GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Sən demə Heydər Əliyevin Konstitusiya belə bunların məsələlərin həllini təmin etmir”

“Sən demə Heydər Əliyevin Konstitusiya belə bunların məsələlərin həllini təmin etmir”

Tarix: 10-08-2016, 23:51 Bölmə :Müsahibə Baxış: 1 004
“Sən demə Heydər Əliyevin Konstitusiya belə bunların məsələlərin həllini təmin etmir”

Mirmahmud Ağa: “Azərbaycanda nurçulardan da böyük şəbəkələr var”

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ölkə və regionda baş verən mühüm hadisələrlə bağlı qəzetimizin suallarına cavab verir.

- Ağa, Türkiyədə baş verən son hadisələri necə qiymətləndirirsiniz?

- Birmənalı qiymətləndirmək çox çətindir. Bu gün mediada belə informasiya yayılır ki, guya növbəti qiyam cəhdi ola bilər. Lakin bu iddialar əsaslı deyil. Əgər hakimiyyətin indiki siyasəti davam edəcəksə və onlar istəyəcəksə təbii ki, qiyama cəhdləri də olacaq. Lakin zaman gələcək və bu məsələlərlə bağlı bütün suallara cavab veriləcək. Fikrimcə, Türiyədəki hadisənin bu qədər şişməsi, dünyanın gündəmini tutması uğurlu bir texnologiyadır və bunda hakimiyyətin də müstəsna xidmətləri var.

- Düşünürsünüz ki, 15 iyulda baş verənləri dövlət çevrilişi hakimiyyətin sssenarisi olub?

- Bu Türkiyə Cümhuriyyətinin daxili işidir. Qos-qocaman Türkiyə bu kimi hadisələri çox görüb, ancaq beləsini heç görməyib. Türkiyədə iqtidarla müxalifət bir-birinə ən kəskin sözləri deyir. Lakin kritik məqamlarda onların hamısı dövlətçilik naminə gözlənilməz addımlar atırlar. Odur ki, indiki halda birincisi bu Türkiyənin daxili işdir, ikincisi bu məsələlərin aydınlaşması bir qədər də zaman istəyir. Ərdoğan hakimiyyəti Türkiyə seçicilərini, siyasətçilərini ələ almağı bacarır, qısa müddətdə də dünyanı özünə cəlb edə bilib.

- Necə düşünürsünüz, 15 iyul hadisəsindən sonra Türkiyədə millətçi xətt güclənirmi?

- Türkiyədə millətçi xətt hər zaman önəmli olub. Hərbi çevrilişlər zamanı bu faktor özünü göstərib, elə çevrilişə cəhd ssenariləri zamanı da bu, ortaya çıxıb. Ancaq bir az taktiki gedişlər seçkilərdə seçicinin mövqeyinə təsir edə bilir. Amma Türkiyədə hər zaman millətçi əhval-ruhiyyə aparıcıdır və gündəmdədir.

- I Ordu komandanlığının prezident Ərdoğanı İstanbula dəvət etməsini, prezidenti inandırmaq üçün “məni MHP başqanı Dövlət Baxçalıdan soruşun” deməsi fonunda millətçi xətt itirdiyi mövqeyini bərpa edə biləcəkmi?

- Millətçi xətt Türkiyədə hər zaman olub. Sonrakı dönəmdə isə millətçi kəsim təşkilatını ortaya qoydu, Alparslan Türkeşin rəhbərliyi ilə proseslər getdi, Millətçi Hərəkat Partiyası formalaşdı və s. İndi bu prosesdə yetişən insanların əksəriyyəti, demək olar ki, bütün struktur və qurumlarda var. Bu siyasi məktəbi keçən, burada püxtələşən insanlar partiyasını dəyişə bilir, lakin keçdiyi məktəbi unutmur, dinə və islama sayğısı olduğu kimi millət və dövlət məsələsində də öndə olur. Onlar da bu gün harada olmalarından asılı olmayaraq fəaliyyətlərini göstərir, dövlət və millət məsələsi ortaya çıxanda mövqelərini açıq qoyurlar. Odur ki, bu xətt Türkiyədə daha əhatəlidir.

- Türkiyənin xarici siyasət vektorunda dəyişiklik, Ankara-Vaşinqton münasibətlərində problem, Moskva-Ankara əlaqələrində istiləşmə ola bilərmi?

- Münasibətlərdə çat əmələ gəlməyəcək, gərginlik olmayacaq. Bu politoloqların, təhlilçilərin versiyasıdır, ancaq bu yanaşmalar həm də bu gün baş verənlərə, verdirilənlərə görədir. Fikrimcə, bu da səngiyəcək. Türkiyənin üstünlüyü ondan ibarətdir ki, istənilən ölkə ilə yaxşı əlaqələr qura bilər və bu məsələdə problem yoxdur. O ayrı məsələdir ki, həm də yanlışlıqlar var. Məsələn, qos-qocaman Böyük Britaniya Avropa Birliyinə əlvida deyirsə, Türkiyənin Avropa Birliyinin qarşısında nə işi var? Ancaq dövlətlərarası münasibətlər normal olacaq, qazanan Türkiyə olacaq.

