinləşdirsin. Bunun üçün də, Türkiyə hakimiyyəti Rusiya məsələsində reydlər edəcək. Düşünürəm ki, bu Rusiyanın da marağındadır. Kreml də istəyir ki, NATO müttəfiqlərini üz-üzə qoysun, eyni zamanda Qara Dənizdə Türkiyə və Rusiyanın hökmranlığı olsun, başqa sözlə, koordinasiyalı fəaliyyət olsun. Bu Kreml üçün müsbət hesab olunur. Təbii ki, Rusiyada indi Türkiyədəki ab-havadan məlumatlıdır və qarşılıqlı hərəkətlər edəcək. Amma indiki dönəmdə Kreml ehtiyatlı addımlar atacaq.

- Türkiyə həm də NATO-nun üzvüdür. Bu halda ənənəvi müttəfiqlərin Ankaranın gedişlərinə münasibəti necə olacaq?

- İndiki halda Ankaranın addımları heç də NATO-dan çıxmaq, müttəfiqləri ilə münasibətləri pozmaq mənasında deyil. Türkiyə daha çox iqtisadi və Qara Dənizdə təhlükəsizlik sahəsində əməkdaşlığa gedəcək. Təbii ki, Avropa ölkələri Türkiyə-Rusiya münasibətlərinin qaydasına düşməsindən, inkişaf etməsindən məmnun

olmayacaq. Onlar artıq prezident Ərdoğanın belə addımlarına öyrəşiblər. Odur ki, Türkiyənin bu addımları NATO müttəfiqləri ilə münasibətdə problem olmayacaq. Ancaq Avropa Birliyi ilə münasibətlər məsələsində problem ola bilər.

- Avropa Birliyi ilə Türkiyənin münasibətlərində hansı problemlər yarana bilər?

- Onsuz da Türkiyə-Avropa Birliyi münasibətlərində əngəl var. İndiki dönəmdə Türkiyədə baş verən proseslər fonunda Ankaranın Avropa Birliyinə daxil olması prosesi 10 il də geri getdi. Bu baxımdan prezident Ərdoğan Avropa Birliyi ilə inteqrasiyalı prosesin fərqinə varmır. Daha çox özünə müttəfiqlər axtarıb tapmağa çalışır.

- Müəyyən iddialar var ki, 15 iyul dövlət çevrilişi cəhdində Qərbin də rolu olub. Siz bu haqda nə düşünürsünüz?

- Mənim şəxsi qənaətim belədir ki, Qərbin bu prosesdə rolu olmayıb. Onların sadəcə mövqeyi bu idi ki, Ərdoğanı istəmirdilər, onun ölkə daxili siyasi addımlarını bəyənmirdilər. Başqa sözlə, prezident Ərdoğana laqeydlik ifadə edirdilər. Fikrimcə, 15 iyul çevriliş cəhdindən əvvəl və sonra göstərilən yumşaq münasibətdə bu laqeyd münasibətdən doğur.

-15 iyul hadisəsindən sonra Ərdoğanın mövqeyi Türkiyədə zəiflədi, yoxsa gücləndi? - Sözsüz ki, mövqeləri kifayət qədər güclənib və bunu görməzdən gəlmək mümkün deyil. Hesab edirəm ki, bundan sonra prezident Ərdoğan istədiyi addımı çox asanlıqla ata biləcək. Fikrimcə, bu hadisələrdən sonra Ərdoğan öz hakimiyyətini bir qədər də gücləndirəcək.

- Sizcə, 15 iyul çevriliş cəhdi, doğrudanmı Gülən şəbəkəsi təkbaşına həyata keçirə bilərdi?

-Açığını bunu deməyə çətinlik çəkirəm. Çünki Gülən şəbəkəsinin necə qurulduğu, hansı gücə malik olduğu haqda real bilgilərə sahib deyiləm. Ancaq iş ondadır ki, ordu içərisində ortaya çıxarılan faktlar, Baş Qərargah rəisinin və ordu komandanlarının bu formada həbsə alınması göstərir ki, doğrudan da ordunun içərisində sekta olub. Ancaq məsələnin başqa məqamı da var. Ədalət və İnkişaf Partiyası iqtidara gələnə qədər ordu daxilində dinçilərə qarşı məhdudiyyətlər tətbiq

edilirdi. Lakin AKP hakimiyyətə gəldikdən sonra bu hallara ciddi etiraz edirdi. Təbii ki, bu da şəbəkənin yolunu müəyyən qədər açdı. Üstəlik, 2009-cu ildən başlayaraq türk dövlətinə sadiq olan atatürkçü generallar həbs edildi. Sonradan onların içərisində bəraət alanlar təqaüdə göndərildi və ordu sıralarına qaytarılmadı. Bu da orduda olan aşağı rütbəli fətullahçı şəbəkənin yolunu açdı və onlar tezliklər orduda yüksək vəzifələri ələ keçirdilər.

Yəni polkovnik-leytenant rütbəsində olan zabit qısa müddətdə general rütbəsi ala bildi. Çünki ordunun rəhbərliyində təmsil olunanların çoxu həbs edilmişdi. Üstəlik fətullahçılar orduda yüksək postlar tutduqdan sonra atatürkçü zabitləri özlərinə düşmən sayırdılar. Son anda fətullahçı qüvvələr orduda yüksəldi, özlərinin şəbəkəsi vasitəsilə möhkəmləndilər. Hətta prezidentin, baş nazirin, Baş Qərargah rəisinin yavəri postunu belə ələ keçirdilər. Reallıq bundan ibarətdir. Vaxtında Atatürkçü generallar həbsə atılmasaydı fətullahçılar orduda belə möhkəmlənə bilməzdi.

- Uzun müddət Amerikada yaşamışınız. Necə düşünürsünüz, ABŞ Fətullah Güləni Türkiyəyə verəcəkmi?

- Mənim fikrimcə, bu olduqca çətin məsələdir. Amerikada bu məsələni Obama və ya dövlət katibi həll etmir. Burada problemi yalnız məhkəmə həll edə bilər. Həm də ABŞ-da məhkəmə prosesi çox uzun gedən, vaxt aparan işdir. Üstəlik məhkəmənin qərarına etiraz olacaqsa, deməli bu illərlə çəkə bilər. Bu baxımdan Fətullah Gülənin razılığa əsasən dərhal Ankaraya verilməsi gözlənilən deyil. Təsəvvür edin ki, ABŞ-da cinayət törədən şəxsin deportasiyası belə uzun illər çəkir. İkincisi, ABŞ tərəfi Ankaradan iddiaları əsaslandıran faktlar istədi. Fətullah Gülən 15 iyul hadisələrinin başında dursa da, onun dilindən çıxan səs yazısı, imza atdığı sənədlər olmalıdır. Əgər bu danılmaz faktlar olacaqsa, məhkəmə bu prosesə həssas yanaşacaq.

- Faktiki olaraq Baş Qərargah rəisini əsir alanda ona təklif edilib ki, Fətullah Gülənlə əlaqə yarada və onların arasında vasitəçi ola bilərlər...

- Amerika hüquq sistemi üçün bu keçərli deyil. Ola bilsin ki, hansısa general Baş Qərargah rəisinə belə bir təklif verib. Lakin sonunda telefon bağlantısı olmayıb və tərəflər arasında danışıq baş verməyib. Əgər telefon danışığı olsaydı, bu danılmaz fakt hesab olunardı. Mən Amerikada yaşayan, bu işlərlə maraqlanan bir şəxs kimi deyirəm ki, onların hüquq-məhkəmə sistemində bu problemin həlli uzun-uzadı bir mərhələ olacaq.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa Çağırdı

    Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa ...

    17-02-2014, 12:55

  • 
  • Ərdoğanın həyatına sui-qəsdə cəhd edilib

    Ərdoğanın həyatına sui-qəsdə cəhd edilib ...

    16-07-2016, 11:24

  • 
  • ABŞ-dan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlımühüm açıqlama

    ABŞ-dan Fətullah Gülənin Türkiyəyə təhvil ...

    20-07-2016, 18:02

  • 
  • Gülən camaatına həlledici zərbə vurulacaq

    Gülən camaatına həlledici zərbə vurulacaq ...

    14-01-2015, 17:20

  • 
  • Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib ...

    24-12-2015, 15:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu