GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Deyirsiniz cümhuriyyətçilər adından təslim olum? Ayıb olar...

Deyirsiniz cümhuriyyətçilər adından təslim olum? Ayıb olar...

Tarix: 5-05-2013, 11:06 Bölmə :Müsahibə Baxış: 865
Deyirsiniz cümhuriyyətçilər adından təslim olum? Ayıb olar...
İlqar Məmmədov: “Bu həbsimlə monarxiya tərəfdarı olan İlham Əliyev cümhuriyyət tərəfdarı olan mənə qarşı şəxsən xarakter davasına çıxıb”

“Media forum” saytı Bakı İstintaq Təcridxanasında saxlanan REAL hərəkatının sədri, prezidentliyə potensial namizəd İlqar Məmmədovdan müsahibə alıb. O, İsmayıllı hadisələrinin təşkilində günahlandırılaraq fevralın 4-də həbs olunub. Müsahibəni təqdim edirik.
- Üç aydır həbsdəsiniz. Rəsmi ittihama görə, sizi İsmayıllı hadisələri üstündə tutublar. Bəs özünüz nə deyərdiniz: sizi niyə həbs ediblər?
- Əsl səbəb REAL hərəkatının tədricən daha ciddi təhlükəyə çevrilməsi və son bir ildə, sədrliyim dövründə gördüyüm işlərin REAL-ın uğurundakı yeridir. Məni buna görə həbs ediblər. Məqsəd isə siyasi qərarlarımıza təsir etmək, prezident seçkisinə məni ya rəsmən buraxmamaq, ya da namizədliyimin qeydə alınmasına həlledici əngəllər qurmaqdır. Çox adam başa düşür ki, indiyədək səsverməyə qatılmayan potensial seçicilərin səsi, eləcə də başqa variant görməyib keçən seçkidə İlham Əliyevə səs vermiş seçicilərin səsi məhz REAL-ın olacaq.
- Necə oldu ki, bu il yanvarın 24-də İsmayıllıya getməyə qərar verdiniz?
- Bunu “məhkəmə” adlandırdıqları tamaşada eşidə biləcəksiniz.
- İsmayıllıya getməsəydiniz belə, həbs təhlükəsi hiss edirdinizmi?
- 2009-cu ildə konstitusiya referendumunun (18 mart – red.) sabahısı günü ANS-in canlı efirindəki çıxışımdan sonra məni həbs etmək istəyirdilər. Niyyətlərini dəyişdilər, ancaq canlı efiri birdəfəlik üzümə qapatdılar.
- Sizi həbsdən buraxmaq üçün hansısa şərt irəli sürürlərmi? Siyasi mübarizəni dayandırmaq şərti ilə sizi azadlığa buraxmaq istəsələr, bunu qəbul edərsinizmi?
- Bu həbsimlə monarxiya tərəfdarı olan İlham Əliyev cümhuriyyət tərəfdarı olan mənə qarşı şəxsən xarakter davasına çıxıb. Deyirsiniz cümhuriyyətçilər adından təslim olum? Ayıb olar. Əksinə, əgər İlham Əliyev öz monarxist ətrafı ilə birlikdə siyasi fəaliyyətinə son qoyub Vircin adalarına köçsə, indiki bəd əməllərinə baxmayaraq bir çox adamın gözündə hörmət qazanar.
- Saxlanma şəraitiniz, istintaq təcridxanası əməkdaşlarının sizə münasibəti necədir?
- Bu sualınıza sərbəst buraxılanda cavab verərəm.
- İlqar bəy, Avropa İnsan Hüquqları Məhkəməsi sizin şikayətə növbədənkənar baxmağa qərar verib. Bunu necə qiymətləndirirsiniz? Gözləntiniz nədir?
- Avropa Məhkəməsinin qərarı aydın olandan dərhal sonra prokurorluq mənə qarşı yeni və daha ağır ittiham irəli sürdü. Bunu ona görə etdilər ki, Avropa Məhkəməsinə daha bir şikayət göndərməli olaq. Yəni iş ləngisin və Avropa Məhkəməsinin qərarı ilə bu il sərbəst buraxılmağım mümkün olmasın. Ucuz bir hoqqadır! Hər halda Avropa Məhkəməsinin işimə verdiyi üstünlükdən faydalanmaqda qərarlıyıq.
- Beynəlxalq ictimaiyyətin sizin həbsinizə verdiyi reaksiyanı qənaətbəxş sayırsınızmı? Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Roland Kobiadan başqa həbsxanada sizə baş çəkən olubmu?
- Gərəkli təsirlər həm açıq, həm də qapalı qaydada edilir. Bir mən bilirəm, bir də İlham Əliyev özü bilir ki, həbsimlə bağlı ona hansı beynəlxalq təsirlər var. Həbsimin milli maraqlarımıza vurduğu zərəri də yaxşı bilir. Görüşlərə gəldikdə, bəli, Avropa Birliyinin səfiri çətinliklə də olsa iki ayın tamamında mənimlə görüşə bildi. Amma Avropa Şurası Nazirlər Komitəsinin səfirlərdən ibarət nümayəndə heyətinə bu imkan verilmədi. Eynilə İlham Əliyevlə görüşən ABŞ dövlət katibi yardımçısının müavini Tomas Meliaya mənimlə görüşmək imkanı verilmədi. O da getdi ailəmlə görüşdü. Buna görə çox minnətdaram.
- Hazırda müxalifət prezident seçkisində hansı formada iştirak etmək məsələsini müzakirə edir. Sizcə, müxalifət seçkiyə hansı formatla getməlidir?
- REAL-ı dəstəkləməlidir.
- Rüstəm İbrahimbəyov Milli Şuranın yaradılmasını təklif edir. Bunu necə qiymətləndirirsiniz?
- Təklif haqqında hələlik yalnız ümumi təsəvvürüm var. Əgər o seçkilərin boykotu mexanizminə çevrilməyəcəksə, REAL bu qurumda istədiyimiz genişlikdə təmsil olunacaqsa, hörmətli Rüstəm müəllimin müdrik tövsiyəsini hər zaman qəbul etməyə hazırıq.
- Əgər sizin namizəd kimi seçkidə iştirakınız mümkün olmasa, REAL hərəkatı kimin namizədliyini dəstəkləycək?
- “Məhkəmə” haqqımda hökm çıxarsa və beləliklə, seçkidə iştirakımı yasaqlasa, REAL başqa namizəd irəli sürəcək. Birinci sualınıza cavabımdan aydındır ki, niyə. Namizədin adını isə məhkəmədən sonra açıqlayarıq. Ssenarini belə yazdıq ki, heç kim darıxmasın.
- Həbsdən əvvəl azadlıq sizin üçün nə anlam daşıyırdı, indi azadlıq nə deməkdir?
- İndi də azadam. Heç əvvəllər bu qədər azad olduğumu bilmirdim. Maraqlı hissdir, onu öyrənməkdə davam edirəm.
- Yaxınlarınıza, dostlarınıza bir mesajınız varmı?
- Əvvəlcə, bu üç ayda kiminlə “dostlaşdığımı” deyim, gülün. Az qala hər səhər ANS ÇM-də üzlərini heç vaxt görmədiyim Valid və Aytənin əyləncə verilişinə oyanıram. Onlar Azərbaycan efirinin sonuncu canlı hüceyrələridir. Adamın əhvalını çox açırlar. Onlara salam deyin. Şüurlu və yorulmaz dəstəyə görə isə, əlbəttə, REAL hərəkatına borcluyam. Hamımızın cümhuriyyətə oyanacağı gün də uzaqda deyil. İndiki mübarizəmizi fəxrlə xatırlayacağıq. Yeri gəlmişkən, REAL hərəkatı sərbəst buraxılmağım tələbi ilə imza kampaniyasına başlayır. REAL-la əlaqə saxlayın, imza verin, imkan varsa, formanı ofisimizdən götürüb özünüz də imza toplayın. Öncədən hər kəsə bu dəyərli yardıma görə təşəkkür edirəm.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlqar Məmmədov etibarnamə imzaladı

    İlqar Məmmədov etibarnamə imzaladı ...

    23-08-2013, 14:40

  • 
  • REAL üzvləri Bakıda “İlqar Məmmədovla” gecə aksiyası keçirdilər

    REAL üzvləri Bakıda “İlqar Məmmədovla” gecə ...

    5-08-2013, 11:04

  • 
  • Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir

    Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir ...

    25-09-2014, 15:55

  • 
  • Prezidentliyə namizədlərin sayı-hesabı

    Prezidentliyə namizədlərin sayı-hesabı ...

    29-07-2013, 13:58

  • 
  • REAL sədrinin köməkçisi həbs edildi

    REAL sədrinin köməkçisi həbs edildi ...

    6-08-2013, 18:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (361)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu