Bu ilin yayına kimi Türkiyədə və Azərbaycanda Fətullah Gülənin rəhbərlik etdiyi "paralel dövlət"ə son, həlledici zərbə vurulacaq.
Bu haqda Avropa.info-ya özəl mənbələrdən məlumat daxil olub.
Məlumata görə, Türkiyədə bu ilin yayına kimi Gülən camaatına qarşı bir neçə əməliyyat keçiriləcək. Yayda isə həlledici əməliyyatla "paralel dövlət" tamamilə məhv ediləcək.
Mənbənin dediyinə görə, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlu, MİT (Milli İstiqbarat Təşkilatı) rəhbəri Hakan Fidanın iştirak etdiyi gizli toplantıda qərar verilib.
Qərara görə, Türkiyə ilə paralel olaraq Azərbaycan, Orta Asiya, Afrika ölkələri və Rusiyada da Gülən camaatının tamamilə məhv edilməsi yönündə işlər aparılacaq.
Mənbənin dediyinə görə, Türkiyə prezidenti Ərdoğanın bu xüsusda Azərbaycan prezident İlham Əliyevdən xahiş edəcəyi də gözlənilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?