Azərbaycan və BP arasında Cənubi Qafqaz qaz kəməri üzrə yeni razılaşma bağlanır
Azərbaycan və VP Cənubi Qafqaz qaz kəmərinin genişlənən hissəsinin istifadəsi barədə razılığa gəliblər. Konsorsiumun «Şahdəniz» yatağında hasil etdiyindən artıq həcmdə qaza Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) nəzarət edəcək. Bu barədə BP-nin «Şahdəniz» üzrə vitse-prezidenti Al Kuk bugünkü brifinqdə bildirib. Onun sözlərinə görə, 2012-ci il dekabrın 18-də BP prezidenti Robert Dadlinin Bakı səfəri zamanı tərəflər «Şahdəniz» yatağının «Mərhələ 2» layihəsinin inkişafı, həmçinin Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzrum) genişlənməsi, eləcə də BP-nin TANAP layihəsində (Transanadolu qaz kəməri) iştirakı üzrə çərçivə sazişi imzalayıblar. Kuk qeyd edib ki, Cənubi Qafqaz qaz kəmərinin genişlənən hissəsində ildə 25 mlrd. kubmetrdən artıq nəql olunacaq həcmə SOCAR nəzarət edəcək. Ehtimal olunur ki, 8 mlrd. kubmetr gücündə mövcud Cənubi Qafqaz qaz kəməri xətti ilə (bununla «Şahdəniz» yatağı «Mərhələ 1»dən qaz nəql olunur) paralel olaraq daha bir qaz kəməri çəkiləcək. Boru kəmərinin genişləndirilməsinə əlavə investisiyalar Azərbaycan tərəfindən ediləcək və nəqlin əlavə həcminə (məsələn «Abşeron» yatağından və d.) SOCAR nəzarət edəcək. Beləliklə, TANAP layihəsinin reallaşması nəzərə alınmaqla Azərbaycan Səngəçal terminalından Aİ sərhəddinə kimi qaz nəqli üzrə boru kəməri infrastrukturuna nəzarəti öz əlinə alacaq. Kuk həmçinin üç şirkətin BP, Statoil və Total şirkətlərinin TANAP-a daxil olması barədə sazişin imzalandığını bildirib. Onun sözlərinə görə, «Mərhələ 2» çərçivəsində layihə, kommersiya işlərinə, hüquqi danışıqlara, Səngəçal terminalında işlərin hazırlanmasına 1 mlrd. sərf edilib. Layihənin ümumi dəyəri 25 mlrd. dollar həcmində dəyərləndirilir. Lakin ilkin dəyərdən yalnışlıq 20%-dək təşkil edə bilər. Kukun sözlərinə görə, yaxın 18 ayda avadanlıq, tikinti materiallarının alınması üçün 10 mlrd. dollarlıq müqavilələr imzalanacaq. O həmçinin deyib ki, aprelin 1-dək TAP (Transadriatik qaz kəməri) və NabuccoWest Azərbaycan qazının nəqlinə dair yekun kommersiya təkliflərini təqdim edəcəklər. İyunun sonunadək həmin marşrutlar arasında seçim barədə qərarın qəbulu və ilin ikinci yarısında «Mərhələ 2» layihəsinin sanksiyalaşdırılması gözlənilir. Bu çərçivədə ilk qaz hasilatı 2018-ci ildə nəzərdə tutulur. «Şahdəniz» layihəsinin iştirakçıları BP (operator 25,5%), Statoil (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), LUKOYL (RTS:LKOH) (10%), NICO (10%), Total (10%), və TPAO-dur (9%).
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?