- Türkiyənin NATO-dan çıxma ehtimalları nə dərəcədə real və əsaslıdır?

- Bu, mümkün olacaq bir iş deyil. Türkiyə o boyda səhvə yol verməz. Bunu siyasətdə demək, təzyiq məqsədilə istifadə etmək olar, lakin reallıqda bunu etmək çətin məsələdir. Hələ ki, NATO-nun özünün imkanları var. Sadəcə indi bundan siyasi faktor kimi istifadə edilir. Fikrimcə, bu, sözdə deyilər, amma əməldə edilməz.

- Fətullah Gülən məsələsi necə həll ediləcək?

- Bunun arxasında, şübhəsiz ki, bizim bilmədiyimiz məsələlər də var. Amma hər şey həm də ortadadır. Gülən məsələsi hər cür həll edilə bilər. Məsələn, bir nəfəsdir, gedər gəlməz və məsələ həll olunar. Bundan sonra da Gülən üzərində siyasət quranlar bilərlər ki, daha məsələ bitdi. Nəzərə almaq lazımdır ki, burada bir rəqabət məsələsi də var. Çəlimsiz, zəif, ömrünün son günlərini və ya illərini yaşayan bir adam hamıdan güclüdür. Axı bu necə olur? Dava həm də, bunun davasıdır. İnşallah, Türkiyə gələcəkdə daha güclü, daha qüdrətli və inkişafda olan bir dövlət olacaq.

– Türkiyə polisi Gülən şəbəkəsini ifşa etmək məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin sahibi olduğu Petkim şirkətdə yoxlamalar və həbslər aparıb. İlkin informasiya budur ki, Petkim şirkətində “Hizmət” xidmətinin çoxlu sayda tərəfdarı çalışıb və onlar həm də şəbəkənin maaliyyələşməsində yaxından iştirak ediblər. Bu fakta münasibətiniz necədir?

– Əgər, bu məsələ ciddi aparılırsa və doğurdan da bunun arxasından ciddi faktlar olarsa, hesab edirəm ki, bu zaman Azərbaycanda daha böyük addımlar atılmalıdır. Yadınızdadırsa, bir neçə il əvvəl xəbər çıxdı ki, Prezident Administrasiyasında şəbəkəyə bağlı kimsə var, eləcədə parlamentdə var və s. Axtarılırsa bu məsələlər Azərbaycanda daha böyük miqyaslı ola bilər. Ancaq yəqin ki, axtarmaq niyyətləri və istəkləri yoxdur.

– Bu şəbəkənin Azərbaycanda imkanları hansı dərəcədədir?

– Azərbaycanda ondan da böyük şəbəkələr var. Azərbaycan hakimiyyəti, müvafiq qurumlar bunu bizdən və oxucularımızdan daha çox bilirlər. Əgər bu məsələ artıq olsaydı, yəqin ki, hərəkət edərdilər. Bir daha qeyd edim ki, Azərbaycanda gülənçilərdən və digərlərindən daha kəskin məsələlər var. Əgər məsələlər fikirləşdiyimiz və dilimizə gətirdiyimiz kimi-burada onlara ciddi nəzarət varsa, bu halda yəqin ki, onlara qarşı addımlar atarlar. Amma Azərbaycanda bir az başqa problemlər var. Məsələn, dini sektalar arasında problemlər var, vəhhabilik var və s. Hətta bildiyim qədər Azərbaycanda vəhhabilik əleyhinə təbliğata qadağa qoymaq var. Bu da, o deməkdir ki, artıq qadağa qoyanların özlərinin strukturlarında vəhhabilər yerləşib.

– Azərbaycan hakimiyyətinin yeni Referendum Aktına münasibətiniz necədir?

– Biz müttəfiqlərimizlə birgə bu məsələləri müzakirə edirik. Düzdür, mən son bir həftədə bu işlərin içərisində olmamışam, amma toplantılarımız olub. Şübhəsiz ki, toplantımız olacaq və bu istiqamətdə addımlarımızı atacağıq.

– Referendum ölkəmiz üçün nə dərəcədə xeyirli və ya ziyanlıdır?

– Bu Azərbaycan üçün həyati vacib məsələ deyil. Fikrimcə, referendumsuz da keçinə bilərdilər və hətta buna pul və vaxt sərf etməyə də ehtiyac yox idi. Biz belə düşünürük. Lakin konkret maddələr var. Bu sənədi hazırlayıblar. Yəqin ki, bu sənədi təkbaşına hazırlamyıblar və s. Bizdə siyasilər olaraq müvafiq addımları atacağıq.

– Milli Şura və Müsavat Partiyası Referendum Aktının əleyhinə təşəbbüs qrupu yaradaraq mübarizə aparacaqlarını elan edib. Siz, KXCP olaraq nə planlayırsınız?

– Bu məsələlərin müəyyən hissəsi bizim tərəfimizdən görülüb. Sadəcə olaraq mən son bir həftə ərzində obyektiv səbəblərdən toplantılara qatılmamışam. Qanuna müvafiq hansı addımlar lazım gələcəksə, biz də bunu atacağıq. Bu gün bizim müttəfiqlərimizlə birgə toplantısı keçiriləcək və bu məsələlər bir daha diqqət mərkəzimizdə olacaq.

– Referendum Aktı müxalifət düşərgəsinin birləşməsi, əməkdaşlığı və buna qarşı mübarizə aparmaq baxımından əsas ola bilərmi?

– Birləşmək istəyən, bir yerdə fəaliyyət göstərmək istəyən bəzən bəhanələrdən də istifadə edə bilər. Heç bir yerdə bir-birini görmək istəməyəndə bəhanədən istifadə edir və heç vaxtda birgə olmur. Başqa sözlə, istənilən situasiya vaxtı istənilən məsələdən istifadə etmək olar. Amma bu fürsətçilik kimi olmamalıdır.

– Məsələn, AXCP, KXCP, Müsavat, Milli Şura referenduma qarşı birgə fəaliyyət göstərə bilərmi?

– Bu sizin arzularınızdır. Əgər cəmiyyət istəyərsə və sosial sifariş olarsa, bu baş verə bilər. Niyə də olmasın? Təbii ki, partiyalar qərarını verə, addımlar atıla bilər. Nəzərə alın ki, zamanında belə məsələlər olub, göstərilib və hətta bir arada olmayan, bir-birinə zidd siyasət yürüdənlər belə bir arada olmağı bacarıblar. Bu gün də, cəmiyyətin, millətin arzusu və ya Konstitusiyanı qorumaq istəyi hamıda eyni olacaqsa, şübhəsiz ki, hamı bir arada ola bilər. Yox, əgər belə bir istək olmayacaqsa, bu da faciə olmayacaq.

– Müxalifətin dağınız, zəif, bir-birinə qarşı ittihamlarla çıxış etdiyi ortadadır. Bəs hakimiyyətin təklif etdiyi Konstitusiya dəyişiklikləri baş tutacaqsa, bundan sonrakı Azərbaycan necə olacaq?

– Konstitusiya dəyişikliyinin nəzərdə tutulduğu müddəalar Azərbaycanda hər şeyin sərtləşəcəyindən xəbər verir. Və həm də narahatçılıqdan, qeyri-müəyyənlikdən xəbər verir. Söhbət həm hakimiyyət komandasının narahatçılığından, həm də işini rahatlamaq və hər şeyi asan şəkildə həll etmək istəyindən xəbər verir. Hərə buna bir cür yanaşır, lakin fakt budur ki, məsələ biz dediyimiz kimidir. Əks təqdirdə, durduğun yerdə qəfildən ortaya Konstitusiya dəyişikliyi layihəsinin çıxarılmasına səbəb nədir? Üstəlik bir dəfə Konstitusiyada iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyulan müddəanı aradan qaldırırsan, referendum keçirirsən, indi də qəfildən ikinci dəfə referenduma gedilir. Hər halda bütün bunlar hakimiyyət komandasında böyük müzakirələrin, narahatçılıqların olmasının göstəricisidir və həm də bu təqdim edilən dəyişikliklər narahatlıqları, öz hesablamalarına görə mümkün olacaq gözləntiləri çox asanlıqla həll etmək üçündür. Başqa məsələ deyil. Azərbaycan Konstitusiyası onsuz da qəbul edilən gündən bu yana keçid müddəlarından tutmuş digər maddələrə qədər dəyişikliklərə məruz qalıb. Bu da, həm də indiki siyasi kursun Heydər Əliyev kursuna zidd olduğunu göstərir. Axı, bunlar həmişə deyirlər ki, biz Heydər Əliyev siyasi kursunun layiqli davamçılarıyıq və s. Ancaq sən demə Heydər Əliyevin qəbul etdiyi Konstitusiya belə bunların ümumi işlərini, addım-addım davam etdikləri məsələlərin həllini təmin etmir. Odur ki, bunların fikrincə, Konstitusiyanın təmir edilməsinə ehtiyac yaranıb.

Nemət Orucov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mirmahmud Mirəlioğlu Rəsul Quliyevə lağ etdi, Etibar Məmmədov isə...

    Mirmahmud Mirəlioğlu Rəsul Quliyevə lağ etdi, ...

    31-05-2016, 23:58

  • 
  • Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib

    Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib ...

    25-08-2013, 14:35

  • 
  • Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib

    Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu ...

    4-08-2015, 11:44

  • 
  • Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxdı

    Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxdı ...

    18-09-2014, 02:25

  • 
  • “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu

    “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu ...

    7-01-2014, 13:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu