GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Rövnəq Abdullayev: "SOCAR-ın sərmayələri Azərbaycana milyardlarla əlavə gəlir gətirəcək" - MÜSAHİBƏ

Rövnəq Abdullayev: "SOCAR-ın sərmayələri Azərbaycana milyardlarla əlavə gəlir gətirəcək" - MÜSAHİBƏ

Tarix: 2-09-2016, 15:19 Bölmə :Müsahibə Baxış: 657
Rövnəq Abdullayev: "SOCAR-ın sərmayələri Azərbaycana milyardlarla əlavə gəlir gətirəcək" - MÜSAHİBƏ

"Biz keçid mərhələsindəyik. SOCAR əldə etdiyi gəlirləri hazırda mühüm sənaye layihələrinə sərmayə qoyur. Başa çatandan sonra bu layihələr Azərbaycana milyardlarla əlavə gəlir gətirəcək".

gundemxeber.az Trend-ə istinadən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə eksklüziv müsahibəsini təqdim edir:

- Sentyabrın 1-də Azərbaycan Respublikası prezidentinin iştirakı ilə "Şahdəniz-2" layihəsinin hasilat və dikborular platformasının dayaq bloku dənizə yola salınmışdır. "Şahdəniz" dünyanın ən böyük qaz yataqlarından biridir və Cənub Qaz Dəhlizi üçün əsas qaz mənbəyi kimi nəzərdə tutulur. Sizcə, "Şahdəniz" qazı Azərbaycan iqtisadiyyatına yeni bir təkan verəcəkmi?

- "Şahdəniz-2" ən perspektivli layihələrimizdən biridir. 2018-2019-cu illərdən etibarən Cənub Qaz Dəhlizi Azərbaycana on milyardlarla xalis mənfəət gətirəcək. 1,2 trilyon m³ civarında təbii qaz və 2,2 milyard barrel kondensat ehtiyatları olan nəhəng "Şahdəniz" yatağının işlənməsi təbii qazın ixracını artıracaq, habelə qaz və neft emalı sənayesinə təkan verəcək. "Şahdəniz", Cənub Qaz Dəhlizi, SOCAR Polymer, STAR zavodu və digər nəhəng layihələrimizlə biz bu gün neft və qaz sənayesində yeni bir dövrün astanasındayıq.

- Bu gün dünyada, o cümlədən Azərbaycanda, neft sənayesi böhran keçirir. Bu böhran neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlıdır. Böyük neft və qaz şirkətləri öz investisiyalarını kəskin surətdə azaltmağa məcbur oldular. Belə bir mürəkkəb konyunktur şəraitində SOCAR iştirak etdiyi layihələri necə maliyyələşdirir? Və ümumiyyətlə hazırki şəraitdə SOCAR-ın yatırdığı sərmayələrin gəlirliyi necə görünür?

- Düz qeyd etdiniz ki, neft şirkətləri ümumilikdə hasilata qoyulan sərmayələrini azaltmışlar. Lakin SOCAR öz sərmayələrini əvvəldən müxtəlif sahələrə yönəltmişdir. Hələ xam neftin qiyməti yüksək olduğu dövrdə biz investisiyalarımızı şaxələndirməyə qərar verdik. Onda neft şirkətləri əsasən neft hasilatına, hətta işlənməsi çox baha başa gələn yataqlara sərmayə qoymağa üstünlük verirdilər. Biz isə, formalaşdırılmış strategiyamıza uyğun olaraq, hasilatla yanaşı, həm də qaz və neftin emalı, nəqli və satışı üçün nəzərdə tutulan layihələrə sərmayələr qoyduq və bununla investisiya portfelimizi şaxələndirdik. Risklərin azaldılması və səmərəliliyin artırılması üçün biz müxtəlif ölkələrin bazarlarına üz tutub yeni bazarları kəşf etməyə başladıq. Əsas layihələrimiz başa çatandan sonra hər kəs bu strategiyanın bəhrələrini görəcək, çünki bununla gəlirlərimizin sabitliyi və davamlılığı təmin olunacaq.

Hazırda xam neft əvvəlki dövrlə müqayisədə çox aşağı qiymətə satılır. Lakin bunun müqabilində neft və qaz emalının gəlirliyi artmışdır. Sizə bir misal gətirim: Türkiyədə müstəqil Akyatırım təhlilində SOCAR-a məxsus olan Petkim şirkəti üçün 2016-cı il üzrə faiz, vergi və amortizasiyadan əvvəl hesablanan EBİTDA gəlirinin proqnozu 498 milyon TL-dən 628 milyon TL-yə qədər qaldırılmışdır. Petkim bu gün artıq Türkiyənin ən mühüm neft-kimya şirkətidir. Akyatırım 2016-2019-cu illərdə Petkim üçün illik 10% EBİTDA gəlir artımını proqnozlaşdırır və bu proqnozu məhz SOCAR-ın Petkimə qoyduğu sərmayələrlə əlaqələndirir.

2015-ci ildə SOCAR Türkiyə səhmlərinin bir payının "Goldman Sachs" tərəfindən 1,3 milyard ABŞ dollarına alınması da öz-özlüyündə SOCAR-ın Türkiyədəki aktivlərinin dəyər artımından xəbər verir.

Türkiyə və digər strateji bazarları kəşf etmək üçün əldə etdiyimiz gəlirləri STAR zavodu, Petlim limanı və s. kimi nəhəng layihələrimizə sərmayə qoyuruq. Sözügedən layihələr başa çatandan sonra xalis mənfəətin artması labüddür, çünki onda bu layihələr artıq gəlir gətirməyə başlayacaq. Düzgün investisiya strategiyasının nəticəsidir ki, 2007-2015-ci illər arasında SOCAR-ın ümumi aktivlərinin dəyəri 9 milyard manatdan təqribən 40 milyard manata qədər artmışdır.

- SOCAR-ın xaricdə qoyulan sərmayələrinin gəlirliyi aydın görünür. Lakin hazırda Azərbaycan iqtisadiyyatı neftin qiyməti düşəndən sonra özünün çətin günlərini yaşayır. Ölkə ictimaiyyəti ölkədə davamlı iş yerlərinin artırılmasına ümid edir. Hökumət də bu istiqamətdə mühüm addımlar atmağa qərarlı olduğunu dəfələrlə ifadə etmişdir. SOCAR Azərbaycanda iş yerlərinin sayına görə şirkətlər arasında öndədir. SOCAR-ın inkişaf strategiyasında məhz Azərbaycan üçün nəzərdə tutulan layihələr nə dərəcədə səmərəlidir?

- SOCAR-ın strateji missiyası təyin ediləndə ökəmizin yanacaq-enerji təhlükəsizliyinin təmin olunması, neft-qaz emalı sənayesinin inkişafı kimi məsələlər onun tərkibində mühüm yer almışdır. Buna görə Azərbaycanda neft və qazın hasilatı, nəqli və neft-qaz emalı sənayesinin inkişaf etdirilməsi strateji inkişaf planımızda əzəldən əsas yer tutur.

Bu sahədə görüləcək işlər çoxdur. Bu gün Azərbaycan yalnız aşağı sıxlıqlı polietilen ixrac edə bilir. Yüksək sıxlıqlı polietilen ölkəmizə idxal olunur. SOCAR Polimer zavodunun inşası başa çatandan sonra biz yüksək sıxlıqlı polietilenin ixracatçısına çevriləcəyik. Bu layihənin icrası nəticəsində ölkənin idxalı azaldılacaq, ixracı artırılacaqdır. Bunu qeyd etmək kifayətdir ki, hesablamalara görə, SOCAR Polimer ümumilikdə 10-11 milyard ABŞ dolları həcmində gəlir gətirəcək - bunun 30%-i xalis mənfəət kimi proqnozlaşdırılır. Bundan əlavə, SOCAR Polimer tərəfindən Azərbaycanın dövlət büdcəsinə birbaşa 1,5 milyard ABŞ dolları həcmində müxtəlif vergilər ödəniləcək. Bu layihə ilə yanaşı, Azərbaycanda SOCAR Karbamid, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası, nəhəng Kimya və Qaz Emalı Kompleksinin tikilməsi gündəmdədir. Ən mühüm layihələr üzrə artıq mühüm işlər görülür. "Şahdəniz-2" layihəsi hətta plandan əvvəl irəliləyir - artıq layihənin 80%-nə yaxın hissəsi tamamlanmışdır. Digər kəşfiyyat-hasilat layihələri də inkişaf etməkdədir. "Abşeron", "Ümid", "Babək" və s. kimi layihələri buna misal gətirmək olar.

Beləliklə, biz hazırda bir növ keçid mərhələsindəyik və neft-qaz sənayesində yeni dövrün astanasındayıq. Yeni layihələr gəlirlərimizin sabit artım təmayülünə təkan verəcək. Belə ki, son 7 ildə faiz, vergi və amortizasiyadan əvvəl hesablanan illik gəlirimiz (EBİTDA) 2 dəfə artmışdır. Hazırda cari gəlirlərimizi investisiya layihələrimizə yönəldirik. Bu layihələr tamamlanandan sonra Azərbaycana milyardlarla əlavə sabit gəlir gətirəcəyi nəzərdə tutulur.

- Bununla belə, həyata keçirdiyiniz layihələrin həcmi də böyükdür. Cari gəlirləriniz bütün bu nəhəng layihələri maliyyələşdirməyə imkan verirmi?

- SOCAR-ın cəmi kapitalı 2007-ci ildən bəri 2 dəfəyə yaxın artmışdır. Bunu da nəzərə almaq lazımdır ki, böyük layihələrdə SOCAR tək deyil - tərəfdaş şirkətlər layihələrin maliyyələşməsində mühüm rol oynayırlar.

Son illərdə maliyyə bazarlarında əldə etdiyimiz nailiyyətlər bizə uzunmüddətli və münasib şərtlərlə kənardan maliyyə vəsaitlərini cəlb etməyə imkan verir. Bunun nəticəsində SOCAR çoxsaylı investisiya layihələrini həyata keçirməklə yanaşı, həm də Azərbaycan dövləti qarşısında olan maliyyə öhdəliklərini yerinə yetirə bilir.

- Həqiqətən də, keçmişdə sərmayələri bütövlüklə neft hasilatına qoymaq daha əlverişli görünürdüsə, yaxın gələcək üçün sərmayələrin şaxələndirilməsi daha effektli görünür. Sirr deyilsə, bu idrakın əsasında duran, ümumiyyətlə, SOCAR-ın aparıcı qüvvəsi kimlərdir?

- SOCAR-ın aparıcı qüvvəsi mədən və digər sahələrdə işləyən neftçilərimizdir. Siz, yəqin ki, rəhbər heyətini nəzərdə tutursunuz, amma şirkətin rəhbər işçiləri də əsasən karyeralarına sıravi neftçilər kimi başlamışlar.

Bəzi şirkətlərdə olur ki, qeyri-peşəkar səhmdarlar idarəçilik işlərinə müdaxilə edəndə səmərəsiz qərarlar verilir. SOCAR-ın səhmdarı isə Azərbaycan dövlətidir. İşlərimizin səmərəliliyində ən mühüm amillərdən biri budur ki, dövlət başçısı cənab İlham Əliyev özü keçmişdə şirkətin rəhbər heyətində çalışmışdır. Prezident İlham Əliyev şirkətin cari işləri və inkişaf strategiyasını yaxından izləyir və istiqamətləndirir. SOCAR-ın nailiyyətləri və gələcək perspektivlərinin əsasını mən bu iki faktorda görürəm: dövlət başçısının səriştəli və uzaqgörən strateji qərarlarında və neftçilərimizin çalışqanlığında.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan 7 milyard dollar axtarır

    Azərbaycan 7 milyard dollar axtarır ...

    11-05-2016, 18:28

  • 
  • Hakimiyyət BP qarşısında geri çəkildi

    Hakimiyyət BP qarşısında geri çəkildi ...

    24-01-2013, 11:17

  • 
  • "Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"

    "Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji ...

    6-05-2016, 14:31

  • 
  • İtaliya dövlət katibi "Cənub Qaz Dəhlizi"nin strateji önəmindən danışıb

    İtaliya dövlət katibi "Cənub Qaz ...

    29-02-2016, 11:41

  • 
  • Rövnəq Abdullayev: "Cənab prezident dini tolerantlığın tərəfdarıdır"

    Rövnəq Abdullayev: "Cənab prezident dini ...

    10-11-2015, 12:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu